Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1909/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1909/2024) (Açar sözlər: Vergi Məcəlləsinin 166.7-ci maddəsinin xx.xx.2024-cü ilə olan redaksiyasının tətbiqi; əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin iddiaçının ƏDV hesabına ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan R espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(104)-59/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2004-cü il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2. xx.xx.2021-ci il tarixdə Şahid1 tərəfindən 20.000 manat məbləğində avans ödənişi, xx.xx.2021-ci il tarixdə Şahid2 MMC tərəfindən 23.800 manat avans ödənişi iddiaçının sub-hesabına köçürülmüşdür.
3. Azərbay can Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********690200 nömrəli qərarına əsasən, 2021-ci ilin oktyabr ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması üzrə 18.593,56 manat məbləğində əlavə vergi hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********308400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması üzrə 23.800 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəm əsinə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, qeyd olunan dövr ərzində xx.xx.2021ci il tarixdə fərdi sahibkar Şahid1 tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 20.000 manat ƏDV məbləği, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat ƏDV məbləği ödənilmişdir. Qeyd olunan proses vergi orqanı tərəfindən vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********690200 nömrəli qərarına əsasən, 2021-ci ilin oktyabr ayı üzrə 18.593,56 manat ƏDV və xx.xx.2022-ci il tarixli, **********308400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayı üzrə 23.800 ƏDV məbləği hesablanmışdır.
6. Cavabdeh vergi orqanı iddia tələbinə xx.xx.2022-ci il tarixli, **********824800 nömrəli etirazında işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, kameral vergi yoxlaması zamanı təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0,00 manat məbləğ, hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabına 23.800,0 manat məb ləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 132 222,22 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 23.800,00 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 132.222,22 manat məbləğdən 132.222,22 manat az göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 43800,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəy annamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1406,44 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 42.393,56 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X6) 19 aprel 2023-cü il tarixli 2-1(114)308/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə vergi orqanının iddiaçının ƏDV depozit hesabına Şahid1 t ərəfindən 20.000 manat, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat ödənilmişdir. Həmin məbləğlər 2021-ci ildə iddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əks olunmamış, bu səbəbdən əlavə kameral vergi yoxlaması zamanı iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin təsdiqedici sənədlər təqdim edilmədiyi üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23.800 manat, 2021-ci ilin oktyabr ayı üçün 18.593,56 manat hesablama aparılmış Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2021-ci il tarixli, **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********423400 nömrəli qərarlar qəbul olunmuşdur. Həmin qərarlardan verilmiş şikayət üzrə inzibati araşdırma zamanı yaranmış kənarlaşmaların Şahid1 və Şahid2 MMC ilə əlaqədar olması, fərdi sahibkarın ƏDV-nin sub-uçot hesabına qeyd edilən ƏDV məbləğlərinin ödənildiyi, lakin bankda olan hesablaşma hesablarının araşdırılması zamanı qeyd olunan məbləğlərinin əsas məbləğlərinin ödənilmədiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. xx.xx.2022- ci il tarixdə iddiaçı həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş, həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisi tərəfindən hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir.
9. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X 1/sədrlik edən və məruzəçi/, X5 və X2) 29 fevral 2024-cü il tarixli, 2-1(104)-59/2024 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-308/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.
11. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətində vergi Məcəlləsinin 13.2.40, 16.1.3, 23.1.1, 37.1, 37.3, 83.2.4, 83.7, 94.0.2, 153.1, 159.1, 175.1.3-cü maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə- faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2 və 1.4-cü bəndlərinə istinad edərək bildirilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatı məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qanunvericilikdə malların ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən ƏDV sub-uçot hesabına daxil olmuş məbləğlərin geri qaytarılmaması nəzərə alınmamış, həmçinin ödənişlərin səbəbləri araşdırılmamışdır. Vergi ödəyiciləri tərəfindən öz aralarında mövcud olan əm əliyyatların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ƏDV öhdəliyinin müəyyən edilməsini mümkünsüz edən əsas kimi çıxış etmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə mi nmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.... Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmə tlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... Maddə
94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.... Maddə
153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği ara sındakı fərqdir.... Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.... Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (mübahisənin yarandığı vaxt qüvvədə olan redaksiyada) 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququ na malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə - iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə– aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.... 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.... Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa ha llar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansi yası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İşin apellyasiya instansiya sı məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisənin yaranma əsası iddiaçı ilə digər sahibkarlar arasında baş tutmuş əməliyyatlara görə malların (iş və xidmətlər) dəyəri ödənilmədən, iddiaçının ƏDV sub-uçot hesabına daxil olan məbləğlərə görə ƏDV-nin bəyan edilməməsi ilə bağlıdır.
23. Apellyasiya instansiya məhkəməsi haqlı qeyd etmişlər ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilir, eyni zamanda, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Qanunv ericilikdə əksini tapmış bu cür tənzimləmə əsas məbləğlə, ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsinin mümkün olması nəticəsinə gəlməyə əsas verir. Qanunvericiliyə əsasən, ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad etsə də, qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir ki, əməliyyatların baş tutduğu vaxt qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məblə ğin ödənilməsi vaxtı nəzərdə tutulur və təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması, həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir.
24. Beləliklə, hazırkı iş üzrə iddiaçının təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə-fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin onun ƏDV hesabına ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda, həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir.
25. Həmçinin qeyd edilməlidir ki, VM-nin 166.7-ci maddəsinin 05 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Sözügedən qanun dəyişikliyindən (xx.xx.2024-cü il tarixdən qüvvəyə minib) sonra isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.
26. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğ inin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutmamışdır.
27. Odur ki, iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etməklə cavabdeh haqlı olmamışdır.
28. Beləliklə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(104)-59/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.