Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1762/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş pensiya məbləği ilə müddətdən artıq xidmət hərbi qulluqçularına təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi; pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosia l Müdafiə Fondunun X1rşı “ödənilmiş pensiya məbləği ilə müddətdən artıq xidmət hərbi qulluqçularına təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-754/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən artıq xidmət hərbi qulluqçularına təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 04 oktyabr tarixli məktubla müraciətin tə min olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının müraciəti əsasında İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 51/194 nömrəli məktubunda iddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli MN-10745 №-li məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyə görə xx.xx.2018-ci il tarixində təminat xərcliyinin (499 manat) 55 faizi-274,45 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3753 manat məbləğində fərq xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 22 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına səfərbər olunaraq Gədəbəy r ayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir çox döyüşlərdə, o cümlədən Gədəbəyin cəbhə boyu əraziləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı xx.xx.1994-cü il tarixdə ağır xəsarət almışdır. Hazırda müharibə veteranıdır və xx.xx.1995-ci ildən İİ qrup, 2002-ci ildən İİİ qrup əlillik dərəcəsi verilmişdir. Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək müddətdən artıq hərbi xidmətini nəzərə alaraq pensiya məbləğinin yenidən hesablanmaqla məlumat vərəqinin cavabdehə göndərilməsini, pensiya məbləğinin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciət etməzdən əvvəl o, hər ay 160 manat məbləğində pensiya almışdır. Müraciəti təmin edilərək sənədlər cavabdehə göndərilmişdir. Pensiyası 2018-ci ilin iyun tarixindən 275 manat olmuşdur. Qanunvericilikdə d əyişiklikdən sonra o, 2007-ci ildən etibarən müddətdən artıq hərbi qulluqçu statusunda olanların aldığı pensiya məbləğini almaq hüququ əldə etsə də, bu status ona verilməmiş, həmin pensiya məbləği də ona ödənilməmişdir. İndiki halda o, həmin statusu əldə etdiyindən 2015-ci ildən bu tərəfə 3 illik məbləğ hesablanaraq ona ödənilmişdir. 2007-ci ildən 2015-ci il tarixədək olan dövrdə ona ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərq isə ona ödənilməmişdir. Hesab edir ki, 8 illik həmin dövrün əlavə pensiyası da hesablanaraq ona ödənilməlidir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4570/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx xxxxxx 2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə müddətdən artıq hərbi qulluqçulara təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 2017-ci il 01 iyul tarixdən əvvəl yarandığından cavabdehin istinad etdiyi müddəa iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Belə ki, cavabdeh 2018-ci ildə iddiaçıya yeni məzmunda əmək pensiyası təyin edilməsi barədə inzibati akt qəbul etmiş, həmin (yeni) inzibati aktla iddiaçının müddətdən artıq hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası almaq hüququnu tanımış və təsdiq etmiş, lakin həmin pensiyanı 3 illik müddətlə məhdudlaşdırmışdır. Mübahisə olunan da iddiaçı tərəfindən qazınılmış, cavabdeh tərəfindən tanınmış və təsdiq olunan hüquq deyil, bu hüququn realizə olması qaydasıdır və iddiaçı da artıq bunadək qazanmış olduğu hüququn iddia olunan 2007-ci ildən tətbiqini tələb etməkdə haqlıdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-754/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm amasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 11. “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği b u Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
12. Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, 2004-cü il 13 sentyabr tarixinədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilir. Əgər iddiaçının da tələb etdiyi kimi, qeyd olunan qanunun tələbləri əsas götürülsə, aşağıdakı nəticəyə gəlmək olar. 13. “Hərbi qulluqçuların pensiya təminatı haqqında“ Qanunun 45-ci maddəsinə əsasən, vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. İddiaçı xx.xx.2007-ci il tarixli məlumat vərəqəsi əsasında 10 il ərzində pensiya almış, yalnız 2017-ci ildə məlumat vərəqəsini mübahisələndirmiş və bunun əsasında cavabdehə müraciət etmişdir. Həmin Qanunun 46-cı maddəsinə görə, hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır, həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir. Eyni zamanda, həmin qanunun 56-cı maddəsinə əsasən, sonradan pensiyaçı pensiyanın daha da artırılmasına hüquq verən əlavə sənədlər təqdim edərsə (hazırkı halda - yeni məlumat vərəqəsi), əlavə sənədlərin təq dim edildiyi gündən əvvəlki 12 aydan çox olmayan və bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq keçmiş müddət üçün pensiya yenidən hesablanır.
14. Göründüyü kimi, bütün hallarda iddiaçının yalnız müraciət etdiyi tarixdən əvvəlki 12 ay üçün pensiyasının yenidən hesablanması hüququ olmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri hal da da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qü vvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (Əvvəlki redaksiyada deyilirdi: “Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.”).
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və h üquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. M addə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
22. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə mü nasibətdə də tətbiq edilməlidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadda ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən, istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
24. Qərardadda ifadə olunan həmin mövqeni nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, hazır kı mübahisənin düzgün həlli üçün iddiaçının əmək pensiyası hüququnun reallaşdırılması məqsədi ilə inzibati orqana x xxxx 2017-ci ildən əvvəl və ya sonra müraciət etməsinin, habelə, iddiaçının əmək pensiyası hüququnun x xxxx 2017-ci il tarixədək reallaşdırılmasının məhz inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verib-vermədiyinin müəyyən edilməsindən ibarətdir.
25. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
26. Normanın məzmunundan göründüyü kimi, təminat xərcliyinə dair məlumatlar əmək pensiyası hüququ yaranmış şəxslərin, həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında təqdim edilir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla işin hallarının tam və hərtərəfli araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. İş təkrar baxılması və Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda ifadə olunmuş hüquqi mövqeyi nəzə rə alınmaqla işin hallarının tam və hərtərəfli araşdırılması üçün həmin məhkəməyə göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-754/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: imza imza imza İ.Vəkil1 N.İ.Rəsulbəyova K.N.Bədəlov Hakim İlqar Hüseynov