Məhkəmə qərarları › İş №2-1(102)-1851/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1851/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1851/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti, əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(103)-394/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bilgi X16nin tələbələrinin istehsalat təlimi və təcrübə keçməsi haqqında İddiaçı MMC ilə fərdi sahibkar Tural Cahangirov (VÖEN:**********) arasında xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır.

2. Həmin müqavilə ilə əlaqədar İddiaçı MMC ilə fərdi sahibkar Tural Cahangirov (VÖEN:**********) arasındakı əlavələrə əsasən X 8 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, X4 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, X5 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində və X9 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində istehsalat təcrübəsi keçməlidirlər.

3. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5135 nömrəli qərara əsasən iddiaçının Bakı şəhəri, Mətbuat pr. 29 Park ərazisindəki obyektində nağd pul hesablaşmaların aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

4. Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004237 nömrəli akta əsasən iddiaçının Bakı şəhəri, Mətbuat pr. 29 Park ərazisindəki obyektində iki nəfər işçinin (X8 və X4) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləri yerinə yetirməyə cəlb olunduğu müəyyən edilmişdir: - xx.xx.1991-ci il təvəllüdlü X8 tərəfindən verilmiş izahata əsasən o, 11 noyabr tarixindən təcrübəçi olaraq işə götürülüb. Əmək müqaviləsinin bağlanmamasının səbəbi təhsil aldığı Bilgi X16 ilə bağlanan, onun təcrübəçi olduğunu sübut edən ikitərəfli müqavilədir. - xx.xx.2004-cü il təvəllüd lü X4 tərəfindən verilmiş izahata əsasən, 29 sentyabr tarixindən təcrübəçi olaraq işə götürülüb. Əmək müqaviləsinin bağlanmamasının səbəbi təhsil aldığı “Bilgi” X16 ilə bağlanan, onun təcrübəçi olduğunu sübut edən ikitərəfli müqavilədir. - iddiaçının Bakı şəhəri, Mətbuat pr. 29 Park ərazisindəki obyektində rəhbərliyi həyata keçiriən X10 izahatında bildirmişdir ki, qeyd edilən iki nəfər şəxslə müqavilə bağlanmamasının səbəbi təcübəçi olaraq fəaliyyət göstərmələridir, oxuduqları təhsil müəssisəsi ilə şirkəti arasında təcrübəçi olduqlarını sübut edən ikitərəfli müqavilə mövcuddur. 5. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4658 nömrəli qərar ilə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004237 nömrəli akta əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.

6. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5129 nömrəli qərara əsasən iddiaçının Bakı şəhəri, Tərlan Əliyarbəyov 140 ünvanındakı obyektində nağd pul hesablaşmaların aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hü quqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, sahbkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

7. Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004243 akta əsasən iddiaçının Bakı şəhəri, Tərlan Əliyarbəyov 140 ünvanındakı obyektində bir nəfər işçinin (X5) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirməyə cəlb olunduğu müəyyən edilmişdir: - xx.xx.2001-ci il təvəllüdlü X5 tərəfindən verilmiş izahata əsasən o, xx.xx.202 1-ci il tarixindən aşpazlıq üzrə praktikant olaraq işə götürülüb. Heç bir əmək haqqı almadan işi öyrənir. - Həmin tarixdə tərtib edilmiş akta əsasən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi obyektdə olmamış və sonradan gələ bilməmişdir. 8. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4660 nömrəli qərarı ilə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004243 akta əsasən, əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.

9. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5130 nömrəli qərara əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu Fətəlixan Xoyski pr., 830-835-ci məhəllə ünvanındakı obyektində nağd pul hesablaşmaların aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, sahbkarlıq sahəsində aparı lan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

10. Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004247 nömrəli akta əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu Fətəlixan Xoyski pr., 830-835-ci məhəllə ünvanındakı obyektində bir nəfər işçinin (X9) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirməyə cəlb olunduğu müəyyən edilmişdir: - xx.xx.2006-cı il təvəllüdlü X9 tərəfindən verilmiş izahata əsasən o, iş yeri və vəzifəsini İddiaçı MMC-də aşpaz təcrübəçisi kimi qeyd etmiş, 3 gün müddətdir ki, aşpaz vəzifəsi üzrə işə götürüldüyünü, əmək haqqının hələ ki təyin edilmədiyini bildirmişdir. - Həmin tarixdə tərtib edilmiş akta əsasən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi o byektdə olmamış və sonradan gələ bilməmişdir. 11. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ilə 20 dekabr 2021-ci il tarixli DVX№004247 nömrəli akta əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4658 nömrəli, xx.xx.2022-ci il tarixli **********4660 nömrəli, xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bilgi X16 və İddiaçı MMC arasında Bilgi X16nin tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında 22 noyabr 2021-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında tələbələr X9, X8, X5 və X4 xx.xx.2021-ci il tarixdən xx. xx.2021-ci il tarixədək, yəni 1 ay müddətinə təcrübəyə göndərilmişlər. Təcrübə sərbəst qrafik əsasında həyata keçirilmiş, əsas məqsəd tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, müəssisənin ərazisində davranış qaydalarını, təhlükəsiz iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etmək olmuşdur. 20 dekabr 2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən MMC-yə məxsus olan filiallarda operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama zamanı tələbələrdən də izahat alınmış, onlar da öz izahatlarında Bilgi X16ndə tələbə olduqlarını, MMC-yə müqavilə əsasında təcrübəyə gəldiklərini göstərmişlər. Lakin, buna baxmayaraq heç bir hüquqi əsas olmadan cavabdehin əməkdaşları bu tələbə ləri işçi kimi qiymətləndirmişlər və guya şirkət tərəfindən onlar əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin əsasla əsassız olaraq müəssisəyə mübahisələndirilən “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərarları ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə 4000 manatdan olmaqla maliyyə sanksiyaları tətbiq edilmişdir.

14. Cavabdeh iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Bilgi” X16 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir.

15. Bakı İnzibati Məhkəməsinin (hakim G ünel Sevdimalıyeva) xx.xx.2022-ci il tarixli, 2-1(112)-6719/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı mə hkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. X8, X4 və X2 izahatlarına əsasən onlar fərdi sahibkar Tural Cahangirovla (Bilgi X16) bağlanmış qeyd edilən xx.xx.2021-ci il tarixli müqavilədən əvvəl (29 sentyabrdan və 11 noyabrdan) işlərin yerinə yetirməsinə cəlb edilmişlər. X9 tərəfindən verilən izahatda isə 3 gündür ki, aşpaz peşəsi üzrə praktikant olaraq işlədiyini qeyd etmişdir. Onun barəsində müqavilə də məhz xx.xx.2021-xx.xx.2022-ci il tarixlərini əhatə edir. Odur ki, məhkəmə iddiaçı ilə həmin şəxs arasında faktiki olaraq əmək münasibətlərinin olduğu qənaətinə gəlmir. Beləliklə, məhkəmə xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarın əsaslılığına tənqidi yanaşır və hesab edir ki, cavabdeh həmin hissədə qərar ın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

17. İddiaçı iddianın rədd edilməsi hissəsindən apelyasiya şikayəti verməmişdir.

18. Cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 11 may 2023-cü il tarixli, 2-1(103)-394/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6719/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən q üvvədə saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etməsinin mötəbər sübutlarla əsaslandırıldığı müəyyən olunmur. Tədbir keçirilən gün, yəni, Ə.Abbasovun təcrübə keçdiyi tarix (xx.xx.2021), onun barəsində bağlanmış müqavilə ilə şərtləndirilən xx.xx.2021-xx.xx.2022-ci il tarixlərini əhatə edir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ilə Ə.Abbasovun əmək münasibətlərində olması faktı öz təsdiqini tapmır. Ona görə də cavabdehin apellyasiya şikayətinin, sonuncunun iddiaçı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əm ək münasibətdə olduğunu mübahisələndirən dəlilləri əsassızdır.

22. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın həmin qərarın qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində cavabdeh İnzibati Prosessual Məcəllənin 94.3-cü maddəsinə istinad edərək 1 aylıq prosessual müddəti nəzərə almaqla apellyasiya məhkəməsi qərarının cavabdehə təqdim edilməsindən sonra şikayətin əsaslandırılmasının təqdim olunacağını qeyd etmişdir.

24. İddiaçı əsaslandırılmış kassasiya şikayətini təqdim etmiş, şikayəin dəlilləri iddia ərizəsinə etiraz və apelyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, şikayətində iddiaçının müqavilə bağladığı Mərkəzin qanuni əsasla peşə təhsili fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində b elə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 27. “Peşə təhsili haqqında” Qanun: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. formal peşə təhsili – təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması; 1.0.6. istehsalat təcrübəsi – ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktiki fəaliyyət prosesi; 1.0.7. istehsalat təlimi – peşə təhsilinin mütləq tərkib hissəsi kimi təhsilalanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki fəaliyyət prosesi; 1.0.10. qeyri-formal peşə təhsili – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərd ə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması; 1.0.10. qeyri-formal peşə təhsili – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması; 1.0.8. iş yerində təcrübə müqaviləsi – peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə; 1.0.10. qeyri-formal peşə təhsili – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;... Maddə

4. Peşə təhsili sahəsində dövlətin vəzifələri 4.0. Peşə təhsili sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 4.0.18. peşə təhsili müəssisəsin in (dövlət peşə təhsili müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək Maddə

10. Peşə təhsili müəssisəsi... 10.16. Özəl peşə təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 10.17. Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla təsdiq edilir. Maddə

11. İstehsalat təlimi və təcrübəsi, iş yerində təcrübə müqaviləsi... 11.1. Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən, o cümlədən özəl müəssisə və təşkilatlarda və digər şəxslərdə iste hsalat təlimi və təcrübəsi keçirlər. 11.2. İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə təcrübə saatları üçün nəzərdə tutulmuş haqq ödənilir. 11.3. İşəgötürənin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlayır. 11.4. İş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 11.5. On beş yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin razılığı ilə bağlanılır. 11.6. İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında is tehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəyir. 11.7. İş yerində təcrübə müqaviləsi əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir. Maddə

13. Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası 13.1. Azərbaycan Respublikasında peşə təhsili müəssisəsi (dövlət peşə təhsili müəssisələri istisna olmaqla) təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məh kəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti dir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya məhkəməsi apelyasiya şikayəti həddində mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir.

32. Kasasiya şikayətinin predme ti cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarının ləğv edilməsi barədə apelyasiya məhkəməsinin qərarı olduğundan, kasasiyanın həddi həmin qərarın qanuniliyi ilə bağlı olacaqdır.

33. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən “ÖZSÜT" Gənclik Moll restoranında operativ vergi nəzarəti həyata keçirilərkən, 1 nəfər fiziki (X3) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, bu barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 004227 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında da qəbul etdiyi, xx.xx.2022-ci il tarixli **********4662 saylı qər arı ilə iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə (ikinci dəfə eyni pozuntuya yol verməsi əsası ilə) 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilmişdir.

34. İddianın əsaslarına görə iddiaçı ilə Bilgi X16 arasında Bilgi X16nin tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında müqavilə bağlanılmışdır. Müqavilə əsasında tələbə X9 onlarda təcrübəyə göndərilmişdir. Təcrübə sərbəst qrafik əsasında həyata keçirilmiş, əsas məqsəd tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, müəssisənin ərazisində davranış qaydalarını, təhlükəsiz iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etmək olmuşdur. 20 dekabr 2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən MMC-yə məxsus olan filiallarda operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama zamanı tələbələrdən də izahat alınmış, onlar da öz izahatlarında Bilgi X16ndə tələbə olduqlarını, MMC-yə müqavilə əsasında təcrübəyə gəldiklərini göstərmişlər. Lakin buna baxmayaraq heç bir hüquqi əsas olmadan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları bu tələbələri işçi kimi qiymətləndirmişlər və guya şirkət tərəfindən onlar əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər.

35. Cavabdehin dəlillərinə görə Bilgi X16 dövlət və qeyri-dövlət təhsi l müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. X1vericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. Digər tərəfdən, “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması’nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə iş yerində təcrübə müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə həmin qərarın tələblərinə cavab vermir.

36. Apelyasiya məhkəməsinin mövqeyinə görə Bilgi X16n in tələbələrinin istehsalat təlimi və təcrübə keçməsi haqqında İddiaçı MMC ilə fərdi sahibkar (VÖEN:**********) Tural Cahangirov arasında bağlanmış müqaviləyə əsasən müəyyən olunur ki, X9 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində müəssisədə aşpaz kimi istehsalat təcrübəsi keçməlidir. X3 işə əlavə olunmuş izahatına əsasən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi orqanının əməkdaşlarına verdiyi yazılı izahatında bildirmişdir ki, 3 gündür restoranda aşpaz peşəsi üzrə praktikant kimi işləyir, ona əmək haqqı təyin edilməmişdir, müəllimləri menecer Orxan, və usta Elşaddır. Ə.Abbasovun təcrübə keçdiyi tarix (xx.xx.2021), onun barəsində bağlanmış müqavilə ilə şərtləndirilən xx.xx.2021- xx.xx.2022-ci il tarixlərini əhatə edir. Belə olan halda, id diaçı ilə Ə.Abbasovun əmək münasibətlərində olması faktı öz təsdiqini tapmır. 37. “Peşə təhsili haqqında” Qanunun 1.0.8-ci maddəsinə görə iş yerində təcrübə müqaviləsi – peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə mənasını ifadə edir.

38. Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerində təcrübə müqaviləsinin nümunəvi forması”na görə müqavilə “İşəgötürən”, “Təhsilalan” və Təhsilalanın peşə təhsili aldığı “Peşə təhsili müəssisəsi” arasında bağlanır və hər üçü tərəfindən imzalanıb təsdiq edilir.

39. Apelyasiya məhkəməsinin istinad etdiyi iddiaçı ilə Bilgi X16nin direktoru arasında bağlanmış 18 dekabr 2021-ci ildə qüvvəyə minmiş müqavilə bəhs edilən qanunvericilik aktlarına uyğun olmamış, üçtərəfli bağlanmamış, yalnız ikitərəfli bağlanmış, tələbə kimi qeyd edilən Ə.Abbasov müqaviləni imzalamamışdır.

40. Buna baxmayaraq apelyasiya məhkəməsi Ə.Abbasovun müqaviləni bağlamamasının səbəbini araşdırmamışdır.

41. Apelyasiya məhkəməsi Ə.Abbasovun operativ vergi nəzarəti zamanı verdiyi izahatı qərarında təhrif etmişdir.

42. İşin 1-ci cild 216-cı səhifəsində Ə.Abbasov operativ vergi nəzarəti zamanı verdiyi izahatında “hansı tarixdən və hansı vəzifəyə işə götürümlüsünüz sualına 3 gün müddətdir ki, çalışıram, aşpaz vəzifəsi”, “işə götürənlə sizin aranızda əmək müqaviləsi bağlanmışdırmı sualına Xeyr, bağlanmamışdır”, “əmək haqqınız nə qədərdir sualına təyin edilməmişdir” cavabları vermişdir.

43. Göründüyü kimi, Ə.Abbas ov apelyasiya məhkəməsinin qeyd etdiyi kimi izahatında praktikant olması barədə bildirməmişdir.

44. Odur ki, apelyasiya instansiyası məhkəməsi Ə.Abbasovun iddiaçı müəssisədə həqiqətən təcrübə keçməsini ətraflı araşdırmamışdır.

45. Cavabdeh idarə Ə.Abbasovun tələbə olduğu Bilgi X16nin peşə tədris fəaliyyəti həyata keçirmədiyini bildirmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Bilgi X16nin vergi ödəyicisi kimi fəaliyyət sferası (o cümlədən nizamnaməsi) barədə cavabdeh özü, yaxud Vergi Xidməti vasitəsilə müəyyən məlumatlar toplamaq imkanı olsa da, bu barədə təşəbbüs göstərməmiş, vergi ödəyicisi barədə məhkəməyə ətraflı məlumat təqdim etməmişdir.

47. Bununla belə, apelyasiya məhkəməsi də cavabdehin dəlillərinə münasibət bildirməyərək Ə.Abbasovun tələbə olduğu Bilgi X16nin həqiqətən qanuni əsasla peşə tədris fəaliyyəti ilə məşğul olmasını, Mərkəzin aşpaz yetişdirməsini, Ə.Abbasovun işlədiyi dövrdə Mərkəzin tələbəsi olmasını araşdırmamışdır.

48. Odur ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş mübahisə olunan hissədə baxılması üçün həmin məhkəməyə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan şikayət iddianın rədd olunması hissəsində təmin olunmamalıdır. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-394/2023 nömrəli 11 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar