Məhkəmə qərarları › İş №2-1(102)-1711/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1711/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1711/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(103)-842/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı QSC tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral yoxlama aparılmış və nəticədə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçıya 2019-cu il mənfəət vergisi üzrə 142.454,82 manat məbləğində vergi borcu hesablanmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2020-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə 23 noyabr 2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin 16 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədə saxlanılmışdır.

3. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********675400 saylı qərarından 29 yanvar 2021-ci il tarixli inzibati şikayət verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini Apellyasiya Şurasının 30 nömrəli, 19 mart 2021-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs İddiaçı Qapalı Sə hmdar Cəmiyyətinin inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2020-ci il tarixli, **********675400 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, “cavabdehin xx.xx.2020-ci il tarixli, **********699200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia belə əsaslandırılmışdır ki, mübahisələndirilən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçı 2016-cı ildən fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 01 saylı İnvestisiya Xidmə tlərinin Göstərilməsinə dair Lisenziya ilə davam edir. PSG-Kapitalın daxili nəzarət sistemi əsasında mütəmadi olaraq həyata keçirilən investisiyaların təhlili və təkrar təhlili, qiymətləndirilməsi aparılır. Nəticə olaraq, Cəmiyyət öz məqsəd və vəzifələrinə çatmaq üçün müqavilələr bağlayır, əmlak və qeyriəmlak hüquqları əldə edir, üzərinə öhdəliklər götürür və digər qanuni fəaliyyət növləri həyata keçirir. Şirkətin nizamnaməsinin 13-cü bəndində də, qeyd olunduğu kimi, Şirkət gəlir əldə etmək məqsədi ilə fərqli investisiyalara (qiymətli kağızlar, maddi və qeyri-maddi əmlak, daşınar və daşınmaz əmlak və s.) yatırım edə bilər. Şirkətin Nizamnaməsinin 13.2.5-ci bəndinə görə tətbiq olunmalı qanunlara əsasən və gəlir əldə etmək məqsədi ilə lazımi və arzulanan səviyyədə, Azərbaycan Respublikasın ın daxilində və xaricində daşınar və daşınmaz əmlakı almaq, icarəyə vermək və ya icarəyə götürmək hüququna malikdir. Eyni QSC yuxarıda qeyd edildiyi kimi gəlir əldə etmək məqsədilə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alğı-satqısını həyata keçirərək gəlir əldə edir. Bu məqsədlə, PSG-Kapital Şirkətinin İnvestisiya Departamenti tərəfindən aparılan araşdırmalara əsasən təklif edilmişdir ki, Birləşmiş Krallıqda daşınmaz əmlaka investisiya edilsin (Cəmiyyətin direktorunun xx.xx.2017 tarixli təsisçiyə təqdim etdiyi daşınmaz əmlak bazarının təhlili haqqında hesabat). Bu səbəbdən, qərar verilmişdir ki, Böyük Britaniyada yerli qanunvericiliyi və daxili bazar haqqında məlumatlı olan bir Konsaltinq şirkəti ilə müqavilə bağlanılması daha məqsədəuyğun olar. Bu səbəbdən, 17 oktyabr 2017- ci il tarixində Britaniyada fəaliyyət göstərən Jury O'Shea adlı yerli konsaltinq şirkəti ilə London şəhərində yerləşən “X6 Lane Limited” şirkətinə məxsus olan Taper Building, London SE1 ünvanında yerləşən 5 ədəd mənzilin mülkiyyət hüququ yaranmadan endirim ilə alışı üçün həyata keçirildi ki, gələcəkdə bu hüququ daha baha qiymətə satmaq mümkün olsun. Müqavilənin 1 nömrəli əlavəsində (Annexure 1) 5 ədəd mənzil alışı üçün hesablanmış 10% ilkin ödənişin məbləği 325,581 Funt Sterling təşkil etmişdir. 24 oktyabr 2017-ci il tarixli Cəmiyyətin bağlanılmış əqdləri barədə Təsisçi Qərarına əsasən, 325,581 Funt Sterling məbləğində depozit təsdiq olunmuş və 24 noyabr 2017 tarixində həmin məbləğ Jury O’Shea-nın müştəri hesabına köçürülmüşdür. 12 dekabr 2017 tarixində 5 mənzilin mülkiyyət hüququ yaranmad an alışı üçün PSG-Kapital İnvestisiya Şirkəti və X6 Lane Limited Şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilədə qeyd olunduğu kimi satıcının vəkili Freeths LLP şirkəti PSGKapitalın vəkili isə Jury O’Shea şirkəti çıxış edirdi. Həmin müqavilənin 7-ci bəndində qeyd olunan '‘Standart Şərtlər” maddəsində əks olunan və X5 Cəmiyyəti tərəfindən təsdiqlənmiş “X2” bəndlərinə əməl olunmuşdur. PSG-Kapital ilə Long Lane Limited Şirkəti arasında bağlanmış satış müqaviləsi hüquqi baxımından üstünlük təşkil edir. Bu o deməkdir ki, Hüquq Cəmiyyəti tərəfindən təsdiq edilmiş X3 qeyd olunan 1.5.1 (Alıcının müqavilənin faydasını ötürmək hüququ yoxdur) bəndi qüvvədən düşür. Yəni PSG-Kapital İnvestisiya Şirkəti bu bənd əsasında yuxarıda da, qeyd edildiyi kimi mülkiyyət hüququ yaranmadan endirim ilə aldığı m ənzilləri gəlir əldə etmək məqsədilə 3-cü tərəfə ötürə bilər. Cəmiyyət tərəfindən qoyulmuş investisiyaların təhlili zamanı məlum olur ki, London şəhərində daşınmaz əmlak bazarında müxtəlif siyasi və iqtisadi faktorların təsiri altında ucuzlaşma müşahidə olunur və Cəmiyyət tərəfindən daşınmaz əmlaka qoyulan investisiya yüksək risklərlə üzləşərək böyük itkilərlə nəticələnə bilər və təhlilin nəticəsi Şirkətin təsisçisinə məruzə edilmişdir (Cəmiyyətin direktorunun xx.xx.2018 tarixli təsisçiyə təqdim etdiyi daşınmaz əmlak bazarının təhlili haqqında hesabat). PSG-Kapital investisiya şirkəti olaraq qiymətli kağızlar, maddi və qeyri-maddi əmlak, daşınar və daşınmaz əmlak və s. qoyulmuş investisiyaların gəlirliyinin yüksək risklərlə üzləşdiyi hallarda qərar qəbul etmək məcburiyyətindədir. Son olara q, PSG-Kapital tərəfindən qərar verilmişdir ki, layihənin tamamlanması üçün qalıq məbləğin ödənilməsi məqsədəuyğun deyil və bu səbəbdən, X2 7.4.2-ci bəndinə əməl edilərək müqaviləyə satıcı tərəfindən xitam verilmiş və depozit məbləği müqavilənin şərtinə əsasən PSG-Kapital Şirkətinə geri qaytarılmamışdır. Əlavə olaraq, xx.xx.2019-cu il tarixində təsisçi, investisiyanın uğursuz olduğuna və Şirkət üçün daha böyük potensial itkilərin yarana biləcəyini nəzərə alaraq, qərar vermişdir ki, 325,581 X11 şirkətin zərəri kimi tanınsın. Göründüyü kimi, bu əməliyyatdan QSC zərər etdiyi üçün satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği mənfəət bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində əks etdirmişdir. Lakin, iddiaçı tərəfindən yuxarıda əksini tapmış əməliyyatın nəticəsi ol araq 2019-cu ilin mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən kameral vergi yoxlamasına məruz qalaraq əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğini özündə əks etdirən qərar əsasında şikayət instansiyasına, daha sonra İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət təqdim olunmuş, lakin şikayət təmin olunmamışdır. Şikayətin təmin edilməməsi barədə qərarlar onunla əsaslandırılmışdır ki, QSC tərəfindən X4 şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hər-hansı gəlir əldə etmədiyindən alğı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş, eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hes ab edilmir və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Bununla bağlı bildirirlər ki, mülkiyyət hüququ yaranmadan investisiya edilmiş məbləğ bilavasitə QSC-nin sahibkarlıq fəaliyyəti çərçivəsində yaranmış zərərdir. Bu məntiqlə yanaşılsa onda vergi ödəyicilərində təqvim ili ərzində yaranmış mənfi məzənnə fərqi də, sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilməməlidir. Halbuki, mənfi məzənnə fərqi QSC-nin mübahisələndirilən əməliyyatında olduğu kimi sahibkarlıq fəaliyyəti zamanı uğradığı zərərdir ki, bu da birmənalı olaraq gəlirdən çıxılmalıdır. Qeyd edilən əməliyyat törəmə maliyyə aləti olaraq daşınmaz əmlakı əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən birjadankənar əqddir. Bu əqd vasitəsi ilə daşınma z əmlak üzərində mülkiyyət hüququ tanınmadan digər şəxsə satılma hüququ var (alqı-satqı müqaviləsinin 7.5ci maddəsi və X5 cəmiyyəti tərəfindən təsdiq olunmuş “X7”nin 1.5-ci maddəsi). Başqa sözlə, bu əməliyyat kapital qoyuluşu xarakterli əməliyyat deyil ki, gəlirdən çıxılmasın. Bundan başqa Vergi Məcəlləsinin 119-cu maddəsi Gəlirdən çıxılan məbləğlərin bir qismini məhdudlaşdırır. Həmin maddənin tələbinə görə gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr gəlirdən çıxılmasına yol verilmir (maddə 119.1.2.). Halbu ki, yuxarıda da, qeyd olunduğu kimi QSC daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina etməklə mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar zərəri ödəmişdir ki, bu da Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən gəlirdən çıxılması məhdudlaşdırılmamalıdır.

7. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi ödənilmiş, eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmir və həmin depozit məbləği rezident hüquq i şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Eyni zamanda araşdırma zamanı bank çıxarışına əsasən 325.581,25 funt sterlinq dəyərində köçürmənin (depozit ödənişinin) xx.xx.2017-ci il tarixdə aparıldığı, alğı-satqı müqavilələrinin xx.xx.2017-ci il tarixlərdə bağlanıldığı, müqavilələrin X2 7.4.2-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini tamamlamadığı halda satıcı şirkətin ödənilmiş depozit məbləğini saxlamaq hüququnun təsbit edildiyi müəyyən edilmişdir. Cəmiyyətin yuxarıda qeyd edilən xərci onun fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında iştirak etmir və cəmiyyət çəkdiyi bu xərclərin müqabilində hər hansı gəlir əldə etmir. Bu səbəbdən bu cür məsrəflər gəlirdən çıxılan xərclərə aid edilmir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma oby ekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1- ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubu və təsdiqedici sənədlər vergi orqanı tərəfindən nəzərə alınmamış, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2019-cu il üçün mənfəət vergisi üzrə 142454,82 manat əlavə vergi hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********699200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi həmin qərar ilə hesablanmış 142454,82 manat əlavə vergi məbləği tam məbləğdə dövlət büdcəsinə ödənilmişdir. Şəxsi hesab vərəqəsində vergi ödəyicisinin 31,77 manat artıq ödəməsi var. “İnzibati icraat haqqında” Qanunun 62.1ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2021 -ci il tarixli, 30 nömrəli Qərarından göründüyü kimi, İddiaçı QSC-nin “İnzibati şikayətinə cəmiyyətin nümayəndələri Şahin Rəcəbovun, Nigar Axundovanın və Vəli Əliyevin iştirakı ilə baxılmış və qərar maraqlı şəxs kimi onlara birbaşa elan edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konst itusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011 -ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

8. Cavabdeh tərəfindən məhkəmə tapşırığının icrası ilə əlaqədar olaraq 2 sentyabr 2021-ci il tarixli məktubla təqdim edilmiş 2019-cu mən fəət vergisinin bəyannamələrinin (cari və dəqiqləşdirilmiş) təsdiq olunmuş surətlərindən görünür ki, həmin vergi bəyannamələrində hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsində yuxarıda qeyd edilən satış müqavilələri üzrə satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği göstərilmişdir. 9. "xxxx" LLP Şirkəti tərəfindən aidiyyəti şəxslərə ünvanlanmış 20 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, bu firma London, Long Lane, X12 ünvanındakı mənzillərin satışında X8 Lane Limited Şirkəti adından fəaliyyət göstərmişdir və onlar bu məktubla həmin şirkət adından aşağıda qeyd olunanları təsdiq edirlər: - 2-34, 2-33, 2-23 və 1-23 saylı mənzillərin satışı üçün X9 Lane Limited (1) və PSGKapital İnvestment Şirkəti (2) arasında müqavilələr bağlanmışdır və 12 dekabr 20 17-ci il tarixində mübadilə edilmişdir (bütün Müqavilələrin surətləri qoşmada əlavə olunmuşdur); - Mübadilə zamanı aşağıdakı depozitlər ödənilmişdir: (a) 2-33 saylı mənzil üçün 59,093.73 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (b) 223 saylı mənzil üçün 58,637.50 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (c) 2-34 saylı mənzil üçün 59,093.75 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (d) 2-22 saylı mənzil üçün 90,118.75 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (e) 1-23 saylı mənzil üçün 58,637.50 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; - Alıcı müqavilə üzrə icranın tamamlanması tarixinə qədər satınalmanı tamamlamamışdır və nəticədə tamamlanmaya dair bildirişlər hər Müqavilə üzrə 7 sentyabr 20 18-ci tarixində və təkrar olaraq 3 oktyabr 2018-ci il tarixində göndərilmişdir; 10. - Alıcı satınalmanın tamamlanmasına dair bildirişlərə əməl etməmişdir və müvafiq şəkildə onların sifarişçiləri müqavilələrə xitam vermək və yuxarıdakı 2 saylı bənddə istinad olunan depozitləri özündə saxlamaq hüququ yaranmışdır və beləliklə, müqavilələrin hər birinə xitam verilməsinə dair bildirişlər 18 oktyabr 2018-ci il tarixində göndərilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 7 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6173/2021 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin 16 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, London şəhərində 5 (beş) əd əd mənzilin alınması layihəsi, sözügedən layihənin icrasının iddiaçı tərəfindən gecikdirilməsi səbəbindən (iddiaçı daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməmişdir), mülki hüquq müqavilələrin satıcı tərəfindən ləğv edilməsi ilə nəticələnmiş, nəticədə icranın gecikdirilməsi (müqavilənin icrasının tamamlanma tarixinə qədər satınalmanın tamamlanmaması) ilə əlaqədar iddiaçı tərəfindən satıcıya göndərilmiş depozit məbləği geri qaytarılmamışdır. Bununla da, iddiaçı tərəfindən böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina edilməklə, iddiaçıya bir növ mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi nəticəsində zərər dəymişdir. Beləliklə, iddiaçının sözügedən müqavilələr üzrə satıcıya ödəmiş oldu ğu depozit məbləği onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş ziyan hesab olunmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 119.1-ci maddəsində nəzərdə tutulmuş gəlirdən çıxılması məhdudlaşdırılan xərc hesab edilməməlidir. Ona görə də, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarın qəbul edilməsi zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi hallarının düzgün araşdırılmaması, iddiaçıya münasibətdə qanunvericiliyin normalarının düzgün tətbiq edilməməsi səbəbindən qərar əsassız hesab olunmaqla ləğv edilməlidir.

13. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia təl əbinin rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, E.M.Həsənov və A.Ə.Hüseyn) 31 may 2022-ci il tarixli, 21(103)-842/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia rədd edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. İddiaçının yuxarıda qeyd edilən xərci onun fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında iştirak etməmişdir. İddiaçı çəkdiyi bu xərclərin müqabilində hər hansı gəlir əldə etməmişdir. Bu səbəbdən, bu cür məsrəflər gəlirdən çıxılan xərclərə aid edilməməlidir.

16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirsə də, birinci instansiya məhkəməsinin qərarının və iddianın əsasını təşkil edən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 119.1,2-ci maddəsinə münasibət bildirməmişdir, bundan əlavə, bu və ya digər xərcin gəlirdən çıxılması üçün həmin xərc üzrə gəlir əldə edilməsinin zəruriliyi də əsaslandırmamışdır.

18. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi azad sahibkarlıq hüququnu əsas konstitusiya hüquq və azadlıqlardan biri kimi müəyyən edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikası VM-in 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Bu baxımdan gəlir əldə etmək məqsədi ilə sahibkarlıq və investisiya fəaliyyətini həyata keçirərkən məruz qaldığı xərcləri AR VM-in 119.1.2-ci maddəsinə zidd olaraq gəlirdən çıxmasına yol verilməməsi iddiaçının əsassız olaraq əlavə vergi ödəməsi ilə nəticələnir ki, bu da İddiaçının əsas konstitusiya hüququ olan azad sahibkarlıq və investisiya fəaliyyətini təşviq etmək əvəzinə, onun həyata keçirməsinə mane olur və həm Konstitusiya, həm də Azərbaycan Respublikası VM-in pozulmasına gətirib çıxarır.

19. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi maddi hüquq normalarını düzgün təfsir və tətbiq etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdehin kassasiya şikayətinə qarşı etirazının dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynidir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Vergi Məcəlləsi: Maddə

2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. 53.3. Bu Məcəllə ilə müəyyən edil miş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;..... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;...... 24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borclud ur. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir..... 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə

54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hall ar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə

77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur..... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə

104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə

108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. B u fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.https://e-qanun.az/framework/46948 108.2. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləğ i vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. 108.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. 108.4. Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır. 108.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Maddə

109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. 109.4. Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. 109.5. Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. 109.6. Ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlird ən çıxılır. 109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 109.8. Nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Maddə

130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan g əlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Maddə

119. Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması. 119.1. Aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir: 119.1.1. Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi; 11 9.1.2. bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla). 22. “İnzibati icraat haqqında” Qanun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

23. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.1. sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

25. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rının tətbiqində səhvə yol verilmişdir.

27. Belə ki, işin hallarından müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnamənin (4-cü redaksiya) 2.1-ci bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş lisenziya və bu nizamnamə əsasında fəaliyyət göstərərək investisiya xidmətləri göstərir.

28. Nizamnamənin 13.1 -ci bəndinə əsasən Cəmiyyət öz məqsəd və vəzifələrinə çatmaq üçün müqavilələr bağlayır, əmlak və qeyri-əmlak hüquqları əldə edir, üzərinə öhdəliklər götürür və digər qanuni fəaliyyət növləri həyata keçirir.

29. Nizamnamənin 13.2.4-cü və 13.2.5-ci maddələrinə əsasən tətbiq olunmalı qanunlara əsasən səhmlər, qiymətli kağızlar və istiqrazlar əldə etmək, tətbiq olunmalı qanunlara əsasən və fəaliyyətini genişləndirmək üçü n lazımi və arzulanan səviyyədə, Azərbaycan Respublikasının daxilində və xaricində daşınar və daşınmaz əmlakı almaq, icarəyə vermək və ya icarəyə götürmək cəmiyyətin hüquqlarıdır. 30. xx.xx.2017-ci il tarixdə bağlanmış “Satış müqaviləsi”-nə əsasən satıcı "X9 LANE” LİMİTED şirkəti (satıcının adından "FREETHS” LLP) ilə alıcı "xxxx" Şirkəti (alıcının adından JuRy O’Shea LLP) arasında 175 LONG LANE adlı yaşayış kompleksindəki mənzillərin satış müqaviləsi bağlanmış, həmin müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki, X2 (Beşinci buraxılış) müddəaları ("Standart Şərtlər”) bu Müqaviləyə tətbiq edilir və Standart Şərtlər və bu Müqavilə arasında ziddiyyət olarsa, bu Müqavilə üstün hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 7.5-ci bəndində qeyd edilmişdir ki, Standart Şərtlərin 1.5.1 -ci bəndi tət biq edilmir.

31. X7 (Beşinci Buraxılış) (Milli Satış Şərtləri 25-ci Buraxılış, Hüquq Şirkətinin Satış Şərtləri 2011)-nin 7.4.2-ci bəndindən görünür ki, satıcı müqaviləyə xitam verə bilər və belə olduqda: (a) o, aşağıdakıları edə bilər: (i) hər hansı depozit və ya hesablanmış faizləri itirmək və ya saxlamaq, (ii) əmlakı və ya bu müqaviləyə edilmiş hər hansı kontenti yenidən satmaq, (iii) zərər barədə iddia irəli sürmək; (b) alıcı satıcıdan alığı hər hansı sənədləri geri qaytarmalı və müqavilənin hər hansı qeydiyyatını ləğv edilməlidir. 32. 18.10.2018-ci il tarixli satıcı, “X9 LANE” LİMİTED şirkəti adından çıxış edən "xxxx" LLP Şirkəti tərəfindən "xxxx" Şirkəti adından çıxış edən JURY O’Shea LLP Şirkətinə ünvanlanmış Ləğv etmə haqqında bildirişdən görünür ki, satıcı ilə alıcı arasında Əmlakı n alğı-satqısı haqqında imzalanmış 12 dekabr 2017-ci il tarixli müqavilə, müqaviləyə inkorporasiya edilmiş X1 (Beşinci nəşr) hər hansı biri şərt göstərilərək, aşağıdakılar barədə bildiriş verilmişdir:

1. Alıcı Müqavilənin 6.8-ci Müddəasına əsasən 10 avqust 2018-ci il tarixli Tamamlama haqqında Bildirişə və daha sonra təsdiq edilmiş 3 oktyabr 2018-ci il tarixli Tamamlama haqqında Bildirişə uyğun olaraq Müqaviləni 17 oktyabr 2018-ci il tarixində tamamlamamışdır.

2. Satıcı Müqavilənin 7.4-cü Müddəasına uyğun olaraq Müqaviləni ləğv etmək hüququnu istifadə edir.

3. Satıcı Müqaviləni geri götürür və Müqavilənin 7.4.2-ci Müddəasına əsasən ödənilmiş depozit və yığılan faizləri özündə saxlayır.

4. Satıcı digər hüquqlarını və ya hüquqi müdafiə vasitələrini qoruyur. Xahiş edilmişdir ki, bildirişin əl avə edilmiş nüsxəsini imzalayıb geri göndərməklə bildirişi aldıqlarını təsdiq etsinlər. 33. "xxxx" LLP Şirkəti tərəfindən aidiyyəti şəxslərə ünvanlanmış 20 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, bu firma London, Long Lane, X12 ünvanındakı mənzillərin satışında X8 Lane Limited Şirkəti adından fəaliyyət göstərmişdir və onlar bu məktubla həmin şirkət adından aşağıda qeyd olunanları təsdiq edirlər: 1. 2-34, 2-33, 2-23 və 1-23 saylı mənzillərin satışı üçün X9 Lane Limited (1) və PSGKapital İnvestment Şirkəti (2) arasında müqavilələr bağlanmışdır və 12 dekabr 2017-ci il tarixində mübadilə edilmişdir (bütün Müqavilələrin surətləri qoşmada əlavə olunmuşdur).

2. Mübadilə zamanı aşağıdakı depozitlər ödənilmişdir: (a) 2-33 saylı mənzil üçün 59,093.73 X10 məbləğində depozit və 2.500 X10 m əbləğində ilkin ödəniş; (b) 223 saylı mənzil üçün 58,637.50 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (c) 2-34 saylı mənzil üçün 59,093.75 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (d) 2-22 saylı mənzil üçün 90,118.75 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş; (e) 1-23 saylı mənzil üçün 58,637.50 X10 məbləğində depozit və 2.500 X10 məbləğində ilkin ödəniş.

3. Alıcı müqavilə üzrə icranın tamamlanması tarixinə qədər satınalmanı tamamlamamışdır və nəticədə tamamlanmaya dair bildirişlər hər Müqavilə üzrə 7 sentyabr 2018-ci tarixində və təkrar olaraq 3 oktyabr 2018-ci il tarixində göndərilmişdir.

4. Alıcı satınalmanın tamamlanmasına dair bildirişlərə əməl etməmişdir və müvafiq şəkildə onların sifarişçiləri müqavilələrə xitam vermək və yu xarıdakı 2 saylı bənddə istinad olunan depozitləri özündə saxlamaq hüququ yaranmışdır və beləliklə, müqavilələrin hər birinə xitam verilməsinə dair bildirişlər 18 oktyabr 2018-ci il tarixində göndərilmişdir.

34. Cavabdeh tərəfindən məhkəmə tapşırığının icrası ilə əlaqədar olaraq xx.xx.2021ci il tarixli məktubla təqdim edilmiş 2019-cu mənfəət vergisinin bəyannamələrinin (cari və dəqiqləşdirilmiş) təsdiq olunmuş surətlərindən görünür ki, həmin vergi bəyannamələrində hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsində yuxarıda qeyd edilən satış müqavilələri üzrə satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği göstərilmişdir.

35. Cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı 2019-cu il üçün kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hiss əsində “Borc tələblərinin alınması ilə bağlı xərclər (231.6)” sətrində qeyd edilmiş 712.274.1 manat məbləğ vergi orqanının uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığı üçün kənarlaşma müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********749600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 37-ci, 67-civə 83-cü maddələrinə əsasən 2019-cu il üçün 142454.82 manat mənfəət vergisi hesablamışdır.

36. Müqavilənin şərtlərinə əsasən ödəni lmiş depozitin geri qaytarılmaması səbəbindən həmin məbləği təsisçinin xx.xx.2019-cu il tarixli qərarı əsasında Cəmiyyətin zərəri kimi tanımış və 2019-cu il üçün mənfəət vergi bəyannaməsində xərcə daxil edilmişdir. Müqavilələrin satıcı tərəfindən ləğv edilməsi halları məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş "Freeths LLP” Şirkəti tərəfindən təqdim edilmiş 20 iyul 2021-ci il tarixli məktubla da, öz təsdiqini tapmışdır.

37. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı tərəfindən London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hər hansı gəlir əldə edilmədiyindən alğı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmiş və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Eyni zamanda araşdırma zamanı bank çıxarışına əsasən 325.581,25 funt sterlinq dəyərində köçürmənin (depozit ödənişinin) xx.xx.2017-ci il tarixdə aparıldığı, alqı-satqı müqavilələrinin xx.xx.2017-ci il tarixlərdə bağlanıldığı, müqavilələrin X2 7.4.2-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini tamamlamadığı halda satıcı şirkətin ödənilmiş depozit məbləğini saxlamaq hüququnun təsbit edildiyi müəyyən edilmişdir. Cəmiyyətin yuxarıda qeyd edilən xərci onun fəaliyyəti üzrə gəlirlərin formalaşmasında iştirak etmir və cəmiyyət çəkdiyi bu xərclərin müqabilində hər hansı gəlir əldə etmir. Bu səbəbdən, bu cür məsrəflər gəlirdən çıxı lan xərcə aid edilmir.

38. İşin hallarından göründüyü kimi, London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi, sözügedən layihənin icrasının iddiaçı tərəfindən gecikdirilməsi səbəbindən (iddiaçı daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməmişdir), mülki hüquq müqavilələrin satıcı tərəfindən ləğv edilməsi ilə nəticələnmiş, nəticədə icranın gecikdirilməsi (müqavilənin icrasının tamamlanma tarixinə qədər satınalmanın tamamlanmaması) ilə əlaqədar iddiaçı tərəfindən satıcıya göndərilmiş depozit məbləği geri qaytarılmamışdır. Bununla da, iddiaçı tərəfindən böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina edilməklə, iddiaçıya bir növ mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi nəticəsində zərər dəymişdir.

39. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılmasını tənzimləyən 119-cu maddəsinin 1.2-ci bəndi gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmamasını istisna edir. Başqa sözlə desək qanunverici həmin məbləğləri gəlirdən çıxılan məbləğ hesab edir.

40. Beləliklə, iddiaçının sözügedən müqavilələr üzrə satıcıya ödəmiş olduğu depozit məbləği onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş ziyan hesab olunmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləs inin 119.1 -ci maddəsində nəzərdə tutulmuş gəlirdən çıxılması məhdudlaşdırılan xərc hesab edilməməlidir.

41. Odur ki, iddiaçının sözügedən xərcləri bəyannamədə qeyd etməsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu kimi qiymətləndirilə bilməz. Hazırkı qərarın 24-25ci bəndlərində göstərilən normaların məzmunundan isə məlumdur ki, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda vergi orqanı vergi ödəyicisini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə isə cavabdeh tərəfindən göstərilən normanın tələbinə əməl edilməmişdir.

42. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sözügedən müqavilələr üzrə satıcıya ödəmiş olduğu depozit məbləği Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclər in siyahısında nəzərdə tutulmayıb (bax: hazırkı qərarın 24-25-cü bəndləri). Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli, **********699200 saylı qərar qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

43. Hazırkı qərarın 25-ci bəndində göstərilən normalardan görünür ki, inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər.

44. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 21(103)-842/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Cavabdehin 16 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar