Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1542/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-316/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996; 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binası üçüncü şəxs tərəfindən inşa edilmiş və həmin bina istismara qəbul edilmişdir.
2. İddiaçı üçüncü şəxs ilə aralarında bağlanmış müqavilələrə əsasən həmin binadan ü mumi sahəsi 243 kv.m olan qeyri-yaşayış sahəsini və ümumi sahəsi 243 kv.m. olan zirzəmini almışdır.
3. İddiaçı 18 fevral 2020-ci il tarixdə həmin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh **********73 nömrəli, 17 mart 2020-ci il tarixli və **********76 nömrəli, 8 aprel 2020-ci il tarixli təkrar məzmunlu məktubları ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, qeyri-yaşayış sahəsinin üçüncü şəxs tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin üçüncü şəxs tərəfindən təsdiq edildiyini, həmin sahələr üzrə üçüncü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial q aydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyd edilmişdir ki, qeyri yaşayış sahəsi sənədlə 243.0 kv.m göstərilib, faktiki isə 230.7 kv.m təşkil edir.
5. Satıcı üçüncü şəxsin baş direktoru X1 ilə alıcı iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı tərəfindən Bakı şəhəri H.Ələsgərov küçəsi, 996-cı məhəllə, 1 bloklu 20 mərtəbəli binanın zirzəmisini, ümümi sahəsi 243 kv.m olan, sol tərəfində, izolə olunmuş alıcıya satmağı öz öhdəsinə götürür, alıcı isə öz növbəsində 1 kv.m üçün qiyməti 400 olmaqla ümümi məbləğ 99600 manat ödəyir.
6. Üçüncü şəxs tərəfindən verilmiş RV-01/150 №-li, xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətinə əsasən, iddiaçını n qeyd olunan bir girişli binada aldığı 243 kv.m qeyriyaşayış sahəsi üçün borcu yoxdur.
7. Satıcı üçüncü şəxsin baş direktoru X1 ilə alıcı iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı tərəfindən Bakı şəhəri H.Ələsgərov küçəsi, 996-cı məhəllə, 1 bloklu 20 mərtəbəli binasının qeyri-yaşayış sahəsini, ümumi sahəsi 243 kv.m olan, sol tərəfində, izolə olunmuş alıcıya satmağı öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində 1 kv.m. üçün qiyməti 800 olmaqla ümümi məbləğ 194400 manat ödəyir.
8. Üçüncü şəxs tərəfindən verilmiş RV-01/151 №-li, xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətinə əsasən, iddiaçının qeyd olunan bir girişli binada aldığı 243 kv.m qeyriyaşayış sahəsi üçün borcu yoxdur.
9. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış RV- 03/21 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən, üçüncü şəxs tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın zirzəmisində yerləşən 243,0 kv.m sahənin və həmin binanın 1-ci mərtəbəsində (0 səviyyəsindəki) 243.0 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasına dair xx.xx.2007-ci il tarixdə ayrı- ayrılıqda iki müqavilə bağlanmış və göstərilən zirzəmi və qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Üçüncü şəxs tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli bina Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanının icrası qaydasında xx.xx.2019-cu il tarixli, 053 №-li istismara icazə sənədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeydə alınmışdır. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin dəyəri tam ödənildiyindən göstərilən əmlakların xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını məqsədəuyğun hesab edir.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********145 nömrəli məktuba əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 053 №-li istismara icazə sənədinə əsasən, üçüncü şəxs tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996; 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binasının istismarına icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı 8 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”də ifadə olunan imtinasının əsassız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və eyni ünvanda 243 kv.m zirzəmi sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini əsaslandırarkən, iş materiallarına əlavə edilmiş yuxarıda qeyd olunan sənədlərin məzmununu sadalamış, əlavə olaraq qeyd etmişdir ki, göstərilən ünvandakı bi na Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istismara verilmişdir. Binanın yaşayış sahələrinin (mənzillərin) sahiblərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına dair müraciətləri müsbət həll olunmuş, hüquq sahibləri daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Ona məxsus qeyri-yaşayış sahələrinin yerləşdiyi bina Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanı” əsasında sadələşdirilmiş qaydada istismara verilmiş, binanın tərkib hissələrinin hüquq sahiblərinin mülkiyyət hüquqları da dövlət reyestrində qeydə alınmışdır. Tərəfindən cavabdeh inzibati orqana (18.02 2020-ci il tarixdə, ********** nömrəli və ********** nömrə ilə qeydə alınmış) müraciət olunaraq, o na məxsus qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Müraciətinə əlavədə üçüncü şəxs ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilələr, müvafiq maliyyə arayışı, qeyri-yaşayış (zirzəmi və 1-ci mərtəbə) sahələrinin eskiz-planı təqdim olunmuşdur. Bildirmişdir ki, xx.xx.2020-cu il tarixli müraciətinə uzun müddət cavab verilməmişdir. Həmin ərəfədə pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə görə cavabdehə birbaşa müraciət etmək imkanı olmamışdır. Uzun müddət cavabdeh orqandan cavab verilmədiyinə görə xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi R.Vahabov cavabdeh orqana bilavasitə getməklə müraciətinin nəticəsi ilə maraqlanmış, məlum olmuşdur ki, onun müraciətinə imtina bildirişi yazılmışdır. Qeyd etmişdir ki, ço xmənzilli bina üçüncü şəxs tərəfindən tikilməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında sadələşdirilmiş qaydada istismarına icazə verilmiş, binadakı bütün yaşayış sahələrinin dövlət reyestrində qeydiyyatı təmin olunmuşdur. Binadakı mənzillər də eyni qayda ilə üçüncü şəxs hüquq sahibi olan alıcı arasında bağlanmış alqısatqı müqaviləsi və MMC-dən verilmiş maliyyə arayışı əsasında rəsmiləşdirilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsini tənzimləyən qanunvericilik əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsinə aid olduğunu fərqləndirmir və belə bölgüyə görə fərqli yanaşma tələb etmir. Hesab etmişdir ki, eyni binada yaşayış sahələrinə eyni sənədlər əsasında müvafiq çıxarışlar verilmişdirsə, heç bir qanuni əsas olmadan qey riyaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina qanunsuz olmaqla onun mülkiyyət hüququnun pozulmasıdır.
13. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktublarının dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3425/2021 nömrəli, 4 mart 2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3425/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia rədd edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaklar mənzil-tikinti kooperativi tərəfindən deyil, üçüncü şəxs tərəfindən inşa edilm iş yaşayış binasında yerləşdiyindən, həmin əmlaklarla bağlı sənədlər mənzil-tikinti kooperativi tərəfindən deyil, üçüncü şəxs tərəfindən tərtib edildiyindən, iddiaçının "xxxx" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə malik olması müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
17. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-316/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəç i/, V.Ə.Baxışova və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3425/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia tələbinin dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə Mülki Məcəllənin 178.8 (2017-ci ilədək qüvvədə olduğu redaksiyada), Mənzil Məcəlləsinin 112-ci madd əsini yə MTK-ların fəaliyyətinə dair digər müddəaları sadalayaraq, "xxxx" Qanunun 8-ci maddəsində yalnız MTK-lar tərəfindən tikilmiş binalardakı mənzillərə dair müqavilə və arayışların daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas olduğu qənaətinə gəlməklə hüququn təfsiri və tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd olunan müddəalarda hərfi mənada mənzil-tikinti kooperativləri yazılmışdır. Bu normalarda Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) tərəfindən tikilmiş binaların tərkib hissələrinə hüquqların əmələ gəlməsinə dair birbaşa ifadələrin olmaması, MMC-lərlə müqavilə əsasında dəyərini ödəməklə (eynilə MTK-lardakı prosedurda) əmlakı əldə etmiş, ona sahiblik və istifadə hüquqlarını həyata keçirən, mülkiyyət hüququnu qazanmış şəxslərin hüquqlarının müdafiəsiz buraxılmasına əsas verə bilməz. Məlumdur ki, Bakı şəhərində uzun illərdən bəri yüzlərlə binalar müxtəlif MMC-lər tərəfindən tikilib istismara verilmişdir, belə binalardan mənzil (və ya qeyri-yaşayış sahəsi) alan şəxslərin həmin sahələrə mülkiyyət hüquqları ümumi əsaslarla dövlət qeydiyyatına alınmışdır.
22. Bundan başqa, əgər məhkəmələr istinad olunan normalarda yalnız MTK-ların tikdiyi binalardan sahə əldə etmiş şəxslərin hüquqlarının qeydə alınmasının nəzərdə tutulduğunu hesab edirlərsə, o halda, Mülki Məcəllənin 11.1 -ci maddəsinin tələbinə əsasən, qanunun analogiyasını tətbiq edərək, həmin müddəaların (qanunvericilik normalarının) hazırki iş üzrə (MMC-dən sahə almış mülkiyyətçiyə münasibətdə) tətbiqi ilə iddia tələbinin qanuni əsasının olmasını nəzərə almalıdırlar.
23. Məhkəmələr nəzərə almamışlar ki, konkret ola raq hazırki işdə hüququn qeydə alınması tələb olunan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası qaydasında istismara qəbul edilmiş çoxmənzilli yaşayış binasının tərkib hissəsidir. Bu halda xx.xx.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanı”nın 5.2-ci bəndi hazırki iş üzrə iddianın təmin edilməsi üçün hüquqi əsas yaratdığından iş üzrə məhz Fərmanın 5.2.-ci maddəsi tətbiq olunmaqla iddia tələbi təmin edilməlidir. Apellyasiya məhkəməsi isə, şikayətimizdə bu dəlilin irəli sürülməsi və məhkəmə iclasında da nümayəndənin izahatında qeyd olunmasına baxmayaraq, ümumiyyətlə, bu dəlilə hər hansı qiymət verməmişdir.
24. Bundan başqa, məhkəmələr nəzərə almamışdır ki, 053 №-li is tismara icazə sənədi ilə dövlət qeydiyyatına alınmış bina “Ulduz-4" MMC tərəfindən tikilməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında sadələşdirilmiş qaydada istismarına icazə verilmiş, binadakı bütün yaşayış sahələrinin dövlət reyestrində qeydiyyatı təmin olunmuşdur. Binadakı mənzillər də eyni qayda ilə “Ulduz-4" MMC ilə hüquq sahibi olan alıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və MMC-dən verilmiş maliyyə arayışı əsasında rəsmiləşdirilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsini tənzimləyən qanunvericilik əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsinə aid olduğunu fərqləndirmir və belə bölgüyə görə fərqii yanaşma tələb etmir. Eyni binada yaşayış sahələrinə eyni sənədlər əsasında müvafiq çıxarışlar verilmişdirsə, hər hansı bir qanuni əsas olmadan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququmun dövlət qeydiyyatından imtina qanunsuz olmaqla mənim mülkiyyət hüququmun pozulmasıdır.
25. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərindən birinə münasibətində də subyektivliyə yol vermişdir. Hesab etmişdir ki, yaşayış sahələrinə dair ayrı-ayrı şəxslərin müraciətinin cavabdeh tərəfindən təmin edilərək, hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı qeyd edir ki, çıxarışların qanunauyğun verilibverilməməsi və ya hər iki tərəfin qarşılıqlı razılaşma əsasında verilməsi hazırki məhkəmə araşdırmasının predmetinə aidiyyəti olmadığından iddia tələbinin təmin edilməsinə əsas ola bilməz.
26. Hesab etmişdir ki, bu yanaşması ilə məhkəmə Kollegiyası “İnzibati icraat haqqında" Qanunun 11-ci və 13-cü maddələrin in tələblərini pozmuşdur. Belə ki, tərəfindən həmin binada yerləşən özünə məxsus mənzilə dair çıxarış, həmçinin, həmin binada 1-ci mərtəbədə yerləşən (mənə məxsus qeyri-yaşayış sahəsilə qonşu) digər şəxsə məxsus qeyri-yaşayış sahəsinin çıxarışı təqdim edilərək, qeyd olunmuşdur ki, cavabdeh inzibati orqan onun qeyri-yaşayış sahəsinə dair imtina versə də, bununla yanaşı, eyni qaydada MMC-nin müqaviləsi və maliyyə arayışı əsasında mənzilinə və qonşu qeyri-yaşayış sahəsinə dair hüquqları dövlət qeydiyyatına almış və çıxarış vermişdir. Bu halda, inzibati orqanın eyni faktiki hallarla bağlı eyni əsaslı və məqsədli müraciətin birinin təmin edildiyi halda, digərinə imtina verilməsi inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.
27. Bundan başqa, qeyd etmişdir ki, cavabdeh inzibati o rqan onunla eyni vəziyyətdə olan - eyni binanın 1-ci mərtəbəsində MMC tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında hüquqlarını qeydə aldığı halda, ona münasibətdə fərqli qərar qəbul etməsi qanunsuz olmuşdur, buna baxmayaraq, apellyasiya məhkəməsi sadalanan hüquq normalarını tətbqi etməli olduğu halda tətbiq etmədiyindən qanunsuz nəticəyə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. "xxxx" Qanun:... -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin v ə bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; -10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, pl an-cizgisi;... -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir... -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bil ər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına s əbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...
30. Mənzil Məcəlləsi:... Maddə
109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitlə ri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzv lərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 109.6. Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.... Maddə
111. Mənzil-tikinti kooperativinin nizamnaməsi 111.1. Mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, koo perativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. 111.2. Mənzil-tikinti kooperativinin nizamnaməsinə bu Məcəlləyə və digər qanunlara zidd olmayan başqa müddəalar daxil edilə bilər. Maddə
112. Mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Maddə
113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifad ə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır....
31. Mülki Məcəllə:... -109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. -109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.... 139-1.1.6. mənzil-tikinti koope rativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... 178.8-ci maddənin 9 fevral 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyası Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci madd ələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 33. ”İnzibati icraat haqqında” Qanun:... Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir....
34. İnzibati Prosessual Məcəllə:... Maddə 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisəni n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
38. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”də ifadə olunan imtinasının əsassız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və eyni ünvanda 243 kv.m zirzəmi sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
39. Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996, 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmiş və həmin bina istismara qəbul edilmişdir. İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış müqavilələrə əsasən həmin binadan ümumi sahəsi 243 kv.m olan qeyri-yaşayış sahəsini və ümumi sahəsi 243 kv.m olan zirzəmini almışdır. İddiaçı həmin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "xxxx" MMC tərəfindən təsd iq edildiyini, həmin sahələr üzrə "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparıla biləcəyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina edilmiş, apelyasiya instansiyası məhkəməsi də cavabdehin dəlilləri ilə razılaşmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqavilələrə əsasən iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin payçısı (investoru) hesab edilmişdir. Ba şqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası "xxxx" Qanunun oxşar münasibətləri tənzimləyən 8.0.6-cı maddəsinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir.
41. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında bağlanmış 10 sentyabr 2007-ci il tarixli müqavilələr adı alq-satqı adlansa da, əslində iddiaçı ilə üçüncü şəxs arasında podrat münasibətləri yaranmışdır. "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın zirzəmisində yerləşən 243.0 kv.m sahənin və həmin binanın 1-ci mərtəbəsində yerləşən (0 səviyyəsindəki) 243.0 kv.m qeyri-yaşayış sahəsi tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə tikilən qeyri-yaşayış sahələrini qə bul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan qeyri-yaşayış sahəsi – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin qeyri-yaşayış sahəsini özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin sahəyə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. 42. "xxxx" MMC birinci instansiya məhkəməsinə göndərdiyi 20 aprel 2021-ci il tarixli məktubunda iddiaçı ilə bağlanmış 10 sentyabr 2007-ci tarixli alqı-satqı müqavilələrinə və binanın 18 iyun 2019-cu il tarixdə istism ara icazə sənədinə istinad edərək bildirmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin dəyəri tam ödənildiyindən göstərilən əmlakların xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını məqsədə uyğun hesab edir.
43. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
44. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
45. İddiaçı ilə üçüncü şəxs arasında müqavilə bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
46. İddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan qeyriyaşayış sahələrinin pay haqqını ödəmiş, qeyri-yaşayış sahələrinin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmişdir.
47. İddiaçı qeyri-yaşayış sahəsi üçün pay haqqını tam verdiyindən həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.
48. İşdə olan sənədlərdən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş eyni binada başqa şəxsin adına qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu qeydə almışdır.
49. Cavabdeh iddiaçının bu dəlilinə hər hansı münasibət bildirməmişdir. Cavabdeh “İnzibati icraat ha qqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir.
50. Yuxarıda qeyd edilən qanunvericilik normalarını işin hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlak mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq dövlət orqanı tərəfindən istismara qəbul edilmiş yaşayış binasında yerləşdiyindən, iddiaçı tərəfindən pay haqqı tam ödənildiyindən, "xxxx" MMC-nin hüququn iddiaçının adına qeydə alınması üçün etirazı olmadığından cavabdehin imtinası və apelyasi ya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. 51. "xxxx" Qanunun yuxarıda bəhs olunan tələbləri iddiaçı tərəfindən yerinə yetirildiyindən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, kasasiya şikayəti təmin edilməlidir.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-316/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli və x x.xx.2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”də ifadə olunan imtinası əsassız hesab edilsin. ünvan 2 ünvanında yerləşən 1 girişli, (+texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binasında 243 kv.m qeyri-yaşayış sahəsinə və eyni ünvanda 243 kv.m zirzəmi sahəsinə İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.