Məhkəmə qərarları › İş №2-1(102)-1745/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1745/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1745/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (diplomun tanınması) 26.08.2020 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Yusif İsmayılovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-64/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyasının (X4 Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, elektron formada cavab məktubu gəlmişdir. Həmin cavab məktubunda iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabd eh təşkilatın imtinası qanunsuz və əsassızdır. Diplomunun tanınmasında heç bir məhdudiyyət olmadığı halda tanınmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Əgər iddiaçı Rusiya Federasiyasının X3 Universitetinin tədris normativi yükünü yerinə yetirə bilməsəydi, onda Dövlət imtahanını verə bilməzdi və nəticədə də Rusiya Federasiyasının X3 Universitetinin rəhbərliyi tərəfindən ona xx.xx.2018-ci ildə ali təhsil haqqında (bakalavr) diplomu verilməzdi. Qeyd edir ki, iddiaçı Rusiya Federasiyasının X3 Universitetində qiyabi təhsil almışdır və vaxtlı-vaxtında Rusiya Federasiyasına gedərək Universitetin təhsil normasına uyğun dərslərdə iştirak etmişdir. Ona görə də tələb olunan müddətin qarşılığında həmin ölkədə nəzərdə tutulmuş müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tə dris yükünü tam yerinə yetirmişdir. Maraqlı məqamlardan biri də odur ki, təhsil verən müəssisə Rusiya Federasiyasının X3 Universiteti onun tədris yükünü yerinə yetirdiyini bildirmişdir, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi isə Rusiya Federasiyasının X3 Universitetinin yerinə qanunsuz qərar qəbul edərək bildirmişdir ki, guya o tədris yükünü yerinə yetirə bilməmişdir. Ölkədən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58 ali təhsil müəssisələrinin diplomunu Təhsil Nazirliyi tanıyır. Rusiya Federasiyasının X3 Universiteti də həmçinin Təhsil Nazirliyi tərəfindən tanınır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.20 19-cu il tarixli,2-1(82)-1621/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Rusiya Federasiyasının (X3 Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018ci il tarixli qərarı ilə İddiaçı verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarı ilə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gələrkən «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanuni ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhə rində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın 1, 2, 3, 4-cü maddələrinə, Azərbaycan Respublikası nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 1.3, 1.4, 1.6, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə əsaslanmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan s onra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-64/20 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi bu qərarı qəbul edərkən eyni normalara istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən məlum olmuşdur ki, təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekviv alentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, X2 Aqrar Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. Ekspert rəyində qeyd edilir ki, X2 Aqrar Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Sərhədkeçmə məlumatından görünür ki, iddiaçı 2013-cü il tarixdə 10 gün müddətində, 2014-cü il tarixində 1 ay 19 gün müddətində, 2016-cı il tarixində 1 ay 20 gün 2017-ci il tarixdə 10 gün, 2018-ci il tarixdə 9 gün müddətində ölkə sərhədindən keçməklə Rusiya Federasiyasının ərazisində olmuşdur. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən bildirmək olar ki, İddiaçı X2 Aqrar Universitetinin təhsil alması bildirilsə də, o qeyd olunan müddət ərzində (2015-ci ildə ümumiyyətlə həmin ölkədə olmamışdır) dərslərdə və imtahanlarda iştirak etməmişdir. Təhsil alanın özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyri-mümkündur. Göründüyü kimi, ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətın tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublıkasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.5-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalent liyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında işə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir». Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır». Sözügedən Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublıkasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Bu Qaydaların 1.1-ci, 2.2-ci və 3.6-cı bəndlərindən görünür ki, ixtisasların tanınması zamanı bilavasitə bu sahəni əhatə edən və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tətbiqi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyinin ekspert qrupunun iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə tam cavab verir. Belə ki, Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadət namənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və qiyabi-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Bütün yuxarıda göstərilənlərə əsasən cavab deh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)64/2020 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «Rusiya Federasiyasının X3 Universiteti tərəfindən onun adına verilmiş xx xxxx 2018-ci il tarixli, 14615 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə» iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Y.İsmayılov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin x x xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Y.İsmayılovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-64/2020 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1621/201 9 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın 1, 2, 3, 4-cü maddələrinə, Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması (nostrifikasiyası) Qaydaları»nın 1.2, 1.3, 1.4, 1.6, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar olmuş, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə pro ses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, istənilən inzibati mübahisənin həlli zamanı yuxarıda göstərilmiş prosessual hüquq normalarının tətbiq edilməsi iş üzrə qa nuni və əsaslı qərarın qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Rusiya Federasiyasının (X3 Universitetinin) Dövlət İmtahan Komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə 106805 ******* saylı (14615 qeydiyyat nömrəli) bakalavr diplomu verilmiş, həmin diplom Rusiya Federasiyasında səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələni n həllindən imtina etmişdir. İmtinanı isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı məhkəməyə müraciət edib cavabdehin imtinasını mübahisələndirmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən işdəki mahiyyətcə biri digərinə zidd olan sənədləri araşdırmamış, onlara ümumiyyətlə diqqət yetirməmişdir. Belə ki, işin 21-ci səhifəsində olan «Diplom sahibinin şəxsiyyəti haqqında məlumatlar» adlı sənəddə göstərilmişdir ki, iddiaçı əyani təhsil forması üzrə tədris proqramını mənimsəmişdir. Halbuki işin 45-ci səhifəsində yer almış «Qeydiyyat vərəqəsi»ndə iddiaçını n təhsil formasının «qiyabi» olduğu qeyd edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi sözügedən məsələnin aydınlaşdırılması məqsədi ilə iddiaçının təhsil aldığı tədris müəssisəsinə sorğu göndərməli və cavabdan asılı olaraq bu fakta düzgün hüquqi qiymət verməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi bunu etməmiş, halbuki həmin məsələnin araşdırılması iş üzrə düzgün qərar qəbul edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının cavabdehdə olan müraciətinin «İnzibati icraat haqqında» Qanunun müddəaları çərçivəsində yoxlanılıb-yoxlanılmaması araşdırılmamış və nəticə etibarı ilə də buna hüquqi qiymət verilməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-64/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar