Məhkəmə qərarları › İş №2-1(102)-1642/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1642/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1642/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qızıl nişanın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin qızıl nişanın verilməsindən imtina olunması ilə bağlı hərəkətlərinin (cavab məktublarının) qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qızı - X2 qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1552/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında C № 245487 nömrəli xx.xx.2019-cu il tarixli Attestata əsasən X4 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını 2019-cu ildə bitirmişdir. X3in yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 73 (yetmiş üç), xarici dili (ingilis) 97 (doxsan yeddi) və Riyaziyyatdan 87 (səksən yeddi) balla qiymətləndirilmişdir.

2. Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli E№ 355363 nömrəli Attestata əsasən X4 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını texniki təmayüldə 2021-ci ildə bitirərək gümüş medalı ilə bitirmişdir. X1 yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 77 (yetmiş yeddi), xarici dili (ingilis) 94 (doxsan dörd) və Riyaziyyatdan 76 (yetmiş altı) balla qiymətləndirilmişdir. 3. 355363 saylı tam orta təhsil haqqında xüsusi nümunəli attestatdan görünür ki, T.Əliyevanın buraxılış sinfinin bütün illik qiymətləri 5 (əla) olaraq qeyd edilmiş, lakin buraxılış imtahanı üzrə Azərbaycan dili fənnindən 77 (yetmiş yeddi), Riyaziyyat fənnindən isə 76 (yetmiş altı) bal almışdır. 4. xx.xx.2014-cü il tarixli “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla t əltif olunma Qaydaları”nın 6-cı bəndinə əsasən, qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görülürlər.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 avqust 2021-ci il tarixli elektron cavab məktubunda qeyd edilir ki, Tuba Əliyevanın təhsil göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın 4-cü bəndlərinin tələblərinə uyğun gəldiyi üçün nişanla təltif edilmiş, 6-cı bəndin tələbinə uyğun olaraq isə bu nişan gümüş olmuşdur. Qaydanın müvafiq bəndlərinin izahı ilə bağlı nəzərinizə çatdırırıq ki: Qaydanın 4-cü bəndinə görə, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: “4.1.ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər” o deməkdir ki, şagirdin ümumi orta təhsil səviyyəsi, yəni 9-cu sinfi bitirərkən aldığı attestatda olan qiymətlərinin 75%-dən çoxu “əla” olmalıdır. Tuba Əliyevanın ümumi orta təhsil haqqında attestatına yazılan 18 fənn üzrə illik qiymətlərdən hamısı, buraxılış imtahan ballarından 3-ü “əla”, 1 fənn “Azərbaycan dili - dövlət dili kimi” üzrə buraxılış imtahan balı (73 bal) “yaxşı” olmuşdur. Bu hesabla onun 22 qiymətindən 21-i “əla” olmuşdur ki, bu da 95%-dir. Övladınızın göstəriciləri bu tələbə uyğu ndur: “4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar” - 10-11-ci siniflərdə keçirilən kiçik və böyük summativ qiymətləndirmələrdə aldığı qiymətlərin faizidir. Məktəb tərəfindən verilən məlumata əsasən. Tuba Əliyevanın qiymətləri bu tələbi də ödəmişdir. “4.3. bütün fənlərdən illik qiymətləri "əla” olanlar” 10-11-ci siniflər üzrə illik qiymətlərinin hamısının “əla” olmasıdır. Şagirdin aldığı qiymətlər bu tələbə də uyğundur: ”4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar” - Şagirdin "Sabahın alimləri” müsabiqəsində qazandığı nailiyyətlər bu bəndin tələbinə uyğundur. Qaydanın 6-cı bəndinə əsasən, Məlumat üçün təkrar nəzərinizə çatdırırıq ki, şagirdlərin qiymətləndirilməsi zamanı bal və qiymət uyğunluğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən, şagirdlərin qiymətləndirmə zamanı topladığı 60-dan 80-dək olar ballar "4” qiymətinə ("yaxşı" nəticəyə). 80-dək 100-dək olan ballar “5” qiymətinə (“əla” nəticəyə) uyğun hesab olunur. Tuba Əliyevanın tam orta təhsil haqqında attestata yazılan qiymətlərindən 2-si - “Riyaziyyat'’ (76 bal) və “Azərbaycan dili- dövlət dili kimi” (77 bal) fənləri üzrə buraxılış imtahanından topladığı ballar "4” qiymətinə - “yaxşı”ya uyğun olmuşdur. Bu səbəbdən o gümüş nişanla təltif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qızıl nişanın verilməsindən imtina olunması ilə bağlı hərəkətlərinin (cavab məktublarının) qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qızı - X2 qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X4 2021- ci ildə Bakı şəhəri 160 saylı Klassik Gimnaziyasını bütün qiymətləri əla olmaqla bitirmişdir. Bununla yanaşı qızı X4 müxtəlif olimpiadaların qalibi olmuş, gənc alimlər müsabiqəsində 2 dəfə iştirak edərək 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Buna görə də, oxuduğu Bakı şəhəri 160 saylı Klassik Gimnaziyası tərəfindən onun barəsində müvafiq sənədlər qızıl nişan ilə təltif edilməsi üçün Azərbaycan Respublikası Təhsil nazirliyinə göndərilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə dərc edilmiş siyahıda qızının adını gümüş nişanla təltif edilmişlərin siyahısında gördü. Əlbəttə bu haqsızlığa görə həm qızı, həm də, iddiaçı bir ana olaraq çox məyus oldu. Əvvəlcə siyahıda qeyd olunanların texniki səhv olduğunu düşündü və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək qızı X1 barəsində qəbul edilmiş nəticəyə yenidən baxılmasını və qızının layiq olduğu qızıl nişanla təltif edilməsini xahiş etdi. İddiaçı həmin müraciətə cavab olaraq şəxsi elektron kabinetə daxil olmuş müxtəlif cavab məktubları ilə qızı X2 qızıl nişanın verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, ona cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış cavab məktublarında əvvəlcə Azərbay can Respublikası Nazirlər Kabinetinin xx.xx.2014- cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı maddəsinə əsaslanaraq imtina edilmiş, lakin sonradan daxil olmuş digər cavab məktublarında cavabdeh inzibati orqan normativ hüquqi akt hesab edilməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydalar”ına istinad edərək qızıl nişanın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın əvvəlcə istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarix li 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə əsasən Tuba Əliyeva qızıl nişana layiqdir. Belə ki, həmin normaya əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana layiq görülür. X2 verilmiş E seriyalı, 355363 nömrəli Attestata nəzər yetirdikdə görünür ki, attestata yazılan yekun qiymətlər yalnız “əla”dır. Cavabdeh inzibati orqanın sonrakı cavab məktublarında istinad etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (mək təbdaxili qiymətləndirmənin) aparılması Qaydalar”ı normativ hüquqi akt hesab edilmədiyindən, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın tələblərinə zidd olduğundan həmin kollegiya qərarı ilə təsdiq edilmiş qaydalara istinad olunaraq qızıl nişanın verilməsindən imtina olunması tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilməsini xahiş etmişdir.

9. Məhkəmənin 2-1(112)-9559/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə tə min edilərək iş üzrə əsl olmayan İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilməsi qərara alınmışdır.

10. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır. Etirazın əsaslarına görə, iddiaçının Təhsil Nazirliyinə ünvanladığı ərizəyə cavab olaraq, nazirliyin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, Tuba Əliyevanın “Riyaziyyat” və Azərbaycan dili-dövlət dili kimi” fənləri üzrə yekun attestasiyada-buraxılış imtahanında topladığı ballar “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. Belə ki, “Təhsil haqqında” Qanunun 19.8ci maddəsinə əsasən, Ümumi təhsili xüsusi nailiyyət lərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydasının 2-ci bəndinə əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gü müş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 10 yanvar 2022-ci il tarixli, 21(112)-20272022 nömrəli qərarı ilə iddiа rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun attestatında bütün fənlər üzrə “əla” qiymətləndirildiyini iddia etsə də 355363 saylı tam orta təhsil haqqında xüsusi nümunəli attestatdan görünür ki, T.Əliyevanın buraxılış sinfinin illik qiymətləri 5 (əla) olaraq qeyd edilsə də, buraxılış imtahanı üzrə Azərbaycan dili fənnindən 77 (yetmiş yeddi), Riyaziyyat fənnindən isə 76 (yetmiş altı) bal almışdır. Odur ki, cavabdeh orqanın imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vu ran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə uyğun olduğundan əsaslıdır və iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilməməlidir.

14. İddiaçı apelyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1552/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə əsasən Tuba Əliyeva qızıl nişana layiqdir. Belə ki, həmin normaya əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana layiq görülür. X2 verilmiş E seriyalı, 355363 nömrəli Attestata nəzər yetirdikdə görünür ki, attestata yazılan ye kun qiymətlər yalnız “əla"dır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 4.1-cü bəndinə əsasən ümum orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər, 4.3-cü bəndinə əsasən bütün fənlərdən illik qiymətləri “əla" olanlar və ən əsası həmin Qaydaların 6-cı bəndinə əsasən attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana layiq bilinir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydaları” arasında ziddiyyətə rast gəlinir və nəticə etibarı ilə hüquqi qüvvəsinə görə belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü it tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”na üstünlük verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”: 4.1. aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.2. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.3. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.4. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.5. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 12 dekabr 2016-cı il tarixli, 498 №li Qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsil pilləsində təhsilalanl arın yekun attestasiyasının aparılması Qaydaları”: 1.3. ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır. Həmin Qaydalara xx.xx.2018-ci il tarixli AR NK-nın Qərarı ilə edilmiş dəyişikliyə əsasən, 1.7. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: 1.7.1-ci bəndinə əsasən, buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı; 1.7.2-ci bəndinə əsasən, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dai r tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, ka ssasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə qeyd edilməlidir ki, iddiaçı iddiasını attestatda qeyd olunan bütün fənlər üzrə aldığı qiymətlərin 5 (əla) olmasına istinad etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalar”ı ilə əsaslandırmışdır.

32. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tam orta təhsil haqqında attestatda qeyd edilən və şagirdin yekun qiyməti kimi nəzərə alınan qiymət yalnız onun buraxılış sinfinin illik qiyməti deyil, həmçinin buraxılış imtahanından aldığı bal üzrə yekun qiymətidir.

33. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında C № 245487 nömrəli xx.xx.2019cu il tarixli Attestatından müəyyən olunmuşdur ki, X4 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını 2019-cu ildə bitirmişdir. X3in yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 73 (yetmiş üç), xarici dili (ingilis) 97 (doxsan yeddi) və Riyaziyyatdan 87 (səksən yeddi) balla qiymətləndirilmişdir.

34. Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli E№ 355363 nö mrəli Attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını texniki təmayüldə 2021-ci ildə bitirərək gümüş medalı ilə bitirmişdir. X1 yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 77 (yetmiş yeddi), xarici dili (ingilis) 94 (doxsan dörd) və Riyaziyyatdan 76 (yetmiş altı) balla qiymətləndirilmişdir.

35. İddiaçı onun attestatında bütün fənlər üzrə “əla” qiymətləndirildiyini iddia etsə də, 355363 saylı tam orta təhsil haqqında xüsusi nümunəli attestatdan görünür ki, T.Əliyevanın buraxılış sinfinin illik qiymətləri 5 (əla) olaraq qeyd edilməsinə baxmayaraq buraxılış imtahanı üzrə Azərbaycan dili fənnindən 77 (yetmiş yeddi), Riyaziyyat fənnindən isə 76 (yetmiş altı) bal almışdır. 36. xx.xx.2014-cü il tarixli “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın 6-cı bəndinə əsasən, qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görülürlər.

37. İddiaçının şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Nazirlər Kabinetinin qərarlarında buraxılış imtahanı aparılan və buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekunu (illik) qiymətlə, buraxılış imtahanı isə balla qiymətləndirilməsi nəzərdə tutulsa da, hansı qiymətin hansı bala, yaxud hansı balın hansı qiymətə uyğunlaşdırılması ilə bağlı tənzimləmə əksini tapmamışdır. Bununla belə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixdə X5 Reyestrinə daxil edilmiş 28 dekabr 2018-ci il tarixli “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının 4.19.3 və 4.19.4cü bəndlərində qeyd edilmişdir ki, təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:...60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

38. Həmçinin adı çəkilən Qaydanın 5.4-cü bəndində qeyd edilir ki, təhsilalanın illik balları onun yar ımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir.

39. Məhkəmə kollegiyası bəhs olunanlara istinad edərək qeyd edir ki, Nazirlər Kabinetinin qərarlarında illik imtahan balının 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu birbaşa nəzərdə tutulmasa da, belə uyğunlaşdırma Təhsil Nazirliyinin müəyyən etdiyi Qaydada müəyyən edildiyindən həmin Qaydada nəzərdə tutulan uyğunlaşdırma attestatda yazılan imtahan ballarına münasibətdə də tətbiq edilə bilər.

40. İddiaçının iki buraxılış imtahanı üzrə balı 60-80 arası olmaqla “4” qiymətinə uyğun gəldiyindən, attestata yazılan yekun qiymətlər yalnız “əla” olmadığından ona qızıl nişan verilməsi barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz.

41. Odur ki, apel lyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etdiyindən, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və İnzibati Prosessual Məcəllənin 96.8, 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1552/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar