Məhkəmə qərarları › İş №2-1(102)-1646/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1646/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1646/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sökülmüş daşınmaz əmlaka görə kompensasiya tələbi; işin halllarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-257/202 2 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ********** qeydiyyat nömrəli, 15 mart 2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 312,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

2. Ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007- ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alğı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək, İddiaçı, ünvan 1 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai Filialında olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında, ödənişin təyinatı - “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278530.00 AZN məbləğində vəsaiti təhvil almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan, talan və viran edilmiş şəxsi evinin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir iddiaçının əsaslandırması:

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında mülkiyyətində olan şəxsi evinə xx.xx.2020-ci il tarixində Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən basqın təşkil edilmişdir. Evinin hasarını, yardımçı tikilini, ikinci mərtəbənin bir hissəsini, mansard və birinci mərtəbəni iki divarını uçurtmuşlar. Evin ikinci mərtəbəsinin qapısını sındırıb, evə girən 66 saylı MİS-in rəisi evin əşyalarını küçəyə atmış, 1200 AZN pulu və 12 qram 583 əyyarlı qızıl boyunbağını oğurlamışdır. Qaz, işıq, su xətlərini kəsmiş, qaz və işıq sayğacını oğurlamışlar. Ən dəhşətlisi isə odur ki, bu hadisələr evdə olan kiçik yaşlı qız uşağının və anasının gözü qarşısında baş vermiş, onların evdən çıxmasına imkan verməmişlər. Bu hadisəyə dözə bilməyən qonşular cavabdehin əməkdaşlarının qeyri-insani hərəkətlərinə dözə bilməyib, onları hadisə yerindən uzaqlaş dırmışlar. cavabdehin etirazları:

5. Cavabdeh iddiaya dair etiraz ərizəsi verməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4079/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mövcud tələbi evin bərpa olunmasıdır ki, hazırkı halda işin yuxarıda sadalanan hallarına görə inzibati orqanın üzərinə evin bərpa edilməsi öhdəliyinin qoyulması mümkün deyildir. Bu halda, İPM-nin 71.3-cü maddəsinə əsasən kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, inzibati orqan tərəfindən iddiaçıya artıq kompensasiya ödənilmişdir. Bu hal, məhkəmə iclasında iddiaçının özünün etirafı və işdə olan sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehə qarşı irəli sürülmüş hazırki iddia tələbi əsassızdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-257/2022 nömrəli 15 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, C.Yusifov və F.Talışinski) Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddi anın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçıya məxsus əmlakın yerləşdiyi torpağın alınması, habelə həmin əmlakın sökülməsi müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlı olmasını heç bir sənədlə təhlil etməmiş, heç bir fotoşəkil olmadan müəyyən etməmiş, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən, nəhayət həmin əraziyə görə kompensasiya məbləğinin hansı əsaslarla ödənilməsinə, yəni həqiqətən dövlət ehtiyacları üçün alınıb-alınmamasını müəyyən etməyə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gət irilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan əmlakın həqiqətən cavabdeh tərəfindən bərpa olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

13. Həmçinin əmlakın qiymətləndirilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət olunmamış, düzgün qiymətləndirilməmiş, bazar qiyməti ilə bağlı araşdırma aparılmamış, ərazidə evlərin alqı-satqısını həyata keçirən orqanlara sorğu verilməmiş, alınacaq evin dəyərinin bazar qiymətini düzgün müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİL ƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənca m vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyy ət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkre t işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, qiymətləndirmə nəticəsində 312,9 kv.m olan tikili və 2,5 sot torpaq sahəsinin real bazar dəyəri 278.530 manat müəyyənləşd irilərək iddiaçıya təklif olunmuş, iddiaçı sözügedən kompensasiya məbləği ilə razılaşmış və həmin kompensasiya məbləğini "xxxx" ASC-nin Xətai filialından almışdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Belə ki, iş materiallarında olan 29 yanvar 2021-ci il tarixli razılaşma aktından görünür ki, həmin akt əsasında ünvan 5 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan 312,9 kv.m tikili və 2,5 sot torpaq sahəsi üçün 278.530 manat kompensasiya müəyyən edilsə də, iddiaçı həmin aktı imzalamamış, bununla da həmin məbləğlə razı olmadığına dair iradə ifadəsini bildirmişdir.

23. Eyni zamanda, iş materiallarına iddiaçının müxtəlif dövlət orqanla rına ünvanladığı şikayət və ərizələri əlavə edilmişdir ki, həmin şikayət və ərizələrin məzmunundan da görünür ki, iddiaçı onun əmlakının qiymətləndirilməsi ilə razı olmadığını bildirmişdir. 24. "xxxx" ASC vasitəsilə iddiaçıya 278.530 manat məbləğin ödənilməsi faktına gəldikdə, bu, iddiaçının əmlakının sökülməsinə görə cavabdeh tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razı olduğunu özü-özlüyündə təsdiq etmir.

25. İşin həmin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma predmeti olmamış, onlara qiymət verilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, X1 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz mülkiyyətindən məhru m edilə bilməz. Başqa sözlə, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma həmçinin ictimai, o cümlədən şəhərsalma məqsədləri üçün dövlət tərəfindən mülkiyyətə müdaxilə imkanını da nəzərdə tutur.

27. Bu mənada, inzibati orqan (o cümlədən cavabdeh) müəyyən ərazidə ictimai məqsədlər (şəhərsalma məqsədləri) üçün abadlaşdırma işlərinin aparılması və şəhərsalma məqsədlərinə xidmət edən digər fəaliyyətin həyata keçirilməsi ilə bağlı müvafiq səlahiyyətlərə malikdir və həmin səlahiyyətlər çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsində haqlı sayılmalıdır. Lakin inzibati orqan tərəfindən həmin səlahiyyətlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, yenid ən planlaşdırma və abadlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı şəxsin qanuni istifadəsində olan əmlaka müdaxiləyə (məsələn, əmlakın mülkiyyətçidən alınmasına) ehtiyac yarandığı hallarda, cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada hərəkət etməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

28. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətə müdaxilə qanuni hərəkətlər yolu ilə, qanunla nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və qanunla müəyyən olunmuş prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə, həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda hüquqi dövlət prinsipinə, konstitusion hüquqi dəyərlərə bağlıdır və mütləq xarakter daşıyır.

29. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan evin sökülməsi və 2.5 sot torpaq sahəsinin alınmas ı məhz cavabdehin təşəbbüsü ilə həyata keçirilmişdir. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməlidir. Yuxarıda istinad olunan normaya görə, inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.

30. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 21(103)-257/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar