Məhkəmə qərarları › İş №2-1(102)-1884/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1884/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1884/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra ixtisarla Cavabdeh) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-20/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dəvəçi rayon Aqrar İslahat komissiyasının 1998-ci il tarixli 10 iyul tarixli 04 saylı qərarı ilə X6 5 nəfər ailə üzvləri ilə birlikdə Dəvəçi rayonun Şahnəzərli kəndinin ərazisində 2,53 ha torpaq sahəsi verilmiş, bu barədə JN-1xx xxx 30408038 saylı dövlət aktı tərtib olunmuşdur.

2. Ərazidən “xxxx” kanalı çəkilərkən F.Əliyevaya məxsus torpaq sahəsin in şimal-şərq tərəfindəki 0,39 ha hissəsindən keçmiş, bununla əlaqədar olaraq F.Əliyevaya xx.xx.2004cü ildə 2.498.418 manat kompensasiya odənilmişdir.

3. X8 və digər mülkiyyətçilər xx xxxxxx 2006-cı il tarixdə tərtib olunmuş və Dəvəçi rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında JN 1xx xxx 30408038 saylı dövlət aktında göstərilən 2.20 ha torpaq sahəsini İddiaçı oğluna satmışdır.

4. Həmin torpaq sahəsi üzərində İddiaçı oğlunun mülkiyyət hüquqları xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində **********36 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə iddiaçıya DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarış verilmişdir. 5. “xxxx” kanalının keçdiyi ərazilər üzərində Az ərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin istifadə hüququ isə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007ci ildə qeydə alınmış və bu barədə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarış verilmişdir.

6. İddiaçı oğlu xx xxx 2015-ci il tarixdə X9 ilə bağlanmış və Şabran rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında, mülkiyyətində olan 2,2 ha torpaq sahəsinin 0,50 ha hissəsini X1.

7. Həmin alqı-satqı müqaviləsindən sonra Cavabdeh tərəfindən iddiaçıya 2015-ci il 6 may tarixdə verilmiş RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlarda iddiaçının adına 0,853 ha və 0,45904 ha torpaq sahələri, cəmi 1,31204 ha qeydə alınmışdır.

8. İddiaçı ərizə ilə cavabd ehə müraciət edərək 1,70 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

9. Cavabdeh 2015-ci il 15 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2007-ci il 16 fevral tarixli çıxarışla 2,20 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ tanınmışdır. Sonradan həmin torpaq sahəsindən 0,50 ha torpaq sahəsi satılmışdır. Yerdə qalan torpaq sahəsinin 0,39 ha hissəsi “xxxx” kanalının tikintisi altına düşdüyünə görə 1,312 ha torpaq sahəsinə çıxarış işlənilib verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətində olan Şabran rayonu, Şahnəzərli kəndində yerləşən torpaq sahəsinə dair **********18 və **********19 reyestr nömrələri ilə qanunsuz düzəliş olunaraq dövlət qeydiyyatına alınmış ümumilikdə 1,31 ha ölçüdə torpaq sahəsinin əvəzinə dəyişiklik edilərək, ümumilikdə 1,7 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması və ona dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, eləcə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan 7.000 manat maddi və 2.500 manat mənəvi ziyanın, cəmi 9.550 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə X10 ilə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlayaraq cəmi 2,2 ha ölçüdə torpaq sahəsi əldə etmişdir. Nəticədə həmin torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınm ış və ona 2007-ci il 16 fevral tarixdə çıxarış verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyindədir, hazıradək heç bir maneə və mübahisə ilə rastlaşmamışdır. Torpaq sahəsinin 0,5 ha hissəsini satmaq qərarına gələrək, həmin hissəni Elşən Əliyevə satmışdır. Həmin müqavilənin və baş vermiş dəyişikliklərin qeydə alınması üçün cavabdehə müraciət etdikdə ona yenilənmiş çıxarış verilmişdir. Lakin çıxarış 1,7 ha əvəzinə cəmi 1,31 ha torpaq sahəsinə dair verilmişdir. Beləliklə, cavabdeh onu xəbərdar etmədən və heç bir tutarlı səbəb göstərmədən mülkiyyət hüququna müdaxilə etmiş və mülkiyyətində olan torpaq sahəsinin həcmini azaltmışdır. Cavabdeh yazılı cavabında qeyd etmişdir ki, guya bir neçə il bundan əvvəl həmin ərazidə “xxxxı” su kanalı çəkilmiş və dövlət ehtiyac ları üçün mülkiyyətində olan torpaq sahəsinin xeyli hissəsi rekvizisiya olunmuşdur. Halbuki, hələ 2006-cı ildə torpaq sahəsini əldə etdikdə həmin kanal mövcud olmuş, həmçinin onun kənar sərhədləri, eləcə də onun ətrafında olan mühafizə zolaqları da müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılmış və sonradan dəyişdirilməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(85)-23/2017 saylı qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh imtinanın əsası kimi qeyd etdiyi halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Cavabdeh həmin qərardan ap elyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiyası məhkəmələrindəki icraat

15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)24/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), N.Nəsibov və A.Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-913/2 018 saylı, 2018-ci il 1 may tarixli qərarı ilə (hakimlər X.Məmmədov, (sədrlik edən və məruzəçi) R.Nəbizadə və A.Hüseynov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 29 yanvar tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 0,39 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin daimi istifadəsində olan torpaq sahəsi kimi qeydə alındığını bildirdiyi üçün və hazırkı mübahisə də məhz həmin torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınması məsələsinə dair olduğundan məhkəmə qəbul ediləcək qərarın Azərbaycan Respublikası Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin maraqlar ına toxunduğunu nəzərə alaraq onu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etməli olduğu halda, bunu etməmişdir.

19. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)430/2018 saylı, 2018-ci il 14 noyabr tarixli qərarı ilə (hakimlər T.Quliyev, (sədrlik edən və məruzəçi) G.Tağızadə və E.Əhmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 1 iyun tarixli 2-1(85)-23/2017 saylı qərarı ləğv olunmuş, iddia təmin edilməmişdir.

20. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-861/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov (sədrlik edən və məruzəçi) N.Rəsulbəyova və Z.Quliyev) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 noyabr tarixli 2-1(105)-430/2018 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmış, şikayət qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını qərarında təsvir etsə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iş üzrə sübutları qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. İşin materiallarına görə, Fizzə Əliyeva və ailə üzvləri ilə iddiaçı arasında bağlanmış 2006-cı il 1 dekabr tarixli alqı-satqı müqaviləsində dövlət aktına əsasən onlara məxsus olan 2.2 ha torpaq sahəsinin satıldığını göstərmişlər. Torpaq sahəsinin əvvəlki həcminin 2.53 ha olduğu, onun bir hissəsinin kanalın altına düşməsi səbəbi ilə Fizzə Əliyevaya kompensasiya ödənildi yi, qalan sahənin 2.2 ha təşkil etdiyi, həmin sahənin də iddiaçıya satıldığı qəbul edildiyi halda, alğı-satqıdan sonra, kanalın altına düşən sahə istisna edilməklə, qalan 2.2 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmalı idi. Lakin apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadla qeyd edir ki, 2.2 ha torpaq sahəsini iddiaçıya satdıqdan sonra Fizzənin adına yenidən, qalıq hissəyə çıxarış verildiyi müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə Fizzə Əliyeva arasında alğı-satqının predmeti olan torpaq sahəsinin hüdudlarına (döngə nöqtələrinin koordinatlarına, yerləşmə vəziyyətinə və s.) dair suala aydınlıq gətirməyib. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının adına 2007-ci il 15 fevral tarixdə verilmiş “Daşınmaz əmlakın pasportunda” (iş v. 58) qeydə alınmış t orpaq sahəsinin koordinatları qeyd edilib. Alqı-satqının kanalın tikilməsindən və əvvəlki mülkiyyətçiyə kompensasiya ödənildikdən sonra bağlandığı nəzərə alındıqda, satıcının mülkiyyətində torpaq sahəsinin qalıb-qalmadığı və onun adına qalıq hissəyə həqiqətən də çıxarış verildiyi ekspert rəyi ilə deyil, alqı-satqıya dair notariat işinin materialları və reyestrdən çıxarışın özü ilə (yaxud qeydiyyatı aparan orqanın müvafiq arayışı ilə) təsdiq oluna bilərdi. Hazırkı işdə bu, baş verməmişdir. İddiaçı isə öz növbəsində bildirmişdir ki, 1.7 ha torpaq sahəsi (2.2 ha sahənin 0.5 ha hissəsi satıldıqdan sonra qalan sahə) hal-hazırda onun faktiki sahibliyində və istifadəsindədir (iş v. 125). İddiaçının bu dəlili də məhkəmə araşdırmasının predmeti olmayıb.

21. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), F.Zeynallı və E.Rəhimov) apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını sadalayır, amma qərar qəbul edərkən onları nəzərə almır və cavabdehin imtinası səhv olaraq əsaslı hesab edib id dianın təmin olunmaması barədə qanunsuz qərar qəbul edir. Məhkəmə kollegiyası bir tərəfdən qeyd edir ki, su kanalı iddiaçı Ə.Əmiraslanovla satıcı (3-cü şəxs) F.Əliyevanın və onun ailəsi ilə bağladığı alqı-satqı müqaviləsi zamanı mövcud olmuş, eləcə də cavabdehin F.Əliyevanın qanunda nəzərdə tutulmuş sənədlər olmadan mülkiyyətinə 0,33 ha torpaq sahəsi qeydə alınmışdır. Digər tərəfdən isə “nə qədər ki, həmin torpaq sahəsi F.Əliyevanın hüquqlarının yüklülüyündən azad olunmamışdı, cavabdeh 1,7 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarını qeydə ala bilməzdi” qeyd edir. Halbuki, 5 il davam edən məhkəmə çəkişməsi zamanı bütün mümkün olan hallar və sübutlarla müəyyən olunub ki, həqiqətən tam əsaslı olaraq, mövcud şəraitə uyğun iddiaçının mülkiyyətinə 2,2 ha torpaq sahəsi cavabdeh tərəfindən qeydə alınmış və ən vacibi də odur ki, sonradan qanunsuz aparılmış dəyişiklik əsasında 0,33 ha torpaq sahəsi reyestrdən silinərək guya su kanalının altına düşməsi kimi cavabdeh tərəfindən izah edilmişdir. Cavabdehin saxta sənədlərin sürəti əsasında (həmin sənədlərin yalnız sürəti sübut kimi məhkəməyə təqdim edilmiş) iş üzrə cəlb olunmuş üçüncü şəxs F.Əliyevanın adına mövcud olmayan torpaq sahəsi üzrə, heç bir hüquqi sənəd və əsas olmadan dövlət qeydiyyatına alınmışdır. Halbuki, cavabdehin təqdim etdiyi sənədlərin sürətinin (bölgü-sxem, razılıq ərizəsi və sairə) yox, məhz sənədlərin əslinin məhkəməyə təqdim olunması xahiş olunsa da, həmin sənədlərin əslinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, “məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir”. Belə olduğu halda, məhkəmə iddianı mümkünsüz hesab etməli idi və bununla bağlı müvafiq qərardad da qəbul etməli idi. Bundan başqa, cavabdeh hansı səbəbdən və ya əsasla dövlət reyestrində vaxtılə qeydə alınmış mülkiyyət hüququ üzrə dəyişikliklər aparılması haqqında hər hansı bir mötəbər sübut nə məhkəməyə qədər iddiaçıya, nə də ki, məhkəmə icraatı zamanı təqdim etməmişdir. Cavabdeh gah iddiaçıya məxsus olan topraq sahəsinin bir hissəsinin guya su kanalın altına düşdüyünü, gah da 2006-cı ildə baş vermiş alqı-satqı zamanı guya tərəflər arasında razılaşma əsasında torpağın bölgü-sxemi tərtib olunduğuna görə, həmin reyestr məlumatlarında dəyişiklik həyata keçirildiyini bildirmişdir. Halbuki, bu dəlillər uydurma və əsassızdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, iddiaçının aldığı torpaq sahəsinin rekvizisiya olunması səbəbilə hələ 2004-cü ildə əvvəlki mülkiyyətçiyə (F.Əliyevaya və onun ailəsinə) müvafiq kompensasiya verilmişdir. Nəticə etibarı ilə cavabdeh imtina məktubunda səbəb kimi, azaldılmış torpaq sahəsinin hissəsinin məhz su kanalının altına düşməsi ilə izah etsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən isə, cavabdeh tərəfindən məhkəmə baxışı zamanı məhz birinci apelyasiya instansiyası məhkəməsi dövründə başqa sübut kimi tərəflər arasında alqı-satqı baş verən zaman guya əlavə olaraq bölgü-sxem tərtib olunması ilə bu dəyişikliyi izah etməyə çalışmışdır. Ancaq məhkəmə bu sənədlərin sürətinin birinci instansiyası məhkəməsində təqdim edilmədiyini və nə səbəbdən sonradan yalnız apelyasiya məhkəməsi baxışı zamanı təqdim olunduğunu öyrənməmişdir. Həmçinin həmin sənədlərin açıq-aşkar saxta olduğu halda, müvafiq qərardadla cinayət işinin başlanılmasına dair prokurora xəbər verməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin hallarına uyğun olmayan qərar qəbul etməsini öz qərarında göstərsə də, hazırkı qərar özü-özlüyündə işin hallarına və iş üzrə cəlb olunmuş üçüncü şəxsin təqdim etdiyi sübutlara lazımi qaydada diqqət yetirməyərək onları ümumiyyətlə qiymətləndirməmişdir. Belə ki, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il M-7/795 nömrəli izah məktubundan açıq-aşkar görünür ki, onun bu iş üzrə qəbul olunmuş qərardan hər hansı bir marağı yoxdur. Ən vacibi isə odur ki, “xxxx” kanalının tikintisi altına düşən X4 (torpağın əvvəlki mülkiyyətçisi) mülkiyyətində olan torpaq sahəsinin rekvizisiya olduğuna görə 2004-cü il tarixində ******* manat məbləğində kompensasiyanın ödənilməsi göstərilmişdir. Buna sübut kimi müvafiq ödəniş tapşırığının təsdiq olunmuş surəti də təqdim edilmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında üçüncü şəxsin gəlmiş nümayəndəsi əlavə olaraq ətraflı məktub təqdim etmişdir. Həmin məktubda konkret olaraq göstərilib ki, su kanalının inşa edilməsinin sonuncu mərhələsi 2006-ci ilin iyul ayında tamamlanmış və o tarixdən etibarən cavabdehə ümu miyyətlə onlar tərəfindən hər hansı bir müraciət və ya xahiş olmamışdır. Bu bir daha sübut edir ki, cavabdeh qanunsuz olaraq onun torpağı ilə bağlı reyestr məlumatlarını təhrif etmiş və su kanalı tam inşa olunduqdan sonra, (yəni bütün kompensasiyalar ödənildikdən sonra) iddiaçı xx.xx.2006-cı ildə F.Əliyeva ilə müvafiq alqı-satqı müqaviləsini bağlayaraq 2,2 ha torpaq sahəsi almışdır. Məhkəmə kollegiyası öz qərarında göstərir ki, torpağın əvvəlki sahibi F.Əliyevaya 2004-cü ildə müvafiq kompensasiya ödənişi verilərək həmin torpaq sahəsi 2.53 ha.-dan 2,2 ha.-ya qədər kiçildilmişdir. Həmçinin birinci instansiyası məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə ekspertizası zamanı müəyyən olunmuşdur ki, iddiaçı F.Əliyevadan və qeyrilərindən həmin torpaq sahəsini alarkən, artıq adı çəkilən su kanalı m övcud olmuşdur və ərazidə hər hansı bir torpaq sərhədlərinin dəyişdirilməsi müəyyən olunmamışdır. Beləliklə, bu hallar məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamış və nəticə etibarı ilə ədalətsiz və işin hallarına uyğun olmayan qərar qəbul olunmuşdur. İş üzrə məhkəmə ekspertizası rəyində göstərilir ki, iddiaçının sərhədləşdirilmiş və mərzləşdirilmiş torpaq sahəsinin ölçülməsi zamanı hər hansı bir azalma və ya dəyişdirilmə müşahidə olunmamışdır. Yəni ilkin qeydiyyat zamanı alqı-satqı müqaviləsinə uyğun olaraq 2,2 hadan 2015-ci ilin may ayında iddiaçının həyata keçirtdiyi alğı-satqısından sonra satılmış 0,5 ha nəzərə alınaraq, faktiki olaraq 1,7 ha ölçüdə olan torpaq sahəsinin mövcud olduğunu göstərmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz d axil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü çəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və d igər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qan unla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çox illik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;.... 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. 28. “İnzibati icraat haqqında” Qanun Maddə

10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hü quqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardad ının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apelyasiya instansiyası məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, tərəflər arasında mübahisə ona görə yaranmışdır ki, torpaq sahəsinin bir hissəsinin kanalın tikintisi altına düşməsi ilə bağlı kompensasiya almalarına, yerdə qalan 2.2 ha torpaq sahəsini iddiaçıya satmalarına və nəticə etibarilə mülkiyyətlərində naturada torpaq sahəsi qalmadığına baxmayaraq, xx.xx.2006-cı il tarixdə aparılmış alqı-satqıdan sonra keçmiş mülkiyyətçilərdən F.Əliyeva cavabdehə müraciət edərək, iddiaçı ilə aralarında olan alqısatqı müqaviləsinə əsasən 157 nömrəli torpaq sahəsinin 2.20 ha hissəsinin İddiaçı oğluna verilməsi, 0.33 ha qalıq hissəsinin isə özündə (F.Əliyevada) qalması göstərilmiş torpaq sahəsinin bölgü-sxemini təqdim edərək (halbuki n otariat işinin əslində belə bölgü yoxdur) Dəvəçi rayonu, Şahnəzərli kəndində yerləşən faktiki sahəsi 0.32757 ha, sənəd üzrə sahəsi 0.3334 ha olan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istəmiş və xx.xx.2007-ci il tarixdə bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.

34. Apelyasiya instansiyasının müəyyən etdiyi işin bu halları, iş materiallarına uyğundur. Belə ki, Dəvəçi rayon Aqrar İslahat komissiyasının 1998-ci il tarixli 10 iyul tarixli 04 saylı qərarı ilə X6 5 nəfər ailə üzvləri ilə birlikdə Dəvəçi rayonun Şahnəzərli kəndinin ərazisində verilmiş 2,53 ha torpaq sahəsinin şimal-şərq hissəsindən “xxxx” kanalının keçməsi ilə əlaqədar olaraq F.Əliyevaya xx.xx.2004-cü ildə 2.498.418 manat kompensasiya odənilmişdir. Lakin F.Əliyevadan alınmış və kanalın altına düşən torpaq sahəsi üzərində yüklülük daşınmaz əmlakın dövlət reyestrində bir neçə ildən sonra, yəni xx.xx.2007-ci ildə qeydə alınmışdır. Kanalın altına düşən torpağın yüklülüyü dövlət qeydiyyatına alınanadək, yəni xx xxxxxx 2006-cı il tarixdə iddiaçı notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında F.Əliyevadan 2.20 ha torpaq sahəsini almışdır. İddiaçının aldığl torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə **********36 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 14431 saylı məhkəmə-texniki-tikinti ekspertizasının rəyi ilə, xx xxxxxx 2007-ci il tarixli **********336 saylı çıxarışa əsasən İddiaçı oğluna məxsus olmuş 2,2 ha torpaq sahəsindən «xxxxı» su kanalının keçməsi, həmin torpaq sahəsinin kanalın altına düşən hissəsinin şimal-şərq istiqamətində 0,39 ha təşkil etdiyi müəyyən edilir.

35. İddiaçının X7 0,5 ha torpağı satandan sonra xx xxxxxx 2007-ci il tarixli **********336 saylı qeydə əsaslanmaqla, 1.7 ha torpaq sahəsinə çıxarış verilməsi barədə tələb inzibati orqan tərəfindən icra oluna bilməz. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinə görə reyestr xidməti orqanı, hüquqların dövlət qeydiyyatını aprarkən, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamalı; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət q eydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etməlidir. İddiaçıya 16 fevral 2007-ci il tarixli ******* saylı çıxarışda göstərilən torpaq sahəsinin 0,5 ha sahəsi satıldığına və bir hissəsindən kanal keçdiyinə görə ona 2015-ci il 6 may tarixdə verilmiş RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlarda 0,853 ha və 0,45904 ha torpaq sahələri faktik vəziyyətə uyğun göstərilmişdir.

36. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, “İddiaçı cavabdehin dəlilini israrla mübahisələndirir ki, kanal həmişə mövcud olmuşdur və o hazırda faktiki olaraq 1.70 torpaq sahəsindən istifadə edir. Hazırda da cavabdehdən tələb edir ki, 1,31 ha ölçüdə torpaq sahəsinin əvəzinə dəyişiklik edilərək, ümumilikdə 1,7 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlar ı qeydə alınsın. Başqa sözlə, iddianın mahiyyətindən görünür ki, iddiaçı kanalın ərazisini deyil, həmin ərazi çıxılmaqla yerdə qalan və ona satılmış ərazi üzərində hüququnun qeydə alınmasını istəyir. Bir halda ki, ona 2.2 ha torpaq sahəsi satılıb, həmin hissədən 0.50 ha satıldıqdan sonra iddiaçının mülkiyyətində 1.7 ha torpaq sahəsi qalmalıdır.

37. İddiaçının bu mövqeyi ilə bağlı kollegiya qeyd edir ki, nə qədər ki, həmin torpaq sahəsi F.Əliyevanın hüquqlarının yüklülüyündən azad olmamışdır, cavabdeh 1,7 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarını qeydə ala bilməz”.

38. Məhkəmənin bu nəticəsi də işin hallarına uyğundur. Belə ki, F.Əliyeva ilə Ə.Əmiraslanovun arasında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra, JN-157 nömrəli torpağa mülkiyyət hüququ na dair dövlət aktında göstərilən, Dəvəçi rayonu, Şahnəzərli kəndində yerləşən faktiki sahəsi 0.32757 ha, sənəd üzrə sahəsi 0.3334 ha olan torpaq sahəsinə F.Əliyevanın və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********37 reyestr nömrəsi ilə qeydə alınmışdır (ikinci cild, səh 43-51) və həmin qeyd ləğv olunmamışdır.

39. İddiaçının F.Əliyevadan aldığı torpaq sahəsinin bölgü-sxemindən xəbərsiz olduğu, torpaq sahəsinin alqı-satqısı baş tutarkən F.Əliyeva ilə heç bir bölgü-sxemə imza etmədiyi və iş materiallarında olan bölgü-sxemdəki imzanın ona məxsus olmadığı barədə dəlilləri də apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və məhkəmə müəyyən etmişdir ki, 4-Ə-104 reyestr nömrəli notariat işində iddiaçıya satılmış torpaq sahəs inin plan-cizgisində 157 nömrəli torpaq sahəsi hissələrə bölünməmiş, həmin torpaq sahəsinin bir hissəsinin Ə.Əmiraslanova, digər qalıq hissəsinin F.Əliyevaya verilməsi, eləcə də bu bölgünün tərəflərin imzası ilə təsdiqlənməsinə dair heç bir qeydə rast gəlinmir.

40. Məhkəmə koillegiyası bildirir ki, əslində bu dəlil iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən onun adına xx.xx.2007-ci ildə verilmiş çıxarışın və F.Əliyevanın adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********37 reyestr nömrəli qeydiyyatın mübahisələndirilməsi iddiası olduğu halda araşdırma predmeti ola bilər. Buna görə də məhkəmə kollegiyası satılmış torpaq sahəsi ilə bağlı plan-sxem, həmin plan-sxemin saxtalaşdırılması, habelə qeydə alınmış ölçülərlə bağlı kassasiya dəlilləri nin araşdırılmasını zəruru hesab etmir.

41. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Qanunun 13.2 və 17-ci maddələri).

42. Kassatorun üçüncü şəxs Meliorasiya və Su Təsərrüfatı ASC-nin iş üzrə qəbul olunmuş qərarda hər hansı bir marağının olmamasını bildirməsinə, təqdim etdiyi sübutlara məhkəmənin lazımi diqqət yetirməməsi, su kanalının inşa edilməsinin sonuncu mərhələsinin 2006-ci ilin iyul ayında tamamlanması və o tarixdən etibarən cavabdehə ümumiyyətlə onlar tərəfindən hər hansı bir müraciət və ya xahişinin olmamasını məhkəmənin nəzərə almaması barədə dəlilləri qərarın ləğvinə əsas vermir. Çünki üçüncü şəxsin mövqeyi və cavabdehə müraciət etməməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir edən hallar deyildir.

43. Kassatorun cavabdehin hansı səbəbdən və ya əsasla dövlət reyestrində vaxtılə qeydə alınmış mülkiyyət hüququ üzrə dəyişikliklər aparılması haqqında hər hansı bir mötəbər sübutu məhkəməyə qədər iddiaçıya, yaxud məhkəmə icraatı zamanı təqdim etməməsi, iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsinin guya su kanalının altına düşməsi, sonradan isə alqı-satqı zamanı guya tərəflər arasında razılaşm a əsasında torpağın bölgü-sxemi tərtib olunduğuna görə həmin reyestr məlumatlarında dəyişiklik həyata keçirildiyini bildirməsi barədə dəlili də işin hüquqi vəziyyətinin dəyişmir.

44. Yəni işin açıq-aşkar vəziyyəti ondan ibarətdir ki, F.Əliyeva JN-1xx xxx 30408038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən özünə və ailə üzvlərinə məxsus olan Dəvəçi rayonun Şahnəzərli kəndinin ərazisində yerləşən 2,53 ha torpaq sahəsinin şimal-şərqdəki 0,39 ha hissəsindən “xxxx” kanalının keçməsi ilə əlaqədar olaraq xx.xx.2004-cü ildə 2.498.418 manat kompensasiya aldıqdan sonra, yəni xx xxxxxx 2006-cı il tarixdə iddiaçıya sözügedən dövlət aktında göstərilən 2.20 ha torpaq sahəsini iddiaçıya satmış, iddiaçının aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrind ə xx.xx.2007-ci ildə **********36 reyestr nömrəsi ilə qeydə alınmış, qalan faktiki sahəsi 0.32757 ha, sənəd üzrə sahəsi 0.3334 ha olan torpaq sahəsinə isə F.Əliyevanın və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********37 reyestr nömrəsi ilə qeydə alınmışdır. «xxxx» su kanalı, xx xxxxxx 2007-ci il tarixli **********336 saylı çıxarışa əsasən iddiaçıya məxsus olmuş 2,2 ha torpaq sahəsindən keçir. Aydın şəkildə görünür ki, alqı-satqıdan sonra F.Əliyevanın adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********37 reyestr nömrəsi ilə qeydə alınmış faktiki 0.32757 ha torpaq sahəsi, JN-1xx xxx 30408038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2,53 ha torpaq sahəsinin cənubunda yerləşən üçbucaq k onfiqurasiyalı hissədir.

45. Kassatorun “məhkəmə ekspertizası rəyində göstərilir ki, iddiaçının sərhədləşdirilmiş və mərzləşdirilmiş torpaq sahəsinin ölçülməsi zamanı hər hansı bir azalma və ya dəyişdirilmə müşahidə olunmamışdır” dəlili də ekspertin rəyinin məzmununa uyğun deyildir. Rəydə bu cür məna verən nəticə yoxdur. Rəyin nəticə hissəsinin üçüncü abzasında deyilir ki, “Eyni zamanda, iddiaçının mülkiyyətində olmuş 2,2 ha torpaq sahəsinin 0,50 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan və 0,50 ha torpaq sahəsinə çıxarış veridikdən sonra, İddiaçı oğlunun mülkiyyətində qalan torpaq sahəsindən «xxxxı» su kanalının yeri (0,39 ha) təkrar çıxılaraq, 1,70 ha torpaq sahəsinin əvəzinə 1,31 ha sahəyə çıxarışın verilməsi müəyyən edilmişdir”. Burada “təkrar çıxılaraq” ifadəsi 0,39 ha hiss əsinin iki dəfə çıxılmasını ehtiva etmir. Əks halda iddiaçının qalan torpaq sahəsi 1,31 ha deyil, 0,92 ha (2,2-0,5-0,39-0,39=0,92) olardı.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-20/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar