Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-191/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin qeyri-mümkünlüyü ) 17.04.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının müv əqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 21(105)-668/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi və həmin akta əsasən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, ******** **166321 nömrəli qərar ləğv edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
5. İş üzrə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarla hesablanmış vergilərin ödənilməsini təmin etmək üsulu kimi “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərar qəbul olunmuşdur.
6. Bundan sonra iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə məhk əməyə müraciət edilərək, “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023cü il tarixli, **********7 nömrəli qərarın icrasının dayandırılması və hazırkı məhkəmə icraatı üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin üzərinə əmlakın siyahıya alınması ilə bağlı hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən əmlakın siyahıya alınması yalnız o halda ola bilər ki, vergi ödəyicisi vergi borcunu, faizləri və maliyyə sanksiyalarını qanunla nəzərdə tutulmuş müddətdə ödəməsin. Hazırkı işdən görünür ki, sözügedən vergi borcu, faizlər və maliyyə sanksiyası iddiaçı tərəfindən mübahisələndirilmişdir və yekun məhkəmə aktının qəbulundan sonra iddiaçı üzərinə qoyulan vəzifəni icra edə cəkdir. İddiaçı hesab edir ki, “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərarın icrası dayandırılmalı və hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin üzərinə əmlakın siyahıya alınmasını dayandırmaq vəzifəsi qoyulmalıdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, İlqar Dəmirov və Gülnar Cabbarova) 25 avqust 2023-cü il tarixli, 2-1(105)-668/2023 nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, hazırkı məhkəmə icraatı üzrə yekun məhkəmə aktı qəbul edilənədək əmlakın siyahıya alınması ilə bağlı hərəkətlərdən çəkinmək vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni verməkdə iddiaçının hüquqi marağı “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərarın icrasının dayandırılmasında ifadə olunur. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin fəaliyyətinə əhəmiyyətli təsir edə biləcək bir tədbirdir. Əmlakı siyahıya alındığı təqdirdə iddiaçının maddi vəziyyətinin xeyli pisləşə bil əcəyi, iddiaçının hüquqlarının qorunmasının çətinləşəcəyi və onun sahibkarlıq fəaliyyətinə ziyan dəyməsi ehtimalı nəzərə alınaraq ilkin tənzimləmə zəruridir. Belə ki, vergi ödəyicisinin ünvanına daxil olan əmlakın siyahıya alınması, onun üzərində iddiaçının sərəncam vermək hüququnun məhdudlaşdırılması iddiaçının onları sata bilməməsinə gətirib çıxara bilər ki, bu da, onun ağır maliyyə çətinlikləri ilə rastlaşmasına, fəaliyyətinin iflic olmasına, nəticə etibarilə sahibkar kimi fəaliyyətini davam etdirə bilməməsinə səbəb ola bilər. Belə olan halda, vergi ödəyicisinin təqsiri müəyyən edilənədək onun fəaliyyətinə həddindən artıq müdaxilə nəzərdə tutan tədbirlərin tətbiqi yuxarıda göstərilən normanın tələblərinə ziddir. Çünki, hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütə nasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, vergi məsuliyyətinə cəlb edilmə ilə bağlı vergi orqanının qərarı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarı ləğv edilmişdir. Bu hal da, öz növbəsində iddi anın uğurluluq ehtimalının yüksək olması nəticəsinə gəlməyə əsas verir.
10. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu və 90-cı maddələrinə istinadən qeyd etmişdir ki, məhkəmə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı tərəfindən verilmiş ərizədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsini zəruri edən faktiki və hüquqi hallar əsaslandırılmamış və məhkəmə inzibati aktın i crasının dayandırılması nəticəsinə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsində göstərilən əsasların mövcud olmadığını nəzərə almamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılması dır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 40.1. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərard adın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamalıdır.
18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
19. İşin hallarının araş dırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslığının yoxlanılması zamanı deyil, həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkünl üyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
20. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə bununla bağlı müxtəlif mümkünlük şərtləri (müddət, hüquqi müdafiə marağı) müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunveric iliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərar qəbul edilmiş, daha sonra isə həmin qərarla hesablanmış vergilərin ödənilməsini təmin etmək üsulu kimi “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərarla iddiaçının əmlaklarının siyahıya alınması qərara alınmışdır.
22. İddiaçı da hazırkı mübahisə barədə yekun məhkəmə aktı qəbul edilənədək “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərarın icrasının dayandırılması və cavabdehin üzərinə əmlakın siyahıya alınması ilə bağlı hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəmə yə müraciət etmiş və həmin ərizə apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmişdir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 13-cü bəndində istinad olunan normanın məzmunu baxımından, cavabdeh tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərar vergi borcunun hesablanması barədə (“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”) xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarın icrası qaydasında qəbul edilmişdir və həmin qərarın icrasına yönəlik təminat tədbiridir. Başqa sözlə, təminat tədbiri qismində əmlakın siyahıya alınması vergi borcunun hesablanması barədə əsas q ərara bağlıdır və həmin qərardan irəli gəlir. Nəzərə almaq lazımdır ki, vergi borcunun hesablanması barədə əsas qərarın icrasının dayandırılmadığı hallarda, istinad olunan normada təsbit edilmiş anlamda həmin təminat tədbirinin tətbiqi barədə qərarın qəbulu vergi orqanının qanunvericiliklə müəyyən olunmuş hüququdur və onun məsuliyyət sferasına aid olmaqla müvafiq səlahiyyətlərin həyata keçirilməsi, o cümlədən vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsinin təmin olunması məqsədlərinə xidmət edir.
24. Bu baxımdan, hazırkı məzmunda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi ilə iddiaçının güddüyü əsl məqsədə, yəni “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyi nin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarın icrasının dayandırılmasına nail olması mümkün deyildir. Başqa sözlə, iddiaçı məqsədinə çatmaq üçün əmlakın siyahıya alınması haqqında qərarın deyil, vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın icrasının dayandırılması ilə bağlı hüquqi müdafiə vasitəsindən istifadə etməli və həmin qərarın icrasının dayandırılmasına nail olmalı idi. Nəzərə almaq lazımdır ki, vergi məsuliyyətinə cəlb etmə barədə xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarın icrasının dayandırılması özündə həm də həmin qərarın icrasına yönəlmiş istənilən tədbirin, o cümlədən əmlakın siyahıya alınması barədə qərarın da icrasının dayandırılmasını ehtiva edir.
25. Hazırkı mübahisəyə münasibətdə apell yasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar nəzərə alınmamış və həmin xüsusatlara iddiaçının hüquqi marağı baxımından qiymət verilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(105)-668/2023 nömrəli qərardadı ləğv edilir. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barə də ərizəsi mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.