Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1769/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı1 Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı iş üzrə (Açar sözlər: məhkəmə tərəfindən iddia tələbinin dəqiqiləşdirilməsində və iddiaçının hüquqi marağına uyğun iddia qaldırılmasında yardımın edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xi dmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “tenderin nəticələrinin ləğvi, tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsinin imzalanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində və 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görü lməsi ilə bağlı açıq tender elan edilmiş, 09.12.2020-ci il tarixdə açıq tender proseduranda təklif zərflərinin açılması nəticəsində iddiaçı şirkətin ən aşağı təklifi verdiyi müəyyən edilmişdir. 2. 18.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş açıq tender Tender Komissiyasının qərarı ilə ləğv edilmişdir. 3. 07.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Agentliyin aparatı və 1 saylı Bakı “Asan xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan vermiş, Tender Komissiyası tərəfində n açıq elan edilmiş tenderin qalibi 08.02.2021-ci il tarixdə elan edilmiş, iddiaçı həmin tenderdə iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin aparatında, 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrinin ləğv edilməsi və cavabdeh təşkilatın üzərinə iddiaçı, İddiaçı1 MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla, iddiaçı təşkilata göndərmək vəzifəsinin qoyulması barədə qərar edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) Agentliyin aparatında, Agentliyin nəzdində olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada açıq tenderlər elan etmiş, İddiaçı1 MMC-nin həmin tenderlərdə iştirak edə rək hər iki müsabiqə üzrə ən aşağı qiymət təklifi təqdim etdiyi müəyyən edilmişdir. Protokollardan görünür ki, müzakirələrdən sonra Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim edilməsini və 1 bank günü ərzində təklifi qiymətləndirərək, müvafiq qərar qəbul edilməsini qərara almışdır. Lakin Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatları təqdim etsə də, İddiaçı1 MMC-nin həmin müsabiqələrin qalibi olduğunu elan etməmişdir. Bununla əlaqədar olaraq iddiaçı təşkilat 11 yanvar 2021-ci il tarixdə cavabdeh təşkilata elektron qaydada məktub göndərərək, bunun səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının həmin müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı təşkilat Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 29 yanvar 2021-ci il tarixdə, rəsmi qaydada müraciət etmişdir. Həmin Dövlət Xidməti tərəfindən göndərilən 17 fevral 2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Agentlik tərəfindən Dövlət Xidmətinə göndərilən 25 dekabr 2020-ci il tarixli, **********27 nömrəli məktubda sözü gedən tender prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq, tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunduğu bildirilmişdir. Lakin iddiaçının əldə etdiyi digər rəsmi məlumatlardan görünür ki, qeyd olunan tender 09 dekabr 2020-ci il tarixdə keçirildiyi halda, həmin tender ondan təqribən bir ay sonra, yəni 06 yanvar 2021-ci il tarixdə, qanunsuz olaraq ləğv edilmiş və eyni gündə də yeni tenderlər elan edilmişdir. Növbəti tender 08 fevral 2021-ci il tarixdə keçirilmiş və "xxxx" MMC onun qalibi elan edilmişdir. Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə uyğun olaraq qalib müəyyən olunmuş tender təklifi aksept edilməli və həmin Qanunun 40.1-1-ci maddəsinin tələbinə görə tender təklifi aksept edildikdən sonra tenderin qalibinə bu barədə dərhal, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə, avtomatik qaydada, bildiriş göndərilməli, həmin Qanunun 40.2- 1-ci maddəsinə görə isə cavabdeh təşkilat 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq həmin portala yerləşdirməli və imzalamalı idi. Bu qayda tenderin X1 və Tender Komissiyasının 09 dekabr 2020-ci il tarixdə tərtib etdiyi 2 saylı protokollarda da öz əksini tapmışdır. Lakin cavabdeh təşkilat həm qanunun, həm də tenderin X2 tələblərini kobud qaydada pozmuş, İddiaçı1 MMC tenderin qalibi olduğu halda, onu aksept etməmiş, bu barədə ona dərhal bildiriş göndərməmiş və satınalma müqaviləsini hazırlayıb, imzalanması üçün ona göndərməmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbinin əsasını mülki hüquq münasibətləri təşkil etdiyindən ona inzibati icraat qaydasında baxılmamalıdır. Bundan əlavə, elan edilmiş elektron açıq tender üzrə iddiaçı tərəfindən təklifin və X1 nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi sözügedən tender üzrə onun qalib hesab olunmasını ehtiva etmir. “Dövlət satınalmaları haqqında” Qanunun 36.7-ci maddəsinin tələbinə əsasən tenderin qalibi olmaq üçün ən aşağı təklifi vermək kifayət etmir. Bundan əlavə, X1 göstərilən meyarlar üzrə qiymətləndirmə aparılır. Əlavə olaraq, Tender Komissiyası tərəfindən ləğv edilmiş elektron açıq tender üzrə tərəfimizdən iddiaçıya bildiriş göndərilməmiş, iddiaçı ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elektron qaydada müqavilə bağlanmadığından həmin tender üzrə iddiaçı qalib hesab oluna bilməz.
7. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-4621/2021 saylı qərardadı ilə (hakim: M.Qarayeva) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Beləliklə satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə mindiyindən satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir (m.40.4.). Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da müəyyən edilir ki, tərəflər arasında müqavilə baglanmadıgından mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə aidiyyəti üzrə məhkəmədə baxılması hüququ izah edilmir. Bununla yanaşı yuxarıda qeyd olunan qanunvericilik normalarından da görün düyü kimi (m.55.1.) satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
9. Lakin Qanunun (m.57.1.) müddəalarına görə Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət verə bilər. Şikayətə baxan orqanın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanın bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul e tmədiyi qərarlara isə (m.60) İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair mübahisələndirmə haqqında iddia növü kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciəti sorgu xarakterli olmuş, satınalan təşkilatla arasında olan mübahisəyə dair inzibati orqana şikayətlə müraciət etməmiş, bu barədə inzibati orqanın qəbul etdiyi inzibati aktı mübahisələndirməmişdir.
10. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Həmidov, hakimlər: E.Nağıyeva və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətlərinin dəlilləri: ETİRAZİN DƏLİLLƏRİ,
14. Kassasiya şikayətində iddiaçı iddia ərizəsində qeyd etdiyi işin hallarını sadalamış və əlavə olaraq qe yd etmişdir ki, məhkəmə iddianın mümkünlüyünə düzgün qiymət verməmişdir. Belə ki, iddianın qeyri-mümkün sayılmasına əsas kimi iddiaçı təşkilatın yuxarı inzibati orqana şikayət vermədən birbaşa məhkəməyə müraciət etdiyini göstərsə də, qanunvericilikdə birbaşa məhkəməyə müraciətlə bağlı hər hansı məhdudiyyət yoxdur. Hazırkı işdə cavabdeh inzibati orqandır və işə də müvafiq olaraq inzibati məhkəmədə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri ha qda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda y ol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansi yası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar e dən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilm əsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
23. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində və 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı açıq tender elan edilmiş, 09.12.2020-ci il tarixdə açıq tender proseduranda təklif zərflərinin açılması nəticəsində iddiaçı şirkətin ən aşağı təklifi verdiyi müəyyən edilmişdir. 18.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiy alar üzrə Dövlət Agentliyinin aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş açıq tender Tender Komissiyasının qərarı ilə ləğv edilmişdir. 07.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Agentliyin aparatı və 1 saylı Bakı “Asan xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan vermiş, Tender Komissiyası tərəfindən açıq elan edilmiş tenderin qalibi 08.02.2021-ci il tarixdə elan edilmiş, iddiaçı həmin tenderdə iştirak etməmişdir.
24. İşə baxan apellyasiya instansiya məhkəməsi iddianı mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən qeyd etmişdir ki, iddiaçı ilk növbədə yuxarı inzib ati orqana müraciət etməli, daha sonra yuxarı inzibati orqanın qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəməyə şikayət verə bilər.
25. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
26. Hazırkı iş üzrə iddiaçının tələbi 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrinin ləğv edilməsi, cavabdeh təşkilatın üzərinə iddiaçı, İddiaçı1 MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla, iddiaçı təşkilata göndərmək vəzifəsinin qoyulmasıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrini tələb etsə də, başqa sözlə tenderin keç irilməsi nəticəsində qəbul edilmiş qərarı mübahisələndirsə də, həmin tenderdə iştirak etməmiş, tenderdə iştirakına bu və ya digər şəkildə maneçilik törədilməmiş, başqa sözlə tenderin nəticəsi onun hüquqlarına toxunmamışdır.
28. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsind ə qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
29. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şam il olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).
30. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
31. Subyektiv mən ada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
32. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız q anunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı).
33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iştirak etmədiyi və ya iştirak etmək üçün müraciət etmədiyi tenderin nəticələrinin ləğvini tələb etməkdə subyektiv hüququ yoxdur.
34. Bununla yanaşı, mə hkəmə kollegiyası qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yarat malı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır... Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.1-3.5-ci bəndlər).
35. İddiaçının digər tələblərindən görünür ki, cavabdeh tərəfindən ilkin elan edilən tenderin( 09 dekabr 2020-ci ildə keçirilmiş) tenderin qalibi elan edilməsini istəyir. Başqa sözlə, iddiaçı ilkin tenderin keçirilməsinin ləğvindən narazıdır və bu halın onun hüquqlarına təsir etdiyini hesab edir. Belə olan halda isə iddiaçı ilkin elan edilmiş te nderin ləğvini mübahisələndirməli idi.
36. Odur ki, iddiaçıya onun hüquqi marağına uyğun, o cümlədən çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmaqda yardım edilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçının hüquqi marağının nə olduğunu aydınlaşdırmadan, ona bu istiqamətdə müvafiq hüquqi yardım etmədən iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.
37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarını hərtərəfli araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.