Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1505/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük ödənişinin geri qaytarılması ) 31.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişinin geri qaytarılması” tələbinə dair iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(103)-918/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gömrük rəsmiləşdirilməsinin malların invoys dəyəri ilə həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının vəkili və nümayəndəsi “malların invoys dəyərindən artıq məcburən ödənilmiş 7460 ABŞ dolları (12.682 manat) pul vəsaitinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xah iş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, iddia tələbinin “malların invoys dəyərindən artıq məcburən ödənilmiş 7460 ABŞ dolları (12.682 manat) pul vəsaitinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır.
4. İddiaçının vəkili və nümayəndəsi bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən 4.881,75 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması barədə rəy tərtib edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şirkət tərəfindən xx.xx.2022 tarixdə Türkiyə Respublikasından gətirilən malların gömrük ödənişləri həyata k eçirilərək bəyannamə və sənədlər Bakı Baş Gömrük İdarəsinə təqdim edilsə də gömrük rəsmiləşdirilməsindən imtina olunmuşdur ki, hazırki yüklərin real invoys dəyərini 7460 ABŞ dolları qaldıraraq ödəniş etməlisiniz. Real invoys dəyərinin dəyişdirilməsinin mümkün olmaması inzibati orqanın nəzərinə çatdırılsa da, gömrük rəsmiləşdirilməsi qəbul edilməyərək yük avtomobili BBGİ-nin dayanacağından buraxılmamış, 1 aydan artıq müddət heç bir əsas olmadan Bakı Baş Gömrük İdarəsinin dayanacağında saxlanılmışdır. Nəzərə alsaq ki, yüklərin daşınmasını təşkil edən "xxxx" MMC-yə məxsus yük avtomobili Azərbaycan Respublikasına daxil olduqdan 72 saat sonra iddiaçı tərəfindən boşdayanmaya görə hər gün üçün 100 ABŞ dolları məbləğində pul ödəməlidir ki, bu da Şirkətə maddi ziyanın dəyməsi ilə nəticələnmişdir. B undan sonra iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq **-UY-***/99- ZH-174 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, Bakı İnzibati Məhkəməsinin İş № MXMT(112)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək **-UY-***/**-ZH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ün vanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Lakin inzibati orqanın tələbi qanunsuz olduğundan iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Hazırda mallar satışa çıxarılmadan saxlancda saxlanılır ki, bu da şirkətə boşdayanmaya görə dəymiş maddi ziyandan əlavə maddi ziyan dəyməsi ilə nəticələnir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, **********03600 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. “Tog Petrol Sanayi ve Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı F ilialının təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində ölkə ərazisinə digər xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən idxal olunan eyni malların sövdələşmə qiymətinin daha yüksək olduğu müəyyən edilmişdir. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbləri əsas götürülmüşdür. Həmin Qanunun 14-cü maddəsinə əsasən, malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Malların gömrük dəyəri bu maddəyə əsasən müəyyən edilərkən, dəyər ləndirilən mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satılan eyni malların sövdələşmə qiymətindən istifadə olunur.**********3600 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair **********20 saylı Bildiriş iddiaçıya xx.xx.2021-ci il tarixdə elektron qaydada göndərilmiş və həmin bəyannamə müvafiq düzəlişin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. Daha sonra iddiaçı cavabdehə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********7401 sorğu nömrəli gömrük bəyannaməsi təqdim etmiş və mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. 25 fevral 2022-ci il tarixli, **********5156 sorğu nömrəli gömrük bəyannaməsi ilə iddiaçı ondan tə ləb olunan düzəlişləri etmiş, gömrük ödənişlərini ödəmiş və idxal olunan mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Bununla da idxal olunan malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası “377,60 manat pulun qaytarılması” hissəsində mümkün sayılmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-6152/2022 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş 4.504,15 manat pul vəsaiti nin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrinə, Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad edərək hesab etmişdir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulunun sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin irad əsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Bundan başqa gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən ərizənin düzgün tərtib olunmaması, ərizənin əsaslandırılmaması imtina əsası qismində çıxış edə bilməz.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-918/2023 nömrəli qərarı ilə apelyasiy a şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-6152/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin göstərilənlər təşkil edir. əsasını iddia tələbinə qarşı etirazda b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilər təşkil edir. İddiaçı kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Gömrük Məcəlləsi: Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 17. “Gömrük tarifi haqqında” Qanun: Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Maddə 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 18. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəy ərinin müəyyən edilməsinin əsas üsulu olduğu halda və bunun üçün lazım olan sənədlər təqdim edildiyi halda, eyni malın eyni dövr ərzində eyni istehsalçıdan başqa xarici ticarət iştirakçısı tərəfindən daha baha qiymətə idxal edildiyinə və gömrük orqanının iddiaçıya gömrük dəyəri barədə bildiriş verdiyinə dair tələbinin əsaslı və tətbiq edilmiş qanunvericiliyin tələbinə uyğun olduğunu sübut edə bilməmişdir.
26. Bundan başqa, yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunu n 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman, hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
27. Məhkəmə Kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsində, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər təkcə “İnzibati icraat haqqında” Qanunda deyil, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində də əksini tapmışdır.
28. Məhkəmə kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən ərizənin düzgün tərtib olunmaması, ərizənin əsaslandırılmaması imtina əsas ı qismində çıxış edə bilməz. Əksinə, bu hal, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: K assasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-918/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.