Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1862/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: keçmiş dövr üzrə ödənilməmiş sosial müavinətin ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fi lialına (bundan sonra cavabdeh) qarşı “keçmiş dövr üzrə ödənilməmiş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)805/2021 saylı, 2 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 xxxx-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 hazırkı iş üzrə iddiaçının oğludur.
2. X2a aid müavinət işində olan sənədlərə əsasən onun əlilliyi 08.10.2019-cu il tarixdə qiymətləndirilmiş, ona birinci dərəcəli əlillik təyin edilmiş, sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmiş, ağır dərəcəli əqli gerilik, qeyri- üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuş, DSMF-nin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə 18.10.2019-cu il tarixli qərarı ilə ona 1-ci qrup əlilliyə görə 08.10.2019-cu il tarixdən ömürlük müavinət təyin edilmiş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 256 saylı, 22.10.2019-cu il tarixli sərəncamı ilə iddiaçı Xəzər rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu - xxxx-ci il təvəllüdlü X2un üzərinə qəyyum təyin olunmuşdur.
3. Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, X2un tibbi göndərişi 01.04.2019-cu il tarixdə verilmişdir. Pasiyent 08.05.2019-cu ildə xəstəxanaya daxil olmuş, 08.06.2019-cu il tarixdə xəstəxanadan çıxmışdır. 24.05.2019-cu il tar ixdə ona ağır dərəcəli əqli gerilik, nəzərəçarpan davranış pozuntuları diaqnozu qoyulmuşdur. Xəstəliyin başlanma tarixi 2004-cü il kimi göstərilmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsindən ona ünvanlanmış 18.12.2019-cu il tarixli məktubla bildirilmişdir ki, oğlu - X4 01.03.2019-cu il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara verilən müavinət təyin olunub və ödənilib. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə aktına əsasən oğluna 08.10.2019-cu ildən 1-ci qrup əlillik təyin edildiyi üçün ona 08.10.2019-cu il tarixdən 1-ci qrup əlillərə verilən müavinət və t əqaüd təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 27 yanvar 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona X2 qəyyumu kimi 01.03.2019-cu il tarixdən 08.10.2019-cu il tarixədək əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiа оnunlа əsаslаndırılmışdır ki, iddiaçının oğlu - X7 3 mart 2001-ci ildə Bakı şəhərində doğulmuşdur, doğulduğu andan bugünə kimi daun sindromu xəstəliyindən əziyyət çəkir və artıq neçənci ildir ki, daun sindromu diaqnozu ilə müalicə alır və depakin qəbul edir. İddiaçının oğlunun əqli cəhətdən problemləri ilə yanaşı, sağlamlıqla bağlı spesifik problemləri də olur. Sonuncu müayinə aktında on a 13-cü xromosomun trisomiyası, translokasiya, daun sindromu, əqli gerilik, qıcolma, tutmalar diaqnozu qoyulmuşdur. X7 ömürlük olaraq İ qrup əlildir və özünü idarə etmək iqtidarında deyil. Bu səbəbdən də onun daimi olaraq sosial müdafiəyə ehtiyacı vardır. İddiaçının oğlu məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və 1-ci qrup əlildir. Hal-hazırda iddiaçı onun üzərində qəyyum təyin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məhkəməyə daxil olmuş 03.11.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, əlillik altsistemindən çıxarışa əsasən E.Əzizovun Bakı şəhəri 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 12.06.2017-ci il tarixli 0120003AADE7 nömrəli göndərişi əsasında ilkin təyinat əsasında 13.06.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmçinin, Agentliyin 25 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasından alınmış məlumata əsasən, 13.06.2017-ci il tarixdən əvvəlki dövrə aid X3 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-2735/2020 saylı iş) 16 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək 1-ci qrup əlil X2 qəyyumu iddiaçıya 01.03.2019-cu il tarixdən 08.10.2019-cu il tarixə kimi əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə X2 əlilliyi ilkin olaraq qiymətləndirilərkən növb əti müayinə tarixi kimi onun 18 yaşının tamam olduğu 03.03.2019cu il tarixinin göstərilməsi əlilliyə səbəb olan xəstəliyin sonradan aradan qalxıbqalxmamasının müəyyən edilməsi, başqa sözlə, tibbi nöqteyi nəzərdən yox, hüquqi nöqteyi nəzərdən, yəni sağlamlıq imkanları məhdud olan 18 yaşınadək və 18 yaşından yuxarı şəxslərə ödənilən sosial müavinətin hüquqi əsaslarının fərqli olması baxımından yanaşılmalıdır, şəxsin sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşının tamam olacağı tarixdə yenidən yoxlanılması zərurəti məhz qanunvericilikdən irəli gələn hüquqi zərurətlə bağlıdır. Əmək qabiliyyəti o vaxt itirilmiş hesab edilə bilər ki, o, itirilənədək mövcud olsun. İş materiallarında olan X2 əlilliyinin ilkin və təkrar qiymətləndirilməsinə dair sənədlərdə isə onun əmək qabiliyyətinin itirilməsi qr afalarında əmək qabiliyyətinin itirilməsinin dərəcəsi göstərilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, X2 əmək qabiliyyəti, ümumiyyətlə, daha konkret şəkildə qeyd edilsə, onun əlilliyinin ilkin və təkrar qiymətləndirildiyi tarixləri arasındakı müddətdə də mövcud olmamışdır.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X12 və X5, 2-1(103)-805/2021 saylı iş) 2 iyul 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Cavabdeh 18 avqust 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6- bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SS Rİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.Həmin Əsasnamənin 4.26-bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin Fərmanın qüvvəyə mindiyi vaxtdan hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur.
14. X4 əllillik dərəcəsinin verilməsi 08.10.2019-cu il tarixinə təsadüf edir. İddiaçı Nizami rayon şöbəsinə 31 oktyabr 2019-cu il tarixdə müraciət etmiş və həmin tarixdən etibarən X4 əlilliyə görə sosial müavinət təyin edilib ö dənilmişdir. Qeyd edilməlidir ki, iddiaçının qəyyumu olduğu X4 2019-cu ilin mart ayına kimi sağlamlıq imkanlarının məhdudluğu olan şəxslər üçün nəzərdə tutulmuş sosial müavinət ödənilmiş, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət edildiyi tarixdən etibarən komissiyanın 2508 saylı qərarı əsasında ona 08.10.2019-cu il tarixdən sosial müavinət təyin edilib ödənilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. (-). Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini arada n qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 17. “Sosial müavinətlər haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsi l alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə
4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: (-); 4.0.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət; 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; (-). Maddə
7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: (-); 7.0.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsd iq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; (-). Maddə
9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: (-); 9.1.2. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə; 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərə findən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə; (-). Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları (-); 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.(-). Maddə
11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: (-). 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmi şdir).
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): (-). 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. (-). 5.1. Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edildiyi aydan sonrakı ayın 1-dək əlil hesab olunur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qi ymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasa siya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən i şə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. İşdə olan sənədlərə əsasən iddiaçının oğlu Q.E.Əzizov xxxx-ci il tarixdə doğulmuşdur. Q.E.Əzizova 13.06.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.Q.E.Əzizovun 18 yaşı 03.03.2019-cu il tarixdə tamam olmuş, bundan sonra Q.E.Əzizovun əlilliyi 08.10.2019-cu il tarixdə qiymətləndirilmiş, ona birinci dərəcəli əlillik təyin edilmiş, sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmiş, ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuş, DSMF-nin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə 18.10.2019-cu il tarixli qərarı ilə ona 1-ci qrup əlilliyə görə 08.10.2019-cu il tarixdən ömürlük müavinət təyin edilmiş və 0 oktyabr 2019-cu il tarixdən həmin müavinət ödənilməyə başlanmışdir. Həmçinin məhkəmə qətnaməsi əsasında Q.E.Əzizov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, iddiaçı anası onun qəyyumu təyin olunmuşdur.
26. İddiaçı oğlunun 18 yaşının tamam olduğu 3 mart 2019-cu il tarixdən 1-ci dərəcəli əlilliyinin müəyyən edildiyi 8 oktyabr 2019-cu il tarixədək olan dövr üçün müavinətin ödənilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarlar qəbul edilmişdir.
27. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının oğlunun 18 yaşı 2019-cu ilin mart ayında tamam olmuş və həmin vaxta qədər sağlamlıq imkanlarının məhdudluğu olan şəxs kimi nəzərdə tutulmuş sosial müavinət ödənilmişdir. İddiaçının 209-cu ilin oktyabr ayında müraciəti əsasında oğlunun əlilliyi müəyyən edilmiş və 2019-cu ilin oktyabr ayından da əlilliyə görə müavinət ödənilməyə başlanmışdır. İddiaçıya münasibətdə TSEK- in 24.10.2019-cu il tarixli qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi barədə hər hansı bir qeyd yoxdur. İddiaçının əlillik səbəbindən müavinət almaq hüququnun yaranma anı TSEK tərəfindən verilmiş qərarla müəyyən edilir. Bu səbəbdən də iddiaçının dayandırılmış müavinət məbləğinin birdəfəlik ödənilməsi tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir.
28. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Q.E.Əzizova aid sənədlərdən görünür ki, onun əlilliyi 08.10.2019-cu il tarixdə qiymətləndirilmiş, ona birinci dərəcəli əlillik təyin edilmiş, sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmiş, ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuş, DSMF-nin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə 18.10.2019-cu il tarixli qərarı ilə ona 1-ci qrup əlilliyə görə 08.10.2019-cu il tarixdən ömürlük müavinət təyin edilmişdir.
30. Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, Q.E.Əzizovun tibbi göndərişi 01.04.2019-cu il tarixdə verilmişdir. Pasiyent 08.05.2019-cu ildə xəstəxanaya daxil olmuş, 08.06.2019-cu il tarixdə xəstəxanadan çıxmışdır. 24.05.2019-cu il tarixdə ona ağır dərəcəli əqli gerilik, nəzərəçarpan davran ış pozuntuları diaqnozu qoyulmuşdur. Xəstəliyin başlanma tarixi 2004-cü il kimi göstərilmişdir.
31. Q.E.Əzizovun 18 yaşının tamam olduğu mart 2019-cu il tarixdən sonra o, müalicəsi və əlilliyin müəyyən edilməsi ilə bağlı 2019-cu ilin aprel ayından başlayaraq tibbi müəssisəyə müraciət etmiş, həmin müraciətin nəticəsi olaraq 2019-cu ilin oktyabr ayının 8-dən ona əlilliyə görə müavinət ödənilməyə başlanmışdır.
32. Q.E.Əzizovun həm sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən zaman, həm də 1-ci dərəcəli əlilliyi müəyyən edilən zaman xəstəliyin səbəbi, diaqnozu eyni, yəni ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuşdur.
33. İddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşında, 3 mart 2019-cu il tarixdə b itməsi, 1-ci dərəcəli əlilliyinin 2019-cu ilin oktyabr ayında müəyyən edilməsi və 2019-cu ilin oktyabr ayından əlilliyi olan şəxs hesab edilməsi işin mübahisə olunmayan halıdır.
34. Mübahisə 2019-cu ilin mart ayından 2019-cu ilin oktyabr ayına qədər müavinətin ödənilməsi ilə bağlıdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
36. Digər tərəfdən, “Əlilliyi olan şəxslərin hüquql arı haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
37. İşin hazırkı halında iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu mart 2019-cu il tarixdə bitmiş, bundan sonra onun əlilliyi ilə bağlı müalicə və müayinələr aparılmış, nəhayət də 2019-cu ilin oktyabr ayında əvvəlki diaqnoz əsasında əlillik müəyyən edilmişdir.
38. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətin i yaxşılaşdırdığından əlillik müddəti bitdikdən sonra iddiaçının oğlunun əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu səbəbdən həmin dövrlə bağlı müavinətin ödənilməli olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-805/2021 saylı, 2 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.