Məhkəmə qərarları › İş №2-1(102)-1773/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1773/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1773/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; müddətin ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(104)-19/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin (hakim U.Osmanov) xx.xx.2022-ci il tarixli, 21(114)-211/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunma sı barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və A.V.Bayramov) 02 mart 2023-cü il tarixli, 2-1(104)-19/2023 nömrəli qərarına əsasən, apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1908/2022 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı əlilliyinin 2021-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

5. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 20 23-cü il tarixli, 2-1(104)-19/2023 nömrəli qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən ol unmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(104)-19/2023 saylı qərarı “elektron məhkəmə informasiya sistemində mövcud olan elektron kabinetə” 18 mart 2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 11 may 2023-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur.

8. Bununla əlaqədar, məhkəmə tərəfindən cavabdehə göndərilmiş bildirişdə kassasiya şikayətinin təqdim olunması ilə bağlı yol verilən nöqsan barədə məlumat verilmiş, 04 sentyabr 2023-cü il tarixinədək həmin nöqsanın (müddətin ötürülməsi ilə bağlı) aradan qaldırılması, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur.

9. Lakin cavabdeh göstərilən vaxtadək məhkəməyə müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslan dırılmış vəsatət təqdim etməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Odur ki, cavabdehin hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-19/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar