Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1614/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin özəlləşdirilməsi; əmlakın normativ və bazar dəyəri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin normativ qiymətlə satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-6/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır. 3. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 223 nömrəli müqavilə ilə Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsi kəsişməsində olan qeyri-yaşayış binasının yerləşdiyi 4800 kv.metr torpaq sahəsi İddiaçı icarəyə verilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, X2 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında yerləşən mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir.
5. Cavabdeh 11 noyabr 2021-ci il tarixli məktubla bildirmişdir ki, Əmlak Məs ələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 157 nömrəli Sərəncamı ilə iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada Gəncə şəhəri, Kəpəz rayonu X2 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə müvafiq qərar qəbul edildiyi, bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövl ət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq 563 400 manat dəyərində qiymətləndirilmiş adıçəkilən torpaq sahəsi satın alınması üçün ilk növbədə iddiaçıya təklif olunduğu və alqısatqı müqaviləsi hazırlandığı, lakin İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmadığı, bildirişin iddiaçıya təqdim olunduğu tarixdən 3 gün müddətində alqı-satqı müqaviləsinin imzalanmadığı və qeyd olunan hesab nömrəsinə ödənişin təmin edilmədiyi halda alqı-satqı müqaviləsinin ləğv olunaraq torpaq sahəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində i craat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Gəncə Avtosalonu”nun qanuni istifadəsində olan 4695 kv.metr torpaq sahəsini özəlləşdirilmə qaydasında, qanuna və əvvəlki satışa, yəni xx.xx.1998-ci il tarixli aparılmış özəlləşdirmənin qiymətinə uyğun qiymətlə, özü də 2 aydan gec olmayaraq ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə şəhərində yerləşən ofisinin rəhbəri 2021-ci ilin mart ayının 9-da onu ofisə dəvət edib, gözünün görməməsindən bəhrələnməklə aldadaraq, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi ndə yerləşən “Gəncə Avtosalonu”nun qanuni istifadəsində olan 0,48 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi üçün ilkin sənədə imza etdirmək adı ilə 2 səhifədə xırda hərflərlə yazılmış xx.xx.2021-ci il tarixli 223 nömrəli icarə müqaviləsinə imza etdirmişdir. Müqavilədə yazılmışdır ki, guya iddiaçı obyektin 0,48 ha torpaq sahəsini aylıq 960 manat icarəyə götürür. Qeyd edir ki, əvvəla, obyektin torpaq sahəsi 4695 kv. metrdir, ikincisi, illik icarə haqqı olan 10.520 manat normal şüura sığışmayan məbləğdir, həmin torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qiymətindən də bahadır. Vaxtilə həmin torpaq sahəsi 5000 kv.metr hesablanıb Vəli Babayev adlı birisinə, yəni obyekt sahibi olmayan kənar şəxsə 9.600 manata satılmışdı. Bunu həmin V.Babayevə verilmiş xx.xx.2007-ci il tarixli 000567 nömrəli “dö vlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə” təsdiq edir.
8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mübahisələndirən torpaq sahəsinin normativ qiymətə satmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(114)-239/2022 nömrəli qərarı ilə (hakim E.T.Axundov) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi 2021-ci ildə bağlanılmış və xx.xx.2021-ci ildə torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixindən əvvəl torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət olunmasına və ya həmin tari xdən əvvəl torpaq sahəsinin ona satılması ilə bağlı xidmətə qarşı məhkəmədə iddia qaldırılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı ilə icarə müqaviləsinin bağlanıldığı və onun torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət etdiyi zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahəsi bazar dəyəri ilə özəlləşdirilməsi üçün iddiaçıya təklif edilmişdir ki, bu da qanunvericiliyə uyğun olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-6/2024 nömrəli qərarı ilə (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) Gəncə İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(114)-239/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 2, 14, 24cü maddələrinə, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na istinad edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Kassator bildirmişdir ki, əmlak normativ qiymət əsas götürülməklə ona satılmalıdır, eləcə də məhkəmə lazım olmadığı halda ekspertiza təyin etmiş, heç bir səlahiyyəti olmayan ekspert isə konkret əsaslandırma aparmadan 2007-ci ildə 9.600 manata satılmış torpağın dəyərini 16 ildə 59 dəfə artırılmasını əsaslı hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.3. Özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun h üdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. 1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. 5.1. müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur: 5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində gö stərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı; 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; 5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması; 5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər; 5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər. 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 8.2-ci. döv lət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir: 8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır; 8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır;
24. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər.
30. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. 32.1. Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məsuliyyət daşıyırlar.
19. Azərbaycan Respub likası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istis na olmaqla satınalma obyektləri sayılır.
8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
9. Azərbaycan Respublikası Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrıayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir.
10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
11. Azərbaycan Resp ublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.
12. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
13. Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətind ə alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır.
14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə:
1. Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəl i Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.
6. Torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstə rilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. 5 oktyabr 2016-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1696) ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir. 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndiri lməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İddiaçı hazırkı tələbində torpaq sahəsinin normativ q iymətə satmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun hüquqi marağı torpağı məhz normativ qiymət əsas götürülməklə əldə etməyə yönəlmişdir.
28. İşin hallarından həmçinin müəyyən olunur ki, iddiaçının torpağın ona satılması ilə bağlı etdiyi müraciət xx.xx.2021-ci il tarixdə olmuş, cavabdeh isə normativ qiymətin bazar qiymətindən aşağı olduğuna görə məhz müəyyənləşdirilmiş bazar qiyməti əsasında - 563.400 manata torpağı almağı iddiaçıya təklif etmişdir.
29. İddiaçının mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanmış qanunvericilik normalarından göründüyü kimi Əsasnaməyə xx.xx.2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiymətinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcəyi təsbit edilmişdir.
30. Kollegiya qeyd edir ki, torpağın hansı qiymət üzərindən özəlləşdirilməsi ilə bağlı məsələ həll edilərkən tətbiq edilməli olan hüquq norması kimi məhz bu barədə müraciətin edildiyi zamanı qüvvədə olan normalar əsas götürülməlidir. Beləliklə, həlledici olan özəlləşdirmə barədə müraciət anıdır. Hazırkı iş üzrə isə müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmələr həmçinin müəyyən etmişlər ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixindən əvvəl torpaq sahəsinin özəlləşdirilmə si üçün Xidmətə müraciət olunmasına və ya həmin tarixdən əvvəl torpaq sahəsinin ona satılması ilə bağlı xidmətə qarşı məhkəmədə iddia qaldırılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, iddiaçının hazırkı məzmunlu tələbi əsaslı deyildir, yəni iddiaçının torpağın məhz normativ qiymətdən ona satılmasını tələb etmək hüququ yaranmır. İşin hallarından həmçinin görünür ki, məhkəmə müvafiq ekspertiza keçirməklə normativ qiymətin bazar dəyərindən aşağı olduğunu da müəyyən etmişlər.
31. İddiaçının torpağın dəyərinin cavabdeh tərəfindən əsassız olaraq şişirdildiyi ilə bağlı dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər hazırkı iddia predmeti çərçivəsində yoxlanılmanın və qiymətləndirilmənin predmetini təşkil etmirlər. Belə ki, iddiaçı cavabdeh tərəfindən müəy yənləşdirmiş bazar dəyərinin adekvat olmadığını iddia edirsə, o halda, özünün müəyyənləşdirdiyi bazar dəyərindən torpağın ona satılması predmetli iddia ilə məhkəməyə müraciət edə bilər. Məhz həmin iddianın baxılması zamanı məhkəmə əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmaqla həm tərəflərin hər ikisinin təqdim etdiyi sübutları, həm də xidməti vəzifəsinə görə özünün əldə etdiyi sübutları qiymətləndirməklə əmlakın real bazar dəyərini müəyyən edə və həmin qiymətdən satılma öhdəliyini cavabdehin üzərinə qoya bilər.
32. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-6/2024 nömrəl