Məhkəmə qərarları › İş №2-1(102)-1734/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1734/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1734/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranları üçün müavinət, müharibə veteranı vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üçün müavinətin ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müharibə veteranları üçün nəzərdə tut ulmuş, lakin ona ödənilməmiş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli, 21(107)-265/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 30 yanvar 2019-cu il tarixdə müharibə veteranı adı və 085104 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən ona müharibə veteranı kimi sosial müavinət ödənilir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək müharibə veteran ı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. İmtina məktubunda cavabdeh bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyğun olaraq, iddiaçıya müharibə veteranı vəsiqəsi verildiyi 30 yanvar 2019-cu il tarixdən müvafiq müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müharibə iştirakçısı olduğu üçün vəsiqə almazdan əvvəl müharibə veteranları üçün ödənilmiş, lakin ona ödənilməmiş müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdı r ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. Bununla bağlı ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 085104 nömrəli, 30.01.2019-cu il tarixli vəsiqə verilmişdir. Vəsiqənin verildiyi tarixdən ona müavinət ödənilir. Lakin ona əvvəlki illərə görə müavinətin ödənilməsindən cavabdeh tərəfindən əsassız imtina olunmuşdur.

5. Şəki İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(116)-254/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov ) qərarı ilə iddia qismən təmin edilmiş, müharibə veteranları üçün nəzərdə tutulmuş və 30.01.2016-cı il tarixdən 30.01.2019-cu il tarixədək ödənilməmiş müavinətin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır və onun iddiası əsaslıdır. İddiaçıya 30 yanvar 2019-cu il tarixdən müharibə veteranı statusu verilmişdir və mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət etməzdən əvvəlki üç il müddət üçün qeyd olunan sosial müavinət hesablanaraq ona ödənilməlidir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 21(107)-265/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi–Rəfiyev Rövşən, hakimlər Məlikov Vəzirxan və Şükürov İmanverdi) cavabdehin şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(116)-254/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı mübahisənin müəyyən olunmuş hallarına və sosial müavinətlər haqqında qanunvericiliyin tələblərinə uyğundur.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müharibə veteranı adı almış şəxs ancaq mü haribə veteranı vəsiqəsini əldə etdikdən sonra nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər. Müharibə veteranlarına sosial müavinətin ödənilməsi üçün müharibə veteranı vəsiqəsi təqdim edilməlidir. Bu səbəbdən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilərkən, məhkəmələr tərəfindən həmin günün şəxsin müharibə veteranı vəsiqəsi aldığı gün kimi şərh edilməməsi yanlışdır və qanunvericiliyin tələblərinə ziddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Sosial müavinətlər haqqında” Qanun: Maddə

9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respu blikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 15. “Veteranlar haqqında” Qanun: Maddə

2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə

3. Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

16. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)587/2020 saylı, 2-1(102)-613 saylı 24 iyun 2020-ci il tarixli, 2-1(102)-687/2020 saylı 1 iyul 2020-ci il tarixli, 2-1(102)-1204/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1770/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarlarında “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsin ə istinad olunaraq, müharibə veteranı adı və vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üçün bu adı almış şəxslərə sosial müavinətlərin ödənilməsinin zəruriliyi bildirilmişdir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət formal tələblərə uyğundur, lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məzmun və mahiyyətcə apelyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ vardır. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı statusuna malik olan şəxslər üçün 55 manat məbləğində sosial müavinət müəyyən olunmuşdur.

23. Qeyd edilməlidir ki, 01 aprel 2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və həmin təqaüd təsis edildikdən sonra, müharibə veteranlarına sosial müavinətin verilməsi dayandırılmış və əvəzində həmin təqaüdün ödənilməsinə başlanılmışdır.

24. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildiyi tarixdən, yəni 01 aprel 2019-cu il tarixindən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə həmin vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik müddət üçün müavinətin ödənilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 19 may 2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı). Lakin 01 aprel 2019-cu il tarixindən əvvəl müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə münasibətdə mübahisə ilə bağlı işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı).

25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı 30 yanvar 2019-cu il tarixdə, yəni Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməmişdən əvvəl müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu baxımdan, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, iddiaçıya münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq müddəaları tətbiq olunmalıdır.

26. Hazırkı qərarın 14-cü bəndində istinad e dilən normanın məzmununa görə, aylıq müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

27. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 30 yanvar 2019cu il tarixində müharibə veteranı adı və vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01.12.2006-cı il tarixdən qüvvəyə minmişdir. Odur ki, iddiaçının hüququ həmin tarixdən yaranmışdır. Bununla belə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsini tələb etmək hüququ vardır.

28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı vəsiqəsi aldığı tarixdən əvvəlki üç il üçün müavinətin ödənilməsindən imtinası qanuna zidd olmuş və iddiaçının “Sosial müavinətlər haqqında” Qanunda və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

29. Məhkəmə Kollegiyası cavabdehin analoji işlər üzrə davamlı olaraq kassasiya şikayəti verdiyini nəzərə alaraq xüsusi olaraq vurğulayır ki, bu qəbildən olan işlər üzrə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqe cavabdeh tərəfindən qəbul olunmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, analoji müraciətlərə dair qərar qəbul edilərkən nəinki Ali Məhkəmənin hüquqi mövqeyi, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi diqq ətə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Qeyd olunmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanunauyğunluğunu təmin edirlər.

30. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-c ı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 21(107)-265/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar