Məhkəmə qərarları › İş №2-1(102)-1685/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1685/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1685/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dəbbə pulu borcunun ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “əsassız hesablanmış 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(105)-418/2021 nömrəli qərarın dan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Dövlət Gömrük Komitəsinin 19.04.2019-cu il tarixli, 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin audit nəticələrinə dair ödəniş cədvəlində müəyyən olunmuş GB-də qeyd olunan malların XİFMN kodu düzgün bəyan edilmədiyi üçün borc yaranmış, iddiaçıya 10349.27 manat məbləğində dəbbə pulu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi 18.09.2017-ci il tarixli, **********5447 saylı və 28.11.2017-ci il tarixli, **********2500 saylı gömrük bəyannamələrindən göründüyü kimi, tərəflərindən 18.09.2017-ci il və 28.11.2017-ci il tarixlərdə "kanepox lining free 3430" adlı mallar istehsal məqsədi ilə ölkəyə idxal edilmişdir. Bununla bağlı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və "kanepox lining free 3430" adlı mallara gömrük orqanları tərəfindən 320890 təsnifat kodu verilmiş, idxal rüsum dərəcəsi 0,5% olmaqla hər bəyannamə üzrə 414.08 manat məbləğində rüsum hesablanmış və hər iki gömrük bəyannaməsi üzrə cəmi 828.16 manat idxal rüsumu ödənilmişd ir. Daha sonra, 2019-cu ilin iyul ayında cavabdehin məsul şəxsləri tərəfindən iddiaçıya daxili gömrük auditi tərəfindən aparılmış yoxlamalar nəticəsində **********5447 və **********2500 saylı gömrük bəyannamələri üzrə idxal olunmuş malların idxal rüsum dərəcəsinin 15% əvəzinə 0.5% kimi rəsmiləşdirildiyinin müəyyən edildiyi barədə məlumat verilmişdir. Nəticədə az hesablanmış 24.028,88 manat idxal rüsumunun və 4.325,20 manat ƏDV-nin, cəmi 28.354,08 manat gömrük ödənişlərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı da öz növbəsində buna razılıq vermiş və gömrük orqanları tərəfindən vaxtında az hesablanmış qalıq məbləği ödəmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulunun hesablanması ilə qətiy yən razı deyildir. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından keçirilir, laboratoriyada yoxlanılır, təsnifat kodu verilir və dövlət rüsumu təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəyərək gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adı çəkilən mallar ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmış və iddiaçı da öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və hazırkı süni dəbbə pulu borcu yaranmamış olacaqdı.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş və etirazını belə əsaslandırmışdır ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdehə müraciət etməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı tərəfindən məhkəmədən əvvəl hazırki tələblə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edilməmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim – İsmayıl Quliyev) 05.11.2020-ci il tarixli, 2-1(118)-422/2020 nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır.

6. Məhkəməsi hesab etmişdir ki, düzgün bəyan edilməmiş mallara görə dəbbə pulunun hesablanması gömrü k qanunvericiliyinin tələblərinə zidd deyildir. Gömrük Məcəlləsinin 274.1-ci maddəsinin məzmununa uyğun olaraq, iddiaçının malları düzgün bəyan etmək öhdəliyi olduğuna görə dövlət büdcəsinə ödənilməli məbləğ vaxtında ödənilmədiyi hallarda ötən müddət üçün qanunvericiliklə müəyyən olunmuş dəbbə pulu hesablana bilər. Beləliklə, cavabdeh tərəfindən dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərindən irəli gəlir və bu səbəbdən cavabdeh tərəfindən dəbbə pulu hesablanmasında hər hansı hüquq pozuntusu mövcud deyildir.

7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(105)-159/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Fuad Məmmədov, hakimlər-Zaur Məmmədov və Hökümə Babayeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(118)-422/2020 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, işin hallarından iddiaçının hazırkı iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə eyni tələb barədə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Hazırkı halda, iddiaçı cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 27 aprel 2021 -ci il tarixli, 2-1(102)-796/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(105)-159/2021 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(105)-418/2021 nömrəli (hakimlər Ağayev Rəşadət-sədrlik edən və məruzəçi, Rzayev Məhəmmədəli və Dəmirov İlqar) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Gömrük Məcəlləsinin 247.1-247.2-ci maddələrinin tələblərinə əsasən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq malların gömrük dəyəri müəyyən ediləndən sonra hesablanmış gömrük borcu ödənilməsi üçün müəyyən edilmiş müddət pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu almaqda haqlıdır. Yəni gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək, eyni zamanda borcla bir yerdə dəbbə pulu da ödənilməlidir. Göründüyü kimi, qanunvericilik dəbbə pulunun hesablanmasını yalnız borcun ödənilmə müddətinin başa çatması ilə şərtləndirir, hazırki iş üzrə isə iddiaçının gətirmiş olduğu mallara görə gömrük borcunun ödənilməsini gecikdirilməsi müəyyən olunmamışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və i ddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində cavabdeh qeyd etmişdir ki, apelyasiya məhkəməsi işdəki sübutları və dəlilləri hərtərəfli qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçı ödənilməmiş gömrük borcunu ödəmiş, lakin dəbbə pulunu ödəməkdən imtina etmişdir. Gömrük Məcəlləsinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilməlidir. Yuxarıda sadalanan hallara əsasən qeyd olunan mallara görə dəbbə pulu hesablanması gömrük qanunvericiliyinin tələblərinə zidd deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim edərək şikayətin təmin olu nmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; Maddə 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Maddə 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Maddə 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: Maddə 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; Maddə 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Maddə 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Maddə 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xar ici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 18. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. İdxal gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məc əlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhk əməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Bu Qərarın 17-18-ci bəndlərində istinad olunan normalara görə, idxal gömrük rüsumlarının dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edlilir. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götür ülür.

26. Bununla bağlı nəzərə almaq lazımdır ki, bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı həmin malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodunun müəyyən olunması və həmin kod üzrə idxal gömrük rüsumlarının məbləğinin hesablanması cavabdehin məsuliyyət sferasına aiddir. Bu mənada malın kodu və ya ödənilməli idxal rüsumunun hesablanması ilə əlaqədar yol verilmiş yanlışlıqların riski də iddiaçıya deyil, cavabdehə aid edilməlidir. Belə ki, hazırkı Qərarın 17-ci bəndində istinad edilən normalara görə, gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən dü zgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna, yəni xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında həmin malların kodunu sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.

27. Hazırkı mübahisəyə münasibətdə apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 18.09.2017-ci il tarixli, **********5447 saylı və 28.11.2017-ci il tarixli, **********500 saylı gömrük bəyannamələri üzrə ölkəyə istehsal məqsədi ilə “kanepox lining free 3430” adlı mallar idxal edilmiş, qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Həmin mallara cavabdeh tərəfindən 320890 təsnifat kodu təyin edilərək idxal rüsum dərəcəsi 0.5 % müəyyən edilmiş, hər bəyannamə üzrə 414.08 manat məbləğində idxal rüsumu hesablanmış və bəyannamələr üzrə iddiaçı tərəfindən cəm i 828.16 manat idxal rüsumu ödənilmişdir.

28. Sonradan cavabdehin 01.01.2016-cı il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr üzrə fəaliyyətinin auditi nəticəsində bəyan edilən mallar üzrə idxal rüsum dərəcəsinin səhv tətbiq edildiyi müəyyən olunmuş və auditin nəticələrinə dair akta əsasən, iddiaçıya idxal rüsumu üzrə əlavə 28.354,24 manat və ƏDV üzrə 4.325,20 manat, cəmi 28.354,08 manat gömrük ödənişi, habelə 10349,27 manat dəbbə pulu hesablanmışdır. 27 noyabr 2019-cu il tarixdə iddiaçıdan **********5447 və **********500 saylı GB-ləri üzrə hesablanmış əlavə gömrük ödənişlərinin ödənilməli olduğu tarixdən yoxlamanın aparıldığı tarixədək olan dövr üzrə hesablanmış 10349,27 manat məbləğində dəbbə pulunun qısa müddət ərzində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir.

29. Bununla bağlı n əzərə almaq lazımdır ki, cavabdeh tərəfindən yanlış hesablanmış və iddiaçı tərəfindən ödənilmiş gömrük ödənişlərinin sonradan həmin yanlışlıq nəticəsində az hesablandığı müəyyən olunarsa, əlavə hesablanmış gömrük ödənişləri yuxarıda qeyd olunan səbəbdən iddiaçı tərəfindən ödənilmə müddəti başa çatmış və ya müəyyən olunmuş ödəmə müddəti pozulmuş gömrük borcu kimi qiymətləndirilə bilməz.

30. Həmçinin nəzərə alınmalıdır ki, bu Qərarın 17-ci bəndində istinad olunan normaya görə, dəbbə pulunun hesablanması üçün qanunvericiliklə müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Yəni malların gömrük dəyəri müəyyən ediləndən sonra cavabdeh tərəfindən hesablanmış gömrük borcu mövcud olmalı və həmin borcun ödənilməsi üçün müəyyən olunmuş müddət başa çatmış olmalıdır. Hazırkı mübahisəyə münasibətdə, qeyd edilən şərtlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.

31. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həm 0.5 faiz, həm də 15 faiz rüsum dərəcələri ilə hesablanmış gömrük rüsumları iddiaçı tərəfindən vaxtında ödənilmişdir. Yəni 18.09.2017-ci il tarixli, **********5447 saylı və 28.11.2017-ci il tarixli, **********500 saylı gömrük bəyannamələri üzrə hesablanmış ilkin və əlavə gömrük ödənişlərinin həyata keçirilməsində iddiaçı tərəfindən hər hansı gecikdirməyə yol verilməmişdir. İddiaçı ona bu barədə məlumat verildikdən sonra müvafiq ödəməni təmin etmişdir. İş üzrə materiallardan da cavabdehin həmin ödənişlərin gecikdirilməsini iddia etməsi müəyyən edilməmişdir.

32. Bu Qərarın 17-ci bəndində istinad olunan normanın mahiyyətinə görə, gömrük orqanları ö dəyicidən dəbbə pulunu yalnız gömrük borcunun ödənilməsinin müəyyən edilmiş müddəti pozulduğu hallarda almağa haqlıdırlar.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı düzgün hesablanmamış idxal ödənişlərinə sonradan audit nəticəsində müəyyən olunmuş və hesablanmış əlavə məbləğə görə iddiaçıya münasibətdə dəbbə pulunun hesablanmasında yuxarıda qeyd olunan səbəblərdən cavabdeh haqlı sayıla bilməz.

34. Beləliklə, iş üzrə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(105)-418/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar