Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1792/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvəqqəti idxal zamanı ödənilmiş məbləğlərin əvəzləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2-1(103)-33/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 2019-cu ilin sentyabr ayı üzrə 341.553,21 manat məbləğində ƏDV hesablanmışdır.
2. Cavabdehin xx.xx.2020-ci il tarixli **********9121200 nömrəli vergilə rin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 2019-cu ilin oktyabr ayı üzrə 79.312,08 manat məbləğində ƏDV hesablanmışdır.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 2019-cu ilin noyabr ayı üzrə 55.147,04 manat məbləğində ƏDV hesablanmışdır.
4. Cavabdehin xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 2019-cu ilin dekabr ayı üzrə 72.120,28 manat məbləğində ƏDV hesablanmışdır.
5. Cavabdehin xx.xx.2022-ci il tarixli **********807300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə q ərarı ilə iddiaçıya 2020-ci ilin yanvar ayı üzrə 132.662,86 manat məbləğində ƏDV hesablanmışdır.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli **********809700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 2020-ci ilin fevral ayı üzrə 183.376,03 manat məbləğində ƏDV hesablanmışdır.
7. Cavabdehin xx.xx.2022-ci il tarixli **********811800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin mart ayı üzrə 270.742,42 manat məbləğində ƏDV hesablanmışdır.
8. Cavabdehin xx.xx.2022-ci il tarixli **********812500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin aprel ayı üzrə 130.344,93 manat məbləğində ƏDV hesablanmışdır.
9. Cavabdehin xx.xx.2022-ci il tarixli **********813200 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin may ayı üzrə 548.308,03 manat məbləğində ƏDV hesablanmışdır.
10. Cavabdehin xx.xx.2022-ci il tarixli **********923300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin iyun ayı üzrə 160.574,00 manat məbləğində ƏDV hesablanmışdır.
11. Cavabdehin xx.xx.2022-ci il tarixli **********814900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin iyul ayı üzrə 29.802,99 manat məbləğində ƏDV hesablanmışdır.
12. Cavabdehin xx.xx.2022-ci i l tarixli **********889000 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin avqust ayı üzrə 43.609,00 manat məbləğində ƏDV hesablanmışdır.
13. Cavabdehin xx.xx.2022-ci il tarixli **********893500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin sentyabr ayı üzrə 49.764,29 manat məbləğində ƏDV hesablanmışdır.
14. Cavabdehin xx.xx.2022-ci il tarixli **********929500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin oktyabr ayı üzrə 91.318,69 manat məbləğində ƏDV hesablanmışdır.
15. Cavabdehin xx.xx.2022-ci il tarixli **********074300 nömrəli vergilərin, sosi al sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin noyabr ayı üzrə 53.295,16 manat məbləğində ƏDV hesablanmışdır.
16. Cavabdehin xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən, iddiaçıya 2020-ci ilin dekabr ayı üzrə 102.269,68 manat məbləğində ƏDV hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli, xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli, xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli, xx.xx.2022-ci il tarixli **********807300 nömrəli, xx.xx.2022-ci il tarixli **********809700 nömrəli, xx.xx.2022ci il tarixli **********811800 nömrəli, xx.xx.2022-ci il tarixli **********812500 nömrəli, xx.xx.2022-ci il tarixli **********813200 nömrəli, xx.xx.2022-ci il tarixli **********923300 nömrəli, xx.xx.2022-ci il tarixli **********814900 nömrəli, xx.xx.2022-ci il tarixli **********889000 nömrəli, xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli, xx.xx.2022-ci il tarixli **********929500 nömrəli, xx.xx.2022-ci il tarixli **********074300 nömrəli, xx.xx.2022ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv olunmasını xahiş etmişdir.
18. İ ddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müvəqqəti idxala görə ödənilən məbləğlərin əvəzləşdirməsini qəbul etməməklə bağlı mövqeyi qanunvericiliyə uyğun deyildir.
19. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanılması üzrə ödənilmiş məbləğlərin əvəzləşdirilməsi üzrə sənədlər qanunvericiliyin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Belə ki, ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsi əsasları, Vergi Məcəlləsinin 159-cu maddəsi ilə müəyyən edilir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vergi tutulan idxal vergitutma obyekti dir. Həmin Məcəllənin 159.3-cü maddəsinə əsasən isə malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmiş mallara tətbiq o lunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-325/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarı (hakim: M.Hacıbəyova) ilə iddia rədd edilmişdir.
21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarına əsasən, müvəqqəti idxal rejimində saxlamaya görə ödənişlər ayrıca vergi və ya rüsum deyildir, həmin aylıq ödənişlər malların bu prosedur altında yerləşdiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləği əsasında müəyyən olunan məbləğdir. Sözügedən aylıq ödənişlər gömrük rüsumları və vergilər üzrə hesablansa da ƏDV deyildir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiy indən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 15 fevral 2024-cü il tarixli, 21(103)-33/2024 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
26. İddiaçı kassasiya şikayətində işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 159.3-cü maddəsində müvəqqəti idxalın ƏDV üzrə vergitutma obyekti olmaması qeyd edilsə də, Vergi Məcəlləsinin 175-ci maddəsində, Gömrük Məcəlləsinə və Qaydalara uyğun vergi ödəyiciləri tərəfindən ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini 2022-ci ilə kimi isti sna edən hal müəyyən edilməmişdir. Bundan əlavə, hətta vergi orqanlarının dediyi kimi olsaydı belə, bu vaxta kimi vergi orqanları tərəfindən əvəzləşmələrin qəbul edilməsi qanunvericiliyin tam aydın olmaması deməkdir ki, bu da Vergi Məcəlləsinin 2.2-ci, 3.9-cu, 3.11-ci maddələrinə əsasən, vergi ödəyicilərinin xeyrinə şərh edilməli və qanunvericilikdə dəyişikliyə qədər olan dövrə kimi həmin məbləğlər əvəzləşdirilməlidir.
27. Həmçinin, Vergi Məcəlləsinin 159.3-cü maddəsində müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan malların ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməməsinə baxmayaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 192.1-ci və 194.1-ci maddələrinə və Qaydaların 7.5-ci maddəsinə əsasən, müvəqqəti idxal şəklində ölkə ərazisinə daxil olan mall arın vergilər üzrə aylıq ödənişlərinin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Bu halda, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal altında gətirilən mallar, gətirilmə zamanı idxal malları hesab edilməsə də, vergi ödəyicisi Gömrük Məcəlləsində nəzərdə tutulmuş ƏDV-ni aylıq olaraq “hissəvi” şəkildə ödəməlidir. Beləliklə, Vergi Məcəlləsinin müddəalarına əsasən, müvəqqəti idxal rejimində ölkə ərazisinə daxil olan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməsə belə, Gömrük Məcəlləsinin müddəalarına əsasən bu əməliyyat vergi ödəyicisi üçün “hissəvi” ƏDV öhdəliyi yaradır. Bundan əlavə, vergi orqa nının “müvəqqəti idxalın ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmaması” arqumenti əsaslı olsaydı, gömrük orqanları tərəfindən hissə-hissə ƏDV-nin tətbiqi ümumiyyətlə qanunsuz olardı və bu iki qanunvericilik aktları arasında ziddiyyət yaradardı. Bir tərəfdən, Vergi Məcəlləsi müvəqqəti idxalı ƏDV məqsədləri üçün vergitutma obyekti kimi müəyyən etmir və ƏDVdən azad edir, digər tərəfdən isə Gömrük Məcəlləsi müvəqqəti idxalı aylıq əsasda sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan vergilərin məbləğinin 3 (üç) faizi miqdarında ƏDV-yə cəlb edir. Qanunvericilik aktların kolliziyasının həlli qaydaları “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bə rabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aid olsun. Nəzərə alsaq ki, Vergi Məcəlləsi və Gömrük Məcəlləsi eyni hüquqi qüvvəyə malikdir, bu mübahisənin həlli üçün sahə qanunvericiliyi müəyyən olunmalıdır. Malların idxalı əməliyyatlarından, müvəqqəti idxal əməliyyatları daxil olmaqla, ƏDV-nin tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edildiyindən və gömrük qanunvericiliyində bu malların ƏDV-yə cəlb edilməli olduğu açıq-aydın qeyd olunduğundan, bu məsələ üzrə sahə qanunvericiliyi Gömrük Məcəlləsi hesab olunmalıdır. ƏDV bəyannamələrinin bəyannamə məlumatlarında əlavə qeyd edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğlə ridir və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də aydın şəkildə görünür ki, iddiaçı tərəfindən vergi və gömrük qanunvericiliyinin tələblərinə əsasən bu ƏDV və gömrük rüsumları ödənilmişdir. Beləliklə, iddiaçı tərəfindən əvəzləşdirilən ƏDV müvəqqəti idxal əməliyyatı ilə əlaqəli olduğundan, vergi orqanı tərəfindən sadəcə, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsaslanaraq müvəqqəti idxalın ƏDV-nin vergitutma obyekti olmaması qeyd edilməklə əvəzləşmənin ləğv edilməsi qanunun tələblərinə ziddir.
28. Qeyd edilməlidir ki, ƏDV-nin əvəzləşdirilməsinin əsas şərtləri ilə yanaşı, idxalda ƏDV-nin əvəzləşdirilməsinin yeganə şərti Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən müəyyən edilmişdir. Bu maddəyə əsasən, gömrük orqanları tərəfindən verilmi ş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq ƏDVnin əvəzləşdirilməsinə əsas verir. Vergi Məcəlləsinin 175.1 və 170-ci maddələrinin tələblərinə uyğun olaraq isə hesabat dövrü ərzində malların idxalı üzrə Gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt ƏDV-nin əvəzləşməsinə icazə verilir. İstinad edilən normalardan da göründüyü kimi, ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi üçün nə müvəqqəti idxal malları istisna edilmiş, nə də ki sərbəst dövriyyəyə buraxılış şərti qoyulmuşdur. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən, '‘malların idxalı” gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi hesab edilir, Vergi Məcəlləsinin 175.1 və 176.5-ci maddəsində nəz ərdə tutulan “malların idxalı” anlayışına xüsusi gömrük proseduru altında idxal edilən mallar da aid edilir. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə edərək, müvəqqəti idxal gömrük proseduru altında idxal etdiyi mallar üzrə Gömrük Məcəlləsi üzrə tələb edilən ƏDV-ni aylıq əsasda ödəmiş və Vergi Məcəlləsinin 175.1 və 176.5-ci (indiki yazılışda 175.10-cu) maddələrinə uyğun olaraq ƏDV-nin ödənildiyi müvafiq aylarda əvəzləşdirmə aparmışdır. Bu halda, vergi orqanının müvəqqəti idxal üzrə ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyində nəzərdə tutulmaması səbəbindən qəbul edilməyib əsassız olaraq əlavə vergi öhdəliyi və maliyyə sanksiyası hesablaması qanuna ziddir.
29. Nəzərə alınmalıdır ki, ƏDV-nin prinsiplərinə əsasən ƏDV son istehlakçının vergisidir. Hazırk ı halda son istehlakçı Azərbaycanda olmadığından, həmin müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilən ƏDV məbləğləri iddiaçı tərəfindən əvəzləşdirilməlidir. ƏDV-nin əvəzləşdirilməsinə yol verilməzsə, bu iddiaçı üçün əlavə maliyyə yükünə çevrilir.
30. Bundan əlavə, vergi orqanları Azərbaycan Respublikasının qanunvericilik normalarını kobud surətdə pozaraq həm beynəlxalq sazişin, həm də konstitusiya və digər qanunvericilik normalarının müddəalarını kobud surətdə pozaraq, bir tərəfdən, sazişin müddəalarına zidd olan qanunvericilik normasına edilən dəyişikliyi, digər tərəfdən, qanunvericiliyin ağırlaşdırıcı normasını əvvəlki dövrlərə tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinə 2022-ci ilin yanvar ayında edilən dəyişikliyə əsasən, “Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasını n ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir.” Halbuki, mübahisələndirilən kameral vergi yoxlaması qərarları 2022-ci ildən əvvəlki dövrlərə aid olan əvəzləşmələrdir ki, bu əvəzləşmələrin ləğv edilməsi qanunvericilik normalarına ziddir. Bundan başqa, iddiaçının fəaliyyəti X1 Sazişlərdən irəli gələn fəaliyyətdir və onun ödədiyi ƏDV məbləğləri müvəqqəti idxal rejimi proseduru altında idxal etdiyi mallar üzrə saziş çərçivəsində olmuşdur. Qeyd edilməlidir ki, həmin sazişlərdə onlara uyğun tərtib edilmiş protokollarda idxal və müvəqqəti idxal gömrük proseduru fərqləndirilməmiş, idxal zamanı ƏDV-nin ödənildiyi halda geri qaytarılması və ya əvəzləşdirilməsi nəzərdə tutulmuş və heç bir şərtlə onun geri qaytarılmasının və əvəzləşdirilməsinin hər hansı şərtlə qadağan olunması müəyyən edilməmişdir. Belə ki, Konstitusiyanın 149-cu maddəsinə görə: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.” Həmçinin, Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən, “Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X1 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.” b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) də yişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhk əməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
39. Hazırkı iş üzrə iddiaçı tərəfindən idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür.
40. İddiaçı müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsinin yolverilənliyinə istinad etmiş, cavabdeh isə Vergi Məcəlləsinin 159.3-cü maddəsinə istinadən əvəzləşdirilmənin yol verilmədiyini bildirmişdir.
41. Məhkəmə kollegiyas ı bununla bağlı qeyd edir ki, Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən, mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilir.
42. Gömrük Məcəlləsinin 193-cü maddəsinə əsasən isə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.
43. Bundan əlavə, Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.
44. Qeyd edilənlərdən göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublik asının ərazisinə buraxılan mallar həmin rejim altında müəyyən müddət ərzində qala bilər və eyni zamanda bu müddət ərzində gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilir. Müvəqqəti idxal rejimi zamanı Azərbaycan Respublikası ərazisinə buraxılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edildikdə, mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği sərbəst dövriyyəyə buraxılış üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.
45. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallara görə alınan ödənişlər gömrük məqsədləri üçün tətbiq olunur və Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı vergi tutulan idxal sayılsa da, müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.
46. Bununla belə, müvəqqəti idxal rejiminin müddətinin bitməsindən sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən vergi tutulan idxal sayılır və əvəzləşdirilə bilər.
47. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan mallar ƏDV-ni n məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDVyə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir.
48. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 21(103)-33/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.