Məhkəmə qərarları › İş №2-1(102)-1646/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1646/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1646/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikintiyə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və məhdudiyyətin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)-814/2024 nömrəli qərarından cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2012-ci il tarixdə iddiaçıya satmış və sonuncunun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla, a dına 27 noyabr 2013-cü il tarixli texniki pasport və RX seriyalı ******* nömrəli reyestrdən çıxarış hazırlanmışdır.

2. İddiaçı həmin fərdi yaşayış evinin istismara yararsız olması ilə əlaqədar sökülməsi və layihə əsasında yenidən tikilməsinə dair məlumatlandırma icraatı barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar təqdim edilmiş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 1021 kv.m torpaq sahəsinə dair DTXK tərəfindən 12 dekabr 2012-ci il tarixdə A seriyalı 423493 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İstismara yararsız olması sə bəbindən sökülərək yerində yenidən inşası nəzərdə tutulmuş zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən işlənilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər şərtlər daxilində razılaşdırılır. Belə ki, tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalı, tikinti işləri aparılan sahədə mühəndisi-kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi sifarişçinin öz vəsaiti hesabına həyata keçirilməli, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş prinsiplərinə riayət edilməlidir. Qeyd etmək lazımd ır ki, mövcud məlumatlandırma icraatı tətbiq olunduğu halda, tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparıldığı təqdirdə, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir.

3. İddiaçının mülkiyyətində olan sözügedən fərdi yaşayış evinin layihəsi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2014-cü il tarixdə “Razılaşdırılmışdır” ştampı ilə (nömrə B286) təsdiqlənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyanın ödənilməsi, tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evini satın almış və həmin ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğundan, evin sökülərək yerində layihə əsasında yenidən fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən müraciətinə baxılmış, göstərilən faktlar təsdiqini tapdığından "xxxx" MMC tərəfindən işlənmiş, inşası nəzərdə tutulan zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi təsdiq olunaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən razılaşdırılmış, ona bu barədə müvafiq icazə mə ktubu verilmişdir. O, fərdi yaşayış evini söküb, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş layihə əsasında yeni evi tikməyə başlamışdır. Müəyyən həddə tikinti işləri aparıldıqdan bir müddət sonra Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikintinin aparılması dayandırılmışdır. Uzun zaman keçməsinə baxmayaraq, ona tikinti işlərini davam etdirməyə imkan verilmir. Tikilmiş beton daşıyıcı divarlar əraziyə gələnlər tərəfindən sökülüb dağıdılmışdır. Nəzərə alınmalıdır ki, o, həmin evi Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırdıqdan sonra sökmüşdür. Yeni tikinti işləri aparmaqla da müəyyən qədər xərc qoymuşdur. Buna baxmayaraq, cavabdeh hüququndan və səlahiyyətlərindən sui- istifadə edərək aparılan tikintini qeyri-qanuni olaraq sökməklə və tikintini dayandırmaqla ona külli m iqdarda zərər vurmuşdur. Belə ki, aldığı evin dəyəri 2012-ci ildə 572320 manat olmuşdur ki, həmin ev sökülmədən saxlanıldığı halda, hazırda onun dəyəri təxminən ******* manat olardı. Evin sökülməsi özlüyündə ona vurulmuş zərərdir, eyni zamanda o, tikinti işlərinə görə 170000 manatdan artıq vəsait xərcləmişdir ki, həmin tikinti də cavabdeh tərəfindən qanunsuz olaraq sökülməklə yararsız vəziyyətə salınmışdır. Beləliklə, cavabdeh tərəfindən ümumilikdə ona vurulmuş zərər ******* manatdan artıqdır.

6. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin dövlət rey estrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-1-ci bəndinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini reyestrə təqdim edir. Lakin mübahisə predmeti olan fərdi yaşayış evinə dair məlumatlar reyestrə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir. Dövlət şəhərsalma nəzarəti çərçivəsində monitorinq həyata keçirilmiş və monitori nq nəticəsində ünvan 3 ünvanında 790 kv.m sahədə təyinatı məlum olmayan tikinti işlərinin aparılması müşahidə olunmuşdur. Odur ki, iddia əsassızdır.

7. Digər cavabdehlər iddia tələbinə yazılı münasibət bildirməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 27 iyul 2023-cü il tarixli 2-1(112)1819/2023 nömrəli qərardadı ilə iddia “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsində və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 27 iyul 2023-cü il tarixli 2-1(112)1819/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehlər Bakı şəhəri Binəqədi RİHnin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçının ünvan 4 ünvanında tikinti işləri aparmasına müdaxiləsi qanunsuz sayılmış, cavabdehlərin iddiaçının ünvan 4 ünvanında tikinti işləri aparmasına məhdudiyyəti aradan qaldırılmış və bu hərəkətlər cavabdehlərə qadağan olunmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsində sayılır (torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyat alınmasa belə). Odur ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi üçün müvafiq müraciətinə müsbət cavab verildiyindən, yəni layihə ona irad bildirilmədən (razılaşdırılmaqla) səlahiyyətli qurum kimi hazırkı cavabdeh Bakı şəhər Binəqədi RİH tərəfindən təsdiqləndiyindən, Azərbaycan Respublikası Şəhərsalma və Tik inti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən iddiaçı fərdi yaşayış evinin tikintinə başlamaqda haqlı olmuşdur. Müvafiq müddət bitdiyi gündən 3 iş günü ərzində apardığı tikintinin layihəsinin reyestrə (Şəhərsalma və Arxitektura Komitəsinə) təqdim edilməməsi isə iddiaçının iradəsindən asılı olan hal deyil və məlumatlandırma icraatını aparan orqanın məsuliyyət dairəsinə düşür.

11. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını, eləcə də Şəhərsalma və Arxitektura Komitəsini (və ya onun tabeliyindəki qurumu) müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə bu sahə də səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir.

12. Beləliklə, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında tikinti işləri aparmasına cavabdehlər Bakı şəhəri Binəqədi RİH-nin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi qanuna, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 11, 13, 17-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməlidir.

13. Cavabdeh Dövlət Şəhər salma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 25 yanvar 2024-cü il tarixli 21(103)-814/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri nəzərə alsa da, Komitə tərəfindən məhkəməyə təqdim edilmiş dəlillər məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Məhkəmə qərarında qeyd olunanlardan da görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamışdır. Belə ki, təqdim edilmiş etirazda bütün faktiki hallar göstərilmişdir. Eyni zamanda, müvafiq sənəd və məlumatların Tikintilərin Dövlət reyest rinə təqdim edilib-edilməməsi barədə araşdırma aparılmamışdır.

18. İddiaçıya məxsus fərdi yaşayış evinin ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən ümumi torpaq sahəsi 0,017970 ha-dan ibarətdir. Lakin Dövlət şəhərsalma nəzarəti çərçivəsində əməkdaşlar tərəfindən sözügedən əraziyə keçirilmiş monitorinqin nəticəsində, iddiaçı tərəfindən həmin ərazidə ölçüləri - uzunluğu 36 metr, eni 22 metr olmaqla, ümumilikdə sahəsi 790 kv.m qeyri-yaşayış obyektinin tikinti işlərinin aparılması müşahidə olunmuşdur. İddiaçının təqdim etdiyi layihədə qeyd olunan parametrlərdən müəyyən etmək mümkündür ki, tikilən obyekt qeyri-yaşayış təyinatlı tikinti obyektidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİL ƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....

21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.... Maddə

75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları... 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir.... Maddə

80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilər in, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2.Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.... 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.... Maddə

92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icra sı məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. Tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. Tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. Bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. Tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxsl ər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müə yyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4- cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. Tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. Bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. Bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. Bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda....

22. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı Bənd 4.7. Həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 4.7-1. Həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyət lərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə - həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.... 4.10. Həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsind ə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”: Bənd 4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri ni Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir.

24. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.... Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməs i və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur....

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırm ağa borcludur. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sü butları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin sökülərək təqdim edilmiş yeni layihə əsasında yenidən tikilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında müvafiq inzibati orqan olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən qeyd olunan layihə üzrə evin tikintisinə razılıq verildiyindən idd iaçının yeni fərdi yaşayış evinin tikintisinə başlaması ilə bağlı hərəkəti qanuni olmuşdur.

32. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını, eləcə də Şəhərsalma və Arxitektura Komitəsini (və ya onun tabeliyindəki qurumu) müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş pl anı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir.

33. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh kassasiya şikayətində aşağı instansiya məhkəmələrində icraat zamanı müvafiq sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilib-edilməməsi barədə araşdırma aparılmadığını bildirir. Cavabdehin kassasiya şikayətində təkrarlanan bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, tikintinin layihəsinin reyestrə (Şəhərsalma və Arxitektura Komitəsinə) təqdim edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və tikintinin layihəsinin reyestrə təqdim edilməsi məlumatlandırma icraatını aparan orqanın məsuliyyət sferasına aiddir. 34.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 21(103)-814/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar