Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1493/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxnin cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxnin cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 08 may 2018-ci il tarixli İQ-50/1 nömrəli qaçın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və onun ləğv edilməsindən imtina edilməsi haqqında şikayət instansiyasının 13 iyul 2018-ci il tarixli 63 saylı qərarının ləğv edilməsi və iddiaç ıya vəsatətinin təmin edilərək Azərbaycan Respublikasının ərazisində qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-322/2019 saylı iş üzrə 17.01.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı orqan əfqan vətəndaşıdır, etnik mənsubiyyətinə görə şiədir. İddiaçı evlidir, altı uşağı vardır. Ailəsi Əfqanıstanda yaşayır, qardaşlarının biri İsveçdə, digəri Əfqanıstanda yaşayır, bir qardaşı isə 20 il əvvəl Taliban tərəfindən öldürülmüşdür. 2013 və 2014-cü illərdə öz m aşını ilə Kabuldan Pərvan vilayətinə gedərkən Taliban tərəfindən hücuma məruz qalmışdır. 2015-ci ildə əmisi, dayısı, xalası, bibisi oğlu onunla birlikdə olduğu zaman qətlə yetirilmişdir. İddiaçı isə qaçmağa müyəssər olmuşdur. İddiaçı həmin vaxtdan hər hansı təhlükəsizlik problemi ilə qarşılaşmamışdır. İddiaçı ölkədəki ümumi təhlükəsizlik vəziyyətindən Əfqanıstana qayıtmaq istəmir. Qaçqın statusunun verilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmiş, həmin qərardan verdiyi şikayət də təmin edilməmişdir. İddiaçı xxx cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 08 may 2018-ci il tarixli İQ-50/1 nömrəli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və onun ləğv edilməsindən imtina edilməsi haqqında şikayət instansiyasının 13 iyul 2018-ci il tarix li 63 saylı qərarının ləğv edilməsi və iddiaçıya vəsatətinin təmin edilərək Azərbaycan Respublikasının ərazisində qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli iş № 2-1(81)-3812/2018, (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə iddiaçının cavabdehə qarşı cavabdehin İQ-50/1 nömrəli 08 may 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarından şikayətin təmin edilməməsi haqqında 63 nömrəli 13.07.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 19.10.2018-c i il tarixli iş № 2-1(81)-3812/2018, (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddiaçının cavabdehə qarşı iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin İQ-50/1 nömrəli 08 may 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının və qərardadının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya in stansiyası məhkəməsi) 17.01.2019-cu il tarixli iş № 2-1(103)-322/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli iş № 2-1(103)-322/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin eilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtina edici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının etnik və dini kimliyinə görə terror təşkilatı tərəfindən təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyini n qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcburetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. Hazırkı mübahisə inzibati məhkəmələrin yurisdiksiyasına aiddir. Belə ki, İPM-in 1.1 və İİQ-in 1.1-ci maddəsinə əsasən tələb olunan inzibati hüquq münas ibətləri tərəflər arasında meydana gəlib. Belə ki, cavabdeh təşkilat dövlət orqanıdır, həmin dövlət orqanının inter alia qaçqın statusunun verilməsi sahəsində səlahiyyəti var və iddiaçının tələbi bununla bağlıdır. Bu baxımından tərəflər arasında meydana gələn hüquq münasibəti inzibati hüquq münasibətidir. İddiaçının iddiasının məqsədi İİQ-in 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq qaçqın statusundan məhrum edilib və hazırda AR-da hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianın qaldırmaq üçün subyektiv hüququ yaranıb. İPM-in 38.2ci maddəsinə əsasən iddiaçı qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmə iddia qaldırır. Buna görə də iddia müddəti ötürülməyib. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyəti üzrə baxılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanu na uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçın ın kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsas ında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtina edici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının etnik və dini kimliyinə görə terror təşkilatı tərəfindən təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və b una uyğun olaraq məcburetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. Hazırkı mübahisə inzibati məhkəmələrin yurisdiksiyasına aiddir. Belə ki, İPM-in 1.1 və İİQ-in 1.1-ci maddəsinə əsasən tələb olunan inzibati hüquq münasibətləri tərəflər arasında meydana gəlib. Belə ki, cavabdeh təşkilat dövlət orqanıdır, həmin dövlət orqanının inter alia qaçqın statusunun verilməsi sahəsində səlahiyyəti var və iddiaçının tələbi bununla bağlıdır. Bu baxımından tərəflər arasında meydana gələn hüquq münasibəti inzibati hüquq münasibətidir. İddiaçının iddiasının məqsədi İİQ-in 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq qaçqın statusundan məhrum edilib və hazırda AR- da hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianın qaldırmaq üçün subyektiv hüququ yaranıb. İPM-in 38.2ci maddəsinə əsasən iddiaçı qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmə iddia qaldırır. Buna görə də iddia müddəti ötürülməyib. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyəti üzrə baxılmalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Qaçqınla rın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya s iyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətinin əsas məğzini, iddiaçının özünün yazdığına görə “iş üzrə mühüm fakt iddiaçının etnik və dini kimliyinə görə terror təşkilatı tərəfindən təqib edilməsi riskidir”. Daha sonra iddiaçı kasasiya şikayətində vurğulayır ki, “Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskinin qiymətləndirilməsi”. İddiaçının qənaətinə görə bu mərhələlərdə əsas məsələ iddiaçının izahatlarıdır. Lakin məhkəmə kollegiyası bununl a razılaşmayaraq qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq bu məlumatlar yazıl ı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin iddiaçı iddiası ilə əlaqədar olaraq öz izahatını məhkəməyə vermədən başqa heç bir sübut təqdim etməmişdir, bu baxımdan da təqdim edilməmiş sübutların mötəbərliyinin qiymətləndirilməsi mümkün deyildir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir k i, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.01.2019-cu il tarixli 21(103)-322/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1493/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1493/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver