Məhkəmə qərarları › İş №2-1(102)-1612/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1612/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1612/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasına dair vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X1) “qərarın ləğv edilməsi“ tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-185/2021 nömrəli, 2021-ci il 26 aprel tarixli qərardadından idd iaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 20 dekabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Şəki Bələdiyyəsinin 2014-cü il 3 oktyabr tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarının ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsinə dair hissədə ləğv edilməsini, Şəki Bələdiyyəsinin adına hazırlanmış A seriyalı, 182811 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini və Şəki Bələdiyyəsinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 08 avqust 2017-ci il tarixli çıxarışın ləğvi edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəki Bələdiyyəsinin 2014-cü il 3 oktyabr tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarının ünvan 2 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzər ində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 7 oktyabr tarixli, 21(116)-475/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 17 fevral tarixli, 2-1(116)-52/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Şəki Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-185/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı məhkəməyə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə təqdim etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-1(107)-185/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

9. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 may tarixli 2-1(107)-185/2021 nömrəli qərardadı 2021-ci il 07 iyun tarixdə Şəki Regional Vəkil Bürosuna icra edilməsi uçun göndərilmiş və həmin tarixdə vəkil orderi tərtib edilmişdir. Lakin məhkəmə qərardadından kassasiya şikayəti 2021-ci il 12 iyul tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra Şəki Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı b ildirilmişdir.

10. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

11. Ərizədə göstərilmişdir ki, iddiaçının Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının vəkil təyin olunması barədə 2021-ci il 27 may tarixli qərardadının Şəki Regional Vəkil Bürosuna nə vaxt göndərilməsindən məlumatı olmamışdır. İddiaçı iyun ayının əvvəllərində xəstəxanada olmuşdur. O, tək yaşayır, 2-ci qrup əlildir və qardaşının evində müalicə aldığı üçün vaxtında şikayəti imzalayıb göndərə bilməmişdir. İddiaçıya şikayətin hazır olması barədə vəkil tərəfindən məlumat verildikdən bir neçə gün sonra şikayəti imzalayıb məhkəməyə təqdim etmişdir. İddiaçı ötürülmüş prosessual müddətin bərpa edilməsini və şikayətinin mümkün sayılmasını xahiş etmişdir.

12. Tərəfl ər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. İPM: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının v ə ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanı n mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

14. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

16. İşdən göründüyü kimi, məhkəmə icraatı zamanı iddiaçı ilə yazışmalar onun ərizədə və apellyasiya şikayətində göstərdiyi ünvan üzrə aparılmış, apellyasiya instansiyası məhkəməsinin qərardadı da həmin ünvana göndərilmiş, 2021-ci il 12 may tarixdə iddiaçı tərəfindən alınmışdır.

17. İddiaçının 2021-ci il 17 may tarixdə bilavasitə məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən o, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 may tarixli 2-1(107)-185/2021 nömrəli qərardadı ilə həmin Məhkəmənin qərardadından kassasiya şikayəti verməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunmuş, iddiaçının yaşadığı ərazidə yerləşən Vəkil Bürosu tərəfindən 2021-ci il 7 iyun tarixdə verilmiş orderlə tapşırığın icrası Vəkil həvalə edilmişdir. X3 Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli qərardadından kassasiya şikayəti məhkəməyə 2021-ci il 12 iyul tarixdə, yəni orderin verildiyi tarixdən 1 ay 5 gün sonra təqdim olunmuş, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdü r.

18. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, vəkil təyin olunması barədə 2021-ci il 27 may tarixli qərardadının Şəki Regional Vəkil Bürosuna nə vaxt göndərilməsindən məlumatı olmamışdır. İddiaçı iyun ayının əvvəllərində xəstəxanada olmuşdur. O, tək yaşayır, 2-ci qrup əlildir və qardaşının evində müalicə aldığı üçün vaxtında şikayəti imzalayıb göndərə bilməmişdir. İddiaçıya şikayətin hazır olması barədə vəkil tərəfindən məlumat verildikdən bir neçə gün sonra şikayəti imzalayıb məhkəməyə təqdim etmişdir.

19. Ərizəçinin həmin dəlili vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, o, vəkilin təyin olunduğu vaxtdan şikayətin verilməsi üçün zəruri hərəkətlərin edilməsini vəkilindən tələb edə bilərdi, yaxud tapşırığın icrası həvalə edilmiş vəkil həmin hərəkətləri xidməti vəzifəsinə görə öz təşəbbüs ü ilə etməli idi. Belə ki, tapşırığın icrası ilə bağlı, kassasiya şikayətinin verilməsinə vəkilin sərf etdiyi vaxtın və xərclərin əvəzi dövlət büdcəsinin həmin məqsədlər üçün ayrılmış vəsaiti hesabına qarşılanır. Ödənilməli vəsaitin məbləği isə məhkəmə tərəfindən məhz vəkilin təqdim etdiyi hesabata əsasən müəyyən edilir.

20. Qeyd olunan imkanları mümkünsüz edən, iddiaçının və vəkilinin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçının ərizədə qeyd olunan dəlilləri isə prosessual müddətin üzrlü səbəblərdən ötürüldüyünü özüözlüyündə təsdiq etmir.

21. Beləliklə, prosessual müddətin ötürülməsi hətta vəkilin hərəkətsizliyi ilə bağlı olduqda belə, vəkilin tapşırıqla bağlı hərəkət və ya hərəkətsizliyi tapşırıq verən üçün (iddiaçı bu tapşırığı məhkəmə vasitəsilə - “vəki l təyin etmə barədə” ərizəsi ilə vermişdir) hüquqi nəticələr yaratdığından, prosessual müddətin buraxılmasında iddiaçı və vəkili təqsirsiz olmamışlar.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-185/2021 nömrəli, 2021-ci il 24 aprel tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır, kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar