Məhkəmə qərarları › İş №2-1(102)-150/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-150/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-150/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması, hasarın sökülməsi və yolun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı1 və qeyrilərinin vəkili Vəkil1, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X3, üçüncü şəxs “xxxx” MTK-nın vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan son ra cavabdeh) qarşı (üçüncü şəxs “xxxx” MTK, bundan sonra üçüncü şəxs) “qəsdən yaradılmış maneələrin aradan qaldırılması, hasarın sökülməsi və yolun açılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)236/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binaların sakinləri və həmin binalardakı mənzillərin mülkiyyətçiləridir. İddiaçılar həmin yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş çıxış yolunun cavabdeh tərəfindən mişar daşı ilə hörülərək bağlandığını iddia edərək giriş-çıxış yolunun açılmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh müraciətlərini təmin etməmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan xx.xx.2019-cu il tarixli 17/xx-xx/01403 saylı məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib sakinlərin ixtiyarına verildikdən, habelə həmin əraziyə bitişik torpaqda sonradan Cavabdeh inzibati binasının inşası başa çatdıqdan sonra r ayonun əvvəlki başçısının göstərişi əsasında giriş-çıxış yolu hasar çəkilərək bağlanmışdır. Kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və hadisələrin nəticələrinə dair məsuliyyət Cavabdeh üzərinə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəsdən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

4. İddia onunla əsaslandırmışdır ki, 240 ailə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllədə inşa edilmiş 35A, 35B və 35E ünvanda yerləşən binalarda 2005-ci ildən yaşadıqları ünvanda Cavabdeh tərəfindən bağlanmış yolun ucbatından iflic vəziyyətə düşüblər. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllənin baş planında yuxarıda göstərilən binaların inşası ilə bağlı cavabdehin inzibati binasının arxa hissəsi layihəsində giriş-çıxış yolunun binalara məxsus olması öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib təhvil verildikdən sonra, habelə Cavabdeh inzibati binasının tikintisi başa çatdıqdan sonra həmin giriş-çıxış yolu hasar çəkilərək bağlanılmışdır. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bu hasarın sökülməsi ilə əlaqədar Bakı şəhər İ cra Hakimiyyətinə məktub göndərmişdir. Lakin heç bir tədbir görülməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

5. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti xx.xx.2019-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu mişar daşlarından hörülərək bağlanmış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır.

6. Birinci instansiya məhkəməsinin digər sorğusuna əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətixx.xx.2019-ci il tarixli məktubla bildirilmişdir ki, yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanması və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmışdır. Binaların həyətyanı sahəsində giriş-çıxışı məhdudlaşdıran hasarın sökülməsi ilə bağlı Cavabdehnə xx xxxxxx 2019-cu il tarixli, xx/xx-06835 saylı məktub göndərilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-2290/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıların yaşadıqları bi nalarla cavabdehin arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsi cavabdehə həvalə edilmişdir..

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasında hasar inşa etmiş, baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır. Nəticədə iddiaçıların öz mülkiyyətlərində olan yaşayış mənzillərində dinc və salamat yaşamasını təhlükə altına qoymuşdur.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xa hiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X6 və X4, 2-1(103)236/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

11. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsini n 01,03.2005-ci il tarixli, 18/04-109 nömrəli məktubu ilə razılaşdırılmış baş planda aydın görünür ki, 4 saylı tikili yüksəkmərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır (bina və qurğuların şərhi cədvəlində də 4 saylı tikilinin adı bilərəkdən silinmişdir.). Yaşayış kompleksində İcra Hakimiyyətinin inzibati binasına qonşu olan, kompleksin ilkin layihəsində nəzərdə tutulmamış, sonradan inşa edilmiş 1 girişir yüksəkmərtəbəli yaşayış binası İcra Hakimiyyətinə ayrılmış torpaq sahəsinin bilavasitə sərhədində inşa edilməklə şimal fasadında olan eyvanlar əraziyə keçərək inzibati binaya qədər gəlib çatmışdır. Arada qalan və İcra Hakimiyyətinə məxsus, eni 1,2 - 1,5 metr olan torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş - çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin inzibati binasından ara məsafə saxlamaqla nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək mümkün idi, yaxud ara məsafə saxlanılmadığı təqdirdə binanın altından belə bir keçid nəzərdə tutulmalı idi. Hasarın arxasında ağaclar mövcuddur həmin ağacların 15 il bundan əvvəl əkilməsi ağaclara vizual baxış zamanı müəyyən olunur. Eyni zamanda İcra Hakimiyyətinə məxsus həmin ərazidən heç zaman yaşayış evlərinə gediş - gəliş yolu olmamışdır. Yolun bağlanması ilə əlaqədar cavabdehə qarşı iddia əsassızdır. Yaşayış kompleksi layihələndirilərkən yanğın təhlükəsizliyi və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq ayrılmış ərazidən qonşu torpaqlara deyil, birbaşa Mətbuat prospektinə giriş - çıxış nəzərdə tutulmalı idi və qeyd edilən giriş-çıxış yolu mövcuddur.

13. Eyni zamanda iddiaçılar tərəfindən tələb edilən yol qonşu ərazidə yerləşən yanacaqdoldurma məntəqəsi ilə Cavabdeh mülkiyyətində və istifadəsindədir.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququnun 13-cü fəslinin yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin 69-cu maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

15. Məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır.

16. Həmçinin iş üzrə məhkəmə iclasında şifahi vəsatətlə müraciət olunmasına baxmayaraq qeyd olunan məsələ ilə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə kollegiyası tikinti-texniki ekspertiza təyin etməmişdir.

17. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü, İnzibati Prosessual Məcəllənin 12, 97-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçıların vəkili kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçıların vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

20. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 22. “İnzibati icraat haqqında” Qanun: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bil ərlər. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün hə lli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri təl əb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə. 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kasasiya qaydasında mütləq ləğv olunmalıdır: (-); 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; (-). Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqe yi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, icra hakimiyyətinə məxsus olan ərazidən əvvəllər heç zaman yaşayış evlərinə gediş-gəliş yolu olmamış, iddiaçılar tərəfindən tələb edilən yol qonşu ərazidə yerləşən yanacaqdoldurma məntəqəsi ilə icra hakimiyyətinin mülkiyyətində və istifadəsindədir.

28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

29. Cavabdehə məxsus xx xxxx 2008-ci ildə verilmiş çıxarışdan görünür ki, Yasamal rayonu, Mətbuat prospektində daimi istifadəsində 0,31 ha torpaq sahəsi vardır. Torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının x xxxxx 2007-ci il tarixli sərə ncamı əsasında inzibati binanın tikintisi üçün verilmişdir.

30. Apelyasiya məhkəməsi iddiaçıların mübahisə açdıqları torpaq sahəsinin cavabdehin daimi istifadəsində olan 0,31 ha torpaq sahəsi daxilində olub-olmamasını araşdırmamış, bu barədə mütəxəssis və (və ya) ekspertiza rəyinin alınmasının zəruriliyini müzakirə etməmişdir.

31. Cavabdeh bildirmişdir ki, mübahisə olunan ərazidə əvvəllər yol nəzərdə tutulmamış, iddiaçıların yaşadıqları hündürmərtəbəli bina sonradan inşa edilmiş, apelyasiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamışdır.

32. İddia tələbində hasarın sökülməsi və yolun açılması tələbi qoyulmuş, açılmalı yolun ölçüləri (evi və uzunluğu) barədə araşdırma aparılmamışdır.

33. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin ay rı-ayrı məktublarında yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanması və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmadığı qeyd edilməsi və bu barədə cavabdehə məktub göndərilməsi qeyd edilmişdir.

34. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər məktubunda isə qeyd edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 3 5A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu öz əksini bilavasitə tapmışdır.

35. Apelyasiya məhkəməsi məktublarda qeyd edilən baş plana baxış keçirməmiş, baş planda mübahisə olunan giriş-çıxış yolunun nəzərdə tutulub-tutulmaması müəyyən edilməmişdir.

36. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. 37. 1x xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolunda apelyasiya məhkəməsi cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclasının xx xxxxxx 2020-ci il tarixə təxirə salındığını bildirmiş, lakin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclası barədə cavabdehə məhkəmə bildirişi göndərməmdir.

38. İşdə olan sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış, məhkəmə tərəfindən İPM-in 62-ci maddəsinin tələblərinə əməl olunmamışdır.

39. İPM-in 92.0.3-cü maddəsinə görə cavabdehin dinlənilmə hüququ təmin olunmadığından məhkəmə qərarı kasasiya qaydasında mütləq ləğv olunmalıdır.

40. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, kasasiya şikayəti qismən təmin edilməli, əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasına zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin olunmamalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci ma ddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-236/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar