Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1795/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR 02.07.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcra Hakimiyyətinin 219 saylı 30 iyun 2017-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-3546/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 2-1(103)-387/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada mə lumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, iddiaçının müğahisələndirdiyi, cavabdeh İcra Hakimiyyətinin 219 saylı, 30 iyun 2017-ci il tarixli Sərəncamının surətinin 1-ci bəndi ilə Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Azərbaycan R espublikası Nazirlər Kabinetinın "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətaı, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərhaqqında" 2016-cı il 25 fevral tarixli 86 saylı qərarına əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nızami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan bınalarda yaşayan sakinlərın mənzıl-məışət şəraitinin yaxşılaşdırılması məqsədı ilə Azərbaycan Respublıkasının Nazirlər Kabıneti Bakı şəhəri Suraxanı Rayon icra Hakımıyyəti, Bakı şəhəri Nəsimı Rayon icra Hakımiyyətı, Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətı, Bakı şəhəri Nərimanov Rayon icra Hakımiyyətı, Bakı şəhəri Nizami Rayon icra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Səbail Rayon icra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimıyyətı və Hakımiyyətı aidiyyəti üzrə 5 il müddətınə müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır, Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı iddia ərizəsinin əsası kimi cavabdeh İcra Hakimiyyəti tərəfindən inzibati icraat aparılan zamanı onun maraqlı şəxs qismində cəlb edilməməsini, inzibati icraat materialları ilə tanış edilməməsini, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulduğunu qeyd etsə də, iş üzrə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarına əsasən Yasamal rayonu və digər rayonların ərizəsi də daxil olmaqla abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cavabdehnə və digər rayonlara aidiyyəti üzrə 5 il müddətinə müvafiq tədbirlərin həyata keçirilməsi tapşırıldığından, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatının müvafiq rəyi əsasında söküntüyə icazə verildiyindən, cavabdeh İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitek tura Komitəsinin 20 iyun 2017-ci il tarixli, 02/05-1110 nömrəli razılaşdırma məktubuna əsasən qəbul edildiyindən, əsaslı və qanunidir. Bunnunla yanaşı mübahisələndirilən sərəncam Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına da uyğun olmaqala, onda ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir. Həmin Məcəllənin 17.2-ci maddəsinə müvafiq olaraq ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Həmin Məcəllənin 17.3-cü maddəsinə görə, ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Həmin Məcəllənin 17.5-ci maddəsinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən ərazi planlaşdırılmasının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı (müfəssəl planlara münasibətdə yerli icra hakimiyyətləri) və ya bələdiyyə çıxış edir. Həmin Məcəll ənin 24.2-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədləri müvafiq icra hakimiyyəti orqanı (müfəssəl planlara münasibətdə yerli icra hakimiyyətləri) və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar əsasında hazırlanır. Eyni zamanda sərəncamla mənzil mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulmamış, əksinə qəzalı vəziyyətdə olan daşınmaz əmlakın əvəzinə onlara təmirli şəkildə təhvil verilməsi və bina inşa olunan dövrdə kirayə haqqı ilə təmin olunmaları təsbit edilmişdir. Göründüyü kimi, cavabdeh İcra Hakimiyyətinin mübahisələndirilən inzibati aktının ləğv edilməsi üçün hər hansı bir əsas mövcud olmamışdır və sözügedən sərəncam hər hansı üçüncü şəxsin, orda göstərilən ərazidə yerləşən daşınmaz əmlakın mülkiyyətçiləri, o cümlədən iddiaçının üzərinə hər hansı öhdəlik qoymur. Sərəncamın məzm unundan aydın olduğu kimi, həmin akt, onda göstərilən ərazidə yerləşən daşınmaz əmlak mülkiyyətçilərinə köçürülmələri müqabilində ya ümumi sahələrinə uyğun tam təmir olunmuş başqa sahələrin verilməsini və ya notariat qaydasında alqı-satqı müqaviləsi müqaviləsi bağlanmaqla özgəninkiləşdirilməni nəzərdə tutur. Sərəncamda göstərilən ərazidə yaşayan mülkiyyətçilər isə alqı-satqı müqaviləsinin bağlanması barədə onlara edilmiş təklifi qəbul etməkdə və öz təkliflərini cavabdehə ünvanlamaqda sərbəstdirlər və bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını təsbit edən normalarındən irəli gəlir. Bu baxımdan, iddiaçı ilə cavabdeh İcra Hakimiyyətinin arasında razılaşmanın əldə edilməməsi sözügedən sərəncama iddiaçıya münasibətdə icra qüvvəsi vermir. “İnzibati icraat haqqında” Azərba ycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Ona görə də, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə müb ahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı h esab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1795/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1795/2019
02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver