Məhkəmə qərarları › İş №2-1(102)-192/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-192/2021

13.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-192/2021 13.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehin xx xxxxxx 2020-ci il tarixli, 58 nömrəli imtina məktubunun əsassız sayılması və Babək Rayon X3 xx xxxxx 1999-cu il tarixli qərarının X4 (bundan sonra mətndə üçüncü şəxs) münasibətdə ləğv edilməsi tələbi”nə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(108)-21/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Babək Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1998-ci il tarixli sərəncamı ilə Qaraxanbəyli kəndində yerləşən kolxoz həyəti adlanan ərazidən 32 (otuz iki) kv.m ayrılaraq iddiaçının əri Qaraxanbəyli kənd sakini H.Ə.Ramazanov tərəfindən 25 yerlik çayçı-bufet binasının tikintisinin aparılmasına icazə verilmişdir.

2. Babək Rayon X3 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən 0.09 ha həyətyanı torpaq sahəsi JN-1317B, KOD 10304005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə üçüncü şəxsin mülkiyyətinə verilmişdir.

3. Cavabdeh iddiaçının ərinə məxsus tikilinin üçüncü şəxsin mülkiyyətinə verilən torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi barədə xx xxxxxx 2020-ci il tarixli 58 saylı məktub vermişdir.

4. Məktubda həmçinin qeyd edilmişdir ki, ərizənizdə qeyd etdiyiniz qeyriyaşayış binasının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər təqdim olunmadığından və tikintinin yerləşdiyi torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğundan qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə uyğun deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xx xxxx 2020-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin x x xxxxxx 2020-ci il tarixli, 58 saylı imtina məktubunun əsassız sayılması və Babək Rayon X3 xx xxxxx 1999-cu il tarixli qərarının üçüncü şəxsə münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2- 1(122)-48/2020 nömrəli qərardadı ilə F.P.Əhmədov üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim X5, 21(122)-48/2020 saylı iş) x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı subyektiv hüquqa malik olmadığına və iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması və inzibati işin baxılması üçün inzibati məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X6 və X2 2-1(108)-21/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apelyasiya şikayətini təmin etməmiş, x xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.

10. X12 Məhkəməsinin qərardadını x xxxxxx 2020-ci il tarixdə almış, x xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasas iya şikayətinin dəlilləri

11. Babək rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1998-ci il tarixli sərəncamı ilə iddiaçının ərinə qeyri-yaşayış sahəsi tikilməsi üçün 32 kv.m torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxsə isə torpaq sahəsi ayrılması barədə qərar bundan bir neçə ay sonra, yəni xx xxxxx 1999-cu ildə qəbul edilmişdir. Bu səbəbdən iddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmuşdur. İddiaçının mübahisə açdığı qərardan əvvəllər məlumatı olmadığından onun iddia müddətini buraxması barədə məhkəmənin gəldiyi nəticə səhv olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. 13. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxı şı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.

15. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etd irilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: 16. 1.Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: (-)... 17.

2. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məh kəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;

18. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlar ının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir.

19. İddiaçı və vəkili şikayətlərində ölkədə mövcud vəziyyətlə əlaqədar olaraq Naxçıvandan Bakı şəhərinə gəlməyin hazırda qeyri-mümkün olduğunu bildirib şikayətə iştirakları olmadan baxılmasını xahiş etmişlər.

20. Cavabdeh Ali Məhkəməyə göndərdiyi məktubunda məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhk əmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddi anın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam for mada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. İddiaçının şikayətinin dəlilinə görə apelyasiya məhkəməsi qərardad qəbul edərkən prosessual normaların tələbinə əməl etməmişdir.

27. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. İddiaçı cavabdehə qarşı iddiasında həm cavabdehin xx xxxxxx 2020-ci il tarixli, 58 nömrəli imtina məktubunun əsassız sayılmasını, həm də Babək Rayon X3 xx xxxxx 1999-cu il tarixli qərarının X4 münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Göründüyü kimi, iddiaçının mübahisə açdığı xx xxxxx 1999-cu il tarixli qərar cavabdeh tərəfindən qəbul edilməmiş, bu qərarla cavabdeh iddiaçı və üçüncü şəxslə bağlı hər hansı məsələni həll etməmişdir.

30. İşdə olan xx xxxxx 1999-cu il tarixli qərarda onun Babək Rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edildiyi müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, Babək Rayon X3 xx xxxxx 1999-cu il tarixli qərarının üçüncü şəxsə aid hissədə ləğv edilməsi barədə iddia düzgün olmayan cavabdehə qarşı verildiyindən iddia mümkün iddia deyildir.

32. İPM-in 35.1-ci maddəsinin tələblərinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Ə mlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh kimi cəlb olunması məsələsinə tətbiqi isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, cavabdeh ilə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmişdir.

33. İnzibati icraatda iddianın müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən, həm də müvafiq cavabdehliyi olan şəxsə yəni, qanunla üzərinə vəzifə qoyulan inzibati orqana qarşı verilməsi və bu zaman həmin orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının konkret şəkildə əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtləridir.

34. Babək Rayon X3 xx xxxxx 1999-cu il tarixli qərarının üçüncü şəxsə aid hissədə ləğv edilməsi barədə cavabdehin qanunla üzərinə düşən hansı vəzifələrinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyindən qərarın ləğvinə aid hissədə iddia mümkün sayılmamalıdır.

35. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək rayon X3 xx xxxxx 1999-cu il tarixli 29 nömrəli qərarı ilə üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə 0,09 ha torpaq sahəsi verilmişdir.

36. Üçüncü şəxsə məxsus torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlər qüvvədə olduğundan eyni torpaq sahəsinə hüququn başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması istisna olunduğundan hazırkı cavabdehə qarşı iddia mümkün sayıla bilməz.

37. Mübahisə edilən mə hkəmə qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür.

38. Bəhs edilənlərə əsasən kasasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(108)21/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyiş

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar