Məhkəmə qərarları › İş №2-1(102)-1546/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1546/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1546/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs Oğuz rayon Oğuz bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs Oğuz rayon Oğuz bələdiyyəsi) qarşı “Oğuz rayon Oğuz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Oğuz rayonunda xüsusi mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(107)-87/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı sahibkarlıq məqsədilə ona torpaq sahəsi satılması üçün Oğuz rayon Oğuz bələdiyyəsinə müraciət etmişdir. Oğuz rayon İcra Hakimiyyətinin xx.xx.2006-c ı il tarixli məktubu, həmçinin DTXK tərəfindən verilən rəydən görünür ki, sahibkarlıq məqsədi üçün satılması nəzərdə tutulan torpaq sahəsi 1,0 ha olmaqla, Oğuz rayon Oğuz bələdiyyəsinin mülkiyyətinə aid olmuş və torpaq sahəsinin satılmasına etiraz edilməmişdir.

2. Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokol qərarı ilə iddiaçıya bələdiyyə mülkiyyətinə aid, şəhərin cənubunda yerləşən perspektiv inkişaf torpaqlarından sahibkarlıq məqsədi ilə 10000 kv.m. torpaq sahəsinin satılması qərara alınmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın dəyəri olaraq 1969,7 manat ödəniş edilmişdir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 19 fevral 2007- ci il tarixli torpaq sahəsinin kadastr planı hazırlanmış və X6 Kitabında 047 nömrə ilə qey də alınmışdır.

4. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, faktiki torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşir. Faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən 95 m məsafə fərqi var. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Oğuz rayonunda xüsusi mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrində n çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini bu qərarın 1-4-cü bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmışdır.

7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

8. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilmiş mütəxəssis rəylərindən görünür ki, iddiaçının adına hazırlanmış xx.xx.2007-ci il tarixli **********2000018 nömrəli torpaq sahəsinin kadastr planında göstərilmiş 1.0 hektar torpaq sahəsi ilə iddiaçının istifadəsində olan 0.94 hektar torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. İddiaçının adına tərtib olunmuş torpaq sahə sinin kadastr planında göstərilmiş torpaq sahəsinin 0.0951 ha hissəsi iddiaçının öz istifadəsində olan kənd təsərrüfatı təyinatlı uqodiyası çoxillik əkmələr olan torpaq sahəsinə, 0.2893 hektar hissəsi **********36 nömrəli çıxarışla X2 xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə, 0.0604 hektar hissəsi 808F nömrəli şəhadətnaməyə əsasən X1 və ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə, 0.3974 hektar hissəsi X7 torpaqlarına, 0.0805 ha hissəsi kənd təsərrüfatı təyinatlı uqodiyası kolluq olan bələdiyyə mülkiyyəti torpaq sahələrinə və 0.0714 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı uqodiyası çoxillik əkmələr olan bələdiyyə mülkiyyəti torpaq sahəsi ilə üst-üstə düşür.

9. Azərbaycan Respublikası “X3” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 94 nömrəli rəydən görünür ki, bələ diyyə qərarı ilə iddiaçıya satılmış 1.0 hektar torpaq sahəsinin Oğuz rayon Oğuz bələdiyyəsi tərəfindən tərtib edilən yerquruluşu planına əsasən naturada vizual müşahidə edilən oriyentirlər (yol, çay, su arxı və s.) nəzərə alınmaqla, yüksək dəqiqlikli GPS ölçü avadanlığı vasitəsilə naturada faktiki yerləşmə yeri müəyyən edilmiş və coğrafi koordinatları təyin olunmuşdur. Oğuz bələdiyyəsi tərəfindən tərtib edilən yerquruluşu planında göstərilən həmin torpaq sahəsinin natura üzrə müəyyənləşdirilən sərhədləri sxematik planda qeyd olunan koordinatlarla uyğun gəlmir. Belə ki, tərtib olunan sxematik planda qeyd olunan koordinatlarda sürüşmə xətasının olduğu müşahidə olunmuşdur. Torpaq sahəsinin planda göstərildiyi kimi, şərqində asfalt örtüklü avtomobil yolu, şimalında isə çay arxının olması əsas istinad oriyentiri kimi götürülmüşdür. Naturada aparılan tədqiqat texniki pasporta əsasən nəzərə alınmadan, iddiaçıya satılmış 1.0 hektar torpaq sahəsinin faktiki hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. İddiaçıya satılmış, faktiki sahibliyində və istifadəsində olan 1.0 hektar torpaq sahəsinin hüdudları daxilində ərazinin elektron ümumi xəritəsinə, iş materiallarında olan ərazi üzrə xəritə məlumatlarına və naturada aparılmış tədqiqat məlumatlarına əsasən üçüncü şəxslərə ayrılan və ya ümumi istifadədə olan (torpaq yol, cığır, su arxı, su quyusu və s.) torpaq sahəsinin olmaması müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə keçirilmiş yerində baxış zamanı Oğuz-Bakı şosse yolu, çay yatağı, körpü və ərazidə yerləşən qobu oriyentir olaraq mü əyyən edilmiş və buna müvafiq olaraq ilkin sənədlərdə qeyd edilmiş torpaq sahəsinin təsviri ilə faktiki istifadə edilən torpaq sahəsi müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, ilkin kadastr planında və ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti iddia olunan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan sonra cavabdeh orqanın tərtib etdiyi mütəxəssis rəyində qeyd edilmiş, iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları bir daha yerində yoxlanılmış və ərazinin fotoşəkilləri çəkilmişdir. İddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında saat 12:40-da cavabdeh orqanın Oğuz rayon şöbəsində elektron bazaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi ilə bağlı yeni elektr on uçot bazasında heç bir məlumat yoxdur. Eyni zamanda, iddia olunan torpaq sahəsinin hər hansı digər subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmir. Baxışda iştirak edən mütəxəssis iddia olunan torpaq sahəsinin digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsini, üst-üstə düşmə barədə məlumatların müvafiq torpaq sahəsinə dair tərtib edilmiş kadastr sənədlərində qeyd edilmiş koordinatlara müvafiq olaraq verildiyini bildirmişdir. Əlavə olaraq, ilkin kadastr planında və ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində qeyd edilmiş torpaq sahəsi ilə iddia olunan torpaq sahəsinin eyni ərazi olmasına baxmayaraq, həmin sənədlərdə qeyd edilmiş koordinatlar düzgün olmayaraq başqa əraziyə düşür. Məhkəmənin sorğusu ilkin sənədlərə uyğun yox, həmin sənədlərd ə qeyd edilmiş koordinatlar əsasında cavablandırılmışdır.

11. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-594/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayon Oğuz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə satılmış 1,0 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dövlət kadastr saxlayıcısı cavabdeh orqan olmasına baxmayaraq, iddia olunan torpaq sahəsinə dair cavabdeh orqanın verdiyi rəy işin hallarına uyğun olmadığından məhkəmə sözügedən rəyi iş üzrə mötəbər sübut olaraq qəbul etmir. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssi s rəyi yerli baxış zamanı müəyyən edilmiş işin faktiki hallarına tamamilə ziddir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan mütəxəssis tərəfindən verilmiş rəyə birmənalı istinad etməklə iddiaçının müraciətinin təmin olunmasından imtina etməməli, verilmiş rəyin düzgünlüyünü yoxlamalı və mütəxəssisin həmin rəyi vermək üçün zəruri texniki biliklərə, verilmiş sualları qavramaq və həmin suallara düzgün cavab vermək qabiliyyətinə malik olub-olmamasına əmin olmalı, yalnız bundan sonra sözügedən rəy əsasında müraciətin təmin edilməsinin mümkün olub-olmamasına hüquqi qiymət verməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, ilkin rəyin düzgün olmaması artıq yerli baxış zamanı müəyyən edilməsinə, məhkəmənin sorğusunun ilkin sənədlərə uyğun yox, həmin sənədlərdə qeyd edilmiş koordi natlar əsasında cavablandırılmasına və istinad edilmiş sənədlərdəki koordinat bazasının əslində həmin torpaq sahəsinə aid olmaması (səhv olması) aşkar bilinməsinə baxmayaraq, mütəxəssis tərəfindən verilmiş rəy işin hallarına uyğun dəqiqləşdirilməmiş, yol verilmiş səhvlər aradan qaldırılmamışdır. Odur ki, məhkəmə tədqiqatı zamanı aşkar edilmiş hallar Azərbaycan Respublikası “X3” xx.xx.2023cü il tarixli 94 nömrəli rəyinə uyğun olduğundan məhkəmə həmin rəyi iş üzrə mötəbər sübut olaraq qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

13. İş materiallarında olan O ğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışdan, dekabr 2006-cı il tarixli 42 nömrəli qəbzdən və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçıya 1.0 ha torpaq sahəsinin satılması qərara alınmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına torpaq sahəsinin dəyəri ödənilmişdir. İddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi onunla bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqısatqısının baş tutmasını və tamamlanmasını təsdiq edir. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənəd in məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasın a dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən ed ilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.Ş.Hüseynov) 25 yanvar 2024-cü il tarixli, 21(107)-87/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Oğuz rayon Oğuz bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 03 nömrəli iclas protokolunun qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 1.0 hektar torpaq sahəsi üzərində bələdiyyənin hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə vəziyyətdə isə bələdiyyənin bu cür qərar vermək səlahiyyəti olmamışdır, buna görə də sözügedən torpaq sahəsi üzərində sərəncam verə bilməzdi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq q eydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə bunu nəzərə almamışdır. İddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması istədiyi torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron (DWJ) baza məlumatlardan və arxiv materiallarından istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarında yerləşər. Həmçinin, iddia olunan torpaq sahəsinin faktiki olaraq sənəd üzrə torpaq sahəsindən 95 metr məsafə fərqi vardır. b) kassasiya şikayətinə qar şı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.... Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt dır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyild irsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

11. Qanun çuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır....

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. D aşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. M əhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayə tdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona gö rə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(107)-87/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar