Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1536/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilmə; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən başlayaraq tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməs i vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)-42/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatında qeyd edilmişdir ki: “Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı rayonun Birinci Çaylı bələdiyyəsi ilə həmin kənd sakini X2 arasında bağlanmış 150 ha torpaq sahəsindən istifadəyə dair xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin saxta olması sübuta yetirilmiş və qeyd ol unan torpaq sahəsinin təyinatı üzrə istifadəyə qaytarılması məqsədilə zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəliyinə xx.xx.2019-cu il tarixli məktublar göndərilmişdir. Lakin hazırkı vaxtadək Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyən İddiaçı oğlu Vüsal Gülüyevin adına qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması üsulu ilə sonuncunun 15 yaşında, yəni müqavilə bağlamaq hüququ yaranmadığı dövrdə sənədləşdirdiyi, faktiki istifadəsində olmaqla heyvandarlıqla məşğul olduğu 150 ha torpaq sahəsini sahibi - Birinci Çaylı bələdiyyəsinə qaytarmaqdan qərəzli surətdə yayınmışdır. İstintaq zamanı İddiaçı saxta sənədin hazırlanmasında hansı qaydada iştirak etməsi araşdırılmaqla, sonuncunun Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan torpaq sahəsinin geri qaytarılması və saxta sənədin etibarsız hesab edilməsi ilə bağlı Birinci Çaylı bələdiyyəsi tərəfindən müvafiq məhkəmə instansiyalarında qaldırılmış iddialar üzrə keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin nümayəndəsi qismində iştirak etdiyi və saxtalığı sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi müəyyən edilmişdir. Bundan başqa aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi işlədiyi dövrdə 2018-ci ilin aprel ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüy evin və qardaşı Adil Quliyevin nümayəndəsi qismində iştirak etmiş, həmin günlər ərzində xidməti vəzifələrini icra etməməklə yanaşı, xidməti ərazini tərk etməsi barədə rəhbəri olduğu qurumdan icazə və ya razılıq almamışdır. İstintaq zamanı müvafiq məhkəmə instansiyalarına ünvanlanmış sorğulara cavab olaraq alınmış məktublar əsasında İddiaçı aşağıdakı tarixlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilmiş məhkəmə proseslərində iştirak etdiyi müəyyən olunmuşdur:
1. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi – 30 aprel 2018-ci il
2. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi – 14 may 2018-ci il
3. Azərbaycan Respublikası Ali Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kmi – 29 may 2018-ci il
4. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi – 04 iyun 2018-ci il
5. Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi – 11 iyun 2018-ci il
6. Bakı Apellyasiya Məhkəməsində barəsində xüsusi icraat qaydasında iş aparılan şəxsin nümayəndəsi kimi – 22 yanvar 2019-cu il
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi – 25 yanvar 2019-cu il
8. Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi – 25 yanvar 2019-cu il
9. Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi – 28 yanvar 2019-cu il
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi – 30 yanvar 2019-cu il. Şamaxı rayon İH-dən daxil olmuş xx.xx.201 9-cu il tarixli Ş-01-1253 nömrəli məktubdan görünür ki, RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı 20182019-cu illərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, qeyd olunan illər ərzində digər tarixlərdə ezamiyyətə göndərilməmiş, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİH-nə müraciəti olmamış və ona hər hansı səbəbdən qısamüddətli icazə verilməmişdir. Bütün bunlar İddiaçı hərəkətlərinin dövlət qulluqçusu kimi tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyət kimi qəbul olunmaqla yanaşı, onun icra nümayəndəsi kimi üzərinə düşən vəzifələri layiqincə icra etməməsi, işinə laqeyd münasibət bəsləməsi, şəxsi maraqlarını xidməti vəzifələrindən üstün tutması, xidməti vəzifələrinin ona yaratdığı üstünlüklərdən və səlahiyyətlərdən şəxsi işləri ilə bağlı sui-istifadə hallarına yol verməsi nəticəsində baş vermişdir. İddiaçı Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi kimi üzərinə düşən vəzifə öhdəliklərinə əsasən kənd ərazisində vətəndaşların qəbulunu həyata keçirməli, onların şikayət, ərizə və təkliflərinə baxıb lazımi tədbirlər etməli olduğu halda, əksinə olaraq yarıtmaz fəaliyyəti və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi onun özünün barəsində rayon prokurorluğuna və digər yuxarı instansiya hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlərin daxil olmasına səbəb olmuşdur. İstintaqın yekununda İddiaçı əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir, lakin istintaqın hazırki mərhələsinədək müəyyən olunan hallar onun barəsində intizam tənbeh tədbirlərinin görülməsini zəruri edir. Odur ki, gələcəkdə də bu cür halların baş verməməsi və qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclaslarında müzakirə etməklə, Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görməyiniz məqsədəmüvafiqdir”. Daha sonra təqdimatda göstərilən bu və ya digər qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclasında müzakirə etməklə Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görülməsi, təqdimatın müzakirəsi barədə qanunla müəyyən edilmiş 1 ay müddətindı rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir.
2. İddiaçı Şamaxı rayon İcra Hakim iyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ilə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir (əmrin verilməsinə əsas Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatı olmuşdur).
3. Şamaxı rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə iddiaçı və onun oğlunun əməllərində Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə mürac iət edərək, Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
5. İddiaçı işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, təqdimat Şamaxı rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra sonuncu tərəfindən dövlət qulluğundakı fəaliyyəti araşdırılmamış, prokurorluqdan daxil olmuş təqdimatla bağlı izahatı alınmadan birtərəfli qaydada icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Bundan əlavə, Şamaxı rayon prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsinin saxtala şdırılmasında onun və oğlunun hər hansı bir formada iştiraklarının olmadığı müəyyən olunmuşdur. O, saxta icarə müqaviləsindən istifadə etməmiş, iş vaxtlarında yalnız üzürlü səbəb olaraq məhkəmə iclaslarında iştirak etmiş, digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində məhkəmə çəkişmələrində iştirak etməmiş, Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iştirak etməsi ilə bağlı əvvəlcədən icra hakimiyyətinə məlumat vermiş, məhkəmə bildirişlərini və ya məhkəmə çağırışlarını təqdim etmişdir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən, Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olan iddiaçının sax ta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində dəfələlərlə öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməsi müəyyən olunmuşdur. Bu səbəbdən, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir.
7. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-1795/2020 nömrəli qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)55/2020 nömrəli qətnaməsi ilə Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsi ilə X2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli torpaq icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq Birinci Çaylı bələdiyyəsinin faktiki sahibliyinə verilməsi qət edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdeh Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinə qarşı icarə müqaviləsi əsasında istifadəsində olan 150 ha torpaq sahəsində bələdiyyə tərəfindən aparılan qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-55/2020 nömrəli qətnaməsi ilk i ddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir.
8. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-1795/2020 nömrəli qətnaməsi ilə Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsi ilə X2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq Birinci Çaylı bələdiyyəsinin faktiki sahibliyinə verilməsinə dair iddia tələbi rədd edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) xx.xx.2021-ci il tarixli 21(116)-50/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şamaxı rayon İcra Hak imiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ləğv olunmuş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.K.Dəmirov) xx.xx.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli qərarı ilə ca vabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv olunması, iddiaçının Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilməsi və ona xx.xx.2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.Quliyev /sədrlik edən və məruzəçi/, R.Nəbizadə və S.Kərimov) xx.xx.2021-ci il tarixli, 21(102)-2334/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)-424/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin hədlərindən kənara çıxmışdır. Belə ki, iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş (Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ləğv olunmuş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir), iddiaçı isə iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməmişdir. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin qərarından narazı qalaraq qərardan şikayət vermək hüququna malik olduğu halda, həmin hüquqdan istifadə edib qərardan apellyasiya şikayəti vermiş və qərarın ləğv olunmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının “qərara aldı” hissəsi ndə “apellyasiya şikayəti təmin edilməsin” yazıldığı halda, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddiaçının iddia tələbi təmin edilmişdir. Halbuki yuxarıda göstərildiyi kimi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti ümumiyyətlə verilməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, cavabdehin kassasiya şikayətindəki ikinci dəlili olan “qanunun dövlət qulluqçusuna qadağan etdiyi əməllərin iddiaçı tərəfindən dəfələrlə törədilməsinin məhkəmə tərəfindən nəzərə alınmaması”na münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu məsələ apellyasiya məhkəməsi tərəfindən a raşdırılmalıdır. Belə ki, cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 20.1, 20.1.3-cü maddələrinə istinad etsə də, iddiaçının vəkil olmasını təsdiq edən sənədlər işdə yoxdur. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və Z.T.Məmmədov) xx.xx.2022-ci il tarixli, 2-1(105)-248/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə istinad edərək iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi məsələ İnzibati Prosessual Məcəllənin 73.3.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmasın. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı həmin əmrin ləğvinə, əvvəllki vəzifəsinə və dövlət qulluğuna bərpa olunmasına, bərpa olunana kimi əmək haqqının ödənilməsinə yönəlmişdir ki, bu da iddianın məcburetmə növünə deyil, mübahisələndirmə növünə aiddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat
17. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) xx.xx.2022-ci il tarixli 21(118)-1713/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunda intizam tənbehlərinin ardıcıllıqla seçilməsi və ya birbaşa dövlət qulluğundan azad edilməsi ilə bağlı tədbirin seçilməsinin qanunsuz olması kimi bir məhdudiyyət nəzərdə tutulmamışdır. Mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanu ni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin olunmamalıdır.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
20. Apellyasiya icraatında təqdim edilmiş Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli əmri ilə iddiaçıya vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə töhmət verilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: L.E.Rəhimli /sədrlik edən və məruzəçi/, L.M.Məmmədova və A.A.Mahmudov) xx.xx.2023cü il tarixli, 2-1(105)-42/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsini n xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında araşdırma zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda özünün və digər şəxslərin adından nümayəndə (vəkil kimi iştirak etməmişdir) qismində məhkəmə proseslərində iştirak etmişdir. Lakin iddiaçı həmin proseslərdə iştirak etməsinə dair müvafiq qaydada rəhbərliyə müraciətini və ya bu müraciətlər əsasında verilmiş icazəni təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının müvafiq hərəkətlərə (vətəndaşların nümayəndəsi olmaqla) yol verməklə, “Dövlət qulluğu haqqında” Qanunun tələblərini pozması qənaətinə gəlməkdə cavabdeh haqlı olmuşdur. Qeyd olunan əsasla iddia çıya “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl “...dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydalarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmuşdur. Lakin iddiaçının yol verdiyi hərəkətlər (hansı ki, iddiaçı inkar etmir) həmin müddəalar la nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir. Odur ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur.
23. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
24. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia tələbindəki dəlilləri sadalamış, əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən prokurorluğun təqdimatında qeyd olunan “sax ta müqavilədən istifadə etmə” faktı aparılmış istintaqla məhz prokurorluğun elə özü tərəfindən təkzib olunmuşdur. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında etiraf etmişdir ki, iddiaçının məhkəmə proseslərində iştirakla bağlı müraciəti qeydiyyata alınmadığından rəsmi olaraq heç bir əmr verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanu nda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alı nır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.... 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edil mədikdə tətbiq oluna bilər.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin tə min edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarını n ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə ilə bağlı işin hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin verilməsinə, başqa sözlə, iddiaçının dövlət qulluğundan azad edilməsinə əsas Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatı olmuşdur.
32. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən qeyd etmişdir ki, cavabdeh, iddiaçının müvafiq hərəkətlərə (vətəndaşların nümayəndəsi olmaqla) yol verməklə, “Dövlət qulluğu haqqında” Qanunun tələblərini pozması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunan əsasla ona “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmə iddiaçının yalnız rəhbərliyin rəsmi icazəsi olmadan məhkəmə proseslərində iştirakı ilə bağlı hərəkətlərinə cavabdehin tətbiq etdiyi intizam tənbehini mütənasib və qanuni hesab etmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddi açıya intizam tənbehi tətbiq edilərkən cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3 və 25.5-ci maddələrinin tələblərinə əməl edilibedilməməsini yoxlamamışdır.
34. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
35. Odur ki, prokurorun təqdimatı daxil olduqdan sonra cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətlər i yerinə yetirdikdən sonra iddiaçı barəsində intizam tənbehi tətbiq edə bilərdi. Lakin iş materiallarında cavabdeh tərəfindən istinad edilən normanın tələbinə əməl edilməsi barədə heç bir məlumat yoxdur. İşə baxan apellyasiya məhkəməsi iddiaçıya intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinin tələblərinə əməl edilib-edilməməsi barədə araşdırma aparmamışdır.
36. Digər tərəfdən, “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə əsasən, dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işi nin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
37. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, həmin təqdimat cavabdehə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir (İİ cild: iş v.129). Digər tərəfdən, sözügedən təqdimatın məzmunundan da göründüyü kimi iddiaçı xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasında məhkəmə iclasında nümayəndə kimi çıxış etmişdir (oğlunun nümayəndəsi kimi).
38. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2019-cu il tarixli olduğundan, işə baxan apellyasiya instansiyasi məhkəməsi həmin əmrin qanuniliyini “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbləri baxımından da qiymətləndirməli idi.
39. Bununla yanaşı, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx. 2019-cu il tarixli 35 nömrəli əmri ilə iddiaçıya vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə töhmət verilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin töhmətin verilməsinin əsasları yoxlanılmamış, eyni əsasla iddiaçıya iki intizam tənbehinin tətbiqi məsələsinin mövcudluğu araşdırılmamış və yoxlanılmamışdır.
40. Məhkəmə kollegiyası Şamaxı rayon prokurorunun təqdimatında qeyd olunan iddiaçının iş günlərində xidməti vəzifələrini icra etməməklə xidmət ərazisini tərk etməsi barədə rəhbər olduğu qurumdan icazə və ya razılıq almaması ilə bağlı əlavə olaraq qeyd edir ki, iddiaçının ezamiyyətə göndərilməməsi, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİH-nə müraciət etməməsi, ona hər hansı səbəbdən qısamüddətli icazə verilməməsi ilə bağlı məlumatları cavabdeh inzibati orqan təqdimat vasitəsilə öyrənməmiş, həmin məlumatları məhz özü istintaq orqanına göndərmişdir.
41. Qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddiaçı dövlət qulluqçusu olmaqla, dövlət qulluğundan azad edildiyindən və hazırkı tələbi də dövlət qulluğuna bərpa edilməsi ilə bağlı olduğundan, məhkəmələr tərəfindən cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müddəaların, qaydaların düzgün tətbiq edilib-edilməməsi araşdırılmalıdır ki, hazırki iş üzrə məhkəmələr tərəfindən belə bir araşdırma aparılmamışdır.
42. Belə ki, iddiaçının dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədibiridir. İntizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı, dövlət qulluqçusundan yazılı izahat alınmalı, zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin etməli, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilməli, eyni zamanda dövlət qulluqçularına intizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilməlidir.
43. Göründüyü kimi, dövlət qulluğundan azad edilmə ilə bağlı qanunvericilikdən irəli gələn qeyd olunan tələblərin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə yerinə yetirilib-yetirilməməsi məhkəmələr tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Yalnız həmin məsələlər araşdırıldıqdan sonra əmrin ləğvi və iddiaçının işə bərpa edilməsi ilə bağlı iddia tələbinə hüquqi qiymət verilə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kol legiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-42/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.