Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1534/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi; növbədənkənar səyyar vergi yoxlaması; yoxlamanın dayandırılması barədə qərarın reyestrdə qeydiyyatdan keçməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-2/2023 nömrəli, 07 mart 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2017-ci il tarixli **********125333 saylı qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixli, **********135432 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
2. Həmin akt əsasında "xxxx" MMC barəsində xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.
3. Sözügedən qərarla iddiaçıya 2014-cü ilin mədən vergisi üzrə 128.25 manat və 64.13 manat maliyyə sanksiyası, 2015-ci ilin mədən vergisi üzrə 1602.10 manat və 801.05 manat maliyyə sanksiyası, 2016-cı ilin mədən vergisi üzrə 7155.20 manat və 3577.60 manat maliyyə sanksiyası, 2017-ci ilin mədən vergisi üzrə 5315.60 manat və 2657.80 manat maliyyə sanksiyası, 2015-ci ilin sadələşdirilmiş vergisi üzrə 776.05 manat və 338.03 manat maliyyə sanksiyası, 2016-cı il in sadələşdirilmiş vergisi üzrə 992.36 manat və 496.18 manat maliyyə sanksiyası, 2017-ci ilin sadələşdirilmiş vergisi üzrə 368.05 manat və 184.03 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli səyyar vergi yoxlaması aktında mütəxəssis rəyinə əsaslanaraq hesablanmış dövriyyə real deyil və olduqca şişirdilmişdir. Belə ki, vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirilsəydi, satış dövriyyəsi daha aşağı olardı. İddiaçının fəaliyyət göstərdiyi ərazidə əlverişsiz və yararsız süxurlar həddən artıq çox olduğu üçün mişar daşının istehsalı çox aşağı səviyyədədir. Bütün bu qeyd olunanlar mübahisəli aktda nəzərə alınmamışdır. Mübahisəli aktdan belə nəticəyə gəlmək mümkündür ki, mütəxəssis və ekspertin mişar daşının istehsalının xüsusiyyətləri və bazar qiyməti barədə məlumatı yoxdur. Belə ki, yaxşı ərazi hesab olunan başqa şəxslərin fəaliyyət göstərdiyi ərazilərdə istehsal olunan mişar daşlarının yarıdan çoxunun itkiyə getməsi halı istehsalda yüksək göstərici kimi qəbul olunur. Lakin mübahisəli aktdan aydın olur ki, mütəxəssis rəyində istehsal həcmi müəyyən edilərkən elektrik enerjisinin sərfiyyatına görə istehsal həcminin futroloji hes ablaması aparmışdır. Cavabdehin istinad etdiyi 28 dekabr 2017-ci il tarixli mütəxəssis rəyinin tədqiqindən görünür ki, mütəxəssis rəyində istehsalat itkisi 35 faiz, enerji itkisi 5 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi barədə rəydə hər hansı qeyd göstərilməmiş və bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, rəyə əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə verilmiş iddiaçıya məxsus daş karxanasının elektrik enerjisi istehlakı haqqında məlumatda yalnız ümumi sərfiyyat barədə məlumatlar göstərilmişdir, yəni transformator və xətt itkisi barədə hər hansı məlumat göstərilməmişdir. Bundan başqa, daş karxanalarında istehsalat itkisi barədə “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramının (2003-2006- cı illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2003-cü il tarixli 1242 saylı sərəncamında qeyd edilmişdir ki, həmin sərəncamda da ümumi ortaq rəqəm kimi Abşeron daş karxanalarında kəsilən dağ kütləsinin təxminən 50 faizə qədəri yararsız material kimi atılır. Enerji itkisi və istehsalat itkisi barədə məlumatlar əsas götürülməklə iddiaçı tərəfindən istehsal edilmiş əmtəəlik mişar daşının miqdarı mütəxəssis rəyində 869986 ədəd göstərilmişdir. Enerji itkisi və istehsalat itkisi, istehsal edilmiş əmtəəlik mişar daşının miqdarına birbaşa təsir etdiyindən hesab etmişdir ki, yuxarıda göstərilənlərə əsasən mütəxəssis tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmiş istehsal edilmiş əmtəəlik mişar daşının miqdarı mötəbər ola bilməz.
6. Cavabdeh iddia t ələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində dövriyyənin real olmadığı iddia edilsə də, həmin dövriyyəni təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında iddiaçıya tələbnamə verilsə də, yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. Yoxlamaya sənəd təqdim edilməsindən imtina edilməsi faktı iddiaçının nümayəndəsinin iştirakı ilə xx.xx.2017-ci il tarixdə akt tərtib edilməklə təsdiqlənmişdir. Faktiki dövriyyəni təsdiq edən sənəd yoxlamaya təqdim edilmədiyi halda dövriyyənin real olmaması və ya şişirdilməsi nəticəsinə gəlinməsi tamamilə əsassızdır. Cavabdeh etiraz ərizəsində Vergi Məcəlləsinin 44.1 və 45.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının yox lamanın əhatə etdiyi dövrdə mişar daşı hasilatı ilə məşğul olduğu və bu sahədə fəaliyyətin spesifik xüsusiyyətləri olduğu və nəticə etibarı ilə məsələlərin izah olunması üçün xüsusi biliyə və təcrübəyə zərurət yarandığından cavabdeh vergi orqanının müvafiq qərarlarına əsasən ekspert və mütəxəssis dəvət edilmişdir. Ekspert və mütəxəssisin təqdim etdiyi rəylər səyyar vergi yoxlaması zamanı müvafiq nəticəyə gəlməyə və iddiaçının yoxlamanın əhatə etdiyi dövrdə konkret olaraq vergi öhdəliyinin müəyyən edilməsinə yardımçı olmuşdur. Mütəxəssis və ekspertin eyni şəxs olmasına gəldikdə isə qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Ekspert və mütəxəssisin işin nəticəsində maraqlı şəxs olması qanunvericiliyə əsasən qadağan edilmişdir. Qanunvericiliyin tələbləri nəzər ə alınaraq mütəxəssis və ekspert qismində dəvət edilmiş X2 yazılı iltizam alınmışdır. O, verdiyi xx.xx.2017-ci il tarixli iltizamdan şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlı olmadığını, fəaliyyəti ilə bağlı rəy verəcəyi şəxslə və ya hüquqi şəxsin rəhbərliyi ilə heç bir qohumluq əlaqəsinin olmadığını və həmin şəxsdən (həmçinin hüquqi şəxsdən) hər hansı digər asılılığının olmadığını bildirmişdir. İddiaçı tərəfindən mütəxəssisin işin nəticəsində maraqlı olması iddia edilsə də, bununla bağlı hər hansı sübuta istinad edilməmiş və mütəxəssis barədə formal mülahizə yürütmüşdür. Cavabdeh vergi orqanının xx.xx.2017-ci il tarixli **********130544 nömrəli Qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçirilməsi üçün konkret hərəkətlərin aparılması üçün istehsal həcminin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi X4 mütəxəssis qismində və eyni zamanda xx.xx.2017-ci il tarixli **********130543 nömrəli Qərarına əsasən səyyar vergi yoxlaması zamanı yaranan sualların (məsələlərin) aydınlaşdırılması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi X4 ekspert qismində dəvət olunmuşdur. Mütəxəssis və ekspert dəvət edilməsi barədə qərarlarla iddiaçının xx.xx.2017-ci il tarixli etibarnaməsi ilə nümayəndəsi olan X5 tanış olaraq həmin sənədlərə imza etmişdir. Bundan sonra ekspert və mütəxəssisin tərtib etdikləri xx.xx.2017 və xx.xx.2017-ci il tarixli rəylərlə də X5 ta nış olaraq həmin sənədlərin bir nüsxəsini alması barədə həmin sənədlərə imza etmişdir. Göründüyü kimi, qərarların, ekspert və mütəxəssis rəylərinin iddiaçıya təqdim edilməməsi barədə iddia ərizəsində göstərilənlər əsassızdır.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1288/2018 nömrəli, 14 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə mühəndis-tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2018-ci il tarixli 14556/15144 saylı rəyində qeyd edilmişdir ki, enerji sərfiyatına əsasən nəzəri hesablama yolu ilə Abşeron rayonu, 17 saylı Quzu qıran qış otlaq sahəsi, Güzdək kəndinin yaxınlığında yerləşən, "Kəpəz- Ağbulaq” müəssisəsinin təsərrüfat subyekti olan daş karxanasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tar ixədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarı (həcmi) təxminən 590091 ədəd, karxana buraxılış qiymətilə ümumi dəyəri 118018,20 manat müəyyən edilir. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət X3 xx.xx.2015-ci il tarixli 23/284 saylı arayışında Qaradağ rayonu, Güzdək Əhəng daşı yatağında yerləşən daş karxanasında istehsal brakının miqdarı 53% müəyyən edilir. 1000 ədəd mişar daşına mövcud olmuş faktiki məsrəflər xərci təxminən 151,80 manat müəyyən edilir. 1 ədəd əmtəəlik mişar daşının orta bazar karxana satış qiyməti mövsümü xarakterli olaraq, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə orta hesab ilə təxminən 0,20 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən məhkəmə tikinti-texniki ekspertiza sının müəyyən etdiyi nəticə nəzərə alınmaqla "Kəpəz-Ağbulaq” müəssisəsi tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə aparılan əməliyyatala görə 2360,36 manat məbləğində sadələşdirilmiş verginin, 4097,86 manat məbləğində mədən vergisi olmaqla, ümumilikdə 6458,22 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. 9.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1288/2018 nömrəli, 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim Z.R.Pirverdiyev) iddia qismən təmin edilmiş, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, mədən vergisi üzr ə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşaq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş rəy iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı iddiaçıya hesablanmış əlavə vergi məbləğləri üzrə yalnız mədən vergisinin düzgün hesablanmaması müəyyən olunur. B elə ki, cavabdeh tərəfindən iddiaçıya mədən vergisi üzrə 14201,1 manat əlavə vergi hesablanmış, ekspert rəyi ilə iddiaçıya hesablanmalı olan əlavə vergi məbləği 4097,86 manat müəyyən edilmişdir. Buna görə də cavabdeh tərəfindən mədən vergisi üzrə iddiaçıya hesablanmış əlavə vergi məbləğindən ekspert rəyi ilə müəyyən edilmiş məbləğ çıxılmaqla həmin vergi üzrə qalan 10103,24 manat (mədən vergisi üzrə 14201,14097,86=10103,24) vergi məbləği hissəsində mübahisələndirilən qərar ləğv edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Apellyasiya məhkəməsindəki icraat gedişində əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə mə hkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş 14 iyun 2019-cu il tarixli, 3466 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, əmtəəlik mişar daşının ümumi istehsal həcminə 53 faiz istehsal brakı tətbiq edilməklə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 1046,21 manat məbləğində, mədən vergisinin 9336,44 manat məbləğində az hesablanması müəyyən olunur. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, əmtəəlik mişar daşının ümumi istehsal həcminə 35 faiz istehsal brakı tətbiq edildikdə isə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 1950,19 manat məbləğində, mədən vergisinin 13683,87 manat məbləğində az hesablanması müəyyən olunur.
13. Şumqayt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)36/2019 nömrəli, 11 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), N.M.Nəsibov və Z.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)1288/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən "Kəpəz-Ağbulaq” MMC barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli "Vergi ödəyicisinin veri qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi ha qqında” qərarının qismən, mədən vergisi üzrə 4864,66 manat və həmin məbləğə uyğun olaraq 2432,33 manat maliyyə sanksiyası, eləcə də sadələşdirilmiş vergi üzrə 1090,25 manat və həmin məbləğə uyğun olaraq 545,125 manat maliyyə sanksiyası həddində ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
14. Məhkəmə hesab etmişdir ki, aparılmış səyyar vergi yoxlaması zamanı mədən vergisi 2014-cü ilin dekabr ayından 2017-ci ilin sentyabr ayınadək dövrü əhatə etsə də, ekspert tərəfindən rəy verilərkən 2014-cü ilin oktyabr ayından hesablama aparılmış, mədən vergisinin məbləği hesablanarkən 2016-cı ildən Vergi Məcəlləsinə edilən dəyişiklik nəzərə alınmamışdır. Həmçinin, istehsal edilmiş əmtəəlik mişar daşının ümumi istehsal həcminə hansı istehsal brakının-53% və ya 35% tətbiq edilməs inə münasibətdə isə qeyd edilmişdir ki, istehsal brakının həcminin dəqiq müəyyən edilməsi istehsal edilmiş əmtəəlik mişar daşının miqdarının müəyyən edilməsi üçün əsas şərtdir. Əmtəəlik mişar daşının miqdarının dəqiq müəyyən edilməsi isə iddiaçıya hesablanmış vergilərin məbləğinin düzgün hesablanmasına xidmət edir. Bu səbəbdən hansı istehsal brakının-53% və ya 35% tətbiq edilməsinin müəyyən edilməsi üçün, rəylərin verilməsi zamanı istinad olunan sənədlər əsas götürülməlidir. Cavabdehin istinad etdiyi rəylərdə istehsalat itkisi 35 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi barədə rəydə hər hansı qeyd göstərilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 35% istehsal brakını müəyyən edən mütəxəssis üç günlük müşahidə nəticəsində bu qənaətə gəlmiş və bu zaman heç bir sənədə istinad etməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, mütəxəssis tərəfindən müşahidə qısa müddət ərzində aparılmışdır və növbəti günlərdə fərqli nəticənin əldə edilməsi istisna edilmir.
15. İddiaçı və cavabdeh tərəfindən həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)441/2020 nömrəli, 29 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.K.Hüseynov) kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(105)-36/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt A pellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı həm hesablanmış sadələşdirilmiş vergi, həm də mənfəət vergisi hissəsində mübahisələndirsə də, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə (xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, mədən vergisi üzrə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi) qərarından yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, iddi açı həmin qərarı mübahisələndirmədiyindən, iddia tələbinin sadələşdirilmiş vergi ilə bağlı rədd edilmiş hissəsi iddiaçıya münasibətdə qüvvəyə minmişdir. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tamamilə ləğv etmiş, sadələşdirilmiş vergiyə dair iddia tələbinə də qiymət vermiş, mübahisələndirilən qərarla hesablanmış sadələşdirilmiş vergi üzrə 1090,25 manat və həmin məbləğə uyğun olaraq 545,125 manat maliyyə sanksiyasını ləğv etmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarı mədən vergisi üzrə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv etmiş, halbuki birinci instansiya məhkəməsinin mədən vergisi üzrə 4864,66 manat və həmin məbləğə uyğun olaraq 2432,33 manat maliyyə sanksiyasını ləğv etmiş, həmin qərardan iddiaçı şikayət verməmiş, yalnız cavabdeh apellyasiya şikayəti vermiş, belə olan halda, apellyasiya instansiya məhkəməsinin iddianın mədən vergisi üzrə rədd olunmuş (4864,66 manat mədən vergisi və həmin məbləğə uyğun olaraq 2432,33 manat maliyyə sanksiyası) və qüvvəyə minmiş hissəsinə qiymət verilməsi yolverilməzdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-239/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********191053 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsu liyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-2/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, M.Ə.Rzayev və E.M.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1288/2018 nömrəli, 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edil məsi barədə qərarından apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verildiyindən, cavabdehin verdiyi apellyasiya şikayətinin isə təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. İddiaçı yoxlanılan dövr ərzində faktiki olaraq dekorativ və tikinti daşlarının hasilatı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması nəticəsində iddiaçıya aşağıdakı vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: 14.201,15 mana t mədən vergisi və 7.100,58 manat MS; 2.136,46 manat sadələşdirilmiş vergi və 1.068,23 manat MS; 4 6,24 manat sadələşdirilmiş vergi üzrə artıq hesablama. İcarə müqaviləsi əsasında Abşeron rayonu Güzdək kəndinin yaxınlığında yerləşən daş karxanasında mişar daşının hasilatı ilə məşğul olan və sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş müəssisənin 34 aylı dövrdə (dekabr 2014 - sentyabr 2017) ümumi hasilatı 21.238.5 manat (orta aylıq - 624,66 manat) və ya 106.192.5 ədəd mişar daşı olmuşdur. Buna baxmayaraq, müəssisə eyni dövrdə 28.715,34 manat (orta aylıq 844,57 manat) dəyərində 478.589,0 kvt/s elektrik enerjisi sərf etmişdir. Azərekspertiza Birliyinin rəyinə əsasən real istehsal həcmi aşağıdakı şərtlər əsasında müəyyən edilmişdir: • metod - elektrik enerjisi sərfiyyatı; • sahə nin vəziyyəti - baxış anında (xx.xx.2017) faktiki istehsal davam etdirilir; • istehsal avadanlıqları - 1 ədəd SM/89 DKM və 1 ədəd NKM-2U şırımaçan maşın; • istehsal sahəsinin ölçüləri - 80,0 m * 80,0 m; • enerji itkisi - 5 % (23.929,45 kvt/saat); • süxurlarda itki nisbəti - 35 % (müşahidə); • enerji sərfiyyatı -478.589,0 kvt/saat; • 1 ədəd mişar daşının qiyməti - 2014-2015-ci illərdə 0,2 manat, 2016-cı ildə 0,21 manat və 2017-ci ildə 0,23 manat; • hasil edilmiş mişar daşının sayı - 869.986,0 ədəd {[478.589,0 kvt/saat 23.929,45 kvt/saat)] / 940 kvt/saat * 4,8 m3/saat * 8 saat * 72 - 35%}. Sadələşdirilmiş vergi üzrə - Müəssisə müəssisənin 34 aylıq dövrdə (dekabr 2014 sentyabr 2017) bəyan etdiyi 21.238,5 manat ümumi hasilatdan 849,54 (21.238,5 * 4 %) manat sadələşdirilmiş vergi hesablamışdır. Ekspert rəyi ilə müəyyən edilən 172.445,81 manat dövriyyə və kameral qaydada hesablanmış 1.314,15 manat sadələşdirilmiş vergi nəzərə alınmaqla 2.136,46 manat (172.445,81 * 2% - 1.314,15) əlavə vergi hesablanmışdır {[(24.441,0 * 0,20 manat + 264.177,0 * 0,20 manat + 283.945 x 0,21 manat + 228.234,0 * 0,23 manat) + 1.300,0 (cari 10/2014 dövriyyə) + 1.300,0 (cari 11/2014 dövriyyə)] x 2%}. QEYD: Vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi 4% dərəcə ilə hesablanmışdır. Lakin müəssisənin təsərrüfat subyekti Abşeron rayonunda yerləşdiyindən yoxlama zamanı sadələşdirilmiş vergi 2% dərəcə ilə hesablanmışdır. Mədən vergisi üzrə - Mütəxəssis rəyi ilə müəyyən edilmiş real istehsal həcminə əsasən müəssisə tərəfindən bəyan edilmiş 2.015,4 manat mədən vergisi nəzərə alınmaqla 14.201,15 manat (3.998,60 m3 * 0,5 manat + 7.108,60 m3 * 2,0 manat) əlavə vergi hesablanmışdır. Məhkəmə kollegiyası bir tərəfdən məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərini əsas götürərək istehsal həcminin elektrik enerjisi əsasında hesablanmasının yanlış olduğunu bildirmiş, digər tərəfdən isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamaqla həmin qərarın əsasını təşkil etmiş ekspert rəyinin mövcudluğunu unutmuşdur. Belə ki, sözügedən mötəbər hesab edilmiş ekspert rəyi istehsal həcmini məhz elektrik enerjisi əsasında müəyyən etmiş, sadəcə həmin rəy ilə istehsalat itkiləri, eleketrik enerjisi itkiləri və mədən vergisinin dərəcələri baxımından (yoxlanılan dövr ərzində - 2016 və 2017-ci illərdə mədən vergisinin dərəcəsinin hər kub metr üçün 2 manat olması unudulmuşdur) yanlışlıq lara yol verilmiş və nəticədə düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iddianın təmin əsası kimi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018ci il tarixli 14556/15144 nömrəli rəyini əsas götürmüşdür. Bununla bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin xx.xx.2015-ci il tarixli ekspert və mütəxəssis rəylərində istehsalat itkisi 35%, enerji itkisi isə 5% müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 14556/15144 nömrəli rəyində həmin göstəricilər əsassız olaraq şişirdilərək istehsalat İtkisi 53 faiz, enerji itkisi (qeyri-istehsal avadanlıqlarının orta aylıq enerji sərfiyyatı daxil edilməklə) isə 11 faiz müəyyən edilmişdir. İlkin olaraq, səyyar vergi yoxlaması zamanı təyin edilmiş mütəxəssis tərəfindən enerji sərfiyyatı İlə bağlı 5 % itki nəzərə alınmışdır (xx.xx.2017- ci il tarixli mütəxəsissis rəyi, 4-cü səhifə, cədvəl, 1 nömrəli sütün). Lakin buna baxmayaq iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 14556/15144 nömrəli rəyində həmin itkidən əlavə təkrar olaraq qeyri-istehsal avadanlıqlarına sərf edilən elektrik enerjisi sərfiyyatı ikinci dəfə ümumi sərfiyyatdan çıxılmışdır. Belə ki, qeyd olunan ekspert rəyinin 3cü səhifəsinin sonuncu abzasında yoxlanılan dövrə ərzində karxanada qeyri-istehsal avadanlıqlarının enerji sərfiyatı nəzəri və təxmini hesablama yolu ilə 27.257,20 kvt/saat müəyyən edilmişdir. Ümumi enerji sərfiyyatının 478.589,0 kvt/saat, qeyri-istehsal təyinatlı məişət avadanlıqlarının enerji sərfiyyatının 27.257,20 kvt/saat olmasını nəzərə alsa q, sonuncunun ümumi sərfiyyatın təqribən 5,70 faizini təşkil etməsini müəyyən edə bilərik. Göründüyü kimi, məhkəmə texniki - tikinti ekspertizası tərəfindən müəyyən edilən itki faktiki olaraq yoxlama ilə müəyyən edilən 5 % elektrik itkisinə bərabər və eyni xarakterli olsa da, ekspert əlavə olaraq 5,7 faiz enerji itkisini də tətbiq etmişdir ki, bu da yekunda enerji sərfiyyatından ümumi olaraq 10,7 faiz çıxılmaqla istehsal həcminin hesablanmasına gətirib çıxarmışdır. Bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 14556/15144 nömrəli rəyində qeyri-istehsal avadanlıqlarına elektrik enerjisi sərfiyyatı əsaslandırılmamış, bu rəqəm müəyyən edilərkən subyektiv mülahizələrə üstünlük verilmişdir. Eyni zamanda, ekspert istehsal brakının faiz nisbətini (53%) müəyyən edərkən Eko logiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun xx.xx.2015-ci il tarixli 23/284 nömrəli məktubuna istinad etmişdir ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. İstinad edilən məktubda 1975-ci üdə Güzdək əhəng daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin 8277 inventar nömrəli hesabat kitabında hasilat zamanı xammal itkisinin 53 faiz göstərildiyi qeyd edilmişdir. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2018-ci il tarixli 14556/15144 nömrəli rəyi verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatına istinad etmişdir. Halbuki ötən 40 il ərzində təbii daş yataqlarının səmərəli istifadəsi, tikinti daşlarının istehsalı ilə bağlı çoxsaylı yeniliklərə imza atılmış, enerji itkisinin qarşısının alınması, keyfiyyətli mişar daşı istehsalının təmin edilməsi, tullantıların azaldılması məqsədilə təbii daş yataqlarında daş istehsalı prosesinə müasir maşın və avadanlıqlar cəlb edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi aparılmış texnoloji irəliləyişləri, müasir maşın və avadanlıqların iş prosesinə cəlb edilməsini nəzərə almadan, əsassız olaraq 40 il öncəki statistikanı rəhbər tutaraq rəy vermiş, istehsal itkisinin müəyyən edilməsi üçün heç bir əlavə tədbir həyata keçirməmiş, real eksperiment aparmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramının (2003-2006-cı illər) təsdiq edilməsi haqqında” 13 iyun 2003-cü il tarixli Sərəncamına istinad edilməsi ilə bağlı bildiririk ki, Sərəncam Abşeron yarımadasında təbii daş yataqlarından istifadə vəziyyətini, həmin proqramın qəbulunun əsas məqsəd və vəzifələrini özündə ehtiva edir. Qeyd olunan Sərəncamın 1-ci bəndində nəzərdə tutulan “Abşeron daş karxanalarında kəsilən dağ kütləsinin təxminən 50 faizə qədəri yararsız material kimi atılır” ifadəsi isə Sərəncamın imzalandığı tarixə, yəni 2003-cü ilə olan mövcud vəziyyət, o cümlədən həmin yataqların istismarı sahəsində yol verilən nöqsanların ümumiləşdirilmiş nəticəsidir. Məhkəmə qərar qəbul edərkən yeganə sübut növü kimi yalnız AR Ədliyyə Nazirliyi MEM-in xx.xx.2018-ci il tarixli 14556/15144 saylı ekspert rəyinə istinad etmişdir. Buna görə vergi orqanı həmin rəyi özü yoxlamaq məcburiyyətində qalmış və müəyyən etmişdir ki, rəy tam əsassız tərtib edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, mişar (divar) daşı istehsalının işlənib hazırlanmış texniki şərtləri ilə müəyyən edilən dövlət standartları mövcud olmasına baxmayaraq, məhkəmə və ekspert qeyd olunan halı nəzərə almamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gə lirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... 25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınm adan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxla yıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-c u il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bənd 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);...
27. İnzibati Proses sual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma his səsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işin halları ilə müəyyən ol unur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********125333 saylı qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
32. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixli, **********135432 saylı səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında "xxxx" MMC barəsində xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən qərarla iddiaçıya 2014-cü ilin mədən vergisi üzrə 128.25 manat və 64.13 manat maliyyə sanksiyası, 2015-ci ilin mədən vergisi üzrə 1602.10 manat və 801.05 manat maliyyə sanksiyası, 2016-cı ilin mədən vergisi üzrə 7155.20 manat və 3577.60 manat maliyyə sanksiyası, 2017-ci ilin mədən vergisi üzrə 5315.60 manat və 2657.80 manat maliyyə sanksiyası, 2015-ci ilin sadələşdirilmiş vergisi üzrə 776.05 manat və 338.03 manat maliyyə sanksiyası, 2016-cı ilin sadələşdirilmiş vergisi üzrə 992.36 manat və 496.18 manat maliyyə sanksiyası, 2017-ci ilin sadələşdirilmiş vergisi üzrə 368.05 manat və 184.03 manat maliyyə sanksiyası hesablanmışdır.
33. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli qərarının ləğvi olmuşdur.
34. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən "xxxx" MMC barəsində qəbul edilmi ş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, mədən vergisi üzrə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirməmiş, həmin hissədə qərar qüvvəyə minmişdir.
35. Hazırkı kassasiya icraatı çərçivəsində mübahisə predmetini iddiaçı MMC barəsində 2014-2017-ci illər üzrə hesablanmış 10103.29 manat məbləğində mədən vergisi təşkil edir.
36. Göründüyü kimi iddiaçı mübahisələndirmə növündə iddia qaldırmaqla inzibati aktın ləğvini tələb etmişdir.
37. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həm in aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 38. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
39. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılma sına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır.
40. Qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiy i mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
41. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqan ı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıy ır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.
42. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.
43. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2017-ci il tarixli **********125333 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat ) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
44. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.
45. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üç ün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
46. Bundan başqa, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
47. Hazırkı iş üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən müəyyən edilir ki, yoxlamanın keçirilmə si barədə qərar qeydiyyatdan keçsə də, yoxlamanın dayandırılması barədə xx.xx.2017, xx.xx.2018, xx.xx.2018-ci il tarixli qərarların qeydiyyatdan keçməsi barədə cavabdeh hər hansı sübut təqdim etməmişdir.
48. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxi lələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir.
49. Beləliklə, yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, yəni yoxlamanın dayandırılması barədə xx.xx.2017, xx.xx.2018, xx.xx.2018-ci il tarixli qərarların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmasına dair sübutlar təqdim olunmadığından aparılmış səyyar vergi yoxlaması iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır.
50. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, mübahisələndirilən inzibati akt icraatla bağlı kobud pozuntulara yol verilməklə qəbul edildiyindən və həmin pozuntular qanunvericiliyin tələblərinə görə özü-özlüyündə qərarın ləğvi üçün yetərli əsas təşkil etdiyindən, əlavə olaraq mahiyyəti üzrə qərarın əsaslılığının yoxlanılmasına lüzum qalmır.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-2/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.