Məhkəmə qərarları › İş №2-1(102)-1469/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1469/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1469/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh xxxnə qarşı (üçüncü şəxslər: Dövlət Gömrük Ko mitəsi, Bakı Baş Gömrük İdarəsi) “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-23/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 18.01.2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) hüquqi ünvanı AZ1005, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 69 olmaqla xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən **********4569 sorğu nömrəli gömrük bəyannaməsi i lə xx.xx.2020-ci il tarixdə 1 ədəd yedək-təchizat (buksir) gəmisi İD 31 kodu ilə idxal edilərək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir.

3. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən **********5085 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixdə 1 ədəd yedək-təchizat gəmisi İD 31 kodu ilə idxal edilərək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmişdir. 4. xx.xx.2020-ci il tarixli XT0000379 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı Baş Gömrük İdarəsinə 385570,80 manat ödəniş edilmişdir. 5. xx.xx.2020-ci il tarixli 002OCX********** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı Baş Gömrü k İdarəsinə 128.528,00 manat ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********656700 və **********60200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində kameral vergi yoxlaması aparılmışdır.

8. Cavabdeh tərəfindən **********029800 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında iddiaçıya xx.xx.2021-ci il tarixli məktub gö ndərilmişdir.

9. Məktubda iddiaçı tərəfindən may 2020-ci ilin ƏDV bəyannaməsində **********4569 nömrəli yük gömrük bəyannaməsinə (“YGB”) əsasən əvəzləşdirilmiş 128,527.99 AZN məbləğində ƏDV və noyabr 2020-ci ilin ƏDV bəyannaməsində **********5085 nömrəli YGB üzrə 385,570.80 AZN məbləğində əvəzləşdirilmiş ƏDV məbləğlərinin qeyd olunan X1ndə öz əksini tapmaması və həmin X1 üzrə ƏDV məbləğinin 0.0 AZN təşkil etməsi qeyd olunmuşdur. 10. 19.01.2021-ci il tarixdə iddiaçı cavabdehin kameral məktubuna cavab məktubu göndərmiş və X1, Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilmiş hesab fakturaların (invoysların) sürəti və ƏDV ödənişini təsdiq edən sənədləri təqdim etmişdir.

11. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlar ının hesablanması barədə **********656700 və **********60200 nömrəli qərarları qəbul etmişdir və 2020-ci ilin noyabr ayının və 2020-ci ilin may ayının ƏDV bəyannamələri üzrə 128,528.99 AZN və 385,570.80 AZN əlavə ƏDV öhdəliyi hesablamışdır.

12. Nümayəndəlik BUE Kazakhstan LTD şirkətindən müvəqqəti idxal gömrük rejimi altında **********4569 nömrəli yük gömrük bəyannaməyə (bundan sonra “YGB”) əsasən 6.426.360 (altı milyon dörd yüz iyirmi altı min üç yüz altmış) AZN və **********5085 nömrəli YGB-yə əsasən 6.426.180 (altı milyon dörd yüz iyirmi altı min yüz səksən) AZN dəyərində “Caspian Supporter” nişanlı Yedək-Təchizat gəmisi idxal edib.

13. Qeyd olunan gəmiyə Azərbaycan Respublikasına idxalı anında gömrük rüsumlarından və vergilərindən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük pro seduru tətbiq olunmuşdur.

14. Nümayəndəlik gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin müddəalarına əsasən ödəniş aylarında müvafiq olaraq əvəzləşdirilmişdir.

15. Nümayəndəlik, **********4569 nömrəli yük gömrük bəyannaməsi üzrə 128.528 (yüz iyirmi səkkiz min beş yüz iyirmi səkkiz) AZN məbləğində ƏDV və **********5085 nömrəli yük gömrük bəyannaməyə əsasən 385,570.80 (üç yüz səksən beş min beş yüz yetmiş manat səksən qəpik) AZN məbləğində ƏDV dövlət büdcəsinə ödəyib və bu fakt xx.xx.2020-ci il tarixli 002OCX********** nömrəli və xx.xx.2020-ci il tarixli XT0000379 nömrəli Ödəniş tapşırıqları ilə bir daha təsdiq edilir.

16. Həmin sənədlər, məhz YGB-lər, Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilmiş hesab fakturalar və ƏDV-nin ödənişini təsdiq edən ödəniş tapşırıqları Milli Gəlirlər Baş İdarəsinə də **********902500 kargüzarlıq nömrəsi altında xx.xx.2020-ci il tarixində göndərilmişdir. Lakin Milli Gəlirlər Baş İdarəsi Cavab Məktubunda göndərilən izahata və təqdim olunmuş sənədlərə məhəl qoymadan, xx.xx.2021-ci il tarixində Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə **********656700 və **********60200 nömrəli qərarları (bundan sonra - “Qərarlar”) qəbul etmişdir və 2020-ci ilin noyabr ayının və 2020-ci ilin May ayının ƏDV bəyannamələri üzrə 128,527.99 (yüz iyirmi səkkiz min beş yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) AZN və 385,570.80 AZN (üç yüz səksən beş min beş yüz yetmiş manat səksən qəpik) əvəzləşdirilən ƏDV-ni ləğv edərək, əlavə ƏDV öhdəliyi hesablamışdır. Qərarlarda ƏDV-nin hesablanması üçün əsas, yenə də Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********4569 və **********5085 nömrəli X1 üzrə ƏDV məbləği 0.00 manat təşkil etdiyi qeyd olunur.

17. İddiaçının cavab məktubunda göstərilən izahatlarına və dəlillərinə Milli Gəlirlər Baş İdarəsi tərəfindən heç bir məhəl qoyulmamış və öz Qərarında həmin dəlillərə ümumiyyətlə münasibət bildirilməmişdir.

18. Yuxarıda qeyd olunan faktiki və hüquqi halları nəzərə alaraq, ƏDV-nin ödənişi ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilmiş hesab fakturaların (invoysların) sürətinin, ƏDV ödənişini təsdiq edən ödəniş tapşırığının və invoysların Milli Gəlirlər Baş İdarəsinə təqdim olunması faktı Qərarların əsassız və qanunazidd olmasını təsdiq edir. İddia tələbini n dəqiqləşdirilməsi:

19. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********656700 və **********60200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdehin etirazları:

20. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı vergi ödəyicisi tərəfindən 2020-ci ilin may və noyabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanması üzrə ödənilmiş məbləğlər üzrə gömrük bəyannamələri əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə edilmişdir. Nəticədə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq may ayı üzrə 128.527,99 manat, noyabr ayı üzrə 385.570,80 manat artıq vəsait əvəzləşməyə təqdim edildiyindən vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə ümumilikdə 514.098,79 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı vergi ödəyicisi qanunvericiliyinin vergitutma ilə bağlı müddəalarını düzgün tətbiq etməmiş və əsassız olaraq vergi öhdəliyini azaltmışdır.

21. Belə ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1 və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsinin əsasları Vergi Məcəlləsinin 159-cu maddəsi ilə müəyyən edilir. Belə ki, 159.1-ci maddəyə əsasən vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

22. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulan ƏDV əvəzləşməsinin tətbiq olunması üçün həmin Məcəllənin müəyyən etdiyi şərtlər tam ödənilməlidir. Belə ki, ilk növbədə ƏDV üzrə vergitutma obyektinin yaranması müəyyən edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDVnin məqsədləri üçün idxal malları hesab edilmir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyin dən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, “malların idxalı” anlayışı Vergi Məcəlləsində müəyyən etməklə ƏDV-ni bütün hallarda idxala (azad edilən idxal istisna olmaqla) aid edir. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Müvəqqəti idxal Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir.

23. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

24. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

25. Həmin Məcəllənin 194.2-ci maddəsinə, əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

26. Həmin Məcəllənin 194.3-cü maddəsinə əsasən, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerl əşdirilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 7.5-ci bəndinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

28. Qaydaların 7.8-ci bəndinə əsasən, müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır.

29. Qaydaların 7.9-cu bəndinə əsasən, gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqə ti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Qaydalara əsasən müvəqqəti rejimdə saxlanılan mallar sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş aylıq məbləğlər hesablanmış gömrük rüsumları və vergilərdən çıxılır. Mallar sərbəst dövriyyəyə buraxılmayıb, təkrar ixrac edildikdə isə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Ona görə də müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir.

30. Göründüyü kimi, nə Gömrük Məcəlləsində, nə də müvafiq Qaydalarda müvəqqəti idxal rejimində saxlanılan mallar üçün ödənilmə li məbləğlərin ƏDV olduğuna istinad edilmir. Əksinə, qanunvericilik bu ödənişlərin ödənilməli gömrük rüsumu və vergilərin 3% həddində müəyyən edilməsini vurğulayır. İddiaçı isə qanunvericiliyə zidd olaraq bu ödənişləri Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə həddində müəyyən edilən ƏDV ilə eyniləşdirir. Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDVnin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara ödənilən aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

31. Eyni zamanda, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci madd əsinə əsasən əvəzləşdirilə bilər. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

32. Göründüyü kimi qanunvericilik əvəzləşmə ilə bağlı bütün hallarda idxal münasibətlərinə şamil olunur.

33. Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

34. Vergi Məcəlləsinin: 13.2.31-ci maddəsinə əsasən, Malların idxalı - gömrük qanunvericiliyi nə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. 20.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. 20.6-cı maddəsinə əsasən, bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər. 173-cü maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

35. Göstərilənləri əsas tutaraq iddia ərizəsinin rədd edilməsi məhkəmədən xahiş edil ir. İcraata cəlb edilmiş üçüncü şəxslər:

36. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

37. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi inzibati iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin etirazı:

38. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.56-cı maddəsinə əsasən, vergilər dedikdə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər başa düşülür. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərindən biri də (224.1.2.) əlavə dəyər vergisidir.

39. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 333-cü maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür. Müvəqqəti idxal xüsusi gömrük proseduru Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir.

40. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dö vriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Məcəllənin 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 192.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti idxal proseduru altında t əkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərkən, müvafiq prosedur sahibi həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarının və vergilərin tam ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə a lınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. Həmin Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələbləri nə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur.

42. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin müvafiq maddələrindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın müvafiq bəndlərindən göründüyü kimi iddiaçı tərəfindən aparılan ödənişlər malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar həyata keçirilən aylıq ödənişlərdir ki, bu da onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

43. Yuxarıda qeyd olunanlara əsasən bildirili r ki, yalnız müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildikdə ödənilmiş məbləğlər idxalda ödənilmiş ƏDV sayılır.

44. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən az ad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

45. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 177.4-cü maddəsinə əsasən vergi tutulan idxal üzrə ƏDV bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır və alınır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən ƏDV-nin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin bəyannamələrin vergi orqanlarına müəyyən edilmiş müddətlərdə verilməsi üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq, ƏDV-nin tutulması gömrük orqanlarının səlahiyyətinə aid olduqda isə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən vergitutmanın idarə edilməsi bu Məcəlləyə və Azərbaycan Respublikasının gömrük qanunvericiliyin ə uyğun olaraq vergi orqanları və gömrük orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərin nəzərə alınması xahiş edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etirazı

46. Etirazın dəlillərinin əsasını digər üçüncü şəxsin etirazında göstərilənlər təşkil edir. Etirazda, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 3.1.34-cü bəndinə əsasən dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə qanunvericiliklə müəyyən edilmiş qay dada məlumatlar vermək, həmin Əsasnamənin 3.1.43-cü bəndinə əsasən informasiya və məsləhət təminatı işini təşkil etmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında müvafiq məlumatlar (arayışlar) təqdim etmək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifələrinə aid edilmişdir. Yuxarıda göstərilən Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun 2.1.1-ci bəndinə əsasən Bakı Baş Gömrük idarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tərkibinə daxil olan qurumdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin də məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edildiyini nəzərə alaraq Bakı Baş Gömrük İdarəsinin mövqeyinin yuxarı gömrük orqanının mövqeyi ilə eyni olduğunun nəzərə alınması xahiş edilir. biri nci instansiya məhkəməsinin gəldiyi nəticə:

47. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

48. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilmiş mallara Gömrük Məcəlləsində və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda nəzərdə tutulmuş qismən azadolma tətbiq olunmuş və Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə və Qaydaların 7.5-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük prosedur rejimi altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan ƏDV məbləğinin aylıq əsasda 3 (üç) faiz miqdarında məbləğ ƏDV-yə cəlb edilmişdir. ƏDV bəyannamələrinin məlumatlarında q eyd edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də görünür ki, iddiaçı tərəfindən vergi və gömrük qanunvericiliyinin tələblərinə əsasən bu ƏDV və gömrük rüsumları ödənilmişdir.

49. Beləliklə, işin mübahisələndirilməyən halı iddiaçı tərəfindən gətirilmiş malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsidir. İşin mübahisələndirilən halı iddiaçı tərəfindən müvəqqəti idxal şəklində ölkə ərazisinə idxal olunmuş mala görə təqdim olunan ödəniş sənədlərinin ƏDV üzrə əvəzləşdirməyə əsas verən sənədlər olub-olmamasıdır.

50. Başqa sözlə, hazırkı iş üzrə müəyyən olunmalı hal ondan ibarətdir ki, müvəqqəti idxal gömrük proseduru altında yerl əşdirilmiş mallara görə ödənilmiş məbləğ əvəzləşdirməyə əsas verirmi?

51. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Müvəqqəti idxal rejimində yerləşdirilmiş mallar üzrə qanunverici “aylıq ödənişlər” ödənilməsini nəzərdə tutmuşdur. Ödənişlərin “aylıq” şəklində adlanması mallara görə ödənilən məbləğin birdəfəlik deyil, malların müvəqqəti idxal rejimində qaldığı sürəcə ödənilən ödənişin aylıq, yəni dövri olduğunu nəzərdə tutur. Müvəqqəti idxal rejimində malların saxlanması üçün ödənilən aylıq ödənişlərin tərkibi sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

52. Gömrük Məcəlləsinin 1.0.56-cı maddəsinə görə vergilər – malların və nəqliyyat vasitələr inin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlərdir.

53. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu.

54. Göründüyü kimi gömrük orqanları tərəfindən alınan vergi növləri sırasında aylıq 3 (üç) % ödənişlərin adı çəkilmir. Qeyd edilən qanunvericilik normaları onu deməyə əsas verir ki, müvəqqəti idxal rejimində saxlamaya görə ödənişlər ayrıca vergi və ya rüsum deyildir, həmin aylıq ödənişlər malların bu prosedur altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləği əsasında müəyyən olunan məbləğdir. Başqa sözlə, aylıq ödənişlər gömrük rüsumları və vergilər üzrə hesablansa da bu nə müstəqil qaydada gömrük rüsumu, nə də ƏDV deyildir. Aylıq ödənişlərin ödənilməsi üçün tələb olunan əməliyyat yuxarıda da qeyd edildiyi kimi müvəqqəti idxaldır. Müvəqqəti idxal olunan mal sərhəddən çıxarıldığı halda növbəti 3 (üç) faiz əlavə tutulmur. Müvəqqəti idxal edilmiş mallar təkrar ixrac edilərkən və ya digər gömrük p roseduru altında yerləşdirilərkən onlara görə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Eyni zamanda qanunverici aylıq ödənişlərin cəmi məbləğinə məhdudiyyət nəzərdə tutmuşdur. Belə ki, müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumu və vergilərin məbləği həmin malların sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumu və vergilərin ümumi məbləğindən artıq olmamalıdır.

55. Məhkəmə qeyd edir ki, əvəzləşdirməyə əsas verən vergi növü ƏDV-dir. ƏDVnin anlayışı, ƏDV üzrə vergitutma obyekti, eləcə də ƏDV üzrə əvəzləşdirmənin yol verilib-verilməməsi Vergi Məcəlləsi ilə müəyyən olunur.

56. Belə ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.

57. Həmin Məcəllənin 12.1-ci və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

58. Qeyd edilən normadan müəyyən olunur ki: - ƏDV idxalda ödənilir; - İdxalda ödənilən sənədlərə əsasən əvəzləşmə aparılır.

59. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

60. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan malla r ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

61. Beləliklə, aşağıdakılar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir: - Tranzit yük daşınması qaydasında Azərbaycan Respublikası ərazisinə buraxılan mallar; - Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar; - Gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar.

62. Göstərilən hallardan başqa qalan idxal ƏDV-nin məqsədləri baxımından idxal hesab edilir.

63. Məcəllənin 159.1 və 159.3-cü maddələrinin müqayisəli təhlili onu deməyə əsas verir ki, ƏDV məqsədləri üçün vergitutma obyekti vergi tutulan idxalın bir hissəsi deyil, bütövlükdə idxalın məbləği sayılır. Bu baxımdan müvəqqəti idxal zamanı aylıq ödənişlər geniş mənada idxal zamanı ödənilə n vergini nəzərdə tutmur, müvəqqəti gömrük proseduru ilə bağlı ödənilən 3 (üç) faiz miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmir.

64. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

65. Həmin Məcəllənin 170-ci maddəsinə görə gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gö mrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.

66. Malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxtdır. Müvəqqəti idxal rejimində saxlanılan mallar isə sərbəst dövriyyəyə buraxılmır, mallardan təyinatı üzrə istifadə bilavasitə gömrük orqanının nəzarəti ilə həyata keçirilir. Başqa sözlə, qeyd edilən maddədə nəzərdə tutulan ƏDV üzrə idxalın vaxtı müvəqqəti idxalın vaxtı ilə eyni deyildir.

67. Bundan əlavə, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən (...) əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. -175.10cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından ası lı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

68. Başqa sözlə, idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir. Əvəzləşmə yalnız idxal münasibətlərinə şamil olunur.

69. Beləliklə, qeyd edilən normaların əlaqəli təhlili nəticəsində məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, bununla da müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan 3 % miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən əvəzləşdirilmir. Yalnız müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər.

70. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmasa da Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

71. İddiaçı tərəfin istinad etdiyi və məhkəmə sorğusu ilə gömrük orqanından daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba münasibətdə isə məhkəmə qeyd edir ki, qanunvericilikdə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı münasibətlər Vergi Məcəlləsi ilə tənzimlənir, gömrük orqanın ın fəaliyyətini, gömrük sahəsində hüquq münasibətlərini tənzimləyən Gömrük Məcəlləsində isə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamış, bu səlahiyyət gömrük rəsmiləşməsini həyata keçirən gömrük orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Vergi Məcəlləsinin 25-ci maddəsinə əsasən dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər. Ödəniş sənədlərinin ƏDV əvəzləşdirilməsinə əsas veribverməməsi isə Vergi Məcəlləsi ilə müəyyən edilir.

72. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh iddiaçı barəsində xx.xx.2021-ci il tarixli qərarlarının qəbul edi lməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir.

73. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

74. İddiaçı Azərbaycan Respublikası Konstitusiya məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət təqdim etmişdir.

75. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 2-1(103)283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 1-ci cümləsinin (əvvəlki redaksiya) həmin Məcəllənin 159.3-cü maddəsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Ka binetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük prosedur altında yerləşdirilməsi qaydaları”nın 7.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə edilmiş həmin müraciətinin Plenumun icraatına qəbul edilməsindən imtina olunmuşdur.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, müraciətdə göstərilən iş üzrə müvafiq münasibətləri tənziml əyən hüquq normalarının məzmununda qeyri-müəyyənlik olmadığından, həmin normaların hüquqi mahiyyəti və məzmunu, əsas hüquq və azadlıqları təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları rəhbər tutulmaqla işin faktiki hallarının, toplanmış sübutların tam və hərtərəfli analiz edilərək onlara hüquqi qiymət verilməsi ilə müvafiq nəticəyə gəlinə bilər.

78. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-23/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-723/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

79. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

80. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia t ələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

81. İddiaçı, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək hazırkı mübahisənin hüququn inkişafına təsirini və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Həmin vəsatətə yazılı icraat qaydasında baxılaraq təmin edilmiş, bu barədə icraatın iştirakçılarına məlumat verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

82. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

83. Şikayətdə, həmçinin qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi mübahisələndirilən qərarında ilkin olaraq birinci instansiya məhkəməsinin müvəqqəti idxal gömrük proseduru altında saxlanılan mallar üzrə ödənilmiş məbləğlərin nə müstəqil qaydada gömrük rüsumu, nə də əlavə dəyər vergisi (“ƏDV”) hesab edilməsi ilə bağlı mövqeyi ilə razılaşmışdır. Bu mənada məhkəmə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra “Gömrük Məcəlləsi”) müvəqqəti idxal gömrük proseduru ilə bağlı müddəalarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na istinad etmişdir.

84. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırkı iş üzrə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra “Nümayəndəlik”) tərəfindən müvəqqəti idxal zamanı ödənilmiş məbləğlərin ƏDV təşkil etmədiyi qənaətinə gəlsə də, bu cür ödənişlərin qanun vericilik çərçivəsində dəqiq təyinatını müəyyən etməmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi müvəqqəti idxal üzrə aylıq ödənişlərin gömrük qanunvericiliyi çərçivəsində hansı növ gömrük ödənişinə aid olması ilə bağlı dəqiq əsaslandırma verməmişdir.

85. Bu cür qeyri-müəyyənlik məhz Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, sözügedən maddənin tələbinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Bu maddənin tələbinə əsasən müvəqqəti idxal üzrə aylıq əsasda ödənilmiş məbləğlər (“aylıq ödənişlər”) gömrük qanunvericiliyi çərçivəsində müəyyənləşdirilmiş gömrük ödənişlərinin əhatə dairəsinə daxil olmalıdır. Lakin apellyasiya məhkəm əsi tərəfindən aylıq ödənişlərin gömrük ödənişləri çərçivəsində dəqiq təyinatının müəyyən edilməməsi Konstitusiyanın sözügedən maddəsinin tələbini pozaraq fiziki və ya hüquqi şəxslər üçün əlavə maliyyə öhdəliyinin yaranmasına gətirib çıxarır. Halbuki, müvəqqəti idxal üzrə aylıq ödənişlər gömrük rüsumları və vergilərdən ibarətdir.

86. Bu mənada, müvəqqəti idxal xüsusi gömrük prosedurunun tətbiqi mexanizmi və müvafiq ödənişlərin xüsusiyyətləri ilə bağlı qanunvericilik normalarının təhlilini diqqətinizə çatdırmaq istəyirik. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MİXGP təkrar ixrac üçün nəzərdə tutulmuş malların xüsusi gömrük prosedurunda yerləşdirilməsi ilə əlaqədar müəyyənləşdirilən bir gömrük prosedurudur. Qanunvericiliyə əsasən MİXGP zamanı gömrük ödənişlərinin təyin edilməsi ilə ba ğlı xüsusi tənzimləmə də müəyyən edilmişdir. Belə ki, müvəqqəti idxal altında yerləşdirilən mallar Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunur və onlara ticarət siyasəti tədbirləri tətbiq olunmur. Daha sonra Gömrük Məcəlləsinin 194.3-cü maddəsində müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydalarının müvəqqəti icra hakimiyyəti tərəfindən müəyyən ediləcəyi göstərilmişdir. Yuxarıda göstərildiyi kimi sözügedən qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”dır (bundan son ra “Qaydalar”).

87. Göründüyü kimi həm Gömrük Məcəlləsi, həm də Qaydalar müvəqqəti idxal olunmuş mallar üzrə gömrük rüsumlarının və vergilərin ödənilməsi ilə bağlı tam və ya qismən azadolma nəzərdə tutur. Buradan müəyyənləşdirmək mümkündür ki, qismən azadolma zamanı MİXGP zamanı ödənilmiş məbləğlərin tərkibinə gömrük rüsumları və vergilər daxildir.

88. Buna baxmayaraq, Qaydalar bu vergilərin nədən ibarət olduğuna dair hər hansı bir xüsusi tənzimləmə, başqa sözlə hər hansı xüsusi vergi növü nəzərdə tutmamışdır. Bu mənada ilk olaraq qeyd etmək istərdik ki, Gömrük Məcəlləsinin 1.0.56-cı və 224.1-ci maddələrinə əsasən vergilər dedikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər basa düşülür. Daha sonra bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra “Vergi Məcəlləsi”) 188.1-ci maddəsinə əsasən müvəqqəti idxal rejimində yerləşdirilmiş mallar aksiz vergisindən azaddır. Beləliklə, sözügedən maddələrin təhlilindən aydın olur ki, müvəqqəti idxal edilən mallar üzrə ödənilmiş vergilərin əhatə dairəsinə ümumi mənada ƏDV və yol vergisi daxildir.

89. Hazırkı işin faktiki hallarını nəzərə aldıqda isə görünür ki, Nümayəndəlik tərəfindən ödənilmiş məbləğlərin tərkibinə yol vergisi də daxil deyildir. Belə ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan, ölkədən tranzit keçən və ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliy yat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəyə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektinə aiddir. Buna əsasən hazırkı iş üzrə yedək-təchizat yük gəmisi müvəqqəti idxal gömrük rejimində yerləşdirildiyindən yol vergisinin tətbiqi də istisna olunmaqdadır.

90. Yuxarıdakıları nəzərə alaraq bildirmək istəyirik ki, hazırkı iş üzrə Nümayəndəlik tərəfindən Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində və Qaydalar ilə tənzimlənən malların müvəqqəti idxalı zamanı ödənilmiş aylıq ödənişlərin əhatə dairəsinə daxil olan vergi növü ƏDV-dir və yuxanda göstərilənlərə əsasən bu, ƏDV-dən başqa digər bir vergi növü ola bilməz.

91. Halbuki, apellyasiya məhkəməsi öz qəra rında Gömrük Məcəlləsinin 224.1 -ci maddəsinə əsasən gömrük orqanları tərəfindən tutulan gömrük ödənişlərinin sırasına MİXGP altında yerləşdirilmiş mallara görə ödənilən aylıq ödənişlərin daxil olmadığını qeyd edərək, həmin ödənişlərin ƏDV kimi qəbul olunmadığı nəticəsinə gəlmiş və bununla kifayətlənməyərək aylıq ödənişlərin gömrük qanunvericiliyi üzrə dəqiq təyinatını müəyyən etməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(103)-23/2024 nömrəli Qərarında aylıq ödənişlərin dəqiq təyinatını müəyyənləşdirməyərək Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinin tələblərini pozaraq hüquqi və ya fiziki şəxslər üçün dolayısı ilə qanunda nəzərdə tutulmayan əlavə maliyyə öhdəliyi yaratmış və Gömrük Məcəlləsinin 192, 194 və 224-cü maddələrini işin hallarına düzgün tətbiq etməmişdir.

92. Apellyasiya instansiya məhkəməsi, həmçinin öz qərarında Vergi Məcəlləsinin 159.1-ci və 159.3-cü maddələrini qarşılıqlı şəkildə araşdıraraq qeyd etmişdir ki, ƏDV məqsədləri üçün vergitutma obyekti vergi tutulan idxalın bir hissəsi deyil, bütövlükdə idxalın məbləği sayılır. Bu səbəbdən, müvəqqəti idxal zamanı aylıq ödənişlər geniş mənada idxal zamanı ödənilən vergini nəzərdə tutmadığından, bu cür ödənişlər gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq, ödənilməli olan ƏDV məbləği hesab edilmir.

93. Belə ki, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılar mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

94. Vergi Məcəlləsinin 20.4 və 20.5-ci maddələrinə əsasən vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxalixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. Bununla yanaşı, yol vergisi, ƏDV və aksizlərin tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 25-ci maddəsinə əsasən isə, dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər. Həmçinin, Vergi Məcəlləsinin 53.5-ci maddəsinə əsasən vergi qanunvericiliyin in pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

95. Beləliklə, Vergi Məcəlləsinin qeyd olunan maddələrindən müəyyən olunduğu kimi malların idxalı əməliyyatlarından, müvəqqəti idxal əməliyyatları daxil olmaqla, ƏDV-nin tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edildiyindən və gömrük qanunvericiliyində MİXGP-nin çərçivəsində ƏDV-nin tətbiq edilmə mexanizmi açıq-aydın qeyd olunduğundan bu məsələ üzrə sahə qanunvericiliyi Gömrük Məcəlləsidir və Vergi Məcəlləsinin 159.3-cü maddəsi Gömrük Məcəlləsi və Qaydaların müvafiq müddəaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir.

96. Bu mənada Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Qaydaların 7.5 və 7.9cu maddələrini nə zərinizə çatdırmaq istəyirik. Belə ki, Gömrük Məcəlləsinin 194.1 və Qaydaların 7.5-ci maddələrinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad olunan mallar üzrə gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Bununla yanaşı, Qaydaların 7.9-cu maddəsinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır.

97. Göstərilən maddələrin məzmunundan belə aydın olur ki, müvəqqəti idxal zamanı ödənilməsi nəzərdə tutulan aylıq ödənişlər adi qaydada idxal zamanı, yəni sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında mallar idxal edildiyi zaman ödənilməli olan gömrük rüsumlarının və vergilərin bir hissəsi olmaqla onların cəminə bərabərdir. Bununla bağlı, Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Qaydaların 7-ci maddəsində göstərilən “aylıq ödənişlər” ifadəsinin “gömrük rüsumları və vergilər üzrə” ödənilməli məbləğlərin müəyyən hissəsini və ödənilmə aralığını/dövrünü ifadə etmək məqsədilə istifadə edildiyi anlaşılır.

98. Bununla yanaşı, Gömrük Məcəlləsinin 194.1-ci maddəsi və Qaydaların 7.5 və 7.9-cu maddələrinin qarşılıqlı şəkildə təhlilindən belə müəyyənləşdirmək olur ki, bir tərəfdən MİXGP altınd a yerləşdirilən mallar gətirilmə zamanı idxal malları hesab edilmirsə, deməli həmin anda tam həcmdə ƏDV-yə cəlb olunmur, digər tərəfdən isə müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləğinin çıxılmalı olduğu nəzərə alınmışdır. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Vergi Məcəlləsinin 159.3-cü maddəsi müvəqqəti idxal zamanı yalnızca tam həcmdə ƏDVnin ödənilməsini istisna edir, başqa sözlə, MİXGP altında yerləşdirilən mallara görə aylıq olaraq hissəvi səkildə ƏDV-nin ödənilməsi qanunvericilik baxımından ümumilikdə istisna edilməmişdir.

99. Əks halda, Vergi Məcəlləsinin bir tərəfdən müvəqqəti idxalı ƏDV məqsədlə ri üçün vergitutma obyekti kimi müəyyən etməməsi və ƏDV-dən azad etməsi, digər tərəfdən isə Gömrük Məcəlləsində müvəqqəti idxal üzrə aylıq əsasda sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan vergilərin məbləğinin 3 (üç) faiz miqdarında ƏDV-nin tətbiqinin nəzərdə tutulması uyğunsuzluq yaradardı.

100. Yuxanda göstərilənlərə baxmayaraq, apellyasiya məhkəməsi öz qərarında bu cür uyğunsuzluğu nəzərə almamış və Vergi Məcəlləsinin 159.3-cü maddəsini müvəqqəti idxal şəklində gətirilən malların ƏDV-nin vergitutma obyekti olmaması səbəbindən ümumiyyətlə ƏDV-yə cəlb olunmamalıdır kimi şərh etmiş və müvəqqəti idxal zamanı ƏDV ödənilməməlidir nəticəsinə gəlmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(103)-23/2024 nömrəli Qərarında Gömrük Məcəlləsi və Qaydaların bu mövzudakı xüsusi tənzimləmələrini diqqətə almamış və Vergi Məcəlləsinin 159.3-cü maddəsini işin hallarına düzgün tətbiq etməmişdir.

101. Apellyasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, müvəqqəti idxal gömrük proseduru zamanı edilmiş aylıq ödənişlər ƏDV hesab olunmadığından onların əvəzləşdirilməsi də mümkün deyildir. Bu mənada apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 170-ci maddəsinə, yəni malların idxal edilməsi vaxtının müəyyənləşdirilməsinə istinad etmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə müvəqqəti idxal rejimində saxlanılan mallar sərbəst dövriyyəyə buraxılmadığından və mallardan təyinatı üzrə istifadə bilavasitə gömrük orqanının nəzarəti ilə həyata keçirildiyindən ƏDV üzrə idxalın vaxtı müvəqqəti idxalın vaxtı ilə eyni deyildir. Bu səbəbdən MİXGP üzrə aylıq ödənişlər ƏDV-nin vergitutma obyekti hesab edilmir və onların əvəzləşdirilməsi mümkün deyildir.

102. Apellyasiya məhkəməsi təhlil zamanı Vergi Məcəlləsinin 175.10-cu maddəsinin tələblərini düzgün şəkildə nəzərdən keçirməmiş və idxal əməliyyatları üzrə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məcəllənin göstərişlərinə əməl etməmişdir.

103. Belə ki, Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Həmin maddədən də göründüyü kimi, ödənilmiş ƏDVnin əvəzləşdirilməsi üçün nə MİXGP altında idxal olunan mallar istisna edilmiş, nə də ki malların sərbəst dövriyyəyə buraxılış rejimi altında idxalı şərti qoyulmuşdur. Bununla da, ƏDV-nin əvəzləşdirilməsinin əsas şərtləri ilə yanaşı, idxalda ƏDV-nin əvəzləşdirilməsinin yeganə şərti Vergi Məcəlləsinin 175.10-cu maddəsi ilə müəyyən edilmişdir ki, bu da ƏDV-nin ödənildiyini göstərən idxal sənədlərinin mövcud olmasıdır, hansılar ki, Nümayəndəlik tərəfindən məhkəməyə təqdim edilmişdir. 175-ci maddədə vergitutma obyekti barəsində heç bir qeyd yoxdur.

104. Vergi Məcəlləsinin 170-ci maddəsinin tələblərinə uyğun olaraq isə hesabat dövrü ərzində malların idxalı üzrə gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt ƏDV-nin əvəzləşməsinə icazə verilir. Həmin maddədən göründüyü kimi, ödənilmiş ƏDV- nin əvəzləşdirilməsi üçün nə müvəqqəti idxal malları istisna edilmiş, nə də ki, sərbəst dövriyyəyə buraxılış şərti qoyulmuşdur.

105. Nəzərə alınsa ki, Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən “malların idxalı” gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi hesab edilir, Vergi Məcəlləsinin 175.10cu maddəsində nəzərdə tutulan “malların idxalı” anlayışına MİXGP altında idxal edilən mallar da aid edilir. Gömrük Məcəlləsinin 194.1 və Qaydaların 7.5-ci maddələrinə istinadən, Nümayəndəliyin MİXGP altında idxal etdiyi malları ƏDV-dən və gömrük rüsumlarından tam deyil, qismən azad edilir və ƏDV və gömrük rüsumlarının aylıq əsasda ödənilməsi nəzərdə tutulur.

106. Belə ki, ƏDV-nin əvəzləşdirilməsinin əsas şərtləri ilə yanaşı, idxalda ƏDV-nin əvəzləşdirilməsinin yeganə şərti Vergi Məcəlləsinin 175.10-cu maddəsi ilə müəyyən edilmişdir və bu şərt Nümayəndəlik tərəfindən məhkəmə yə təqdim edilən ƏDV-nin ödənildiyini göstərən idxal sənədlərinin mövcud olması ilə sübut olunmuşdur.

107. Həmçinin, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təsdiqləyib Vergi Məcəlləsinin 175.10-cu maddəsinə istinad edərək, yalnız müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğin əvəzləşdirilə biləcəyini qeyd etmişdir. Bu mənada diqqətinizə çatdırmaq istəyirik ki, məhkəmənin gəlmiş olduğu bu nəticə Vergi Məcəlləsinin 175.10-cu maddəsinə 3 dekabr 2021-ci il tarixli Qanunla sonradan edilmiş əlavə ikinci hissəyə istinaddır, hansı ki, hal-hazırkı işin hallarına tətbiq oluna bilməz (aşağıda ətraflı olaraq qeyd olunacaqdır). Sözügedən dəyişiklikdən öncəki dövr üzrə isə Vergi Məcəlləsinin 175.10-cu maddəsində idxal əməliyyatları üzrə ƏDV-nin əvəzləşdirilməsi üçün nə MİXGP altında idxal olunan mallar istisna edilmiş, nə də ki malların sərbəst dövriyyə buraxılış rejimi altında idxalı şərti qoyulmuşdur.

108. Bu hissədə kassator qeyd etmək istəyir ki, qanunçuluq prinsipinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmçinin, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergi qanunvericiliyindəki bütün ziddiyyətlərin və aydın olmayan məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğunu da nəzərə alaraq belə müəyyənləşdirmək mümkündür ki. dəyişiklikdən öncəki dövr üzrə müvəqqəti idxal zamanı ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır. 1

09. Vergi orqanı tərəfindən ödənilən məbləğin ƏDV olmadığına dair əsaslandırma gətirilməsi, yəni ƏDV olmasının mübahisələndirilməsi səbəbi sırf onun əvəzləşdirilmə vaxtı ilə bağlı olmuşdur.

110. Belə ki, inzibati praktikaya əsasən müvəqqəti idxal proseduru altında olan mallara görə ödənilmiş ƏDV məbləğləri həmin dövrdə, yəni sərbəst dövriyyə rejiminə keçmədən əvəzləşdirilmişdir, əks təqdirdə iddiaçı özünü bu həcmdə böyük maliyyə riski altında qoymağı heç vaxt gözə ala bilməzdi. Sadəcə vergi orqanının qanunvericilikdəki boşluqları doldurma cəhdi və inzibati praktikanı dəyişdirməsi nəticəsində mübahisə predmeti qərarlar qəbul olunmuşdur.

111. Məhz bu fakta görə Vergi Məcəlləsinin 175.10-cu maddəsinə daha sonradan açıqlayıcı ikinci hissə əlavə olunmuşdur. Məhkəmənin xüsusilə nəzərinə çatdırıl ır ki, sözügedən açıqlayım müddəalar məhz birinci instansiya məhkəməsində çəkişmə davam etdiyi müddətdə Vergi Məcəlləsinə əlavə edilmişdir və 1 yanvar 2022ci ildən qüvvəyə minmişdir. Əgər ehtiyac olmasaydı, belə bir müddəa heç əlavə olunmazdı. Əlavə edilmiş yeni müddəa bundan sonrakı mübahisə predmeti ilə eyni olan məsələlərdə birbaşa tətbiq oluna biləcəyi halda hal-hazırkı işdə tətbiq oluna bilməz. Çünki aşağıda ətraflı şəkildə qeyd olunacağı üzrə qanunvericiliyə əsasən vəziyyəti ağırlaşdırıcı normanın geriyə tətbiq olunması qadağandır. Bütün bunlara baxmayaraq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi qeyd edilən konstitusion prinsipə məhəl qoymamışdır.

112. Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 21(103)-23/2024 nömrəli Qərarında Vergi M əcəlləsinin 175.10-cu maddəsini işin hallarına düzgün tətbiq etməmişdir.

113. Vergi orqanı öz inzibati praktikasını dəyişmiş və bu da qanunvericiliyə edilmiş daha sonrakı tarixli müddəa ilə öz təsdiqini tapmışdır.

114. Yuxarıda göstərilənlərlə yanaşı həmçinin kassator qeyd edir ki, vergi orqanının uzunmüddətli praktikasına əsasən MİXGP altında idxal olunmuş malların qismən vergi və rüsumlardan azad olunması halında ümumi ƏDV-nin aylıq ödənilən 3 faiz hissəsi ƏDV kimi tanınmış və həmin məbləğlərin əvəzləşdirilməsi ilə bağlı heç bir problem yaşanmamışdır.

115. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, işin faktiki hallarına və iş materiallarına əsasən vergi ödəyicisi tərəfindən ödənilmiş mübahisə predmeti olan “aylıq ödənişlər” gömrük sənədlərində məhz ƏDV başlığı altında qey d olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsi tərəfindən kəsilən invoyslarda da açıqca göstərilir ki, mübahisə predmeti məbləğlər (“aylıq ödənişlər”) məhz ƏDV kimi tutulmuş və gömrük orqanı tərəfindən verilmiş invoyslarda ƏDV başlığı altındakı sırada qeyd edilmişdir. Qeyd edilən invoysların inzibati orqan, yəni gömrük orqanı tərəfindən verildiyini nəzərə alaraq, bunun vergi ödəyicisi tərəfindən dəyişdirilə bilməyəcəyi, həmin sistemə mükəlləf tərəfindən müdaxilə edilə bilməyəcəyi açıq-aşkardır. Beləliklə, qeyd etmək lazımdır ki, məhz inzibati orqan tərəfindən verilmiş bu invoyslara istinad edərək iddiaçı həmin məbləğlərin ƏDV olduğuna etimad etmiş və onu əvəzləşdirmişdir.

116. Həmçinin, Bakı Baş Gömrük İdarəsi Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab ola raq təqdim etdiyi 10 sentyabr 2021-ci il tarixli məktubunda iddiaçı tərəfindən **********5469 və **********5085 sorğu nömrəli gömrük bəyannamələri üzrə ödənilmiş aylıq ödənişlərin (müvafiq olaraq 128,528 manat və 385,570.8 manat) ƏDV olduğunu bildirmişdir. Bildiyimiz kimi inzibati münasibətlərin xüsusiyyətləri və prinsipləri açıq olaraq və birmənalı formada inzibati orqanların qanunvericilik prinsipi çərçivəsində hərəkət etməli olduğunu göstərir. Bununla yanaşı, şəxslərin mülkiyyət hüquqlarının (hansı ki, əsas insan hüquq və azadlıqlarından biri kimi, həm daxili qanunvericiliklə (başda Azərbaycan Respublikası Konstitusiyası olmaqla), həm də beynəlxalq qanunvericiliklə - Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu ilə) məhdudlaşdırılması yalnız açıq formada qanunda icazə verild iyi həddə mümkündür. Hər hansı inzibati orqanın (gömrük orqanı daxil olmaqla) qanunvericilikdə açıqca göstərilməyən ödənişləri tutması mümkün deyil.

117. Bunun əsasında qənaətə gəlmək olar ki, vergi orqanının MİXGP altında idxal olunmuş malların qismən vergi və rüsumlardan azad olunması halında ümumi ƏDV-nin aylıq ödənilən 3 faiz hissəsinin ƏDV kimi tanımaması və həmin məbləğlərin əvəzləşdirilməsi ilə bağlı problemin yaşanılması, vergi orqanının inzibati təcrübəni/praktikanı dəyişmək niyyətindən irəli gəlmişdir.

118. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında’* Qanununun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Nəzərə alsaq ki, vergi orqanının istinad etdiyi Vergi Məcəlləsinin 159.3- cü maddəsi məcəllənin ilkin mətnində olduğu kimidir və son illər ərzində bu maddəyə heç bir dəyişiklik edilməmişdir, vergi orqanının əvvəlki inzibati praktikaya ziddiyyət təşkil edən yanaşması “İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsini pozur.

119. Qeyd etmək lazımdır ki, vergi orqanı bu məsələ ilə bağlı inzibati təcrübəni vergi və gömrük qanunvericiliyinin tələblərinə zidd olaraq dəyişmək niyyətindədirsə, bu Qanunun tələbləri ilə ziddiyyət təşkil edir və həm də Azərbaycan Respublikasında xarici investisiyaların qorunmasına və təşviqinə kölgə salır.

120. Bundan əlavə, xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli İ Qanunla həmin Məcəllə nin 175.10-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə olunmuşdur: Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir.

121. Bu maddənin məzmunundan da açıqca göründüyü kimi vergi orqanının davam edən inzibati praktikasını dəyişmək üçün Vergi Məcəlləsinə mövzu ilə bağlı xüsusi bir müddəa əlavə olunmuşdur, hansı ki, 2022-ci ilin yanvarın 1-indən qüvvəyə minmişdir. Əgər apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaət və vergi orqanın mövqeyi kimi müvəqqəti idxal proseduru altında yerləşdir ilən mallara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi mövzusunda açıq aydın bir mövqe və praktika olsa idi, qanunvericiliyə belə bir müddəanın əlavə edilməsinə heç bir ehtiyac olmazdı.

122. Daha sonra, kassator qeyd edir ki, 175.10-cu maddəyə əlavə olunmuş ikinci hissə bir daha təsdiq edir ki, müvəqqəti idxal gömrük prosedurunda ödənilən vergi məhz ƏDV-dir. Dəyişikliyin mahiyyəti isə ancaq əvəzləşdirmə dövrünün dəyişməsindən ibarətdir. Əgər dəyişiklikdən qabaqkı dövrdə, müvəqqəti idxalda ödənilmiş ƏDV ödənişi həyata keçirildiyi ayda əvəzləşdirilirdisə, dəyişikliklərdən sonra isə ödənilmiş ƏDV ancaq sərbəst dövriyyə gömrük proseduru altında yerləşdirildiyi anda əvəzləşdirilir. Lakin bu dəyişiklik ödənilmiş ƏDV-nin mahiyyətini dəyişmir və bir də sübut edir ki, Nümayəndəlik tərəfindən ödənil miş məbləğlər ƏDV-dir.

123. Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 21(103)-23/2024 nömrəli Qərarında “İnzibati icraat haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrini işin hallarına düzgün tətbiq etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

124. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.

125. Etirazın dəlillərinin əsasını iddiaya qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. c. işdə iştirak edən şəxslərin izahatları

126. İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi, əlavə olaraq qeyd etdi ki, məsələnin düzgün həllinin mövzu ətrafında vahid bir məhkəmə praktikasının formalaşmasına təsiri olacaqdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2023-cü il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 2-ci cümləsinin 2022-ci ildən qüvvəyə mindiyi üçün bu maddi hüquq normasının daha əvvəlki dövrlərdə aparılmış əməliyyatlara tətbiq edilə bilməz. Bu, həm də iddiaçı tərəfin mövgeyidir. Lakin daha sonra Ali Məhkəmənin İnzibati Kollegiyasının bir başqa qərarında gəldiyi nəticə fərqli olmuş və bu dəfə Ali Məhkəmənin İnzibati kollegiyası əks mövgeni tutmuş və beləliklə də Ali Məhkəmə qərarlarında bir mövzu ətrafında fərqli iki mövge nümayiş etdirmişdir. Vergi Məcəlləsinin 159.3-cu maddəsində qeyd olunurdu ki, müvəqqəti idxalda gətirilən mallar idxal sayılmır, ƏDV məqsədləri üçün vergitutma obyekti deyil. Eyni zamanda, Gömrük Məcəlləsində nəzərdə tutulurdu ki, ƏDV-nin 3% ödənilmir. Bu ilk baxışdan ziddiyyətdir. Digər tərəfdən, praktikaya baxdıqda, həmi şə bu norma belə şərh olunurdu ki, həmin anda tam olaraq ƏDV tutulmur. Yəni müvəqqəti idxalda prosedur altında rəsmiləşdiriləndə Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən Gömrük Məcəlləsində olan norma zidd deyil, çünki tam məbləğdə ödənilmir: 3% ödənilir və o, əvəzləşdirilir. 2020-ci ildən praktika dəyişdi. Sistem dəyişdirildi və artıq Gömrük orqanında sistemdə AVİS-də müvəqqəti idxalda ödənilmiş ƏDV, ƏDV kimi əks olunmur. Yəni yeni norma sadəcə əvəzləşdirmənin dövrü ilə bağlıdır əvəzləşdirmənin özü ilə bağlı deyil. Hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən iş düzgün araşdırılmamışdır. Kassasiya şikayətinin dəlillərində bunlar ətraflı qeyd edilmişdir.

127. İddiaçının nümayəndəsi kassasiya şikayətini və vəkilin çıxışında qeyd olunanları müdafiə edərək şikayətin təmin olunması nı xahiş etdi.

128. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Nümayəndə əlavə olaraq qeyd etdi ki: sərbəst dövriyyə buraxılanda artıq müvəqqəti idxal malına heç bir ƏDV ödənilməli deyil və əgər səhv ödəniş varsa o geri qaytarılmalıdır; Dövlət büdcəsi üçün əvəzləşdirmə qaytarmadan daha uyğundur; Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 2-ci abzasına əlavə edilməsi yeni tənzimləmə deyil və hər hansı bir yeni öhdəlik yaratmır; hələ qanun dəyişməmişdən əvvəl müəyyən edilmişdi ki, bu əvəzləşmə səhv olub və 2020-ci ildən başlayaraq müvəqqəti idxalda əvəzləşməyə yol verilmir.

129. Cavabdehin vəkili nümayəndənin çıxışında göstər ilənləri müdafiə etdi və əlavəsinin olmadığını bildirdi.

130. Üçüncü şəxs Dövlət Gömrük Komitəsinin nümayəndəsi izahatında göstərdi ki, Gömrük Məcəlləsində ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bununla bağlı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində mövgelərini bildirmişlər.

131. Üçüncü şəxs Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Dövlət Gömrük Komitəsinin nümayəndəsinin izahatında göstərilənlərlə eyni mövqedə olduqlarını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, tutulması gömrük orqanının səlahiyyətinə aid olan ödənişlər dövlət büdcəsinə ödənilir. Gömrük Məcəlləsində müvəqqəti idxalda aylıq ödənişlərin ödənilməsi nəzərdə tutulur və Nazirlər Kabinetinin 245 nömrəli qərarında da müvəqqəti idxalda malların sər bəst dövriyyəyə buraxılması zaman ödənilməli olan məbləğin 3% miqdarında aylıq ödənişlər nəzərdə tutulur. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə edilmiş dəyişikliyin onların praktikasına heç bir təsiri olmayıb. Gömrük orqanı aldığı ƏDV-nin dövlət büdcəsinə alınmasını təmin edib. Həmin dəyişikliyin zərurəti qanuna aydınlıq gətirilməsindən ötrü baş verib. TƏTBİQ EDİLƏN HÜQUQ

132. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

133. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

134. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

135. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

136. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

137. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddianın əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmi şdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

138. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

139. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müvəqqəti idxal rejimində yerləşdirilmiş mallar üzrə qanunverici “aylıq ödənişlər” ödənilməsini nəzərdə tutmuşdur. Müvəqqəti idxal rejimində malların saxlanması üçün ödənilən aylıq ödənişlərin tərkibi sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Əvəzləşdirməyə əsas verən vergi növü ƏD V-dir. ƏDV-nin anlayışı, ƏDV üzrə vergitutma obyekti, eləcə də ƏDV üzrə əvəzləşdirmənin yol verilib-verilməməsi Vergi Məcəlləsi ilə müəyyən olunur. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci və 12.1.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödə nildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Qeyd edilən normadan müəyyən olunur ki: - ƏDV idxalda ödənilir; - İdxalda ödənilən sənədlərə əsasən əvəzləşmə aparılır. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqs ədləri üçün idxal malları hesab edilmir.

140. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən, mallar bu Məcəllənin 194.1 -ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilir. Həmin Məcəl lənin 193-cü maddəsinə əsasən isə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmı ş müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

141. Qeyd edilənlərdən göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar həmin rejim altında müəyyən müddət ərzində qala bilər və eyni zamanda bu müddət ərzində gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilir. Müvəqqəti idxal rejimi zamanı Azərbaycan Respublikası ərazisinə buraxılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edildikdə, mallara tətbiq olunan gömrük rüsu mları və vergilər üzrə aylıq ödənişlərin məbləği sərbəst dövriyyəyə buraxılış üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

142. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə alınan ödənişlər gömrük məqsədləri üçün tətbiq olunur və Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı vergi tutulan idxal sayılsa da, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Bununla belə, müvəqqəti idxal rejiminin müddətinin bitməsindən sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən vergi tutulan idxal sayılır və əvəzlə şdirilə bilər.

143. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDV-yə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir (140-143-cü bəndlərdə qeyd olunanlarla bağlı bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-649/2023 nömrəli qərarı).

144. Beləliklə, məhkəmə kollegiyas ı işin məhkəmələr tərəfindən araşdırılmış faktiki hallarına hüquq normalarının düzgün tətbiq edildiyi qənaətindədir. İddiaçının kassasiya şikayətində, habelə məhkəmə iclasında irəli sürdüyü dəlillərin qiymətləndirilməsi də daxil olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-649/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqedən fərqli nəticəyə gəlmək üçün əsaslar müəyyən olunmamışdır.

145. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

146. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-23/2024 nömrəli qərarın dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2-1(102)-1469/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********656700 və **********60200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)23/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)723/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, gömrük orqanları tərəfindən alınan vergi növləri sırasında aylıq 3 (üç) % ödənişlərin adı çəkilmir. Qeyd edilən qanunvericilik normaları onu deməyə əsas verir ki, müvəqqəti idxal rejimində saxlamaya görə ödənişlər ayrıca vergi və ya rüsum deyildir, həmin aylıq ödənişlər malların bu prosedur altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləği əsasında müəyyən olunan məbləğdir. Başqa sözlə, aylıq ödən işlər gömrük rüsumları və vergilər üzrə hesablansa da bu nə müstəqil qaydada gömrük rüsumu, nə də ƏDV deyildir. Aylıq ödənişlərin ödənilməsi üçün tələb olunan əməliyyat yuxarıda da qeyd edildiyi kimi müvəqqəti idxaldır. Müvəqqəti idxal olunan mal sərhəddən çıxarıldığı halda növbəti 3 (üç) faiz əlavə tutulmur. Müvəqqəti idxal edilmiş mallar təkrar ixrac edilərkən və ya digər gömrük proseduru altında yerləşdirilərkən onlara görə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Eyni zamanda qanunverici aylıq ödənişlərin cəmi məbləğinə məhdudiyyət nəzərdə tutmuşdur. Belə ki, müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumu və vergilərin məbləği həmin malların sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumu və vergilərin ümumi məbləğindən artıq olmam alıdır. Müəyyən olunur ki, ƏDV idxalda ödənilir; - İdxalda ödənilən sənədlərə əsasən əvəzləşmə aparılır. Beləliklə, ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir: - Tranzit yük daşınması qaydasında Azərbaycan Respublikası ərazisinə buraxılan mallar; - Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar; - Gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar. Malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxtdır. Müvəqqəti idxal rejimində saxlanılan mallar isə sərbəst dövriyyəyə buraxılmır, mallardan təyinatı üzrə istifadə bilavasitə gömrük orqanının nəzarəti ilə həyata keçirilir. Başqa sözlə, qeyd edilən maddədə nəzərdə tutulan ƏDV üzrə idxalın vaxtı müvəqqəti idxalın va xtı ilə eyni deyildir. Bundan əlavə, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən (...) əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. -175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Başqa sözlə, idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir. Əvəzləşmə yalnız idxal münasibətlərinə şamil olunur. Beləliklə, qeyd edilən normaların əlaqəli təhlili nəticəsində məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsin də nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, bununla da müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan 3 % miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən əvəzləşdirilmir. Yalnız müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1469/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-23/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 10-cu maddəsi Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarını müəyyən edir. Maddə

10. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları 10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:.......... 10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları 2021-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisin də istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.3-cü madəəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən 1.2-ci bəndin ə əsasən bu qaydalar müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.56-cı maddəsinə əsasən vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər nəzərdə tutulur. İlk öncə qeyd edirəm ki, Vergi Məcəlləsinin 159.3-cü madəəsinə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan ƏDV-nin tutulması Vergi Məcəlləsi ilə ziddiyyət təşkil edir. Vergi Məcəlləsinin: -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. -2.2-ci maddəsinə görə bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. -2.3-ci maddəsinə görə vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. -2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. -3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -3.9-ci maddəsinə görə vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Sözügedən maddi hüquq normalarından görünür ki, Azərbaycan Respublikasında bütün vergilər və onun növləri, dərəcələri, vergi güzəştləri və azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir və həmin məsələlər ilə bağlı normalar Vergi Məcəlləsinə daxil edildikdən sonra tətbiq edilir. Eyni zamanda, qanunverici vergilərin elə qaydada formalaşdırılmasını təsbit etmişdir ki, hər kəs ödənilməli olan verginin növünü, onun məbləğini, qaydasını və vaxtını bilsin, həmçinin vergilər haqqında qanunve riciliyin bütün ziddiyyətlərin və aydın olmayan məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməsini göstərmişdir. Bundan başqa, qanunverici vergi qanunvericiliyinin aktları ilə hər hansı digər sahəvi qanunvericilik aktlarının (VM-nin 2.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) arasında vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandığı halda vergi qanunvericiliyi aktlarının üstün qüvvəyə malik olduğunu və həmin qanunvericilik aktlarının tətbiq edildiyini təsbit etmişdir. Bundan başqa Vergi Məcəlləsinin qüvvədə olan 175.1.2-ci maddəsinə əsasən hesabat dövrü ərzində (təqvilm ayında) malların idxalı üzrə ƏDV-nin əvəzləşdirilməsini həmin Məcəllənin 170-ci maddəsi ilə şərtləndirir. Başqa sözlə desək gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutul duğu vaxt malların idxal edilməsi vaxtı sayılmaqla gömrük rəsmiləşməsi zamanı büdcəyə ödənilən ƏDV 2019-cu ildə qüvvədə olan Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən (Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.) idxal sənədi ƏDV-nin əvəzləşdirilməsi üçün əsasdır. Bundan başqa, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə ƏDV əvəzləşdirməsinin məhdudlaşdırılmasını nəzərdə tutan Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 2-ci cümləsi 2022-ci ildən qüvvəyə mindiyi üçün bu maddi hüquq norması 2022-ci ildən sonra yaranan münasibətlərə tətbiq edildiyindən əvvəlki illərdə aparılmış əməliyyatlara tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)273/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 63-cü bəndində qeyd edilmişdir ki, “müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə ƏDV əvəzləşdirməsinin məhdudlaşdırılmasını nəzərdə tutan Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 2-ci cümləsi 2022-ci ildən, hesablamaya əsas olmuş Vergi Məcəlləsinin 67.15-ci maddəsi isə xx.xx.2019-cu ildən qüvvəyə mindiyi üçün bu maddi hüquq norması 2017-2018-ci illərdə aparılmış əməliyyatlara tətbiq edilə bilməz.” Hazırkı mübahisənin mahiyyəti ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı olduğu üçün ƏDV ilə bağlı vergi qanunvericiliyinin aşağıdakı normaları nəzərdən keçirilməlidir. Vergi Məcəlləsinin: -153.1-ci maddəsinə görə ƏDV vergi tutulan dövriyyə dən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. -159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyin ə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. -173.1-ci maddəsinə görə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. -173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. -174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. -175.10-cu maddəsində təsb it edilmişdir ki, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Yalnız Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 2-ci hissəsinə edilmiş əlavəyə görə (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. Yəni müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə mallar üçün ödənilmiş ƏDV-nin əvəzləşdi rilməsinə 2022-ci ildən məhdudiyyət (yeni mövqe) qoyulmuşdur. Məhz qanunvericilikdə bu dəyişikliyi zəruri edən səbəb Vergi Məcəlləsində olan ziddiyyət və qeyri-müəyyənlikdir ki, bu halda da Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən 2017-2021-ci illərdə qüvvədə olan VM-nin 175-ci maddəsində müvəqqəti idxal zamanı ödənilən ƏDV-nin əvəzləşdirilməsini istisna edən konkret müddəa nəzərdə tutulmamışdır. Əksinə, 2021-ci ilə qədər qüvvədə olan Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə ə sas verir. Apellyasiya instansiyasının qərarında qeyd edilmişdir ki, müvəqqəti idxal gömrük proseduru zamanı edilmiş aylıq ödənişlər ƏDV hesab olunmadığından onların əvəzləşdirilməsi də mümkün deyildir. Hesab edirəm ki, Apellyasiya instansiyası düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci maddəsinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriy yəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. “Vergilər” dedikdə isə yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.56-cı maddəsinə əsasən əlavə dəyər vergisi, yol vergisi və aksizlər nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məs ələləri haqqında” Azərbaycan Respublikası qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli, 393 nömrəli Fəramanının 3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 72.2-ci maddəsində nəzərdə tutulmuş vergi hesabatının formasını Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) təsdiq edir. Vergilər Nazirliyi tərəfindən 2017-2019-cu illər üçün təsdiq olunmuş ƏDV bəyannaməsinin formasında həmin bəyannamənin 1 saylı əlavəsinin 2-ci hissəsində müvvəqqəti idxal rejimində gətirilən mallar üçün ödənilmiş ƏDVnin əvəzləşdirilməsini nəzərdə tutan xüsusi bölmə mövcud idi. Bu da bir daha sübut edir ki, 2020-ci ildən sonra vergi orqanları fərqli təcrübə tət biq etsə də, Vergi Məcəlləsinin 175.10-cu maddəsinə 2-ci cümlə əlavə edilərək müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan maddi hüquq norması 2022-ci ildən qüvvəyə minmiş və hazırkı mübahisə üzrə müvəqqəti idxal rejimi zamanı ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsində iddiaçı haqlı olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-23/2024 nömrəli qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar