Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1518/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş pulun geri qaytarılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından artıq hesablanmış 59677,32 manat pulun tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdən tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-568/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən iddiaçıya 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya ilə bağlı yenidən araşdırma aparılmış və onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşından yarandığı halda, qanunvericiliyə zidd olaraq ona 50 yaşından yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilməklə, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5183/2023 nömrəli qərar əsasında əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanma zamanı pensiya məbləği 720,39 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçının sığorta kapitalına uyğun olaraq, ona xx.xx.2010 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 62030,02 manat məbləğdə əmək pensiyası ödənilməli olduğu halda, həmin dövr ərzində ümumilikdə 265455,80 manat pensiya ödənildiyi, nəticədə 203425,78 (265455,80 - 62030,02) manat məbləğdə artıq pul v əsaiti ödənildiyi aşkar edilmişdir. Daha sonra iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 203425,78 manatdan 59677,32 manata azaldılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasından artıq hesablanmış 59677,32 manat pulun tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdən tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuş, əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq ona 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanunsuz olduğu və əslində 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən təyin edilməli olduğunu bildirmişdir. Hesab edir ki, inzibati orqanın bu hərəkətləri qanunsuz sayılmalı və onun pensiyası 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən ödənilməlidir. Cavabdeh öz səlahiyyətlərini icra edərkən qəbul etdiyi aktla əvvəlcə ona 50 yaşından pensiya təyin edərək ödənişlər həyata keçirmiş, daha sonra isə 52 yaşından ona pensiya təyin edilməli olması qərarına gələrək artıq ödənilmiş məbləğin onun pensiyasından tutmalara yönəldilməsi barədə məktub göndərmişdir. Cavabdehin bu hərəkətləri tama milə qanunsuzdur və bununla da onun hüquqları məhdudlaşdırılır. İnzibati orqan özü-özlüyündə qanunla onun üzərinə qoyulan vəzifəni icra etmədiyini etiraf etmiş olur ki, bu da qanunaziddir və buna görə hər hansı şəxsin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ümumiyyətlə, inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalıdır. Lakin o, inzibati orqana dəvət edilməmiş, onun dinlənilmə hüququ da təmin edilmədən inzibati orqan tərəfindən qanunsuz hərəkətə yol verilmişdir.
5. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşından yarandığı halda, qanunvericiliyə zidd olaraq ona 50 yaşınd an yaşa görə pensiya təyin olunduğu aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5183/2023 nömrəli qərar ilə iddiaçının pensiyası yenidən hesablanmış, yenidən hesablanma zamanı pensiya məbləği 720,39 manat müəyyən edilmişdir. xx.xx.2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda, onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müə yyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 29 il 10 ay 7 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən, həmin tarixə pensiyanın sığorta hissəsi 35,24 manat hesablanaraq xx.xx.2010-cu il tarixə indeksləşdirilib 54,61 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006 - xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11769,12 manat sığorta kapitalına uyğun 81,73 (11769,12:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək, pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixə 211,34 (54,61+81,7 3+75,00) manat məbləğdə əmək pensiyası müəyyən edilmişdir (xx.xx.2012-ci il tarixədək indeksləşdirilməklə 240,50 manat). İddiaçının xx.xx.2012-ci il tarixdə işdən azad edilməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10994,00 manat sığorta kapitalına görə onun əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (10994,00: 115 ay (144 ay-29 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=95,60 manat) yenidən hesablanaraq 336,10 (240,50+95,60) manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2010 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 62030,02 manat məbləğdə əmək pensiyası ödənilməli olduğu h alda, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona 265455,80 manat pensiya ödənilmişdir. Nəticədə, iddiaçıya 203425,78 (265455,80 - 62030,02) manat məbləğdə artıq pul vəsaiti ödənilmişdir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 203425,78 manatdan 59677,32 manata azaldılmışdır. Həmin artıq ödənilmiş 59677,32 manat pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Həmin Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 628,07 manat müəyyən edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 720,39 manat məbləğdə müvafiq kart hesabına köçürülür. Bu səbəbdən, iddiaçının əmək pensiyası hüququ yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 16 avqust 2023-cü il tarixli, 2-1(112)-9811/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçının əmək pensiyasından artıq hesablanmış 59677,32 manat pulun tutulması ilə bağlı hərəkətləri qanunsuz hesab edilərək, xx.xx.2023-cü il tarixdən tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üçün əlverişli inzibati akt olan qərarla təyin edilmiş əmək pensiyasından cavabdehin öz təşəbbüsü ilə tutulmalar həyata keçirilmişdir. Lakin bundan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakı nın, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib - gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının xeyrinə pensiya təyin edilməsi barədə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyasından tutmalar həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə edilmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 18 yanvar 2024-cü il tarixli, 21(103)-568/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Filial tərəfindən artıq ödənilən məbləğ iddiaçının pensiyasından tutularaq Fondun hesabına bərpa edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam riayət edilmişdir. Odur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassas iya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.6. İnzibat i icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.... Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlı qlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə
25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. … Maddə
28. İnzibat i icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəf indən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır....
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştira kçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şi kayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh inzibati orqan tərəfindən onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Sığorta kapitalına uyğun olaraq xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 62030,02 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə iddiaçıya 265455,80 manat pensiya ödənildiyindən, nəticədə, iddiaçıya 203425,78 (2654xx.xx-62030,02) manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. İddiaçıya artıq ödənilmiş pul vəsaitinin məb ləği yenidən hesablanaraq 203425,78 manatdan 59677,32 manata azaldılmışdır. Həmin məbləğin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasında tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilmədiyi halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi ilə bağlı iddiaçıya xəbərdarlıq olunmuşdur.
24. Göründüyü kimi, iddiaçının xeyrinə pensiya təyin edilməsi barədə əlverişli inzibati akt mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyi” aşkar olunduğuna istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı la zımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyasından tutmalar həyata keçirmiş, bununla da, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz müdaxilə etmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il ta rixli, 2-1(103)-568/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.