Məhkəmə qərarları › İş №2-1(102)-1869/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1869/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1869/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı «X6 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: onlayn media redaksiyasının media reyestrinə daxil edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı «X6 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının X2rşı “onlayn media redaksiyasının media reyestrinə daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024cü il tarixli, 2-1(103)-1139/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı «X6 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun sahibi olduğu onlayn media redaksiyası Media Reyestrinə daxil edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının X4 müraciət etmişdir.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərarı ilə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinin tələblərinə cavab verilmədiyi üçün iddiaçının müvafiq reyestrə daxil edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «X6 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunması barədə cavabdehin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və «X6 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını nəzərdə tutan qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı media qurumudur. xx.xx.2014-cü il tarixdə təsis edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan media fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı həmçinin "gundemxeber.az" onlayn media redaksiyasının təsisçisidir. İddiaçı 29 noyabr 2022-ci il tarixdə "Media haqqında" 2021-ci il 30 dekabr tarixli Qanuna (bundan sonra "Qanun") və Azərbaycan Respublikası Prezidentinin "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 26 sentyabr 2022-ci il tarixli Fərmanına (bundan sonra "Fərman") əsaslanaraq cavabdehə müraciət etmiş, həm özünün, həm də sahibi olduğu "gundemxeber.az" onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş etmişdir. Cavabdeh 5 dekabr 2022-ci il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul etmiş, həmin qərarla iddiaçının reyestrdə qeydiyyatından imtina olunmuşdur. Cavabdeh müraciətin rədd edilməsini iddiaçının və onun sahibi olduğu "gundemxe ber.az" onlayn media redaksiyasının fəaliyyətinin davamlı olmaması ilə əsaslandırmışdır. Agentlik Qanunun 74.1.2-ci maddəsinə və Fərmanın 6.5.2- ci yarımbəndinə istinad etmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, imtina qərarı verilmiş müraciətlər üzrə Media Reyestrinə daxil edilmək üçün yenidən müraciət edilə bilər. İddiaçı imtina haqqında qərarı aldıqdan sonra sahibi olduğu gundemxeber.az onlayn media resursunun “Media haqqında” Qanunun tələblərinə uyğunluğunu, xüsusilə, fəaliyyətin davamlılığı kriteriyalarına əməl edibetmədiyini bir daha araşdırmış, hər hansı çatışmazılıq müəyyən ediləmişdir. İddiaçı bunun ardınca, 22 dekabr 2022-ci il tarixdə Media Reyestrinə daxil edilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. Cavabdeh yenidən iddiaçının Media Reyestrinə daxil edilməsindən imti na etmişdir. Cavabdehin 29 dekabr 2022-ci il tarixli müvafiq imtina qərarında iddiaçının Media haqqında Qanunun 74.1.3-cü, 74.1-ci, 13.1-ci və 13.2-ci maddələrinə cavab vermədiyini bildirmişdir. Cavabdeh 05 dekabr 2022-ci il tarixli imtina qərarında Media haqqında qanunun aşağıdakı müddəalarına istinad edib, iddia edib ki, iddiaçının fəaliyyəti davamlı deyil: 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cii maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı h esab olunur. Cavabdeh 29 dekabr 2022-ci il tarixli imtina qərarında iddiaçının digər mediaların materiallarından qanuna uyğun istifadə etməməsinə istinad edib: 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi hər iki halda əsassızdır. Çünki, birincisi, ümumilikdə Media haqqında qanunun məzmunu qeyrimüəyyəndir, həm də qanun əməl edilməsi praktiki cəhətdən mümkün olmayan tələbləri özündə əhatə edir. İkincisi, cavabdeh imtina ilə bağlı hər iki qərarını la zımi səviyyədə əsaslandırmayıb. İddiaçı cavabdehin imtina qərarını qeyri-hüquqi və əsassız sayır, hesab edir ki, iddia təmin edilməlidir.

5. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı ərizəsində xx.xx.2022-ci il tarixli R/72 nömrəli və xx.xx.2022-ci il tarixli R/103 nömrəli olmaqla biri digərindən sonra qəbul olunan və özündən əvvəlkinin mübahisələndirilməsini istisna edən iki imtina qərarını mübahisələndirmişdir. X3 sonuncu - xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərarı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla “X6 redaksiyası” MMC media subyekti və “Gundemxeber.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Belə ki, “X6 Redaksiyası” MMC media subyekti və “Gundemxeber.az" onlayn media redaksi yası “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci və 13.2-ci, 74.1.3-cü maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3-cü yarımbəndinin tələblərinə cavab vermədiyindən imtina haqqında qərar qəbul edilmişdir. Digər tərəfdən, birinci - xx.xx.2022-ci il tarixli R/72 nömrəli qərarla bağlı cavabdeh qeyd edir ki, “X6 Redaksiyası” MMC media subyekti və “Gündemxeber.az” onlayn media redaksiyası reyestrə daxil edilmək üçün xx.xx.2022-ci il tarixdə Agentliyə müraciət etmiş və həmin müraciətə xx.xx.2022-ci il tarixli R/72 saylı Qərarla imtina verilmişdir. Həmin qərarda “Media Reyestrinin aparılması Qaydaları”nın 6.7-ci bəndinə istinad edilməklə qeyd olunmuşdur ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Agentliyin yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli imtina qərarından sonra iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən reyestrə daxil edilmək üçün Agentliyə müraciət etmişdir. Buradan isə açıq-aşkar aydın olur ki, iddiaçı Agentliyin xx.xx.2022-ci il tarixli Qərarını əsaslı hesab etmiş, nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət fəaliyyət göstərmiş və Reystrə daxil edilmək üçün yenidən Agentliyə müraciət etmişdir. Lakin iddiaçının fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göst ərilən 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadığından xx.xx.2022-ci il tarixdə onun və sahibi olduğu redaksiyanın Reyestrə daxil edilməsindən imtina barədə növbəti Qərar qəbul olunmuşdur. İddiaçının iddia ərizəsində Qanunun yalnız qanun qüvvəyə mindikdən sonra təsis edilən media subyektlərinə aid olması ilə bağlı göstərdiyi xüsusatlarla bağlı xüsusi olaraq bildirilir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X4 müraciət etməlidir. Qeyd olunan maddə keçid müd dəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırmış və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan tanımışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərar X5 tərəfindən qüvvədə olan normalar ilə tam əsaslandırılmış, xx.xx.2022-ci il tarixli R/72 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş səbəblər isə iddiaçı tə rəfindən aradan qaldırıldığından xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərarda həmin səbəblər imtina əsası kimi göstərilməmiş, nəticədə həmin qərarın mübahisələndirilməsi əsası ortadan qalxmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2-1(112)-5644/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisədə iddiaçı tərəfindən “Media haqqında” Qanununun 13.1 və 13.2-ci maddələrinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı digər media subyektlərinin informasiyalarına istinad etməklə istifadə etsə də, onunla həmin media subyektləri ilə arasında abunə və ya müqavilənin bağlanmasına dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki iddiaçının yuxarıda adıçəkilən media subyektləri ilə arasında abunə və ya müqavilə bağlanmasa belə, onun tərəfindən istifadə olunan informasiyalar digər media subyektlərinin dərc etdiyi informasiyaların üçdən birindən çox təşkil edir ki, bununla da qanunun 13.2-maddəsinin tələbləri pozulmuşdur.

8. Həmçinin qeyd edilmişdir ki, hazırkı iddia üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bu qənaəti təkzib edən sübutlar məhkəməyə nəinki təqdim edilməmiş, əksinə, qeyd olunan çatışmazlıqarın mövcudluğu, bununla da media subyektinə dair tələblərə əməl edilmədiyi etiraf edilmişdir. İddiaçı tərəf göstərilən nöqsanların aradan qaldırılmasının praktiki cəhətdən mümkün olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, qeyd olunan tələb hazırda qüvvədə olan qanunverciliyin imperativ göstərişidir və həmin tələbə cavab verməyən müra ciət müvafiq reyestrə daxil edilməmə ilə nəticələnir. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da iddiaçının hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Vurğulanmalıdır ki, istinad olunan Qaydadan göründüyü kimi, imtina qərarının mövcud olması iddiaçıya qanunla tələb olunan şərtlərə əməl etməklə reyestrə daxil edilmək üçün yenidən müraciət etməyə mane olmur.

9. Bundan əlavə qeyd edilmişdir ki, “Media haqqında” Qanunun yalnız həmin Qanun qüvvəyə mindikdən sonra təsis edilən media subyektlərinə aid olması ilə bağlı dəlili də razılaşmayaraq bildirir ki, “Media haqqında” Qanunun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tar ixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X4 müraciət etməlidir. Qeyd olunan maddə keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəalliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırmış və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan tanımışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasi ya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)-1139/2024 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, R.Səmədov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi “Media haqqında” Qanunun 1.1.2, 3.1, 13.1, 13.2, 13.3, 25.1.3, 73.1, 73.5, 73.6, 74.1.3, 78.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli, 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması” Qaydasının 2.1.1, 6.5, 6.5.3, 6.7ci bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq e dilmiş Azərbaycan Respublikasının Medianın X1 3.1.22-1-3.1.22-3-cü bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassator hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının 7-ci, 12-ci, 47-ci, 50-ci və 151-ci maddələrini, “Media haqqında” Qanununu, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu tətbiq etməyib və ya yanlış tətbiq edib. b. Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)-1139/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Media haqqında” Qanun: Maddə

13. İnformasiyadan istifadə edilməsi 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Maddə

26. Media subyektinə dair tələblər 26.1. Media subyektinə dair tələblər aşağıdakılardır: 26.1.1. təsisçi fiziki şəxs o lduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 26.1.2. təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır; 26.1.3. media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır. 26.2. Bu Qanunun 26.1.1-ci və 26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir. 26.3. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər: 26.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; 26.3.2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; 26.3.3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər. 26.4. Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər. 26.5. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. 26.8. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3-cü maddələrinin tələblərinə cavab verməlidir. Maddə

60. Onlayn media subyekti 60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Maddə

69. Çap mediası və onlayn mediada sponsorluq 69.2. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Maddə

74. Media Reyestrinə daxil edilmək üçün tələblər 74.1. Media Reyes trinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.1. bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır; 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; Maddə

73. Media Reyestri 73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə

78. Keçid müddəalar 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri fo rmalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir.

17. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli, 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması” Qaydası: 2.1.1. reyestr – Azərbaycan Respublikasının X5 (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; 6.5. bəndinə əsasən reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:... 6.5.3. fəa liyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur.

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkə məsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə ak tının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd e tmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bun unla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 16-18 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 21(103)-1139/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar