Məhkəmə qərarları › İş №2-1(102)-1804/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1804/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1804/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış halla bağlı ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bundan sonra cavabdeh) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1753/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi yeni açılmış halla bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşlə bağlı qəbul edilən məhkəmə qərarları: 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il ta rixli, 21(82)-4544/2017 saylı qərarı ilə iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə orta əmək haqqı üzrə pensiyanın təyin olunması, 2006-cı ildən sonrakı dövrlər üçün isə əmək pensiyasına bütün əlavələr, o cümlədən, istehlak qiyməti indeksinin illik səviyyələrinə uyğun olaraq, indeksləşdirməklə yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdehə həvalə olunması qərara alınmışdır.

2. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22.02.2018-ci il tarixli, 2-1(103)-361/2018 №-li qərarı ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13.06.2018-ci il tarixli, 2-1(102)- 1143/2019 №-li qərardadı ilə də cavabdehin Bakı Apelyasiya Məhkəməsinin İnzibat i-İqtisadi kollegiyasının 22.02.2018-ci il tarixli, 2-1(103)361/2018 №-li qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmuşdur. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır

5. Həmin qərar 03.07.2018-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə göndərilmişdir. 6. 15.12.2020-ci il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4544/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. Bakı İnziba ti Məhkəməsinin 2-1(103)-4544/17 saylı, 31 mart 2021-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh 9 iyul 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərardadını almış, 16 iyul 2021-ci il tarixdə qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilib icraatın təzələnməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərarından apelyasiya şika yəti verilərkən apelyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi 20.05.2015-ci il tarixli 01/HA/117 saylı əmək haqqı arayışının yoxlanılması ilə bağlı Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsinə sorğu göndərilmiş və sözügedən qurumun 88/03/23-11947 saylı 04.11.2017-ci il tarixli məktubu ilə məlum olmuşdur ki, “Nübar” İstehsalat Kommersiya kiçik müəssisəsində fəaliyyəti olmamış, vətəndaş əmək haqqı almamış və ondan vergi və sosial sığorta ödənişləri ödənilməmişdir. Lakin apelyasiya məhkəməsi işə baxarkən şikayətin dəlillərini araşdırmamışdır.

11. İddiaçı pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanması üçün təqdim etdiyi və həqiqiliyinə əsaslı şübhələr olan əmək haqqı barədə arayışda 2003, 2004, 2005-ci illər üzrə onun orta aylıq əmək haqqı 850 manat təşki l etdiyi halda, eyni müəssisədə 2006, 2007, 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar üzrə hesabat məlumatlarında aylıq əmək haqqı 2006-cı il üzrə hər ay 30 manat, 2007-ci ilin yanvar ayı üzrə 40 manat, digər aylar üzrə 50 manat, 2008-ci ilin yanvar-avqust ayları üzrə 60 manat, manat sentyabr-dekabr ayları üzrə isə 75 manat (həmin dövrlərdə ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinə uyğun olaraq) təşkil etmişdir. Göründüyü kimi, vətəndaşın 3 il ərzində hər ay 850 manata yaxın əmək haqqı aldığı iş yerində əmək haqqının birdən-birə 30 manata düşməsi də onun təqdim etdiyi sənədlərin, xüsusilə də “Nübar” İK kiçik müəssisəsinin əmək haqqı arayışının saxta olduğunu sübut edir.

12. Araşdırma zamanı daxil olan sənədlərdə kiçik müəssisənin qanuni təmsilçisi i ddiaçının özü göstərilmiş, lakin arayışı imza etmək səlahiyyəti olmayan Ə.M.Quliyev adlı şəxs imzalamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdehin kasasiya şikayətinə qarşı iddiaçıdan etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Tətbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən a sılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu (-). Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də ş ikayət qəbul oluna bilən hesab edilir.

18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunduğundan qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır.

20. Cavabdeh yeni açılmış halla bağlı icraatın təzələnməsi haqqında ərizəsində bildirmişdir ki, birinci instansiya məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərarından verilən apelyasiya şikayətində iddiaçının “Nübar” İstehsalat Kommersiya kiçik müəssisəsində fəaliyyətinin olmadığı, əmək haqqı almadığı və sığorta ödənişi edilmədiyi bildiri lmiş, lakin apelyasiya məhkəməsi həmin halları araşdırmamışdır. İddiaçı pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanması üçün təqdim etdiyi və həqiqiliyinə əsaslı şübhələr olan əmək haqqı barədə arayışda 2003, 2004, 2005-ci illər üzrə onun orta aylıq əmək haqqı 850 manat təşkil etdiyi halda, eyni müəssisədə 2006, 2007, 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar üzrə hesabat məlumatlarında aylıq əmək haqqı 2006-cı il üzrə hər ay 30 manat, 2007-ci ilin yanvar ayı üzrə 40 manat, digər, digər aylar üzrə 50 manat, 2008-ci ilin yanvar-avqust ayları üzrə 60 manat, manat sentyabr-dekabr ayları üzrə isə 75 manat təşkil etmişdir. Bu hallar əmək haqqı arayışının saxta olduğunu sübut edir.

21. Məhkəmə kollegiyası ərizədə göstərilən faktların əsaslılığına münasi bət bildirmədən aşağıdakıları qeyd edir.

22. İPM-in 100-cü maddəsinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

23. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatlar ərizədə qeyd edildiyi kimi, əvvəllər məhkəmə qərarından verilən apelyasiya şikayətində göstərilmiş, iş materiallarında mövcud olmuşdur. Cavabdeh ərizədə göstərilən məlumatların sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqd im olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

24. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.

25. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

26. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

27. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı bir i mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

28. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

29. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1753/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar