Məhkəmə qərarları › İş №2-1(102)-1731/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1731/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1731/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (İş № 2-1(102)-1731/20) (Açar sözlər: hüquq və azadlıqların pozulmasının tanınması; iddianın mümkünlüyü) Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Giriş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «qərarın qanunsuz hesab edilməsi »tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1177/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçıların vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar (mitinq təşkilatçıları) İddiaçı1, İddiaçı2 və X2 Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, məişət zorakılığına etiraz etmək, məişət zorakılığına məruz qalmış qadınlara ictimai dəstək nümayiş etdirmək, mövqelərinin aidiyyəti dövlət orqanlarına və şəhər sakinlərinin diqqətinə çatdırmaq üçün xx xxxxxxx 2019-cu il tarixdə Səbail rayonu ərazisində yerləşən Xurşidbanu Natəvan heykəlinin qarşısından başlayıb Fəvvarələr meydanı, Xaqani və Nizami küçələrindən keçməklə Kolorit kafesinin qarşısına kimi yürüş keçirməyə imkan yaradılmasını xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyəti 1-952-003 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, «Müraciətdə qeyd etdiyiniz ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerlərındəndir. Həmçinin burada çoxlu ictimai-iaşə, ticarət, xidmət və əyləncə obyektləri mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla, bu ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir. Yuxarıdakıları və «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, xx xxxxxxx 2019-cu il tarixdə planlaşdırdığınız yürüş ün keçirilməsini məqsədəuyğun hesab etmirik.» İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2019-cu il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İ hissəsinə istinadən mitinq təşkilatçıları qrupunun təklif etdiyi yerlərdə mitinq keçirilməsini məqsədəuyğun hesab etməmiş, əla və olaraq qeyd etmişdir ki, yürüşün keçirilməsi nəzərdə tutulan ərazi paytaxt sakinlərinin və qonaqların ən çox istirahət etdikləri yerdir, həmçinin orada çoxlu ictimai-iaşə, xidmət, ticarət və əyləncə obyektləri mövcuddur. Bu bəhanə ilə yürüş faktiki olaraq qadağan edilmişdir. Cavabdehin xx xxxxxxx 2019-cu il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırki işdə inzibati orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqs ədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin istinad etdiyi «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1 hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı a) yalnız qanunda nəzərdə tutulan və (b) demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Adı çəkilən Qanunun 7-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuşdur ki, sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasınd a məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verilməmişdir. Cavabdehin qərarında göstərilən səbəb (bəhanə) qanunsuzdur, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunda yürüşün (aksyanın) keçiriləcəyi yerlə bağlı konkret məhdudlaşdırıcı norma var. Belə ki, həmin qanunun 9-cu maddəsinin 3-cü bəndində deyilir: İİİ. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər: 1) Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq i cra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində; 2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kana lizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında; hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə; penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə. Göründüyü kimi, qanunda sakinlərin və qonaqların istirahət etdiyi yerdə yürüş keçirilməsi ilə bağlı heç bir qadağanedici müddəa yoxdur. Beləliklə, cavabdeh nəticə etibarilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Cav abdeh inzibati orqan qanunvericiliyin tələblərini pozaraq, iddiaçıların və onlarla birlikdə küçə yürüşü planlaşdıran vətəndaşların sərbəst toplaşmaq azadlığına qanunla nəzərdə tutulmayan və demokratik cəmiyyətdə zəruri olmayan məhdudiyyət qoymuşdur. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)617/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia müəyyən etmə və tanınma haqqında iddiaya aid edilə bilməz və belə bir iddianın Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aid liyi müəyyən olunmur. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1177/2020 nömrəli qərardadı ilə iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçının nümayəndəsi həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıların hazırki müraciəti ilə əlaqədar, onların aksiya təşkilatçıları qrupu 2019-cu il oktyabrın 20-də «X4!» şüarı ilə yürüşün saat 15-də şəhərin mərkəzində Natəvan heykəlinin qarşısında başlanaraq, Nizami küçəsində yerləşən «Kolorit» kafesinin yanında bitəcəyini bildirmişlər. İddiaçılar tərəfindən müraciətdə qeyd edilmiş ərazilər günün əksər saatlarında, xüsusilə də, mitinqin planlaşdırıldığı saatda geniş insan kütləsinin daimi istifadəsində olan, həmçinin, çoxsaylı ictimai-iaşə, ticarət, xidmət, istirahət və əyləncə obyektlərinin mövcud olduğu ərazilərə aiddir. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia va sitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən hazırkı məzmunda iddia mümkünsüzdür. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün yetərli hesab etmir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cumaddəsinə əsasən Ali Məhkəmə apelyasiya inst ansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1177/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar