Məhkəmə qərarları › İş №2-1(102)-1450/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1450/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1450/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-ci il tarixli, 2-1(106)9/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2007-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetinin Moskva Filialına “Xarici dil” ixtisası üzrə qəbul edilmiş, 16 iyul 2008-ci il tarixli, M/590-321 nömrəli əmrlə xarici təhsil müəssisəsindən Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” fakültəsinin əyani şöbəsi üzrə İİ kursuna köçürülmüşdür. 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan Bakı Asiya Universitetinə köçürülmüş, həmin universitetdə təhsil aldığı müddətdə ailə qurduğuna görə universitetdə imtahanlarda iştir ak edə bilməmiş və Bakı Asiya Universitetinin 02.07. 2012-ci il tarixli, 121 nömrəli əmri ilə akademik borcu olduğuna görə ali təhsil müəssisəsindən xaric olunmuşdur. Sonradan Bakı Asiya Universiteti fəaliyyətini dayandırmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ali təhsil müəssisəsinə bərpa edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Qaydaların 2.3 bəndinə əsasən ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisindən digərinə bərpası, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o, şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisində müvafiq ix tisas üzrə minimal keçid balından az olmasın. Qaydaların tələbləri ödənilmədiyinə görə müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci il tarixdə Moskva Beynəlxalq Universitetindən köçürülmə yolu ilə Azərbaycan Beynəl xalq Universitetinə daxil olmuş va universitetin tarix-coğrafiya fakültəsində təhsil almışdır. Həmin universitetdə bir müddət oxuduqdan sonra Azərbaycan Beynəlxalq Universiteti bağlandığına görə Bakı Asiya Universitetinə köçürülmüşdür. Orada təhsil alaraq imtahanları verməyə başlamışdır. Lakin ailə qurduğuna va hamilə olduğuna görə universitetə gedərək imtahanların qalan hissəsini verə bilməmiş va təhsilini yarımçıq qoymuşdur. Sonradan Bakı Asiya Universiteti da bağlanmışdır. Onun üç övladı anadan olmuş, onları böyütməklə məşğul olmuşdur. Hazırda ailə vəziyyəti normallaşdığı üçün Azərbaycanın istənilən universitetində təhsilini davam etdirmək istəyir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş və onu Bakı şəhərində yerləşən hər hansı bir uni versitetə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədlinin imzası ilə rəsmi imtina cavabı almışdır. Təhsil Nazirliyindən daxil olmuş cavab məktubunda (inzibati aktda) qeyd edilir ki, “Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasını dəyişməsi və tələbələr sırasına bərpa olunması Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibbi təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”la tənzimlənir. Həmin Qaydaların 2.5-ci bəndinə əssən öl kə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə bərpası, təhsilalma forması və ya ixtisasının dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Qaydaların tələbləri ödənilmədiyinə görə müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli Təhsil Nazirliyinin imkanı xaricindədir. Qeyd edir ki, Təhsil Nazirliyinin cavab məktubundakı göstərilən dəlillər tamamilə əsassızdır. Belə ki, həmin Qaydalar xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid edilməlidir. O, 2008-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetinə Moskva Beynəlxalq Universitetindən köçürülmə yolu ilə daxil olmuş və univer sitetin tarixcoğrafiya fakültəsində təhsil almışdır. Azərbaycan Beynəlxalq Universiteti bağlandığına görə Bakı Asiya Universitetinə köçürülmüş və orada təhsilini davam etdirmişdir. Ailə vəziyyətinə görə təhsilini dayandırmışdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsilin bakalavriat və magistratura səviyyəsində, əsas (baza ali) tibbi təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestri keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Onun hazırda Azərbaycanın istənilən Universitetində təhsilini davam etdirmək hüququ var və Təhsil Nazirliyi buna şərait yaratmadığına görə bu hüquq məhkəmə yolu ilə bərpa edilməlidir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı “2008-ci ildə Moskva Beynəlxalq Universitetinin Filialından Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və oradan da Bakı Asiya Universitetinə köçürülmüşdür. Həmin universitetdə imtahanlarda kəsiri olduğunu və ailə vəziyyəti ilə bağlı sonradan təhsilini davam etdirə bilmədiyini qeyd edir. Lakin həmin universitetin 2015-ci ildə fəaliyyəti dayandırıldığından təhsilini başa vura bilməmişdir. İddiaçı Bakı Asiya Universitetində təhsil aldığını nəzərə alaraq, hazırda Bakı şəhərində və ya regionlarda yerləşən digər ATM-ə köçürülməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbinin dəlilləri əsassız və qanunsuz olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ATM-dən xaric edildikdən sonra, 2015- ci ildə Bakı Asiya Un iversiteti fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asiya Universitetinin tələbələri Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür. İddiaçının təhsil aldığı “Tarix-coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Universitetinə köçürülmüşdür. Lakin köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Bakı Asiya Universitetindən xaric edildiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir. Bildirirlər ki, Bakı Asiya Universiteti tərəfindən verilən siyahı üzrə təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asıya Universitetində təhsil alan tələbələrin siyahıs ında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır. Həmin dövrdə qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Bu Qaydaların 4.2-ci bəndinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4cü bəndində göstərilən müddətdə rektorun əmri ilə həyata keçirilir. Hazırda qüvvəd ə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X1 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Eyni zamanda bildirmək istəyirlər ki, qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə qəbul olunan tələbələr universitetin rektorunun əmri ilə tələbələr sırasına daxil edildikdən sonra, həmin tələbənin adı “Tələbə-məzun” elektron məlumat sisteminə yerləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3- cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

7. Şirvan İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(120)-458/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda (Su mqayıt şəhəri istisna olmaqla) hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin istinad etdiyi Kollegiya qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3-cü bəndində “ölkə daxilində bakalavriat səviyyəsində, əsas tibb təhsilində tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzər minimal keçid balından az olmasın” formasında müddəa öz əksini tapsa da, həmin qaydanın şamil edilmədiyi hallar da həmin Qaydalarla tənzimlənmi şdir. Belə ki, Qaydaların 2.4.1-ci yarımbəndinə görə Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürülmə, eyni zamanda 2.4.2-ci yarımbəndinə görə ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionunda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürülmə hallarında 2.4-cü bəndin tələblərinə əsasən bakalavriat səviyyəsində tələbənin köçürülmə DİM tərəfindən keçirilən imtahanlarda toplanan balı nəzərə alınmadan aparılır. Hazırkı halda da iddiaçı Bakıda yerləşən təhsil müəssisəsindən Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhs il müəssisəsinə bərpa olunmasını xahiş edir ki, qeyd olunan səbəbdən imtinada göstərilən toplanan keçid balı ilə bağlı şərtin tətbiqi hazırkı halda yolverilməzdir. Belə ki, Qaydalar konkret olaraq regionda yerləşən təhsil müəssisəsinə keçirilmə ilə bağlı toplanan balın müvafiq ixtisas üzrə minimal keçid balından az olması ilə bağlı şərtin tətbiqini istisna etmişdir ki, cavabdehin imtinasının yeganə əsasının Qaydaların tələbinə zidd olması aşkar müəyyən edilmişdir. Akademik borca görə universitetdən xaric edilmiş iddiaçının xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququ mövcuddur ki, hazırkı halda həmin hüququn reallaşdırılmasını həyata keçirə bilmir. Təhsil müəssisəsinin fəaliyyətinin olmaması da iddiaçının konstitusion hü ququn reallaşdırılmasına əngəl törətmir. Belə ki, adıçəkilən Qaydalarda müxtəlif səbəblərdən, eləcə də müəssisənin fəaliyyətinin dayandırılması zamanı təhsil müəssisəsinə köçürülmə və bərpa olunma ilə bağlı səlahiyyətli qurum kimi Təhsil Nazirliyi tanınmışdır ki, hazırkı halda iddiaçının tədris aldığı təhsil müəssisəsinin mövcud olmaması səbəbindən onun bərpa və keçirilmə ilə bağlı kompleks tədbirləri də məhz cavabdeh həyata keçirməli, hal-hazırda xaric olunduğu təhsil müəssisəsi mövcud olmadığından onun birbaşa təhsil müəssisəsinə bərpası da Nazirlik tərəfindən həyata keçirilməlidir. İddiaçının ilkin olaraq təhsil müəssisəsinə qəbul olunması mübahisələndirilməmiş, iddiaçı barəsində təhsil sahəsində qəbul edilmiş əmrlər ləğv edilməmiş, X1 tərəfindən isə iddiaçı barəsində məlumatlar “Tələbə -Məzun” məlumat sisteminə daxil edilmişdir ki, qeyd olunan hallar dövlətin iddiaçının tələbə qismində tanındığının təzahürüdür.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-ci il tarixli, 2-1(106)-9/2023 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı universitetə bərpa olunmasını xahiş etdiyi halda, cavabdehin israrla Qaydaların “köçürülmə”yə dair bəndlərinə istinad etməsi anlaşıl an deyildir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürü lməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”:

2. Tələbələrin köçürülməsi 2.1.Tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X1 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil m üəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

4. Tələbələr sırasına bərpa 4.1. Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddət də ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. 4.3. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhh ətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası bu Qaydaların 1.4cü bəndində göstərilən müddətdə bu Qaydaların 2.9.1-2.9.3-cü yarımbəndlərində göstərilən sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər. Bu qəbildən olan şəxslərin bərpası Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə 2.7-2.12-ci bəndlərinə də uyğun həyata keçirilir. 4.4. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. 16. “Təhsil haqqında” Qanun: 5.1.dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. 5.2.dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 32.1.təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək); 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

17. İnzibati Prosessual Məcəllə: M addə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqd irdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları y etərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hər hansı universitetə, eyni ixtisas üzrə eyni tipli təhsil müəssisəsinə bərpa olunma barədə iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Cavabdehin kassasiy a şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı Bakı şəhərində və ya Azərbaycan Respublikasının istənilən regionunda hər hansı universitetə, eyni ixtisas üzrə, eyni tipli təhsil müəssisəsinə bərpa olunmasına yönəlmiş, beləliklə, iddiaçıya təhsil müəssisəsinə bərpa olunma barədə qanunvericiliyin tələbləri tətbiq olunmalıdır.

25. Belə ki, akademik borca görə universitetdən xaric edilmiş iddiaçının xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququ mövcuddur.

26. İddiaçının tələbəsi olduğu universitetin bağlanması onun təhsil alma hüququnu məhdudlaşdıra bilməz.

27. Nəticə etibarı ilə, iddiaçının Azərbaycan Respublikasının istənilən regionunda hər hansı bir universitetə köçürülməs i və ya bərpa olunmasından Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır.

28. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-ci il tarixli, 2-1(106)-9/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar