Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1873/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “təbii qazın ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1( 103)1713/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 1 İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qarabağa ləyaqətli formada qaytarılana kimi məskunlaşdığı qeyri-yaşayış sahəsinin qış mövsümü dövründə (hər cari ilin 15 noyabrdan 15 aprelinə kimi) isidilməsi üçün istifadə edəcəyi təbii qazın sərfiyyatını orta hesabla 720 manatdan olmaqla cavabdeh ARDNŞ-nin üzərinə (Gürcüstandakı bütün erməni kilsələrini təbii Azərbaycan qazı ilə təmin etdikləri kimi) qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı (hakim B.Cəlalov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1713/2023 nömrəli qərardadı ilə (hakimlər A.Oruczadə-sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmşıdır.
5. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNDƏ İCRAAT
6. İş materiallarından müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2-1(103)-1713/2023 nömrəli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, vəkil X1 02 may 2023-cü il tarixdə order yazılmasına baxmayaraq, həmin qərardaddan kassasiya şikayəti 26 may 2023-cü il tarixdə verilmiş, yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.
7. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 15 sentyabr 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. B ununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM) Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin q ərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 90.3. Bu fəsildə başqa qaydanın mü əyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsi nin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
10. İddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, vəkil X1 02 may 2023-cü il tarixdə order yazılmasına baxmayaraq, həmin qərardaddan kassasiya şikayəti 26 may 2023-cü il tarixdə verilmiş, qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət buraxılmaqla poçt rabitə şöbəsinə təqdim olmuşdur. Müddətin buraxılmasının üzürlü səbəbləri və müddətin bərpası barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır.
11. İddiaçıya bu barədə xəbərd arlıq edilməsinə və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə baş verə biləcək hüquqi nəticələrin izah olunmasına baxmayaraq, iddiaçı tərəfindən qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır.
12. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Odur ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
13. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1713/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.