Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1793/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (Azərbaycan Respublikası Penitensiar Xidməti üçüncü şəxs olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarının ona şamil olunması və əlavə haqqın həmin qərarın qüvvəyə mindiyi tarixdən, yəni 29 may 2008-ci il tarixdən hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)498/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİ Rİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1958-ci ildə Şamaxı şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 01.07.1982-ci il tarixdən ədliyyə polis orqanlarında işləmiş, 12.01.2001-ci il tarixdə ədliyyə polis orqanlarından ixtisarla əlaqədar olaraq xaric olunmuşdur. 12.01.2001ci il tarixdən 01.05.2002-ci il tarixədək Göyçay rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupu üzrə böyük məhkəmə icraçısı vəzifəsini icra etmişdir. (ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası) İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” haqqında 29.05.2008-ci il tarixli 123 saylı qərarın ona şamil edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh 20 iyul 2018-ci il tarixli, **********1 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtina məkubunda "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.3, 33 və 35.2-ci maddələrinə istinad olunaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"nın 1-ci bəndinə əsasən, bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq həmin Qaydanın iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmin imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüdə məcburi çıxarıldıqdan sonra işlədiyi 01.05.2002-ci ildən sonrakı 1 il 4 ay müddətin Ədliyyə orqanlarında işlədiyi qulluq illərinə daxil edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci tarixli 123 saylı qərarı ilə əlavə haqqın verilməsi nəzərdə tutulmuş qaydaların ona şamil edilməklə pensiya məbləğinin yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinin xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Hərbi qulluqçular penitensiar müəssisələrinin mühafizəs i və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Qanunun 35.2-ci maddəsinə əsasən, penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər normativ hüquqi aktlarla tənzimlənir. Odur ki, iddiaçının iddiası əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4377/2018 saylı, 05 dekabr 2018ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı qərarı iddiaç ıya münasibətdə qərarın qüvvəyə mindiyi tarixdən (29.05.2008-ci ildən) şamil edilməklə əlavə haqqın hesablanaraq verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın əvvəllər qulluq keçmiş əmək pensiyaçılarına şamil edilməməsi iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnu pozmaqla yanaşı, Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququna da ziddir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-498/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik ed ən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4377/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi 2-1(103)498/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütb əli Şəxslərlə İş Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********5 nömrəli, 06 fevral 2019-cu il tarixli əmrinin 1.3.-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi adlandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Qanunun 35.2-ci maddəsinə əsasən, penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər normativ hüquqi aktlarla tənzimlənir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən, 2007-ci il 29 noyabr tarixdən penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının mü vafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.3-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də aid edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununun 9.5., 12.2., 17.2 və 20.14 - 20.18 maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7., 20.19 və 20.20-ci maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndinə əsasən, bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın veril məsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq Qaydanın iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Daha sonra kassator qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsində ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilməsi göstərilmişdir. Kassator şikayətində həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Res publikası Konstitusiya Qanununun 25.6-cı maddəsinə əsaslanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-498/2019 nömrəli, 19 fevral 2019cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil ol unmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal ba xımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndinə əsasən, bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsini tənzimləyir. “H ərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun 25-ci maddəsinə görə, üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatmış, habelə hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılmış hərbi vəzifəlilər hərbi uçotdan çıxarılıb istefaya keçirilirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.(maddə 1, 2, 3) “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsa slarını müəyyən edir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzə rdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 33.1-ci maddəsinə görə, Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.4-cü maddəsinə görə, hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və ilk peşə- ixtisas təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər. Hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələri ndə xidmət keçirlər. (maddə 20, 33) Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən iddiaçının ədliyyə orqanlarında xidməti hərbi xidmət kimi qəbul edilməməli, onun ədliyyə orqanlarında tutduğu vəzifəsi də hərbi qulluq kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində qeyd olunur ki, Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyas ı qeyd edir ki, cavabdeh “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə istinad etmiş və Penitensiar Xidmətin sıravi və rəis heyətinin xüsusi rütbələrinin Azərbaycan Respublikasının Silahlı qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər olmasını göstərmişdir. Lakin həmin maddədə müvafiq qurumların əməkdaşlarının vəzifələrinin deyil, rütbələrinin status bərabərliyi təsbit olunmuşdur. Rütbələrin bərabərliyi isə vəzifələrin bərabərliyi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, qeyd olunan Qanunun 20.3-cü maddəsində göstərilən, Penitensiar Xidmətdə çalışan əməkdaşların xüsusi rütbələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulması, onların hərbi qulluqçu hesab olunması k imi şərh oluna bilməz. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25.4-cü maddəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinin tələblərinin işə baxan məhkəmələr tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” 22 iyul 2004-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 nömrəli Qərarı ilə, “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” isə 29 may 2008-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 123 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Beləliklə, hər iki normativ hüquqi akt hüquqi qüvvəsi baxımından bərabərdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə görə, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Beləliklə, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” hazırkı mübahisəyə tətbiq edilmə baxımından 22 iyul 2004-cü ildə Az ərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”na münasibətdə üstün hüquqi qüvvəyə malikdir. Bundan əlavə, kassasiya şikayətində göstərilən, qanunun digər normativ hüquqi aktdan üstün olması ilə bağlı mülahizələrə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmış və əsasən iki məsələni - a) ədliyyə orqanlarının xüsusi rütbə daşı yan işçilərinin qulluq illərinin hesablanmasını və b) bununla əlaqədar onlara əlavə haqqın verilməsini tənzimləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” Qanunla ziddiyyət təşkil etməməklə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun hazırlanmışdır və ədliyyə orqanlarının xüsusi rütbə daşıyan işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı Qərarının iddiaçıya şamil edilməli olmasına dair düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-498/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətid
Məhkəmə qərarları › İş №2-1(102)-1793/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1793/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver