Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1467/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina) 25.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(103)-704/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən ünvana baxış keçirilən zaman Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin 35/10 Xocasən yst-dan çıxan 6 kV-luq Neft qurğularına aid hava elektrik xəttinin (HEVX-nin) mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də, həmin ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərb aycan Respublikası Qanununun 6.4-cü bəndinin tələblərinə əsasən, elektrik xətlərinin mühafizə zonalarının altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmayan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi barədə müraciətinə cavabdeh imtina cavabı vermişdir. İmtinaya səbəb onun evinin yaxınlığından keçən 6 kVluq HEVX-nin olması göstərilmişdir. İddiaçı 6 kV-luq HEVX-nin evinə yaxın ərazidən keçməsinə görə elektrik xəttinin verilməməsini başa düşür. Lakin həmin xəttin altında və ətrafında ondan başqa bütün evlərin qanuni işıq xəttinin olmasını başa düşmək çətindir.
5. Cavabdeh iddiaya qarşı etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinə istinadən sözüg edən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasının mümkün olmadığını qeyd etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 24 avqust 2023-cü il tarixli, 2-1(112)-7981/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyi "xxxx" ASC-yə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən tikinti obyektinin (fərdi yaşayış evinin) enerji təchizatı şəbəkəsinə qoşulmasına nail olmaqdır. Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.2.4-cü bəndində sifarişçiyə anlayış verilmişdir və həmin anlayışa görə sifarişçi-ETM-in ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçıdır. Hazırkı iş üzrə iddiaçı da Qaydaların tələbləri baxımından sifarişçidir. Odur ki, iddiaçı birbaşa girişi olan fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasını tələb etməkdə haqlıdır.
8. Cavabdeh orqan hazırkı imtinasının və etirazının əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinə əsasən fərdi yaşayış evinin elektrik xəttinin mühafizə zonasında inşa edilməsinə icazə verilməməsinə və bu səbəbdən də, həmin fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasına da icazə verilməməsinə istinad etmişdir, lakin həmin Qaydalarda mühafizə zonalarında yerləşən tikinti obyektlərinin ETŞ-yə qoşulmasına məhdudiyyətlər nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı, eləcə də, cavabdehin nümayəndəsinin özünün də izahatından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən ünvanda artıq fərdi yaşayış evi inşa edilmiş və onun istifadəsindədir. Bunda n başqa, iddiaçının qonşuluğunda olan bütün fərdi yaşayış evləri enerji təchizatı ilə təmin edilmişdir. Bu hal isə, özlüyündə iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması deməkdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Elşən Kazımov) 12 yanvar 2024-cü il tarixli, 2-1(103)-704/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə ola raq qeyd etmişdir ki, cavabdeh tərəfindən qonşuluqda yaşayan digər şəxslərə məxsus fərdi yaşayış evlərinin enerji təchizatı ilə təmin edilməsi, iddiaçıya münasibətdə isə imtina verilməsi iddiaçının konstitusion hüququ olan bərabərlik hüququnun, eyni zamanda bərabərlik prinsipinin pozulması deməkdir. Kollegiya onu da qeyd edir ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunduğu və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğu halda, cavabdeh iddiaçıya münasibətdə fərqli yanaşma göstərərək inzibati icraatın tələblərini də pozmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən qonşuluqda olan fərdi yaşayış evlərinin enerji təchizatı ilə təmin olunmasına baxmayaraq iddiaçıya münasibətdə fərqli inzibati praktikanın tətbiq ed ilməsini şərtləndirən hallar, yəni cavabdehin mövcud inzibati praktikasını yenisi ilə əvəz etməsinin hansı səbəbdən baş verməsi apellyasiya şikayətində əsaslandırılmamışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 noyabr tarixli, 399 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektr ik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları” 1.1. Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin. 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar enerji təchizatı layihəsinin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.7. enerji təchizatı şəbəkəsi (bundan sonra – ETŞ) – elektrik enerjisinin paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən ötürücü şəbəkəyə aid olmayan 110 kV və ondan aşağı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu; 1.2.9. sifarişçi – elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinə və (və ya) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslər; 1.2.10. tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (texnoloji qoşulma) – elektrik ener jisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik şəbəkəsinə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət; 1.2.11. fiziki qoşulma – sifarişçinin elektrik qurğularını qidalandırması üçün çəkilmiş elektrik veriliş xəttinin texniki şərti verən müəssisənin təyin etdiyi qoşulma nöqtəsinə fiziki olaraq birləşdirilməsi; 1.2.18. məişət abonenti – mənzillərdə, yaşayış evlərində, qarajlarda, habelə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən fiziki şəxs; 1.3. Hər bir sifarişçinin bu Qaydaya uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. 1.6. Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. 2.1. Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq ed ən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). 2.3. Tikinti ob yektinin ETŞ-yə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunm uş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yer ləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasına nail olmaqdan ibarətdir.
22. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, sözügedən fərdi yaşayış evi 6 kV-luq Neft qurğularına aid hava elektrik xəttinin (HEVX-nin) mühafizə zonasında yerləşir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır.
23. Cavabdehin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda mühafizə zonalarında yerləşən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh tərəfindən qonşuluqda yaşayan digər şəxslərə məxsus fərdi yaşayış evlərinin enerji təchizatı ilə təmin edilməsi, iddiaçıya məxsus fərdi yaşayış evinə münasibətdə isə qeyd edilən əsasla imtina olunması, eyni mühüm faktiki hallara malik olan işlər üzrə fərqli yanaşmanı əks etdirir və bu mənada konstitusion bərabərlik hüququnun, eləcə də “İnzibati icraat haqqında” Qanunun 12.2-c i maddəsində təsbit olunmuş bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Belə ki, istinad olunan normaya görə, cavabdeh eyni mühüm faktiki hallara malik olan işlər üzrə eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır.
24. Lakin məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelly asiya instansiyası məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 399 nömrəli qərarı ilə ləğv edilmiş və yeni Qaydalar – “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları” təsdiq olunmuşdur.
25. Həmin Qaydaların 2.1 və 2.2-ci bəndlərinə əsasən, mövcud tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi digər məlumatlarla yanaşı həmçinin müva fiq tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatları (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surətini (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda) təqdim etməlidir.
26. Əslində, qeyd edilən tələblər, əvvəlki, yəni artıq ləğv olunmuş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda “sifarişçi”yə verilmiş normativ anlayışda da ehtiva olunmuşdur. Belə ki, həmin Qaydaların 1.2.4-cü bəndinə əsasən, sifarişçi – ETM-in ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdi yi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçıdır. Nəzərə almaq lazımdır ki, əvvəlki Qaydalar iddiaçının müraciət etdiyi və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunan dövrdə qüvvədə olmuşdur.
27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının enerji təchizatı şəbəkəsinə qoşulmasını istədiyi fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallardan görünmür. İddiaçı özü də həmin fərdi yaşayış evi üzərində hüququna dair hər hansı hüquqmüəyyənedici sənədi və ya onun hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair müvafiq çıxarışı təqdim etməmişdir. 28. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsi nin mahiyyətinə görə, inzibati orqanların inzibati praktikası qanunauyğun olmalıdır. Eləcə də, həmin norma baxımından, inzibati orqanların yalnız qanunauyğun inzibati praktikasına etimad hüququ qorunur. Belə yanaşma qanunun düzgün tətbiqi ilə bağlı ictimai maraqdan irəli gəlir. Nəzərə almaq lazımdır ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sözügedən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasını təmin etmək öhdəliyi bu qərarın 25-ci bəndində qeyd edilən məlumatların (sənədlərin) sifarişçi tərəfindən təqdim olunduğu təqdirdə yaranır. İddiaçı həmin sənədləri təqdim etmədiyi üçün hazırkı iddia tələbində haqlı sayıla bilməz.
30. Məhkəmə kollegiyası iddiaçını düzgün istiqamətləndirmək baxımında n qeyd edir ki, iddiaçı sözügedən fərdi yaşayış evinə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra hazırkı tələblə yenidən cavabdehə müraciət etmək imkanından istifadə edə bilər.
31. Nəticə etibarı ilə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(103)-704/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.