Məhkəmə qərarları › İş №2-1(102)-1717/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1717/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1717/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının qismən ləğv edilməsi; düzgün aparılmamış inzibati icraat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qa rşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli 2-1(103)-1152/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 12.10.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən iddiaçı müəssisədə operativ vergi nəzarəti tədbirləri keçirilmiş və tədbir nəticəsində xx.xx.2020-ci il tarixə müəssisənin sahibliyində 177 535,48 manat məbləğində mal qalığı (sürtgü yağları) müəyyən edilmiş, sement üzrə qalıq aşkar edilməmişdir.

2. Cavabdeh tərəfindən aparı lan araşdırma zamanı elektron qaimə-faktura üzrə xx.xx.2020-ci il tarixədək (operativ vergi nəzarəti tədbirləri keçirildiyi tarixədək) ümumi dəyəri 5 392 450,00 manat (ƏDV-siz) olan 68 048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sementin alındığı, ümumi dəyəri 4 707 330,00 manat (ƏDV-siz) olan 53 260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sementin satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14 788,10 ton (68 048,86 ton (alınmış sement) – 53 260,76 ton (satılmış sement)) sementin əskik gəldiyi, sement qalığı üzrə 235 255,00 manat (14 788,10 ton x 88,38 manat x 18%) ƏDV-nin yayındırıldığı aşkar edilmişdir.

3. Vergi ödəyicisinə yuxarıda qeyd olunan kənarlaşma barədə xx.xx.2020-ci il tarixli **********499600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələ b edilməsi haqqında” məktub göndərilmiş, cəmiyyət tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2020-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 235 255,00 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi ilə bağlı inzibati şikayət vermişdir.

5. Digər tərəfdən, iddiaçın ın müraciəti əsasında müvafiq hesabat dövrü üzrə yenidən kameral vergi yoxlaması aparılmış və araşdırma zamanı uçot-baza məlumatlarından əldə edilmiş elektron qaimə-fakturalara əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi vaxtadək vergi ödəyicisi tərəfindən 57 783,99 ton sementin satıldığı, əskik gəlmiş sementin miqdarının 4 523,22 ton çox müəyyən edildiyi məlum olmuşdur. Odur ki, qeyd olunan hal nəzərə alınmaqla kameral qaydada hesablanmış vergi məbləği 71 957,35 manat azaldılmaqla, vergi ödəyicisi barəsində 2020-ci ilin oktyabr ayı üçün xx.xx.2021-ci il tarixli **********066900 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən təqdim edilmiş bəyannamə üzə hesablanmış vergi 254605,84 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi 254605,84 manat, vergi orqanı tərəfind ən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 182648,49 manat, azaldılmış vergi məbləği 71957,35 manat təşkil etmişdir.

6. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 07 may 2021-ci il tarixli **********558400 nömrəli qərarı ilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********767900 nömrəli qərarının 2-ci hissəsi 182648,49 manat hissədə dəyişdirilmədən saxlanılmış, 71 957,35 manat hissədə ləğv edilmiş, iddiaçı cəmiyyətdə real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsinin təmin edilməsi cavabdehə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəmə sində icraat

7. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321493,21 manat dəyərində sementə görə hesablanmış 57868,77 manat məbləğin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumi dəyəri 314787,72 manat (ƏDV-siz) olan 4449,36 ton (1 tonun orta qiyməti 70,75 manat) sement alınmış, ümumi dəyəri 678969,23 manat (ƏDV-siz) olan 8450,52 ton (1 tonun orta qiyməti 80,35 man at) sement satılmışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı cəmiyyətə **********767900 nömrəli 06 yanvar 2021-ci il tarixli qərara əsasən kameral yoxlama ilə (407275,28 + 321493,21 x 18%) 728768,49 manatlıq sement satış dövriyyəsindən 18% dərəcə ilə iki qat, yəni 131178,33 manat ƏDV artıq tutulmuşdur. Sonradan cavabdehin xx.xx.2021-ci il tarixli **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən operativ vergi nəzarəti aktının nəticələrinə əsasən səhv hesablanılmış 4229,85 ton sement (satış dəyəri 407275,28 manat) məbləğə görə hesablanılmış 71957,35 manat məbləğ azaldılmış və bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli ***** *****558400 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərarı ilə təsdiq edilmişdir. Lakin həmin qərar ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək elektron qaimə-fakturaları təqdim edilmiş 4001,16 ton, 321493,21 manat dəyərində sementə görə hesablanmış 57868,77 manat məbləğ azaldılmamışdır. Belə ki, həmin qaimə-fakturalara əsasən dövriyyələr 2020-ci ilin noyabr və dekabr aylarında bəyan edilmişdir, operativ vergi nəzarəti tədbirinin nəticələrinə əsasən isə həmin dövriyyə oktyabr ayına kameral vergi yoxlaması ilə hesablanılmışdır. Bununla da, faktiki olaraq eyni vergi tutma predmetinə münasibətdə 2 dəfə vergitutma halı baş vermişdir. Eyni zamanda 2020-ci il ərzində təqdim olunmuş 1606,2 ton sementə görə ödənilməli olan 106749,84 manat məbləğ qarşı təşkilatlar tərəfindən iddiaçıya ödənilməmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında işin hallarına istinad etmiş, əlavə olaraq etirazını Vergi Məcəlləsinin 16.1.1, 166.1, 166.2 və 166.7-ci maddələri ilə əsaslandırmışdır.

10. İşin məhkəmə araşdırması zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/2089 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, vergi müəssisəsinin təqdim etdiyi elektron qaimələrə əsasən büdcəyə ödənilməli olan ƏDV məbləği 2020-ci ilin oktyabr ayı üzrə 18290,07 manat, noyabr ayı üzrə 23142,72 manat, dekabr ayı üzrə 12402,82 manat olmaqla cəmi 53835,602 manat təşkil edir. İş materiallarında olan təhvil-təslim aktlarında göstərilən sement satışı ilə sonradan təq dim edilmiş elektron qaimələrin müqayisəsi zamanı kənarlaşma müəyyən edilməmişdir. Həmçinin təhvil-təslim aktlarında göstərilən və sonradan təqdim edilmiş elektron qaimələrlə bəyan edilmiş sement satışı üzrə ödənilməli olan əlavə dəyər vergisinin məbləği 53835,60 manat müəyyən olunur.

11. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2-1(112)-1183/2022 nömrəli qərarı (hakim A.Əhədova) ilə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən- vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 182648,49 manat vergi məbləğinin 16887,76 manat hissəsində ləğv edilmiş, iddia qalan hissəd ə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki: - iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının ən tez tarixlisi iyul, avqust 2020-ci olduğu halda iddiaçı həmin dəyərdə sementə görə yalnız 3 ay sonra, məhz operativ vergi nəzarətindən sonra 2020-ci il oktyabr ayının sonu, noyabr və dekabr ayları üzrə tərtib edərək təqdim etmişdir. - Bundan əlavə, malların təqdim edilməsi barədə elektron qaimə fakturalar “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilməlidir. Həmin Qaydalara uyğun tərtib edilməyən e-qaimələr isə malın təqdim edilməsinin əsası kimi çıxış edə bilməz. Qaydaların tələblərinə görə elektron qaiməfakturalarda “Əsas” sətrində malın təqdim edilməsi ilə bağlı sənədlər, xüsusən də müqavilələr, təhvil-təslim aktları və s. sənədlər bilavasitə göstərilməlidir. - Hazırkı iş üzrə təqdim edilmiş təhvil-təslim aktlarında göstərilən sement satışı ilə bağlı sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı müəyyən olunmuşdur ki, e-qaimələrdə konkret olaraq təhvil-təslim aktlarına istinad edilməmiş, e-qaimələrin nəyin əsasında tərtib olunduğu, e-qaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsi qeyd edilməmişdir. Belə olan halda iddiaçının operativ vergi nəzarətindən sonra təqdim etdiyi e-qaimələr yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun tərtib edilmiş sayıla bilməz. Bu halda həmin e-qaimələr də Qaydaların birbaşa imperativ göstərişinə əsasən malın təqdim edilməsinin əsası kimi qiymətləndirilmir və sementin satışını təsdiq edən sənəd qismin də dəyərləndirilə bilməz. - Məhkəmə təhvil-təslim aktları və e-qaimələri sementin təqdim edilmə sənədi kimi qəbul etmədiyindən həmin sənədləri mötəbər hesab edərək vergi məbləğinin hesablanılması ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyini hazırkı işin həlli üzrə sübut qismində qəbul etmir və bu əsasdan həmin rəyə mahiyyəti üzrə hüquqi qiymət verilməsini zəruri hesab etmir. - Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixədək elektron qaimə-faktura verilmədən mallar təqdim edilmiş, xx.xx.2020-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı malların əskik gəlməsi faktı aşkar edilmiş və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü, yəni 2020-ci ilin oktyabr ayı üzrə aparılmış kameral vergi yoxlaması zamanı hesablanmış, sonradan təqdim e-qaimələr isə qanunvericiliyin tələblərinə uyğun olmadığından malın təqdim edilməsi kimi rəsmiləşməsinə əsas vermir. İddiaçının yoxlama zamanı 10.264,87 ton mal qalığı əskik gəldiyindən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə vergi hesablamaqda haqlı olmuşdur. Lakin məhkəmə iddiaçıya əlavə vergi hesablanmasında cavabdehin qərarı ilə razılaşsa da, hesablanan əlavə verginin məbləğini əsaslı hesab etmir. - Belə ki, VM-nin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. - Həmi n Məcəllənin 161.2-ci maddəsinə əsasən əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. - VM-in 161.3-cü maddəsinə görə bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəll ənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. - Göründüyü kimi, əgər VM-in 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı alınan haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutursa, 161.3-cü maddə malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanmasını müəyyən edir. - Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən əksik gələn sementin dəyərini sementin 1 tonunun satış dəyərindən (88,38 manat) deyil, alış dəyərindən (79,24 manat) hesablamalı idi. - Beləliklə, kameral yoxlama zamanı ümumi 68.048,86 ton sement alındığı halda operativ vergi nəzarətinə qədər 57.783,99 ton (53.260.76 ton +4523,22 t on) sement satıldığı nəzərə alındıqda ümumilikdə əksik gəlmiş və sənədlərlə təsdiqini tapmayan 10.264,87 ton (alınan sement 68.048,86 ton – satılan sement 57.783,99 ton) sementə görə ƏDV hesablanarkən 1 ton sementin alış qiyməti 79.24 manat olmaqla hesablandıqda ƏDV məbləği 146.409,90 manat (10.264,87 ton x 79,24 manat x 18%) olduğu müəyyən olunur. Beləliklə, 2020-ci il oktyabr ayı üzrə ƏDV vergisi əksik gələn 146.409,90 manat+ vergi ödəyicisinin bəyan etdiyi 19.350,83 manat=165.760,73 manat edir. Belə olan halda vergi orqanın mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 182.648,49 manat verginin 16.887,76 manat hissəsində (182.648,49 man -165.760,73 man) ləğv edilməlidir.

13. İddiaçı həmin qərardan apellya siya şikayəti verərək qərarın iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddianın təmin edilmiş hissəsində qərarın ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-1152/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2-1(112)-1183/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində işin hallarına, iddia ərizəsindəki dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinə əsasən “Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmə tlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Lakin apellyasiya instansiya məhkəməsi qanunveciliyin normasını düzgün tətbiq etməyərək təqdim olunmuş elektron qaimə fakturaları malların təqdim edilməsi sənədi kimi qəbul etməyərək, Vergi Məcəlləsinin qeyd olunan normasının tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə qərarında elektron qaimə faktura barədə formal və texniki tələblərə (e-qaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsi qeyd edilməməsi) istinad edərək əsassız qərar qəbul etmişdir. Halbuki, iş materiallarında olan təhvil-təslim aktları və elektron qaimə fakturaların müqayisəsi nəticəsində müəyyən olunur ki, həm təhvil-təslim aktlarinda, həm də elektron qaimə fakturalarda alıcı və satıcı, həmçinin satılmış malların tərkibi və qiyməti də daxil olma qla, bütün məlumatlar birəbir eynilik təşkil edir.. Lakin məhkəmə kollegiyası tərəfindən elektron qaimə faktura və təhvil təslim aktlarındaki əsas məlumatları (tərəflərin adı, VÖEN-i, müqavilənin tarixi və nömrəsi, malların növü, çeşidi, vahidinin sayı, cəmi sayı, vahidinin qiyməti, cəmi məbləğ və s.) müqayisə etməmiş, müqayisə yalnız və yalnız eelektron qaimə-fakturanın “Əsas” hissəsində “təhvil-təslim” aktının tarixi və nömrəsinin yazılmaması üzərindən aparılmışdır.

20. Bundan başqa məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin sonradan məhkəmə özü-özünü təkzib edərək ekspert rəyini sübüt kimi qəbul etməmişdir. Qərarda qeyd olunmuşdur ki, məhkəmə təhvil-təslim aktları və e-qaimələri sementin təqdim edilmə sənədi kimi qəbul etmədiyindən həmin sənədləri mötəbər hesab edərək vergi m əbləğinin hesablanılması ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyini hazırkı işin həlli üzrə sübut qismində qəbul etmir və bu əsasdan həmin rəyə mahiyyəti üzrə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Halbuki, ekspertiza rəyi kifayət qədər əsaslı və işin mahiyyəti üzrə verilmişdir, məhkəmə tərəfindən qoyulmuş sualları tam şəkildə əhatə etmişdir.

21. Bundan əlavə, ümumilikdə təhvil təslim aktları ilə qarşı tərəfə verilmiş və elektron qaimıə fakturası sonrakı aylarda yazılmış 4001,16 ton, satış qiyməti ilə 321493,21 manatlıq sementə görə 2020-ci ilin oktyabr-dekabr ayları üzrə vergi ödəyicisinin özü tərəfindən bəyənnamə təqdim edilərək vergi məbləği hesablanılmışdır. Elektron qaimə fakturalar da bu dövrdə təqdim edildiyindən, bank hesabına və ƏDV depozit hesabına vəsait bu dövrdə daxil olduğundan həmin aylar üzrə dəqiqləşdirilmiş bəyənnamə verilərək azalma aparılması texniki və Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən düzgün deyildir. Mövcud halda 321 493,21 manat dəyərində sementə görə hesablanılmış 57868.77 manat məbləğ 2020-ci ilin oktyabr-dekabr ayları üzrə vergi ödəyicisinin özü tərəfindən bəyan edilərək dövlət büdcəsinə ödənilmiş, həmdə oktyabr ayı üzrə kameral qaydada hesablama aparılmışdır. Beləliklə eyni vergitutma mənbəsindən ikiqat vergi hesablaması aparılmışdır b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazındakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsi vergi tutulan əməliyyatın vaxtını dəqiq müəyyən edir. Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən malların əskik gəlməsi zamanı malların əskik gəldiyi vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. Hazırki halda, malların əskik gəlməsi faktı 2020-ci ilin oktyabr ayında aşkar edilib və vergi məbləği də müvafiq olaraq 2020-ci ilin oktyabr ayı üçün hesablanıb. Əgər iddiaçı sonradan (2020-ci ilin noyabr və dekabr ayları) tərtib edilmiş elektron qaiməfakturaların 2020-ci ilin oktyabrından əvvəl təhvil-təslim aktları ilə (elektron qaimə-faktura olmadan) təqdim edilmiş mallara aid edildiyini bildirirsə, o zaman iddiaçı özü müvafiq dövrlərə (2020-ci ilin noyabr və dekabr ayları üzrə) dəqiqləşdirilmiş bəyannamə, müvafiq sübutlar təqdim edərək dövriyyəsini dəqiqləşdirə bilər. Bu zaman da vergi orqanı tərəfindən həmin bəyannamə üzrə k ameral yoxlama aparılaraq müvafiq qiymət verilə bilər. Başqa sözlə desək, hər bir halda, iddiaçı tərəfindən xx.xx.2020-ci ildən əvvəl elektron qaimə-faktura verilmədən malların təqdim edilməsi, həmin malların əskik gəlməsi 2020-ci ilin oktyabr ayında vergiyə cəlb edilməlidir, çünki Vergi Məcəlləsi vergi tutulan əməliyyatın vaxtını elektron qaimə-fakturanın tərtib edilmə tarixinə bağlamır. Eyni yanaşma Vergi Məcəlləsinin 67.15-ci maddəsində də əks edilib və vergi orqanı tərəfindən əsaslı qərarın qəbul edildiyini göstərir.

23. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən və ya Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir.

24. Digər tərəfdən, Vergi Məcəlləsinin 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutur. Lakin məhkəmə bu müddəanı nəzərə almayaraq, 161.3-cü maddəyə istinad etmiş və bildirmişdir ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsi malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanması müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 161.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. 25. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməm əsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İN STANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tam təmin edilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

34. İlk növbədə, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki iddianın qısa mahiyyəti və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı müəssisə tərəfindən elektron qaimə-faktura üzrə xx.xx.2020-ci il tarixədək (OVN keçirilən tarixədək) ümumi dəyəri 5392450,00 manat (ƏDV-siz) olan 68048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sementin alındığı, ümumi dəyəri 4707330,00 manat (ƏDV-siz) olan 53260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sementin satıldığı müəyyən edilsə də, iddiaçı müəssisədə aparılan operativ vergi yoxlaması nəticəsində sement üzrə mal qalığının olmadığı aşkar edilmiş, nəticədə 14788,10 ton (68048,86 ton (alınmış sement) - 53260,76 ton (satılmış sement)) sement əskik gəldiyindən, sement qalığı üzrə 235255,00 manat (14788,10 ton x 88,38 manat x 18%) ƏDV-nin yayın dırıldığı aşkar edilmişdir. Odur ki, iddiaçıya müəssisəyə kameral vergi yoxlaması ilə 2020-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 235255,00 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisinin müraciəti əsasında müvafiq hesabat dövrü üzrə yenidən kameral vergi yoxlaması aparılmış və araşdırma zamanı uçotbaza məlumatlarından əldə edilmiş elektron qaimə-fakturalara əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi vaxtadək vergi ödəyicisi tərəfindən 57783,99 ton sementin satıldığı, əskik gəlmiş sementin miqdarının 4523,22 ton çox müəyyən edildiyi məlum olmuş və qeyd olunan hal nəzərə a lınmaqla kameral qaydada hesablanılmış vergi məbləği 71957,35 manat azaldılmaqla, vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********066900 nömrəli qərar göndərilmişdir. Hazırda iddiaçı operativ vergi yoxlaması keçirilənədək faktiki satılmış, lakin elektron-qaimə fakturası operativ yoxlamadan sonra tərtib edilmiş 4001.16 ton, 321493.21 manat dəyərində sementə görə hesablanmış 57868.77 manat ƏDV məbləğinin də azaldılmasını xahiş edir. Cavabdeh vergi orqanının sözügedən elektronqaimə fakturaları əsas götürməklə vergi məbləğinin azaldılmasından imtina edir.

35. Başqa sözlə, cavabdeh orqan mübahisələndirilən qərarla 2020-ci ilin oktyabr ayı üzrə 4001.16 ton sementin təqdim edilməsinə görə 63652.05 manat (4001.16 ton x 88,38 manat x 18%) ƏDV məbləği hesablamış, iddiaçı isə eyni həcmli sementi n təqdim edilməsinə görə 57868.77 manat (4001.16 ton x 80,35 manat x 18%) ƏDV hesablamışdır ki, iddiaçı həmin ƏDV məbləğlərini operativ yoxlamadan sonra bəyan etmişdir.

36. Beləliklə, iddia predmeti xx.xx.2021-ci il tarixli **********066900 nömrəli qərarın 57868.77 manat hissəsində, yəni qismən ləğvi ilə bağlıdır. Odur ki, iddia mübahisələndirmə haqqında iddia olduğundan İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

37. Qeyd edilməlidir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin ə mlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitus iya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

38. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən süb utlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

39. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəala rdan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.

40. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

41. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əv əz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

42. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının operativ yoxlama anına sement üzrə mal qalığının olmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, vergi orqanı haqlı olaraq iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinə əsasən vergi hesablamışdır. Lakin, hesablama zamanı vergi orqanı sementin 1 tonunun orta qiymətini 88,38 manatdan götürmüş, bu zaman hesablamanı hansı qaydada apardığını əsaslandırmamışdır. Belə ki, vergi orqanı inzibati orqan kimi qəbul etdiyi inzibati aktı əsaslandırmaq vəzifəsi daşıyır ki, həmin vəzifə “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəs indən irəli gəlir. Həmin maddəyə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməli, eyni zamanda icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla akt əsaslandırılmalıdır (“İnzibati icraat haqqında” Qanunun 61.1, 61.2 və 61.4-cü maddələri). Lakin cavabdeh vergi orqanı hesablamanı apararkən qeyd olunan hüquq normalarının tələblərinə riayət etməmiş, nə mübahisələndirilən inzibati aktda, nə də kameral uyğunsuzluq məktubunda sementin 1 tonunun orta satış qiymətini necə müəyyən etdiyini göstərməmiş və əsaslandırmamışdır.

44. Digər tərəfdən isə, id diaçının operativ yoxlamadan sonra təqdim etdiyi bəyannamə məlumatlarından sementin 1 tonunun orta satış qiymətinin 80,35 manat olduğu müəyyən olunur ki, bu da cavabdehin hesablamasının şişirdilmiş olduğunu bir daha təsdiq edir.

45. Halbuki, vergi qanunvericiliyi vergi orqanına yoxlama zamanı gəlirlərin və xərclərin məbləğlərini müəyyən etmək üçün müəyyən imkanlar nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri m əhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır ki, cavabdeh hazırkı iş üzrə kameral yoxlama zamanı Vergi Məcəlləsinin 67.1-ci maddəsinə uyğun davrandığını sübut edə bilməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının vergi məsuliyyətini müəyyən edərkən əsaslandırmamış qərar qəbul etmiş, vergi öhdəliklərinin müəyyən edilməsi üçün qanunla ona verilmiş imkanlardan istifadə etməmiş, nəticədə iddiaçının hüquqlarını və qanuni maraqlarını pozan qərar qəbul etmişdir.

47. Digər tərəfdən, iddiaçı hazırkı iddia ilə mübahisələndirdiyi məbləği bəyan etmiş, cavabdeh tərəfindən is ə operativ yoxlamadan sonra iddiaçı tərəfindən yeni sement alışına dair sübutlar təqdim edilməmiş və iş materiallarında mövcud deyildir. Odur ki, iddiaçı operativ yoxlamayadək təqdim etdiyi sementə görə vergiləri bəyan etdiyindən, iddia təmin olunan halda, dövlət büdcəsi hər hansı zərər çəkmir. Əksinə, iddianın təmin olunmadığı halda isə, iddiaçı eyni malın təqdim edilməsinə görə iki dəfə vergi ödəmiş olacaqdır ki, bu hal Vergi Məcəlləsinin 3.5-ci maddəsinə ziddir (Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz). Bununla yanaşı, hətta, iddiaçı operativ yoxlamadan sonra sement almış olsa da belə, həmin sementin satışına görə vergi öhdəliyi qalmaqda davam edir. Başqa sözlə, iddiaçı operativ yoxlamadan sonra aldığı sementə görə ve rgini bəyan etmək vəzifəsi daşıyır və hazırkı iddianın təmin edilməsi bu hala mane deyildir. Çünki, hazırkı halda iddiaçının azaldılmasını tələb etdiyi vergi məbləği məhz yoxlamayadək əldə edilmiş və təqdim edilmiş sementə görə hesablanmışdır.

48. Bununla yanaşı, cavabdeh orqan iddiaçı tərəfindən yoxlamadan sonra təqdim edilmiş bəyannamələrdəki məlumatı mübahisələndirməmiş, başqa sözlə, iddiaçının bəyan etdiyi dövriyyə ilə razılaşmış, həmin bəyannamələr üzrə məbləğlərin hansı satışla bağlı olduğunu araşdırmamış, bununla bağlı iddiaçıya hüquqi yardım göstərməmiş, nəticədə iddiaçının eyni məhsulların satışından əldə etdiyi gəlirə görə iki dəfə vergi ödəməsinə şərait yaratmış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsini pozmuşdur (İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz).

49. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozularaq düzgün inzibati icraat aparılmadığından cavabdeh müvafiq inzibati icraatın və araşdırmanın məhkəmə tərəfindən aparılmasını tələb etməkdə haqlı sayıla bilməz və iddiaçı hazırkı iddia tələbində haqlıdır.

50. Aşağı instansiya məhkəmələri qərarlarında iddiaçı tərəfindən təqdim edilmiş elektron-qaimə fakturaların mötəbər olmaması qənaətinə gəlsələr də, bununla bağlı məhkəmə kollegiyası bildirir ki, məhz həmin elektron-qaimə fakturalar əsasında təqdim edilmiş bəyannamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmin elektron-qaimə fakturalara görə bəyan edilmiş vergi məbləğləri cavabdeh tərəfindən qəbu l edilmişdir.

51. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-1152/2023 nömrəli qərarı qismən – iddianın rədd edildiyi hissədə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 21(103)-1152/2023 nömrəli qərarı qismən – iddianın rədd edildiyi hissədə (40981,01 manat) ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin, iddia həm in hissədə də təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar