Məhkəmə qərarları › İş №2-1(102)-1753/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1753/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1753/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlu Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüz hesab edilməsi, sərbəst toplaşma azadlığına müdaxilə. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və b u müdaxilənin qanunsuz sayılması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1856/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlu cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və bu müdaxilənin qanunsuz sayılması barədə qərar çıxarılmasını xahiş etmişlər.

2. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, onlar heyvan hüquqlarının müdafiəsinə, heyvanlara qarşı baş v erən zorakılıqlara diqqət çəkmək üçün 2021-ci il yanvar ayının 31-i, saat 13:00-dan 15:00-dək Bakı şəhərinin mərkəzi KFC restoranı (Nizami küçəsində yerləşən), Fəvvarələr Meydanı (İstiqlaliyyət 53 küçəsində yerləşən) arasında aralarında 2 metr məsafəni qoruyaraq, maska taxaraq və bütün koronavirus xəstəliklərindən qorunmaq qaydalarına əməl edərək etirazlarını bildirmək üçün 14 yanvar 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlamışlar. Bakı Şəhər İcra Hakimiyyəti 25 yanvar 2021-ci il tarixli cavab məktubunda mitinq təşkilatçıları qrupunun təklif etdiyi yerlərdə mitinq keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məktubda qeyd edilir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə ala raq, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Bu bəhanə ilə yürüş faktiki olaraq qadağan edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(112)-4669/2021 nömrəli qərardadı ilə (hakim: R.L.Kərimli) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin mövcud epidemioloji vəziyyət, yəni ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılma mış və məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bununla da, belə məlum olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvafiq inzibati icraat aparılmadan, yəni, toplantının yeri, vaxtı, məqsədi və s. xüsusatlar qiymətləndirilmədən qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun sayılmamışdır. Daha sonra məhkəmə qeyd etmişdir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır.

5. İddiaçılar birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və cavabdehin 25 yanvar 2021-ci il tarixli yürüşə dair məktubunun (qərarı) sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1856/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) id diaçıların apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(112)-4669/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavid oğlu həmin qərardaddan narazı qaldıqları üçün kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və cavabdehin 25 yanvar 2021-ci il tarixli yürüşə dair məktubunun (qərarı) sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

9. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası mə hkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr iddiaçıların sərbəst toplaşmaq azadlığina qərəzli yanaşmışlar. Çünki, Bakı Şəhər İcra Hakimiyyətinin əsaslandığı ölkədəki xüsusi karantin rejimi qanunsuzdur və sərbəst toplaşmaq hüququnu məhdudlaşdıra bilməz. Azərbaycanın qoşulduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 4cü maddəsinə əsasən, fövqəladə vəziyyət zamanı və belə halın mövcudluğu rəsmən elan edilərkən dövlətlər tərəf olduqları Pakt üzrə öz öhdəliklərindən yalnız “həmin vəziyyətin tələb etdiyi ölçüdə” geri çəkilmək üçün tədbirlər görə bilərlər, bu şərtlə ki, belə tədbirlər onların beynəlxalq hüquq üzrə digər öhdəliklərinə zidd olmasın və ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarmasın. Pakt həmçinin tələb edir ki, dövlət, geri çəkilmək hüququndan ist ifadə edərkən, geri çəkildiyi müddəalar barədə və belə bir qərarı doğuran səbəbləri və bu geri çəkilməyə son qoyacağı tarix barədə BMT-nin baş katibi vasitəsilə Paktda iştirak edən digər dövlətlərə dərhal məlumat verməlidir. Azərbaycanın tərəf olduğu İnsan Hüquqlarının və X2 X1 15-ci maddəsi də fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilmə qaydasını müəyyən edir. Konvensiyanın 15-ci maddəsinin 1-ci bəndinə əsasən, müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı dövlət beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə “yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə” Konvensiya üzrə öhdəliklərinə uyğun olmayan tədbirlər görə bilər. Konvensiya həmçinin tələb edir ki, bu geri çəkilmə hüququndan istifadə edən tərəf gördüyü tə dbirlər və onların səbəbləri haqqında Avropa Şurasının baş katibini tam məlumatlandırmalıdır. Azərbaycan hökuməti ölkədə fövqəladə vəziyyət xüsusi hüquqi rejimi tətbiq etmədiyi üçün sözügedən beynəlxalq müqavilələrin icazə verilən müddəalarından ölkə ərazisində geri çəkiləcəyi haqqında müvafiq müqavilə tərəflərinə məlumat təqdim etməyib. Halbuki, Nazirlər Kabinetinin qərarları ilə hər iki beynəlxalq müqavilədə təsbit olunmuş bir sıra insan hüquq və azadlıqları ölkədə müvəqqəti olaraq öz qüvvəsini dayandırıb. Bu insan hüquq və azadlıqlarına sərbəst toplaşmaq hüququ da daxildir.

10. Ölkə Konstitusiyası və qanunlarında belə total məhdudlaşdırma tədbirləri yalnız Konstitusiyada göstərilən qaydada müvəqqəti olaraq istifadə edilmək şərtilə, fövqəladə vəziyyətin hüquqi rejimi tətbiq edilməklə müm kün ola bilər. Lakin Azərbaycanın COVİD-19 pandemiyasının təsirlərinin azaldılmasına qarşı qərarları fövqəladə vəziyyətin xüsusi hüquqi rejimi tətbiq edilmədən, Konstitusiya və qanunlarda müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmayan formada reallaşıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

1. Sərbəst toplaşmaq azadlığı. İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə

6. Toplantının təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. İİ. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. Maddə

7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (s truktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının po zulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandır ılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona g örə də, kassasiya mümkün hesab edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında toplantı keçirilməsi ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Yuxarıda qeyd olunanları nəzər ə alaraq, 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.

18. Cavabdehin mövqeyini sərbəst toplaşma azadlığının pozuntusu kimi qiymətləndirən iddiaçılar eyni tələblə məhkəməyə müraciət etmiş, aşağı instansiya məhkəmələri iddianı mümkün hesab etməmişlər. 19.İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərardadından narazı qaldıqları üçün ondan kassasiya şikayəti vermişlər. 20 Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Qeyd olunmalıdır ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Bu azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığ ının həyata keçirilməsini təmin etməli və qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməlidir.

22. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla).

24. Göründüyü kimi, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin mövcud epidemioloji vəziyyət, yəni ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamış və məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bununla da, belə məlum olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvafiq inzibati icraat aparılmadan, yəni, toplantının yeri, vaxtı, məqsədi və s. xüsusatlar qiymətləndirilmədən qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun sayılmamışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb o lunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”

26. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır.

27. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə apar ılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğun u sübut etməlidir.

28. Hazırkı halda, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunmasında ehtiva olunan hərəkətinin iddiaçıların hüquqlarını pozduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifəni yerinə yetirmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdiri lmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1856/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar