Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1611/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi; X5 təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edil məsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli 2-1(107)-120/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1955-ci il tarixdə doğulmuş, 1969-cu ildən əmək fəaliyyətinə başlamış, x xxxxxx 1996-cı il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı, həmçinin 1972-1973-cü illərdə X5 təhsil almış, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 16 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iş stajının əmək kitabçası nda qeyd olunmağına baxmayaraq, iddiaçının X3 Şöbəsində gözətçi kimi işə qəbul olunmağı haqqında olan xx xxxxx 1992-cu il tarixli 3443 №-li əmirdə qaralama olduğu və yoxlama zamanı həmin sənədlərin Arxiv İdarəsinə verilməməsi müəyyən olunduğu üçün müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 20 iyun tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon “Engels” adına kolxozda xx.xx.1969-cu il tarixdən xx.xx.1978-ci il tarixə qədər kolxozçu işlədiyi, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet ordusunda hərbi xidmətdə olduğu dövrü və xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək müxtəlif dövlət orqan və təşkilatlarında işlədiyi – 25 il 9 ay iş stajının əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunmasının və əmək pensiyasının təyin edilməsinin cavabdehə xahiş etmişdir. 5.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon “Engels” adına kolxozda xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər kolxozçu, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İsmayıllı rayonu “Engels” adına kolxozda kolxozçu işləməyi və xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi X4 əyani şöbəsində təhsil almağı, iş stajının əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər “Engels” adına kolxozda, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək “Engels” adına kolxozda işləmiş və xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi X5 əyani təhsil almış, xx.xx.1976-ci il tarixdən xx.xx.1996-cı il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, qanunla tələb olunan sosial sığorta stajına malikdir.
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1073/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının İsm ayıllı rayon “Engels” adına kolxozda xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixə qədər kolxozçu, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İsmayıllı rayon Mərkəzi Xəstəxanasında sanitar, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək İsmayıllı rayonu “Engels” adına kolxozda kolxozçu işlədiyi və xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixə kimi X5 təhsil aldığı müddətin sosial sığorta stajına daxil olunması və ona əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi iş materialları ilə təsdiq edilir və o, qanunla tələb olunan sosial sığorta stajına malikdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli 21(107)-120/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 13. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən, Əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir.
14. Əmək kitabçası təqdim olunsa da, lakin həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyildir.
15. Bundan əlavə, “Əm ək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, sosial sığorta stajına daxil edilən müddətlərə təhsil müddəti aid edilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. İddiaçının vəkili şikayətə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imk an verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
19. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. İddiaçının 1955-cü il aprelin 22-də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 22 aprel tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensi yası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
24. İşin materiallarına görə, x xxxxx 1992-ci il tarixdən x xxxx 1993-cü il tarixədək müddət istisna edilməklə, iddiaçının 1969-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olması iddiaçıya məxsus əmək kitabçalarının məlumatları və İsmayıllı rayon Mərkəzi Xəstəxanasının arayışı ilə təsdiq olunur.
25. İddiaçı, həmçinin 1972-1973-cü illərdə X5 təhsil almış, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
26. İddiaçı azı 25 il stajı 2006-cı il 1 yanvar tarixədək - “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qazanmışdır. Həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
28. İddiaçının əmək kitabçasındakı məlumatlar məhkəmələr tərəfindən icraat zamanı tədqiq olunmuşdur, onların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
29. İddiaçının texniki peşə təhsili müddətinin sığorta stajına daxil edilməli olmadığına dair cavabdehin dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssis ələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 30. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 31. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
32. Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən texniki peşə təhsili müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq olu na, texniki peşə təhsili müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli 21(107)-120/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov