Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1843/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-829/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 18 sentyabr 1982-ci il tarixində X5 ilə nikaha daxil olub, nikahları xx.xx.2006-cı ildə pozulub.
2. Nikahda olduqları müddətdə - Suraxanı RİH Başçısının xx.xx.1998-ci il tarixli sərəncamı ilə iddiaçının ərinə yaşadığı evin yanında 3x4 m. ölçüdə yardımçı təsərrüfat tikintisinə (qaraj) icazə verilib.
3. İddiaçının əri həmin qaraja dair 50 il müddətinə X3 xx.xx.2007-ci il tarixli etibarnamə verib.
4. Həmçinin Suraxanı RİH Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə qaraj X2 adına keçirilib. Bundan sonra Cavabdeh qarajın yerləşdiyi torpaq sahəsinə dair X6 ilə xx.xx.2009-cu il tarixli icarə müqaviləsi bağlayıb, hər il müqavilə yenilənib.
5. İddiaçı bundan əvvəl Suraxanı RİH Başçısının xx.xx.2009-cu il tarixli sərəncamın ləğv olunmasını və qarajdan is tifadə hüququnun tanınmasını tələb edib. Həmin iddia tələbi Suraxanı Rayon Məhkəməsinin 7 dekabr 2010-cu il tarixli, 2(010)-1065/2010 nömrəli qətnaməsi ilə rədd olunub.
6. İddiaçı 6 may 2022-ci il tarixdə cavabdehə qarşı təzminat tələbi ilə müraciət etmişdir. Cavabdehin 24 may 2022-ci il tarixli, 149 nömrəli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyətinin 2127 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə tikilmiş yardımçı təsərrüfat otağı (qaraj) keçmiş həyat yoldaşı olmuş X5 tərəfindən etibarnamə əsasında X2 istifadəsinə verilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə qaraj İ.Ə.Şahverdiyevin adına sənədləşdirilmişdir. Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bələdiyyənin qərarları, sərəncamları, iclas protokolları və digər sənədləri kargüzarlığın başa çatdığı ildən sonrakı ildən sonra 5 il bələdiyyə orqanında saxlandıqdan sonra dövlət arxivinə təhvil verilməlidir. Göründüyü kimi bələdiyyə tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib, müraciətində tikilinin ailədaxili mübahisə obyekti olduğu açıq aydın qeyd etmiş və bələdiyyəyə qarşı təzminat tələbi tam əsassız və böhtan xarakterlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 26 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 200 000 (iki yüz min) manat təyin edilərək onun xeyrinə tutulmasına dair cavabdehin üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini on unla əsaslandırmışdır ki, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin 39-cu mənzilin üzərinə verilmiş Suraxanı RİH-nin 04 dekabr 1998-ci il tarixli, 2127 N-li sərəncamına əsasən (yaşayışa yararlı) yardımçı təsərrüfat otağı 2008-ci ilin iyun ayına qədər onun istifadəsində olmuşdur. 2008-ci ilin əvvəlində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ayrılması iddia tələbi ilə keçmiş həyat yoldaşı Ramiz Mustafayevə qarşı müraciət etmişdir. Həmin iş üzrə qətnamədə qeyd olunub ki, “iş materiallarından görünür ki, Suraxanı rayon Cavabdeh tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, i/k-8 saylı məktuba əsasən Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzi l 39-da yaşayan X4 məxsus 24 kv.m-lik mövcud qaraj üçün torpaq icarə müqaviləsi xx.xx.2007-ci il tarixli etibarnamə əsasında xx.xx.2007-ci il tarixində C.Qurbanov küçəsi, 95/63 ünvanda yaşayan X6 ilə bağlanmış və icarə haqqı həmin şəxs tərəfindən vaxtlı-vaxtında ödənilir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam ilə qaraj X2 adına rəsmiləşdirilmişdir.” Göründüyü kimi Cavabdeh səlahiyyətli şəxsləri sorğulara yalan məlumatlar verərək, şəxsi maraqları qarşılığında qulluq səlahiyyətlərini aşaraq, sövdələşmə nəticəsində əmlakının özgəninkiləşdirilməsinə nail olmuşdurlar. Ona böyük məbləğdə zərər dəymişdir. 1998-ci ildə yaşayışa yararlı yardımçı təsərrüfat otağının tikintisinə xərclədiyi 5000 (beş min) ABŞ dolları məbləğində vəsait, pozul muş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, habelə hüququ pozulmasaydı, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən, yaranan maddi real zərər, əldən çıxmış faydadan və mənəvi zərərdən ibarətdir.
9. Cavabdeh iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixdə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmadığından iddia əsassızdır.
10. Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5614/2022 nömrəli qərarı (hakim: X8) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması barədə iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi dövlət orqanlarının və bələdiyyələrin məsuliyyə ti ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 89.1-ci, Mülki Məcəllənin 21.2, 1100, 1097.1-ci maddələrinə istinad etmiş və bu qənaətə gəlmişdir ki, deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması iklüm) qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
12. Məhkəmə qeyd etmişdir ki, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən, sahəsi 33 kv.m. olan qarajın X2 adına sənədləşdirilməsinə dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 nömrəli sərəncamı da iddia çı tərəfindən mübahisələndirilməmişdir.
13. Odur ki, həm sözügedən müqavilələr, həm də sərəncam qanuni qüvvəsini saxladığı halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması barədə iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)-829/2023 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10, X7) ilə Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5614/2022 qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mübahisəli sahə ilə bağlı verilmiş sərəncam qeyri-qanunidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin X1 olmasının hüquqi sənədlərlə təsdiq edilməməsini, eləcə də ona etibarnamə əsasında torpağın verilməsinin qanunsuz olduğunu araşdırmamışdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərə cədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun Maddə
89. İnzibati orqanların məsuliyyəti -89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
21. Mülki Məcəllə Maddə
21. Zərərin əvəzinin ödənilməsi -21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları -1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir;
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikay ət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəb ul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 29. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məc əlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
30. İnzibati prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə məhkəmə icraatı, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
31. Bu qərarın 21-ci bəndində istinad olunan normalara görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövr iyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Nəzərə almaq lazımdır ki, istinad edilən normalar anlamında şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmlak və ya qeyri-əmlak hüquqlarına qanunsuz müdaxilə nəticəsində vurulmuş ziyan maddi və (və ya) mənəvi xarakterli ola bilər.
32. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərə kət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
33. İşin hallarından müəyyən olunur ki, iddiaçı ərizəsində cavabdehin X6 ilə bağladığı, qarajın yerləşdiyi sahənin istifadəyə verilməsinə dair müqavilələrə istinad edərək, səlahiyyəti olmadığı halda bələdiyyənin həmin müqavilələri bağlamaqla ona maddi və mənəvi zə rər vurmasını qeyd etsə də, həmin müqavilələri mübahisələndirməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, sözügedən müqavilələrin etibarsız olub-olmaması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, əqdlərin bağlanması mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər.
35. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı arxiv nüsxəsi məhkməyə təqdim edilmiş, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən, sahəsi 33 kv.m. olan qarajın X2 adına sənədləşdirilməsinə dair Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 nömrəli sərəncamı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
36. Belə olan halda, yəni həm sözügedən müqavilələr, həm də sərəncam qanuni qüvvəsini saxladığı halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması barədə iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir.
37. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-829/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.