Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1888/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərarın ləğv edilməsi və verilmiş icazənin müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.202 3-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-172/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur. 2. 1987-ci ildən Rusiya Federasiyasında yaşayır və işləyir. Rusiya Federasiyasının vətəndaşıdır və hal-hazırda həmin dövlətdən pensiya alır.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona xx.xx.20 18-ci il tarixdə 5 (beş) il müddətinə DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir.
4. İddiaçı 2023-cü ilin may ayında cavabdehə müraciət edərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir.
5. İddiaçıya cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar göndərilmişdir.
6. Eyni zamanda, ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkə məsində icraat
7. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz rayon Kərimli kəndində anadan olmuşdur. 1987-ci ildən Rusiya Federasiyasında yaşamış və işləmişdir. Rusiya Federasiyasının vətəndaşıdır və hal-hazırda həmin dövlətdən pensiya alır. Rusiya Federasiyası vətəndaşlığından çıxması onun hüquq və mən afelərinə uyğun gəlmədiyinə görə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsini cavabdehdən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona xx.xx.2018-ci i tarixdə 5(beş) il müddətinə DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 2023-cü ilin may ayında Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar göndərilmişdir. Eyni zamanda, ona x x.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. Çünki həmin qərar guya onun “daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəminin 180 gündən çox olması” ilə əsaslandırılmışdır. Lakin qərarda həmin günlərin hansı ilə təsadüf etdiyi qeyd edilməmişdir. Cavabdeh inzibati orqan hazırda mübahisələndirilən qərarı qəbul edən zaman Covid - 19 pandemiyasını və Rusiya-Ukrayna müharibəsini nəzərə almamışdır. Onun arvadı Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa onun qeydiyyatda olduğu ev qohumumun adına olsa d a özünə məxsusdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. cavabdehin etirazı:
9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, ona xx.xx.2018-ci il tarixindən 5 illik olmaqla, yəni xx.xx.2023-cü il tarixinə kimi ölkə ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Şəxs adını dəyişdiyi üçün (belə ki, əvvəlki müraciətində şəxsin Rusiya Federasiyasına məxsus pasportda adı Seyran olmuş, daha sonra isə Seıran olaraq dəyişdirmiş) xx.xx.2023-cü il tarixində DYİ vəsiqə dəyişmə üçün DMX-ya müraciət etmişdir. Şəxs xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazəsinin müddətinin uzadılması üçün müraciət etmişdir. Müraciətin araşdırılması zamanı təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə uyğun olaraq şəxsin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən 1(bir) il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduğu müəyyən edilmişdir.
10. Şəxsin xx.xx.2018-ci il tarixli müraciəti əsasında 5 il müddətinə verilmiş (etibarlıq tarixi xx.xx.2023) Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəllə sinin 55.0.8ci maddələrinə əsasən ləğv edilmişdir və şəxsə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 20573 nömrəli icazə vəsiqəsi qüvvədən düşmüşdür. Bununla bağlı DMX tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmiş və şəxsin ünvanına bu barədə rəsmi məktub göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2391/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazənin mü ddətinin uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Ona xx.xx.2018-ci il tarixindən 5 illik olmaqla, yəni xx.xx.2023-cü il tarixinə kimi ölkə ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Cavabdeh orqan tərəfindən inzibati araşdırma aparılarkən iddiaçının xx.xx.2022-xx.xx.2023-cü il tarixədək 271 gün, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək 357 gün ölkə xaricində olması müəyyən edildiyindən xx.xx.2023-ci il tarixli, ******* №-li qərar qəbul edilərək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, ona 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmişdir.
13. Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinin tələbinə əsasən əcnəbinin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olması Azərbaycan Respublikasında daimi yaşamaq üçün verilmiş icazənin ləğvi əsası kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Miqrasiya Məcəlləsinin 45.1.2, 45.1.3, 45.1.3-1, 45.1.3-2 və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar iddiaçıya münasibətdə mövcud deyil.
14. İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il və xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ölkə hüdudlarından kənarda olmasını xəstəliyi və sərhədlərin bağlı olması ilə əsaslandırmışdır.
15. Bununla belə, məh kəmə qeyd edir ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti” Qaydaların 2.1.3-cü bəndinə əsasən (iddiaçının ölkə hüdudlarından kənarda olduğu müddət ərzində qüvvədə olan redaksiya) Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul etməsi öz əksini tap mışdır: - 2.1.3.2.... Azərbaycan Respublikasında... daimi yaşamaq icazəsi olan əcnəbilər... və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış əlilliyi olan uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər əsasında; - 2.2. Müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir.
16. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı Rusiya Federasiyasında pensiyaya çıxmasını, aylıq pensiyasının 80. 000 rubl məbləğində (1500-1600 manat) olmasını və əlavə ödənişlər almasını bildirmişdir. Bu isə onun qeyd edilən dövrlərdə faktiki olaraq hava nəqliyyatı ilə Azərbaycan Respublikası ərazisinə gəlmək iqtidarında olmasını birbaşa sübut edir.
17. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinin tələbini pozduğundan və bunun üzrlü səbəblərinə dair hər hansı sübut təqdim edə bilmədiyindən cavabdeh orqan xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarın qəbul edilməsində haqlı olmuşdur.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-172/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(116)-2391/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Miqrasiya Məcəlləsinin 45.1.3-cü, 55.0.8-ci və "İnzibati icraat haqqında" Qanunun 67.1 və 67.2-ci maddələrinin tələbi pozulmuşdur. Cavabdehin qanunsuz və əsassız qərarı nəticəsində iddiaçının hüququ pozulmuşdur. Miqrasiya Məcəlləsinin 45.1.3-cü maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının dəfələrlə qeyd etməsinə baxmayaraq, onun Oğuz şəhərində 2 fərdi yaşayış evinin və 1 minik avtomobilinin olduğunu məhkəmə nəzərə almamışdır. Həmin əmlakların dəyəri 1.100.000 (bir yüz min) manatdan xeyli artıqdır.
23. Məhkəmə həmçinin Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsini də düzgün tətbiq etməmişdir. Dəfələrlə iddiaçı uzun müddət COVİD-19 infeksiyasına yoluxduğunu və uzun müddət müalicə olunduğunu bildirsə də məhkəmə bu halı nəzərə almamışdır. Eyni zamanda, məhkəmə iddiaçının pensiyasının Azərbaycana təyyarə ilə gəlib-qayıtmağına kifayət etdiyini yazsa da təyyarə biletinin qiymətini göstərməmişdir. Bundan başqa, məhkəmə cavabdeh orqanın hansı qərarının mübahisələndirildiyinə də aydınlıq gətirməmişdir. Bununla da "İnziba ti icraat haqqında" Qanunun 67.1-ci və 67.2-ci maddələrinin tələbləri pozulmuşdur.
24. İnzibati Prosessual Məcəllənin 12.1 və 13-cü maddələrinin tələbi pozulmuşdur. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə qeyd edilən maddələrin tələbinə əməl etməli olduğu halda heç bir zərurət olmadığı halda işə aidiyyəti olmayan hüquq normalarına istinad etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin tələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri 25.Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 26.Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır):... 45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda. 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda, 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda, 45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda... 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq f əaliyyəti ilə məşğul olduqda 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir) 27.İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M addə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 28.Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir. 29.Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 30.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 31.Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 32.Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiy a məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 33.Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinin tələbinə əsasən əcnəbinin daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olması Azərbaycan Respublikasında daimi yaşamaq üçün verilmiş icazənin ləğvi əsası kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Miqrasiya Məcəlləsinin 4 5.1.2, 45.1.3, 45.1.3-1, 45.1.3-2 və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar iddiaçıya münasibətdə mövcud deyil.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. 36.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(107)-172/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.