Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1488/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X2 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı X1 vəkili Vəkil iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilərək qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-519/2019 nömrəli, 08 fevral 2019-cu il tarix li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 15 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: X2 (bundan sonra – iddiaçı) Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. O, qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdehin 26.01.2018-ci il tarixli, İQ-07/1 nömrəli qərarı ilə ona qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehin şikayət instansiyasına şikayətlə müraciət etmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 19.03.2018-ci il tarixli, 21 nömrəli qərarı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, qərar dəyişdiri lmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin İQ-07/1 nömrəli, 26 yanvar 2018-ci tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və onun ləğv edilməsindən imtina edilməsi haqqında şikayət instansiyasının 21 saylı, 19.03.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının 01.11.2017-ci il tarixli vəsatətinin təmin edilərək Azərbaycan Respublikasının ərazisində qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı əfqan vətəndaşıdır, etnik mənsubiyyətinə görə şiədir. İddiaçı yanında işlədiyi Qaridar adlı şəxsin qızı Həmidə ilə görüşmüş, sonra onu qaçırmışdır. Lakin yolda onlar qaytarılmış, kəndə gətirilmiş, kənddə yerli böyüklərin köməkliyi ilə iddiaçı azadlığa buraxılmışdır. Qızın atası Talibana ondan şikayət etmişdir ki, iddiaçı onun ailəsini rüsvay etmişdir. Odur ki, iddiaçı qızın atası ilə əlavə problem yaşanmaması üçün ölkəni tərk etmək qərarına gəlmişdir. Sonra Taliban tərəfindən tutulmuş, lakin gecə qaçmağa müyəssər olmuşdur. İddiaçı həmin hadisədən sonra 16 gün ölkəsində qalmış, sonra isə Azərbaycana gəlmişdir. Qaçqın statusunun verilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş, həmin qərardan verdiyi şikayət də təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı barəsində əsaslandırılmış təqib mövcud de yildir. İnandırıcılığın qiymətləndirilməsi zamanı ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi pasportu Əfqanıstanı tərk etmək məqsədilə aldığını bildirsə də, sonradan ondan pasportu Əfqanıstanda problemi yaranandan sonra və ya əvvəl alması sualına o, gah əvvəl, gah da sonra almasını bildirmiş, qarışıq cavab vermişdir. Bundan sonra ərizəçidən taliblərə onun barədə məlumat verildikdən sonra Qəzniyə getmək üçün nə üçün taliblərin daha çox yaşadıqları Qiyağ məntəqəsindən keçən yolu seçdiyini soruşduqda o, Qəzniyə getmək üçün başqa yol olmadığını bildirmişdir. Xəritədə aparılan araşdırma zamanı Malestandan Qəzniyə getmək üçün 2-ci yol, Qərəbağ yolu ona göstərildikdən sonra ərizəçi fikrini dəyişərək Qiyağ məntəqəsindən getməsinin təsadüfən alındığını söyləmişdir. Həmçinin, Malestandan Qəzniyə getmək üçün bir neçə şəhər və məntəqələrdən keçmək lazım olduğu halda ərizəçi ancaq Nohur və Qiyağ məntəqələrini xatırladığını bildirmişdir. Bununla yanaşı ərizəçi talibləri onun əllərini və ayaqlarını bağlayaraq zindanda nəzarətdə saxladığı zaman ordan necə xilas olması barədə sualları cavablandırmaqda çətinlik çəkmiş, fərqli ifadələr vermişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2568/2 018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qaçqın statusunun verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-519/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2568/2018 nömrəli 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin həmin qərarından iddiaçının vəkili kasassiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-519/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qərarının ləğv olunmasını, yeni qərar qəbul edilməsini və iddiaçıya qaçqın statusunun verilməsinə dair qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt, yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa d üşülür. Cavabdeh qərarında iki fundamental səhvə yol verilib: cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin Əfqanıstanda hakim olan əxlaq normalarına zidd hərəkət etməsi və buna görə də Taliban tərəfindən təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Daha sonra qeyd edilir ki, qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində i ddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Kassator qeyd edir ki, o, öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Əlavə olaraq MÖM əsasında müəyyən edilir ki, iddiaçının mənşə ölkəsinin rəsmi orqanları bu təqibə qarşı iddiaçını mühafizə etmək iqtidarında deyillər. Bundan əlavə, iddiaçının ölkədaxili yerdəyişmə imkanları mövcud deyil. Pakistanda icma münasibətləri güclüdür və şəxslər öz yaşadıqları yerdən kənarda digər icmalar tərəfindən dəstəklənmirlər. Göstərilənlərə əsasən iddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmi r və onun ölkədaxili alternativ yerdəyişmə imkanı yoxdur. İddiaçı həmçinin həzara etnik qrupuna mənsubdur. Həzaralar digər etnik azlıqlar kimi hakimiyyət orqanları tərəfindən adekvat müdafiə edilmirlər. Buna görə də o, həmçinin həzara kimi hakimiyyət orqanlarının müdafiəsindən məhrumdur və ikiqat diskriminasiya ilə qarşı-qarşıyadır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-519/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qərarının ləğv olunmasını, yeni qərar qəbul edilməsini və iddiaçıya qaçqın statusunun verilməsinə dair qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəs inə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına əsasən, “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin sə bəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -“Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur. Belə ki, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyy ən edilmişdir ki, iddiaçı özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının hər hansı şəxslərin təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri isə ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Çünki, iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığına dair nə cavabdehə, nə də məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəy işdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-519/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1488/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1488/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver