Məhkəmə qərarları › İş №2-1(102)-1628/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1628/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1628/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə vergisinin hesablanması 13.10.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin 20 saylı 16.12.2019-cu il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 21(103)-786/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İddiaçınə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətini həyata keçirmək üçün 12.08.2014-cü ildə lisenziya verilmişdir. İddiaçı tərəfindən verilmiş 27.04.2021-ci il tarixli məktuba əsasən “Gəncəli Plaza” mehmanxanası şirkətə məxsusdur.

2. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin iştirakı olmadan “Gəncəli Plaza” otelinə son üç il üzrə, yəni 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək 59.400 manat bələdiyyə vergiləri hesablanmış, bu barədə 20 saylı, 16 dekabr 2019-cu il tari xli qərar qəbul edilmiş və həmin qərar icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

3. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən icra hərəkətlərinin həyata keçirildiyi dövrdə iddiaçı mövcud qərardan xəbərdar olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 7 oktyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 20 saylı 16.12.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mübahisələndirilən bələdiyyə qərarı Şirkətin nümayəndəsinin iştirakı olmadan qəbul edilmiş, vergilərin hesablandığı 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr üçün Şirkətin vergiyə və statistikaya verdiyi hesabatlar cavabdeh tərəfindən nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir vergilər hesablanmışdır. Şirkətin Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciəti ilə bağlı ona bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12.10.2005-ci il tarixli sərəncamı ilə Şirkətə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpağa dair icarə müqaviləsi bağlanaraq icarə haqqı dövlət büdcəsinə ödənildiyindən və sözügedən torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti özəlləşdirildiyindən, qanunvericiliyə uyğun olaraq torpağa dair icarə haqqından başqa heç bir ödəniş tələb edilə bilməz. Bu səbəbdən iddiaçı hesab edir ki, oteldə qalan müştərilərdən əlavə 1,1 manata qədər məbləğ bələdiyyə vergiləri kimi tutula bilməz. İddiaçı Bələdiyyə tərəfind ən qəbul edilmiş qərarın şirkətin nümayəndəsinin iştirakı olmadan qəbul edilməsinə və surətinin indiyənədək cavabdeh tərəfindən şirkətə təqdim olunmadığına istinad edərək həmin qərarın ləğv edilməsini tələb edir.

6. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, “Yerli vergilər və ödənişlər haqqında” Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə köçürülməlidir. Bu qanun norması otellərdə qalan müştərilərdən tutulan ödənişə aiddir və bunun heç bir icarə, torpaq və yaxud da torpağın kimin balansında olmasından asılı olmayaraq müştəridən tutulan qanunla müəyyən edilmiş ödəniş növüdür. Həmçinin Bakı ŞİH vergi müəyyən edən orqan deyil və bunun qanunla müəyyən edilmiş ödənişin bələdiyyə büdcəsinə köçürülməsinə aidiyyəti yoxdur. Həmçinin qarşı tərəfin bu arqumentinə cavab olaraq bələdiyyə tərəfindən həmin məktuba hansı səlahiyyətlər çərçivəsində cavab verilməsi üçün Bakı ŞİH-ə müraciət edilmiş və Bakı ŞİH-in 20 oktyabr 2020-ci il tarixli məktubu ilə bələdiyyənin müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunun 1-ci maddəsinin 2-ci abzası ilə bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İddiaçı yerləşdiyi ərazi cavabdehin qanunvericiliklə müəyyən olunmuş ərazisidirsə və mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərir sə, o zaman bələdiyyənin hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmayan ödəniş müəyyən etmək hüququ vardır. İddiaçı Plaza oteli işlədiyi uzun illər ərzində belə formalarda ödənişlərdən yayınmışdır. Lakin qanunvericilik bələdiyyəyə 3 il müddətində tələb etmək hüququ verdiyindən, ondan əvvəlki illər üzrə borc məbləğlərini tələb etmək mümkün olmur. Halbuki, əvvəlki illərə görə də borc hesablanarsa, kifayət qədər yüksək məbləğ yaranar. Bundan başqa, otel tərəfindən verilmiş şikayətdə qeyd olunur ki, vergi onların nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üzrə vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, dəfələrlə “Gəncəli Plaza” otelinə şifahi və yazılı məlumatlar verilmiş və onlar tərəfindən hesabatlar tələb edilmişdir. Lakin otel hər dəfəsində müxtəlif bəhanələrlə həmin hesabatları təqdim etməkdən yayınmışdır. Bu müddət ərzində icra sənədi qəbul edilmiş və icra edilməsi üçün tədbirlər görülsə də, əslində otel son mərhələdə bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmişdir. Hesab olunur ki, onlar bu şikayətin verilməsi müddətini də ötürmüşlər və bu səbəbdən şikayət əsassız olduğundan təmin edilə bilməz. Belə ki, bələdiyyənin qərarı əsasında 10 fevral 2020-ci il tarixli tələbin könüllü icrası barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən otelə bildiriş göndərilmişdir. Bundan əlavə, dəfələrlə icra məmurları otelə gedərək xəbərdarlıq etmiş, lakin otel tərəfindən bu tədbirlərin heç birinə məhəl qoyulmamışdır. Son məqamda icra mə muru tərəfindən otelin hesablarının dondurulması ilə əlaqədar artıq otel bələdiyyənin qərarından şikayət vermək qərarına gəlmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-6966/2020 saylı iş) 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin 20 saylı, 16 dekabr 2019cu il tarixli qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisələndirdiyi cavabdehin 16.12.2019-cu il tarixli qərarı iddiaçının nümayəndəsinin iştirakı olmadan qəbul edilməklə yanaşı, həmin qərarın surəti rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarla bağlı iddiaçının dəfələrlə məlumatlandırıldığını və buna görə də iddiaçının Bakı şəhər İH-nə müvafiq müraciətinin olduğunu bildirsə də, bələdiyyə tərəfindən qəbul edilmiş inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim olunduğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X2, 2-1(103)-786/2021 saylı iş) 28 aprel 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. Cavabdeh 14 iyun 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasa siya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə təqdim edilmiş məktub və ona qoşma kimi əlavə edilmiş poçt qəbzindən görünür ki, cavabdeh tərəfindən Gəncəli Plaza otelinə məktub göndərilmiş və onların bu mübahisədən vaxtında və lazımi qaydada məlumatları olmuşdur. Sadəcə olaraq məhkəmənin bu sübutu qəbul etməməsi süründürməçiliyə yol açmaqla Gəncəli Plaza otelinin vergidən yayınmasına şərait yaratmışdır.

13. Gəncəli Plaza oteli həmin qərardan da məlumatlı olmuş, həmçinin bu mübahisənin həll edilməsi üçün də yazışmalar aparılmış, icra və probasiya qurumunun məktubu da rəsmi qaydada onlara çatdırılmışdır. Onlar tərəfindən qərardan xəbərdar olmamaları barəsində g ətirdiyi arqument tamamilə əsassızdır. Cavabdeh tərəfindən qərar 16 dekabr 2019-cu ildə qəbul edilmişdir və icra edilməsi üçün müvafiq olaraq Səbail İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra qurumu tərəfindən 10 fevral 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bu dövr ərzində dəfələrlə həm bələdiyyə tərəfindən, həmdə icra qurumu tərəfindən mübahisənin həll edilməsi istiqamətində yazılı və şifahi danışıqlar aparılmışdır. Bu barədə sübutlar məhkəməyə təqdim edilmiş, apellyasiya instansiya məhkəməsi həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir.

14. Cavabdeh iddiaçıya dəfələrlə müraciət edərək, otelin statistik məlumatlarının bələdiyyəyə təqdim olunmasını xahiş etmişdir. Lakin iddiaçı həmin məlumatları cavabdehə təqdim etməkdən imtina etmişdir. Bundan sonra, X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Statistika Komitəsinə sorğu göndərərək, iddiaçının son 3 il ərzində olan statistik məlumatlarını bələdiyyəyə təqdim edilməsini xahiş etmişdir. Lakin həmin qurumlar tərəfindən cavabdehə statistik məlumatların təqdim edilməsindən imtina edilmiş və buna əsas isə həmin məlumatların kommersiya sirri olduğu bildirilmişdir.

15. Apellyasiya instansiya məhkəməsində həmin qurumlara sorğu verilərək statistik məlumatların tələb edilməsi barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatətləri təmin etməmiş və obyektiv nəticəyə gəlmək imkanından məhrum olmuşdur.

16. Məhkəmə qərarından göstərilən hallar, yəni nə inzibati icraat haqqından qanunun tələbləri, nə də ümumiyyətcə heç bir qanunun norması pozulmamış, hər bir hərəkət qanunvericiliyin tələblərin ə uyğun formada həyata keçirilmişdir. Bu səbəbdən 16.12.2019-cu il tarixli qərar iddiaçının heç bir hüququnu pozmamış, əksinə həmin şirkət tərəfindən Azərbaycan Respublikası və qanunlarına hörmətsizlik edilərək qanunla müəyyən edilmiş rüsum və vergilərin ödənilməsindən yayınmağa cəhd edilmişdir. Halbuki, bələdiyyələrin fəaliyyəti yerli vergi və ödənişlər əsasında qurulduğundan, bələdiyyə ərazisində fəaliyyət göstərən digər otellər kimi Gəncəli Plaza da qanunlara əməl etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

19. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat ver məli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. (-). Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (-). Maddə

25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materia lları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. (-). Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. (-). Maddə

36. İnzibati icraatda iştirakçılar 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət et miş fiziki və ya hüquqi şəxslər; (-). Maddə

56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Maddə

61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və d igər normativ hüquqi aktlar göstərilməlidir. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

21. Vergi Məcəlləsi: Maddə

4. Azərbaycan R espublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). (-). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər 22. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: Maddə

1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Maddə

3. Yerli vergilər və ödənişlər (-). 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. 3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Maddə

9. Yerli ödənişlərin tərkibi 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: (-). 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; (-). Maddə

11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. (-).

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin halla rının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərə cədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdır ılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prose ssual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Cavabdeh tərəfindən iddiaçıya məxsus “Gəncəli Plaza” otelinə son üç il üzrə, yəni 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək 59.400 manat bələdiyyə vergiləri hesablanmış, bu barədə 20 saylı 16 dekabr 2019-cu il tarixli protokoldan çıxarış tərtib edilərək icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

28. Cavabdehin 16 dekabr 2019-cu il tarixli protokol qərarı məhkəmə icraatı çərçivəsində ləğv edilmişdir.

29. Cavabdehin şikayətinin dəlillərinə görə “Yerli vergilər və ödənişlər haqqında” Qanun un 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə köçürülməlidir. Bu Qanunu rəhbər tutaraq qərar qəbul etmişlər. İddiaçının mübahisə açdığı bələdiyyə qərarından məlumatları olmasına baxmayaraq iddia müddətini buraxmışdır. 3 il ərzində oteldə qalan şəxslərin sayı barədə məhkəmə araşdırması aparılmamışdır.

30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. Cavabdeh 16 dekabr 2019-cu il tarixli protokol qərarı ilə iddiaçıya 59.400 manat vergi ödənişi hesablamış, iddiaçı 6 oktyabr 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəmə müraciət edərək həmin qərarı mübahisələndirmişdir.

32. Cavabdeh şikayətində bildi rmişdir ki, iddiaçının 16 dekabr 2019-cu il tarixli inzibati aktdan məlumatı olmuş, lakin vaxtında iddia ilə məhkəməyə müraciət etməmişlər.

33. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

34. İddiaçının mübahisələndirdiyi 16 dekabr 2019-cu il tarixli protokoldan çıxarışın ona təqdim edildiyi vaxt işdə olan sənədlərlə müəyyən olunmur. Cavabdeh qəbul etdiyi inzibati aktın iddiaçıya təqdim edilmə anı ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin istinad etdiyi icra və probasiya şöbəsinin işdə olan sənədlərində inzibati aktın iddiaçıya təqdim edilməsi barədə məlumat mövcud olmamışdır. Odur ki, iddia müddətinin buraxılması barədə şikayətin dəlili əsaslı sayıla bilməz. 35. “Yerl i (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1.4-cü maddəsinə görə bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir və bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. 36. 16.12.2019-cu il tarixli protokol çıxarışından görünür ki, cavabdeh “Yerli (bələdiyyə) vergilər və ödənişləri haqqında” Qanunun 9.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq və hotel tərəfindən hər hansı bir məlumatın təqdim olunmadığına istinad edərək, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən son üç il- 01.01.2017-ci ildən 01.01.2020-ci il tarixədək olan dövr üzrə “Gəncəli Plaza” Hotelinin 50 yerlik nömrəsinin olduğu üçün 50 x 1,1 x 30 x 12 x 3 = 59.400 manat hesabı ilə vergi hesablamışdır.

37. C avabdeh 16.12.2019-cu il tarixli inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun iştirakını təmin etməmiş, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizələrini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçı həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur.

38. Cavabdeh həmçinin adı çəkilən Qanunun 56-cı maddəsinin tələblərinə əməl e tməyərək kollegial inzibati orqan olmasına baxmayaraq kollegial inzibati orqanın iclası haqqında protokolda iclasın sədri və üzvləri haqqında məlumat əksini tapmamış, iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanmamışdır.

39. Bundan başqa, cavabdeh yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. 40. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər.

41. Cavabdeh 16 dekabr 201 9-cu il tarixli inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etmədiyindən inzibati aktın ləğv olunması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

42. Odur ki, kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-786/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar