Məhkəmə qərarları › İş №2-1(102)-1723/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1723/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrasının təmin edilməsi) 17.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “məhkəmə qərarının icrasının təmin edilməsinə dair” ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(103)-915/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8030/2023 nömrəli qərarı ilə iddiaçıya İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)4042/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8030/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli, 2-1(102)1234/2024 nömrəli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-4042/2023 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Qanuni qüvvəyə minən həmin məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.

5. Həmin məhkəmə qərarı əsasında cavabdeh tərəfindən iddiaçıya “Baş beynin travmatik xəstəliyi. Posttravmatik ensefalopatiya, kəskin astenonevrotik sindromla. Kəllədaxili hipertenziya” diaqnozu ilə hərbi xidmət vəzif ələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar xx.xx.2022-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sözügedən məhkəmə qərarına əsasən ona əlilliyin (61-80% İİ dərəcə) 1990-cı ildən verilməsinin tanındığını, 30 ildən çox əlilliyi olan şəxs olduğundan müvafiq əlillik dərəcəsinin ona 5 il müddətinə deyil, müddətsiz təyin olunmalı olduğunu bildirmiş və məhkəmə qərarının lazımi qaydada icrasının təmin edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 15 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8030/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi, hazırkı iş üzrə məhkəmə qə rarının icrası zamanı iddiaçıya İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən müddətsiz təyin edilməli olduğunun nəzərə alınması qərar alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarının nəticə hissəsində “iddiaçıya İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi” öhdəliyi cavabdehin üzərinə qoyularkən əlilliyin təyin edilmə müddəti qeyd olunmasa da, işin faktiki hallarından və məhkəmə qərarının məzmunundan (qanunvericilik normalarının təhlilinə əsasən) aşkar görünür ki, iddiaçıya İİ dərəcə əlillik müddətsiz təyin edilməlidir.

9. Cavabdeh ape llyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Ceyhun Məmmədov) 12 fevral 2025-ci il tarixli, 2-1(103)-915/2025 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iddiaçının ərizəsi təmin olunmamışdır.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə yekun məhkəmə qərarı ilə iddiaçıya İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi, qərarda əl illiyin müddətsiz təyin edilməsi göstərilməmişdir. Məhkəmə qərarı ilə təyin edilməsi qərara alınmış əlilliyin mübahisələndirilən qərardadla müddətsiz müəyyən edilməsi məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi deyil, məhkəmə qərarında göstərilməmiş yeni halın müəyyən edilməsidir. Qeyd olunanlara əsasən məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi qaydasında məhkəmə qərarının icrası zamanı iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməli olduğunun nəzərə alınmasının qərara alınması əsassızdır. Qeyd olunan halda həmin məsələyə məhkəmə qərarının izah edilməsi qaydasında baxıla bilər. Bu səbəbdən də iddiaçı qərarın izah edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci ins tansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun məhkəmə qərarının icrasının təmin edilməsinə dair ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə sinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 nömrəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərar dadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Belə ki, hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ona təyin edilmiş müvafiq əlillik dərəcəsinin müddətsiz təyin edilməsinə nail olmaqdan ibarətdir.

23. Halbuki, iddiaçı iddia ərizəsində belə bir tələb irəli sürməmişdir və bu qərarın 15-ci bəndində istinad edilən normaya əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin, iş üzrə yekun məhkəmə qərarı ilə də cavabdehin üzərinə iddiaçıya müvafiq əlillik dərəcəsinin müddətsiz təyin edilməsinə dair öhdəlik qoyulmamışdır.

24. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının məhkəmə qərarının icrasının təmin edilməsi barədə ərizədə əlilliyin müddətsiz təyin olunmasına dair irəli sürdüyü tələb, əslində əlilliyin müddətinə münasibətdə mahiyyətcə yeni tələbdir. Bu mənada həmin tələbin qərarın icrası mərhələsində və qaydasında təmin olunması məhkəmə qərarının nəticə hissəsinin və qərarın həll etdiyi məsələnin məzmununun əsaslı şəkildə dəyişdirilməsinə səbəb olardı. Bu baxımdan iddiaçı sözügedən məhkəmə qərarı əsasında ona təyin olunmuş müvafiq əlillik dərəcəsinin müddətsiz təyin edilməli olmasına dair tələbində haqlı sayıla bilməz.

25. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 21(103)-915/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar