Məhkəmə qərarları › İş №2-1(102)-1630/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1630/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1630/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı9, İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı2 və İddiaçı10 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı9 (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) və qeyrilərinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Su mqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarından iddiaçılar və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli “Şərq” icarə bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət mərkəzinin tikilməsi haqqında sərəncamı ilə müəyyən olunmuşdur ki, “Şərq” bazarının istifadəsində olan sahədə iddiaçılara açıq bazarın və ticarət mərkəzinin tikilməsinə icazə verilmişdir. 2. “Şərq” icarə bazarı idarə heyətinin 17 iyul 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışı ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər İcra hakimiyyətinin 16 noyabr 1994- cü il tarixli, 933 nömrəli sərəncamına əsasən, “Şərq” icarə bazarının ticarət mərkəzində iddiaçılar tərəfindən öz maliyyə vəsaiti hesabına mağazalar inşa edilmiş, həmin mağazalar daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 may 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 23 may 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (53 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. 15 oktyabr 2020-ci il tarixli, AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsini (53 nömrəli mağaza) İddiaçı10 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (52 saylı mağaza) tam mülkiyyət hüququ üzrə İddiaç ı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 7. 6 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8. 6 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 9.6 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən AZ 5001., ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi (16 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 10. 12 apr el 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X5 qeyd olunan 16 nömrəli mağazanı iddiaçı X4 bağışlamışdır. 11. 12 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 8.8 kv.m qeyri-yaşayış sahəsi (4 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 12. 5 nömrəli mağazaya dair İddiaçı5 adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1997-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. 13. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (3 n ömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 14. 16 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 9.5 kv.m qeyriyaşayış sahəsi (9 nömrəli mağaza), həmçinin, xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən 9.1 kv.m qeyri-yaşayış sahəsi (8 nömrəli mağaza) iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 9.0 kv.m qeyri-yaşayış sahəsi (11 nömrəli mağaza) tam mülkiyyə t hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 16. “Şərq” icarə bazarı idarə heyətinin 17 iyun 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı6 Sumqayıt şəhər İcra hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən “Şərq” icarə bazarının ticarət mərkəzində öz maliyyəsi hesabına sahəsi 9 m2 olan 10 nömrəli mağaza tikmişdir.

17. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 10 və 11 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı6, 4 və 5 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı5 və 8 və 9 nömrəli mağazaların mülkiyyətçisi X4 19 may 2017-ci il tarixli zəmanət məktubları təqdim edilərək bildirilmişdir ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bit işik 66 ticarət obyektinin yerinə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 36 kv.m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmaları xahiş olunmuşdur.

18. Cavabdeh tərəfindən iddiaçılardan 3 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı1, 36 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı7, 16 nömrəli mağazanın mülkiyyətçisi X4, 54 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı9 və 61 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı8 da eyni məzmunlu zəmanət məktubları təqdim edilərək, mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlər inə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi bildirilmişdir.

19. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektlərinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamı ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ticarət sırası obyekt sahiblərinin (66 nəfərdən ibarət) müraciətlərini, mövcud ticarət sırasında olan obyektlərin uzun müddətli istismarı nəticəsində fiziki aşınmaya məruz qaldığını, yararsız vəziyyətə düşdüyünü, memarlıq və estetik baxımdan müasir tələblərə cavab vermədiyini və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq: Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən ticarət sırasında o lan obyektlərin istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi... qərara alınmış, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aidiyyəti qurumlarla həll edilməsi; ərazinin sanitar vəziyyətinə nəzarət edilməsi..... tapşırılmışdır.

20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən qeyri yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəs i 9 kv m olan mağazanın 5 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv m olan mağazanın 6 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv m olan mağazanın 5 may 2017-ci il tarixinə; X4 məxsus sahəsi 9.1 kv m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv m olan mağazanın 5 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv m olan mağazanın 5 may 2017ci il tarixinə və İddiaçı8 məxsus sahəsi 9.5 kv m olan mağazanın 6 may 2017-ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir.

21. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək vurulan ziyanın və itkilərin ödənilməsini xahiş etmişdir.

22. Cavabdeh 26 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərazi yanğın təhlükəsizliyi baxımından ço x təhlükəli, xırda çadırlar olan və taxta konstruksiyalardan quraşdırılmış, kiçik obyektlərdən ibarət olmuş, həmçinin, ərazidə 66 nəfərə məxsus ticarət obyektləri mövcud olmuşdur. İcra hakimiyyəti tərəfindən “RSHT” şirkətinin rəhbərliyinə həmin ərazinin yenidən qurulması məqsədilə tövsiyə və tapşırıqlar verilmiş, daha sonra şirkətin rəhbəri Rəşid Babayev Şəhər Təmizlik Departamentinə müraciət edərək, ərazidə olan obyektlərin sökülməsi və söküntü materiallarının daşınması üçün müqavilə bağlamış və bunun üçün departamentə vəsait ödəmişdir. Cavabdeh orqan sözügedən ərazinin tərəflər arasında bağlanmış müqavilə əsasında sökülüb təmizləndiyini qeyd edərək müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

23. İddiaçılar 21 may 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçılara məxsus mülklərin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsini, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyriyaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) manat, qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) manat, sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat vəs aitin cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişdir.

24. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sökülənə qədər mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olmuşdurlar. Onların əmlak üzərində mülkiyyət hüququ dövlət orqanlarında qeydiyyata alınmışdır. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış iddiaçılara təqdim edilən “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayış”da obyektlərin 6 may 2020-ci il tarixinə olan bazar qiyməti 30.000 (otuz min) AZN həcmində dəyərləndirilmişdir. 2017-ci ilin may ayında iddiaçılar Sumqayıt Şəhər İcra Hakimi yyətinə dəvət edilərək onlara İH başçısının müavini Sahib Quliyevin imzası ilə aşağıdakı məzmunda sənəd təqdim olunmuş: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı’’ Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv.m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv.m. təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur". Şikayətçilər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarı və həmin qərar əsasında mülklərin özgəninkiləşdirilməsinin şərtləri, o cümlədən kompensasiyanın məbləği razılaşdırılmadan belə bir tələbin qoyulmasının qanunsuz olduğunu vurğulayaraq onu icra etməyəcəklərini bildirmişlər. Şikayətçilərə obyektlərin söküntü üçün boşaldılması barədə bildirişin təqdim edilməsindən bir neçə gün sonra may ayının 21-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin, o cümlədən polislərin iştirakı iddiaçıların etirazlarına baxmayaraq onların mülkləri çoxsaylı traktor və digər maşınların köməyi ilə sökülmüşdür. Bir çox mağazaların sahiblərinə içəridə olan əmlakı və sənədləri götürm əyə imkan verilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mağazaları sökdükdən sonra keçən 3 il ərzində həmin ərazidə yeni salınacağı barədə vəd verdiyi tikinti mərkəzinin inşası istiqamətində heç bir real addım atılmamışdır.

25. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçılara məxsus mülklərin sökülməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. İddiaçıların Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və təsdiq edən hər hansı sübutu yoxdur. Bundan əlavə bildirilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ye rləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.

26. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)1009/2020 nömrəli qərardadı (hakim: X8) ilə iddia mümkün sayılmamışdır.

27. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2020ci il tarixli, 2-1(105)-433/2020 nömrəli qərardadı (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X9 və X16 ) ilə Sumqayı t İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c. birinci instansiyası məhkəməsində ikinci icraat

29. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)654/2021 nömrəli qərarı (hakim: X12) ilə iddia rədd edilmişdir.

30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçıların mülkiyyətində olan tikililərin və həmin tikililərin yerləşdiyi bazar ərazisində olan digər tikililərin sökülməsi barədə inzibati akt qəbul edilməsi və ya torpaqların dövlət ehtiyacları üçün geri alınması hallarının mövcud olması müəyyən olunmadı. İddiaçılar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən məktubu, həm onların əmlaklarının sökülməsi ilə bağlı inzibati akt, həmdə onların əmlaklarının iki qatı həcmində əmlak tələb etmək hüququ verən öhdəlik kimi qəbul etmişdir. Məhkəmə istinad edilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən sənədlərlə bağlı qeyd etmişdir ki, həmin sənədlər icra hakimiyyəti tərəfindən sərəncam formasında verilməmişdir, həmin qurumun möhürü ilə təsdiq edilməmişdir. Həmin sənədlər cavabdeh inzibati orqanın sərəncam formasında verdiyi inzibati akt kimi qiymətləndirilə bilməz. Lakin hər bir halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın səlahiyyətli şəxsi tərəfindən imzalanan məktub yaratdığı hüquqi nəticəyə görə məktubda qeyd edilənlərə inzibati orqanın praktikasına uyğun olaraq cavabdehlərin etimad hüququnun qorunduğu sənəd kimi qəbul edilməlidir. Lakin həmin sənədlərdə dövlət ehtiyacları üçün alınma, söküntünün icra hakimiyyəti tərəfindən həyata keçiriləcəyi, yeni tikintilərin icra hakimiyyəti tərəfindən aparılacağı, daşınmaz əmlakların əvəzində artıq ölçüdə təmirsiz tikililərin icra hakimiyyəti tərəfindən veriləcəyi qeyd olunmamışdır. - İddiaçılar tikililərə mülkiyyət sənədi əldə etsələr də, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə araşdırması zamanı həmin qeyd edilən 66 nəfərin, RHŞT şirkətinin, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatını aparan müvafiq qurumun, dövlət əmlakına nəzarət edən müvafiq qurumun, Sumqayıt şəhər İcra Hakimiyyətinin prosessual tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olduğu müəyyən olunmuşdur. Hazırkı yaranmış vəziyy ət qeyd edilən mübahisələrin davamı formasında meydana çıxmışdır. Məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçıların da daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin layihələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılmasına icra hakimiyyəti tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayacaq. - İddiaçıların onların əmlaklarının cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülməsinin internet resuslarında olan linklərdə qeyd olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilən internet mənbələrində “Şərq Bazarı” adlanan ərazidə antisanitariya vəziyyətində olan tikililərin sökülərək yerində müasir tələblərə cavab verə n layihənin həyata keçiriləcəyi qeyd olunmuş, lakin söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsindən kənar həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır. Bu baxımdan, iddia rədd edilməlidir.

31. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X10 və X13) ilə Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçılara məxsus qeyri yaşayış sahələrinin cavabdeh tərəfindən sökülməsi qanunsuz hesab edilmiş, İddiaçı9 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı X4 məxsus 3 ədəd qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 90.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı3 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı1 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı7 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı8 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərəri n əvəzi olaraq 1000 manat; İddiaçı10 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı6 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı2 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat və İddiaçı5 məxsus 2 ədəd qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 60.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - cavabdeh tərəfindən iddiaçılara təqdim olunan zəmanət məktubları, internet informasiya ehtiyatlarında yerləşdirilən m ateriallar, cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı ilə sübuta yetirilmişdir ki, iddiaçılara məxsus olan və “Şərq bazarı” ünvanında yerləşən qeyri-yaşayış sahələri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Cavabdeh iddiaçılara verilmiş zəmanət məktubunda mağazaların söküldüyü ərazidə müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisinin layihələndirildiyini və inşa olunacaq yeni Ticarət Mərkəzində iddiaçılara mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyini bildirsə də, eləcə də, xx.xx.2019-cu il tarixdə sərəncam qəbul edilsə də, işin hallarından ilə müəyyən olunmuşdur ki, 5 ildən artıq müddət ərzində yeni ticarət mərkəzi inşa edilməmiş, o cümlədən 2019-cu il tarixdə qəbul edilmiş sərəncam icras ız qalmışdır. Beləliklə, bu günədək iddiaçılara sökülmüş əmlakının əvəzi olaraq ədalətli kompensasiya ödənilməmişdir. Cavabdeh inzibati orqan, iddiaçıların kompensasiya tələbinə imtina məktubunda və iddia ərizəsinə etirazda söküntünün icra hakimiyyəti tərəfindən deyil, söküntü və təmizlik işlərinin aparılması barədə 22 may 2017-ci il tarixli müqaviləyə əsasən, Şəhər Təmizlik Departamenti və “RSHT” şirkətinin rəhbəri Rəşid Babayev tərəfindən aparıldığını qeyd etsə də, kollegiya qeyd edilən müqaviləni söküntünün R.Babayev tərəfindən həyata keçirilməsinə dair halı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. - Cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələ rin bağlanması və ona əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçılara məxsus qeyri-yaşayış sahələri qanunazidd olaraq və onların iradələri əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir. - 5 və 10 nömrəli mağazalar üzərində iddiaçılar İddiaçı5 və İddiaçı6 hüquqları mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin qeyri-yaşayış sahələrinə istifadə və sahiblik hüquqları onlara mülkiyyətçi hüquqlarından istifadə etmək üçün əsas verir və digər mülkiyyətçilərlə bərabər qaydada sökülmüş əmlaka görə ədalətli kompensasiya tələb etmək hüquqları vardır. Beləliklə, sökülmüş qeyri-yaşayış sahələrinə görə 30000 manat məbləğində kompensasi yanın ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən qeyri yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv m olan mağazanın 06 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə; X4 məxsus sahəsi 9.1 kv m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il t arixinə və İddiaçı8 məxsus sahəsi 9.5 kv m olan mağazanın 06 may 2017-ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Digər iddiaçılara məxsus mağazaların qiymətləndirilməsi aparılmasa da, mübahisə predmeti olan qeyri-yaşayış sahələri eyni ünvanda yerləşdiklərindən və eyni ölçüdə olduqlarından, həmçinin qiymətləndirilmənin aparıldığı tarixdən bir neçə gün sonra iddiaçılara məxsus əmlakın söküntüsü həyata keçirildiyindən, təkrar qiymətləndirmənin aparılması məqsədəuyğun deyildir. - Hazırkı iş üzrə isə sökülən mağazaların yerləşdiyi dövlət torpağının iddiaçıların istifadəsində və yaxud icarəsində olmasına dair iş materiallarına sübut əlavə edilməmişdir. Beləliklə, torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi və apellyasiya şikay ətinin dəlilləri əsassızdır və rədd edilməlidir - Sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat vəsaitin cavabdehdən tutulması hissəsində isə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövri yyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda, cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçılara əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. İddiaçıların hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, bu hissədə iddia tələbini və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edilmişdir.

34. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın dəyişdirilərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi ədalətli kompensasiya təyin olunmasını xahiş etmişdir.

35. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apel lyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçıların kassasiya şikayətinin dəlilləri

36. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, sökülən mağazaların yerləşdiyi dövlət torpağının iddiaçıların istifadəsində olmasına dair hər hansı sübut əlavə edilmədiyi barədə arqument əsassızdır. Həmin torpaqların şikayətçilərin istifadəsində olması faktı çoxsaylı sənədlərdə, o cümlədən məhkəmə qərarlarında əksini tapmışdır. Həmçinin qeyri-yaşayış sahələrinin altında olan torpaq sahələrinin satın alınması ilə bağlı qanunvericilikdə hər hansı müddət məhdudiyyəti olmadığı məhkəmənin kompensasiya tələbini rədd etmək üçün bu arqumentə istinad etməsi ço x mübahisəlidir. Bundan başqa, məhkəmə şikayətçilərin bunu istədikləri vaxt etmək hüquqları olduğunu, mülklərinin qanunsuz olaraq söküldüyünü, sonradan mülklər söküldüyü üçün həmin sahədə olan torpaqların daha "həmin mülklərin altında olmadığı üçün" onların özəlləşdirilməsi ilə bağlı müraciətlərin qəbulundan dövlət orqanlarının imtina etdiyini məhkəmə nəzərə almamışdır.

37. Apellyasiya məhkəməsi şikayətçilərin məruz qaldığı qanunsuzluq və özbaşınalıq nəticəsində mənəvi ziyana görə onlara 1000 azn kompensasiya təyin etməsi öz qərarında istinad etdiyi Avropa Məhkəməsinin təcrübəsinə də uyğun deyil. Belə ki, məhkəmə qərarında istinad olunan təxminən eyni şərtlər altında mülkündən məhrum olunan Xalikovanın (Khalikova) işində Avropa Məhkəməsi ərizəçiyə 15.000 avro, (hazırkı işdə şikayətçilərə t əyin olunan məbləğdən 30 dəfə çox) kompensasiya təyin olunmuş, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu ilə bağlı olan Məhərrəmov (Maharromov) Azərbaycana qarşı işdə özəlləşdirmə zamanı dövlətdən təxminən 305 avroya alınan və dəmir konstruksiyalardan ibarət olan mülkün söküntüsünə görə Avropa Məhkəməsi ərizəçinin məruz qaldığı mənəvi ziyanın qarşılığında ona 3000 avro (hazırkı işdə şikayətçilərə təyin olunan məbləğdən təxminən 6 dəfə çox) kompensasiya təyin edib. Axverdiyev (Akhverdiyev) Azərbaycana qarşı işdə də Avropa Məhkəməsi ərizəçinin məruz qaldığı mənəvi ziyam 3000 avro qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mənəvi ziyanla bağlı kompensasiyanın məbləğini müəyyən edərkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəs i haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 saylı Qərarında göstərilən müəyyən etmə meyarlarından istifadə etməmişdir. b. cavabdehin kassasiya şikayətinin dəlilləri

38. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçılar onlara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən söküldüyünü bildirsə də, həmin qeyri-yaşayış sahələrinin məhz cavabdehin tərəfindən sökülməsinə dair, cavabdehin hər-hansı qanunsuz hərəkətləri, cavabdeh tərəfindən ona ziyan vurulduğunu təsdiq edə biləcək hər- hansı bir mötəbər sübutu, eləcə də, iddiaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran v ə bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Həmçinin zərərin ödənilməsi üçün zərərin mövcud olmasını, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə bu əsasların tam şəkildə mövcud olmamışdır. c. kassasiya şikayətinə etirazın dəlilləri

39. İddiaçılar cavabdeh tərəfindən təqdim olunmuş kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçılar tərəfindən təqdim edilmiş kassasiya şikayətində göstərilənlər təşkil edir.

40. Cavabdeh iddiaçılar tərəfindən təqdim olunmuş kassasiy a şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikasını Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı z ərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilmə sinə dair mübahisələri məhkəmə həll edir. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

42. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

44. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisənin əsasında vurulmuş ziyana görə pul şəklində kompensasiyanın ödənilməsi tə ləbi olduğundan, sökülmüş əmlakın bazar qiymətinin dəqiq müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın əsaslandırıcı hissəsindən görünür ki, apellyasiya məhkəməsi sözügedən əmlakların bazar qiymətinin müəyyən edərkən AR Əmlak yanında Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş arayışlara istinad etmişdir.

47. Belə ki, apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında yazır ki, “AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışlardan görünür ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən, qeyri yaşayış sahələrin in qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv m olan mağazanın 06 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə; X4 məxsus sahəsi 9.1 kv m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixinə və İddiaçı8 məxsus sahəsi 9.5 kv m olan mağazanın 06 may 2017-ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir.”

48. Daha sonra isə, apellyasiya məhkəməsi qərarında göstərir ki, “Digər iddiaçılara məxsus mağazaların qiymətləndirilməsi aparılmasa da, kollegiya hesab edir ki, mübahisə predmeti olan qe yri-yaşayış sahələri eyni ünvanda yerləşdiklərindən və eyni ölçüdə olduqlarından, həmçinin qiymətləndirilmənin aparıldığı tarixdən bir neçə gün sonra iddiaçılara məxsus əmlakın söküntüsü həyata keçirildiyindən, təkrar qiymətləndirmənin aparılması məqsədəuyğun deyildir.”

49. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələyə bu cür yanaşma yanlış olmaqla yanaşı İPM-in 12-ci maddəsinin tələblərinə də uyğun gəlmir.

50. Belə ki, apellyasiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş arayışlara istinad etməklə, əmlakların bazar qiymətinin necə və hansı üsullarla hesablandığını, bu hesablamaların metodologiyasını ümumiyyətlə araşdırmamış, sadəcə olaraq arayışlarda olan məlumatı mütləq həqiqət kimi qəbul edərək onların əsasında qərar q əbul etmişdir.

51. Halbuki, apellyasiya məhkəməsi ən azından iddiaçıların sökülmüş əmlaklarının ölçülərindəki (cüzi də olsa) olan fərqləri nəzərə almalı idi, həmçinin əmlakların sökülməmişdən öncə olan real vəziyyətini, eyni zamanda onların “şərq bazarında” harada yerləşməsini (məlumdur ki, bazar kimi ticarət obyektində satış nöqtələrin (əmlakın) yerindən də alış-veriş məsələsində çox şey asılıdır) araşdırılmalı və bunun nəticələrinə əsaslanmaqla qərar qəbul etməli idi.

52. Digər tərəfdən, qeyd edilməlidir ki, iş materiallarında cavabdeh tərəfindən iddiaçılara ayrı-ayrılıqda verilmiş zəmanət məktubları da mövcuddur ki, həmin zəmanət məktublarında inşa olunacaq eyni ticarət mərkəzində iddiaçıların mülkiyyətində olan ticarət sahələrinin əvəzinə ölçülərə görə 2,3 bəzən 4 dəfə daha böyük ticar ət sahələrinin veriləcəyi barədə zəmanət verilir.

53. Lakin apellyasiya məhkəməsi sözügedən məsələni ümumiyyətlə araşdırmamışdır, nəticə etibarı ilə də buna dair öz hüquqi mövqeyini bildirməmişdir.

54. Eyni zamanda qeyd edilməlidir ki, öz qərarında cavabdehin xx.xx.2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə“ Sərəncamına istinad etsə də, iş materiallarında sözügedən sərəncam mövcud deyildir ki, bu da İPM-in 58-ci maddəsinin pozulması anlamına gəlir.

55. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçıların hazırkı iddialarını təmin etdiyi halda, onların sökülmüş əmlaka mülkiyyət ilə bağlı məsələyə münasibət bildirməmiş, buna dair konkret hüquqi nəticəyə gəlməmişdir.

56. Bununla yanaşı məhkəmə k ollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə, kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün, mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiyməti əsas götürülməli, eyni zamanda bazar qiymətinin düzgün müəyyən edilməsi üçün həmin dövrdə bağlanılmış alğı-satqı müqavilələrinə istinad olunmalıdır. Bunun üçün isə mülkiyyət obyektinin yerləşdiyi əraziyə dair bağlanılmış notarial alğı-satqı müqavilələri ilə bağlı notariuslara müraciət edilməlidir.

57. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin kompensasiya ilə bağlı qiymətləndirilməsi formalaşmış məhkəmə təcrübəsinə uyğun gəlmir.

58. Beləliklə, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mülkiyyətə müdaxilə olunduğu tarixdə həmin ərazi üzrə ticarət obyektlərinin alqı-satqısına dair bağlanmış notariat müqavilələrini tələb edib tədqiq etməklə, həmin müqavilələrdə təsbit olunmuş qiymətlər əsasında iddiaçıların ticarət obyektlərinin orta bazar qiymətini müəyyən edə və həmin qiymət əsasında kompensasiya hesablaya bilər.

59. Həmçinin məhkəmə kollegiyası “torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin o rta göstəricisi əsasında müəyyən edilir.

60. İddiaçıların kassasiya şikayətlərinin faktiki olaraq yeganə dəlili onların sökülmüş əmlaklarının yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsinin qanunsuz olması ilə bağlıdır.

61. Lakin bu dəlil əsassızdır, belə ki, sözügedən torpaq sahələri iddiaçıların mülkiyyətində olmamışdır.

62. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya instansiya məhkəməsi baxılan şikayətlər üzrə qərar qəbul edərək, iddiaçıların kassasiya şikayətləri təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

63. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsi göndərilsin. Qərar iddia tələbinin rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar