Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1810/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri əmlakın ölkəyə gətirilməsinə görə gömrük ödənişlərindən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, cavabd ehin vəkili X1, nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödənilmədən aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1097/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı diplomatik xidmət əməkdaşı olmaqla Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xidmətdə olarkən “BMW” markalı nəqliyyat vasitəsi almış və xidmətini başa vurub Azərbaycan Respublikasına qayıdarkə n, gömrük orqanı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi üçün gömrük ödənişlərinin (rüsumun) ödənilməsini tələb etmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, avtomobili diplomatik xidmət əməkdaşı olaraq Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xidmət etdiyi dövrdə əldə etdiyini və “Diplomatik xidmət haqqında” Qanunun 21.9-cu maddəsinə əsasən gömrük ödənişlərindən azad edildiyini bildirmiş, rəsmiləşmənin ödənişsiz həyata keçirilməsinin xahiş etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx xxxxxxx 2019-cu il tarixdə idxal etdiyi “BMW” markalı, “X7” modelli, 2019-cu il buraxılışlı minik avtomobilinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndindin tələbinə əməl olunmadığına görə xx xxxx 2001-ci il tarixli 137-İİQ nömrəli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan imtiyazlar sözügedən avtomobilə şamil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 03 dekabr tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, diplomatik xidmət əməkdaşı olaraq xaricdə ezam olunduğu dövrdə ş əxsi istifadəsi üçün aldığı 2019-cu il buraxılışlı, “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, ban nömrəsi VİN: WBACW21090LS09836, invoys dəyəri 74.685 avro olan avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödəmədən aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2015-ci il tarixdən xx.xx.2019cu il tarixədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində əvvəl attaşe, sonra isə 3-cü katib işləmişdir. Çalışdığı müddət ərzində onun aylıq əmək haqqı xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (attaşe) 3.120 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (3-cü katib) 3.380 ABŞ dolları təşkil etmişdir. Ezamiyyət müddəti başa çatana qədər ona 170.465 ABŞ dolları məbləğində əmək haqqı kimi vəsait ödənilmişdir. Daha sonra Xarici İşlər Nazirliyinin 1574 saylı, xx xxxxxxxx 2019- cu il tarixli əmri ilə 2019-cu ilin sentyabr ayının 16-dan Nazirliyin Dövlət protokolu idarəsinin Akkreditasiya şöbəsinin üçüncü katibi vəzifəsinin icra edilməsi həvalə edilmişdir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xidmətdə olarkən Almaniya Federativ Respublikasından 2019-cu il buraxılışlı, “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, ban nömrəsi VİN: WBACW21090LS09836, invoys dəyəri 74.685 avro olan nəqliyyat vasitəsini almış və avtomobilə görə xx xxx 2019-cu il tarixdə 7.655 avro və xx xxxx 2019-cu il tarixdə 67.030 avro məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Dövlət Göm rük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən onun sifarişi əsasında verilmiş xx.xx.02571.19 saylı, xx.xx.2019-cu il tarixli rəy ilə avtonəqliyyat vasitəsini: Kateqoriya M1, Benzin mühərrəkli, 2998 kub.sm, buraxılış ili 2019 olan, VİN: WBACW21090LS09836, “BMW” markalı, AZS 636-2012, ekoloji sinif 5 normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan sonra avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödəmədən aparılmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-777/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, diplomatik xidmət əməkdaşı olaraq İddiaçı xari cdə ezam olunduğu dövrdə şəxsi istifadəsi üçün aldığı 2019-cu il buraxılışlı, “BMW” markalı, “X7” modelli, 2998 kub.sm motor gücündə, ban nömrəsi VİN: WBACW21090LS09836, invoys dəyəri 74.685 avro olan avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin heç bir rüsum ödəmədən aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən diplomatik xidmət əməkdaşları xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsait və əmlakı, o cümlədən avtonəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirərkən gömrük ödənişindən azaddırlar.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1097/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən gömrük orqanlarına təqdi m olunan sənədlərin Azərbaycan Respublikası “Diplomatik xidmət haqqında” Qanununun 21.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndinin tələblərinə uyğunluğunun araşdırılması zamanı, ölkə ərazisinə gətirdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasına gətirməkdə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidmət orqanının əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən edilmişdir. Belə ki, gömrük orqanı tərəfindən araşdırma nəticəsində gös tərilən avtonəqliyyat vasitəsinin iddiaçının xidmət etdiyi ölkədə istifadəsində olmaması, avtonəqliyyat vasitəsinin iddiaçının ezamiyyətdən qayıtdıqdan bir neçə ay sonra ölkə ərazisinə gətirilməsi, iddiaçının diplomatik nümayəndəlikdə və ya konsulluqda işlədiyi dövrdə aldığı əmək haqqının ümumi məbləğinin, xarici ölkədə yaşadığı dövr ərzində zəruri xərcləri nəzərə alınmaqla, aldığı avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmaması aşkar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, iddiaçı avtonəqliyyat vasitəsini may ayında ilkin ödəniş edərək sifariş etmişdir. İddiaçı 065 nömrəli xx.xx.2019cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixində tutduğu vəzifədən azad edilmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə ödənişin qalan hissəsini həyata keçirmişdir. Avtonəqliyyat vasitəsi isə 2019-cu il oktyabr ayında ölkə ərazisinə idxal olunmuşdur. b. kassasiya şikayətinə qarşı etiraz
13. İddiaçının və vəkilinin kassasiya şikayətinə qarşı etiraz dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 15.İddiaçı və onun vəkili şikayətin rədd edilməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Diplomatik Xidmət haqqında” Qanun: Maddə 21.9 diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”: 2.3-cü bənd. Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdi q olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
18. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidmət orqanının əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol vermişdir.
24. Kollegiya şikayətin həmin dəlilini əsassız hesab edir. Çünki diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsait və əmlakı, o cümlədən avtonəqliyyat vasitələri Azərbaycan Respublikasına gətirərkən gömrük ödənişlərindən azaddır. Bu zaman müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi tələb olunur. İş materialları ilə iddiaçının Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək diplomatik xidmətdə olması, orada işlədiyi dövrdə - xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 3.120 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək 3.380 ABŞ dolları maaş alması, iddiaçıya ezamiyyət müddəti ba şa çatana qədər ümumilkdə 170.465 ABŞ dolları məbləğində əmək haqqı kimi vəsait ödənilməsi, avtonəqliyyat vasitəsinə görə ödənişi xx.xx.2019-cu il tarixdə edərək (xarici ölkədə ezamiyyətdə olarkən) alması, avtonəqliyyat vasitəsinin Avro 5 ekoloji sinfinə aid olması öz təsdiqini tapmışdır.
25. Apelyasiya instansiyası düzgün olaraq göstərmişdir ki, qanunvericilik diplomatik xidmət əməkdaşının göstərilən əmlakın gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişlərindən azad edilməsini, həmin əmlakın diplomatik xidmət orqanı əməkdaşının xaricdə işlədiyi dövrdə əldə etməsi ilə şərtləndirmişdir. İddiaçının ezamiyyətdə olduğu dövrdə aldığı əmək haqqının ümumi məbləği, həmin əməkdaşın xarici ölkədə yaşadığı dövrdə zəruri xərcləri nəzərə alınmaqla aldığı avtonəqliyyat vasitəsinin dəyərinə uyğun o lmamasının aşkar edilməsi halı ilə bağlı qanunla hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla belə, iş materialları ilə iddiaçının ümumilikdə ezamiyyətdə olduğu dövrdə 170.465 ABŞ dolları məbləğində əmək haqqı alması, avtomobilin dəyərinin isə 74.685 avro təşkil etməsi müəyyən edilir. Bu da cavabdeh tərəfindən göstərilən arqumentin əsassız olduğuna dəlalət edir. Digər tərəfdən, cavabdeh qeyd olunan avtonəqliyyat vasitəsinin iddiaçının ezamiyyətdən qayıtdıqdan bir neçə ay sonra ölkə ərazisinə gətirməsini əsas göstərmişdir. Halbuki iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş iddiaçıya ünvanlanmış məktubdan görünür ki, avtomobil iddiaçı tərəfindən daha əvvəl sifariş verilsə də, avtomobillə bağlı yaranmış yüksək tələbatla əlaqədar, zavod tərəfindən istehsal olunaraq 2019 -cu ilin oktyabr ayında Bakı şəhərinə çatdırılacağı göstərilmişdir.
26. Göründüyü kimi, iş materialları ilə iddiaçının sözügedən avtomobili diplomatik xidmət əməkdaşı olaraq xaricdə ezam olunduğu dövrdə dəyərini ödəməklə aldığı tam təsdiqini tapmışdır. İddiaçının diplomatik xidmət orqanının əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən olunmur. İşin halları iddiaçının gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsinə dəlalət etməyə əsas vermir. 27. “İnzibati İcraat haqqında” Qanunun 11, 12 və 16-cı maddələrinin bu işə tətbiqi onu ehtiva edir ki, inzibati orqan iddiaçıya münasibətdə “Diplomatik xidmət haqqında” qanunun 21ş9-cu maddəsinin tətbiq etməməsi “hüququn tətbiqindən imtinanın qadağan olunması” prinsipinə, habelə “qanunçuluq” prinsipinə zidd o lmuşdur.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1097/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.