Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1927/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi işə bərpa 17.11.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin 01.05.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi və onun əvvəllər tutduğu vəzifəyə uyğun olaraq işə bərpa ol unmağı, dəymiş mənəvi və maddi ziyana görə 25.000 manat ziyanın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-613/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərar və qərardadından iddiaçının verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 28 dekabr 2019-cu il tarixli əmri ilə 2019-cu il 28 dekabr tarixdən DSMF-nin yerli orqanlarının yeni ştat cədvəlləri təsdiq edilmiş, 2019-cu il 02 dekabr tarixli əmrlə təsdiq edilmiş DSMF-nin yerli orqanlarının ştat cədvəlləri 2019-cu il 28 dekabr tarixdən qüvvədən düşmüş hesab edilmiş, 1 may 2020-ci il tarixli əmrlə isə DSMF-nin y erli orqanlarının yeni ştat cədvəlləri təsdiq edilmiş, 28 dekabr 2019-cu il tarixli əmr qüvvədən düşmüş hesab edilmişdir.
2. Cavabdehin 26 fevral 2020-ci il tarixli əmri ilə DSMF Xəzər və Pirallahı rayon şöbələrinin bazasında 2 saylı Bakı ərazi şöbəsi yaradılmışdır.
3. Cavabdehin 1 may 2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar DSMF Xəzər rayon şöbəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 11 iyun 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ca vabdehin 01.05.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi və onun əvvəllər tutduğu vəzifəyə uyğun olaraq işə bərpa olunmağı, dəymiş mənəvi və maddi ziyana görə 25.000 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1043/2017 saylı 03 may 2017-ci il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında DSMF-nun Bakı şəhəri Xəzər rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının tam hesablanaraq birdəfəyə onun hesabına köçürülməsini cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin ə həvalə edilməsi barədə qərarı ilə 2017-ci ilin sentyabr ayında qeyd etdiyi vəzifəyə işə bərpa olmuşdur. İşə bərpa olunduqdan sonra əvvəlki qaydada öz əmək funksiyasını davam etdirmiş, 15 fevral 2018-ci il tarixdə DSMF-nun Nizami rayon şöbəsində eyni vəzifəyə təyin olunmuş, 2018-ci ilin avqust ayında yenidən DSMF-nun Xəzər rayon şöbəsinə həmin vəzifəyə müvafiq əmrlə qaytarılmışdır. 30 yanvar 2019-cu il tarixdə ƏƏSM-nin yanında DSMF-nın Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin müraciətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli qərarında təsbit edilən İİİ qrup işləyən əlillərə əmək haqqının 15 faizi miqdarında əlavə olunması barədə müraciəti ünvanladığı təşkilat tərəfindən cavablanmış, həmin məktubda göstərilmişdir ki,“ Nazirlər Kabinetinin10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramının 5-ci hissəsinin 5.4 bəndində uyğun olaraq 1994-cü ildən başlayaraq müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz artırılaraq ödənilə bilər.” 2019-cu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin kadrlar şöbəsinin rəisi onu nazirliyə dəvət edərək bildirmişdir ki, “bu nə tələbdir, ya ərizə yaz ki, sənin ərizənə cavab verməyə ehtiyac yoxdur, ya da səni əlilliyinin ləğv edilməsi üçün təkrar TSEK komissiyasından keçməlisən.” O 45-50 manat (15 faiz) əlavə əmək haqqından ötrü təşkilatla arasında mübahisə yaranmasın deyə, ərizə yazıb ge tmişdir.... 22 yanvar 2020-ci il tarixdə qəfləti beynindən ağrı tutmuş, 6 saylı Birləşmiş Şəhər xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilmişdir. Orada 3 gün qaldıqdan sonra palataya köçürülmüş, 11 fevral 2020-ci il tarixədək həmin xəstəxanada stasionar qaydada müalicə olunmuşdur. 11 fevral 2020-ci il tarixdən 11 mart 2020-ci il tarixədək ambulator qaydada 6 saylı Birləşmiş şəhər xəstəxananın nəzdində poliklinikasında müalicə almışdır. 11 mart 2020-ci il tarixdən 28 mart 2020-ci il tarixədək 6 saylı Birləşmiş şəhər xəstəxanasının nevroloji bölməsində stasionar qaydada müalicə almışdır. Qeyd edir ki, xəstəxananın 13 mart 2020-ci il tarixli göndərişi əsasında 1 saylı xəstəxanadan Şüa Diaqnostika şöbəsinin X1 müayinəsində olan zaman “L4-L5 fəqərələrarası diskin arxa median bilaterial fo raminal yırtığı 5 mm və dural kisə və hər iki lateral foraminal sinir kökcüyünün sıxılması diaqnozu qoyulmuşdur. 28 mart 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək Birləşmiş şəhər xəstəxanasının nəzdində poliklinikasında ambulator müalicə almışdır. 31 may 2020-ci il tarixdə Nazirliyə müraciət edərək xəstələndiyi üçün 2019-cu il hesabından qalma olan 3 gün, 2020-ci ilin hesabından 21 təqvim günü müddətində məzuniyyətə çıxmağını və 01.06.2020-ci il tarixədək xəstəlik haqlarımın ödənilməsini qeyd etmişdir. Hal-hazıradək onun müraciətlərinə cavab verilməmişdir. Cavabdeh ona DSMF-nun Xəzər rayon şöbəsində işdənçıxma əmrlə tanış olmağını bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiə nazirinin 1 may 2020-ci il tarixli əmri ona münasibətdə qanunsuz və əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 7 9-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar imperativ qaydada göstərilmişdir. Belə ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsini işəgötürən tərəfindən pozulması yolverilməzdir, qadağandır. Bundan əlavə işdənçıxarma əmrinə əsasən o “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2ci maddəsinə əsasən dövlət orqanın ləğv edilməsi ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı dövlət qulluqçusu olsa da, 2 fevral 2011-ci il tarixdə DSMF-nun Xəzər rayon şöbəsi ilə arasında əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 9-cu bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğ v edilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirinin 26 fevral 2020-ci il tarixli əmrinə əsasən ƏƏSMN- nin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər və Pirallahı rayon şöbələrinin bazasında Fondun 2 saylı Bakı Ərazi şöbəsi yaradılmışdır. Əmək və Əhalinin Sosial Müdafiə nazirinin 2 saylı Bakı Ərazi Şöbəsinin yaradılması haqqında əmrin 2-ci bəndində 2 saylı Bakı Ərazi Şöbəsi DSMF-nun Xəzər və Pirallahı rayon şöbələrinin hüquqi varisi hesab edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan əmr 26 fevral 2020-ci il tarixdə qəbul olunsa da, onun yalnız bundan işdən azad olunma barədə əmrlə tanış olarkən xəbəri olmuşdur. O həmin vaxt ambulator qaydada müalicədə olmuşdur. Cavabdeh təşkilat həmin dövlət orqanın ləğv edilməsi barədə ona hər hansı rəsmi və qeyri rəsmi məlumat vermək imkanında olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 9 avqust 2018-ci il tarixli fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə nazirinin 26 fevral 2020-ci il tarixli əmri DSMF-nun Xəzər və Pirallahı rayon şöbələrinin yerinə, yəni hüquqi varisi kimi yaradılmış 2 saylı Bakı Ərazi Şöbəsi “yenidən təşkil” (çevrilmə) şəklində qeydiyyatdan keçmişdir. Göründüyü kimi heç bir ləğv etmə prosesi baş vermədiyi halda, 1 may 2020-ci il tarixdə əmək müqaviləsinə “dövlət orqanının ləğvi” əsası ilə xi tam verilmişdir.
6. Cavabdeh iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə 1 may 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əsasnaməsinin 5.5.5-ci yarımbəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturu daxil olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisati daxilində onla xərclər smetasını təsdiq edir. Cavabdehin 26 fevral 2020 il tarixli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Xəzər və Pirallahı rayon şöbələri ləğv edilmiş, 2 saylı Bakı Ərazi şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisar uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6 maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçi lik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Xəzər rayonu və Pirallahı rayonu şöbələrinin bir sıra əməkdaşları yeni yaradılmış 2 saylı Bakı Ərazi idarəsində işlə təmin edilmişdirlər. Ləğv edilmiş idarələr birlikdə 68 ştatdan (Xəzər 48, Pirallahı 20) ibarət olmuş, yeni yaranmış 2 saylı Bakı Ərazi idarəsi isə 35 ştat təşkil etmişdir. Həmin səbəbdən S.Şahbaz və digər 16 əməkdaş yuxarıda qeyd edilən Qaydaların 4-cü hissəsinə əsasən 1 may 2020ci il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə Azərbaycan Respublikasının X5 məlumat verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 8.1.6-cı maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitus iyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 5-ci kateqoriya dövlət orqanlarıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddə sinin üçüncü hissəsinə uyğun olaraq müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olunan İddiaçı əmək stajından asılı olaraq müəyyən olunan məbləğdə işdənçıxarma müavinəti və son haqq-hesab aparılmışdır. Göründüyü kimi İddiaçı müəssisənin ləğvi ilə əlaqədar işdən azad olunduğundan iddia ərizəsində qeyd edildiyi kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi onun əmək müqaviləsinə xitam verilməsini məhdudlaşdırmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-5020/2020 saylı iş) 20 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 23 iyul 2021-ci il tarixli qərardadı il ə iddia - dəymiş mənəvi və maddi ziyana görə 25.000 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi hissəsində mümkün sayılmamışdır.
10. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmayan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının kompensasiya ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır, özü də məhkəmə kollegiyasının iclasında belə bir müraciət etmədiyini bildirmişdir.
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzəçi, X3 və X4, 2-1(103)-613/2021 saylı iş) 23 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabd ehə qarşı cavabdehin 1 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi və onun əvvəllər tutduğu vəzifəyə uyğun olaraq işə bərpa olunması öhdəliyinin qoyulması tələblərinə dair iddiası təmin edilməmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, ləğv edilmiş Xəzər və Pirallahı rayon şöbələri 68 ştatdan (Xəzər 48, Pirallahı 20) ibarət olmuş, yeni yaranmış 2 saylı Bakı ərazi şöbəsi isə 35 ştat təşkil etmişdir. Şöbələrin əməkdaşlarının bir qismi peşəkarlığı və idarəçilik təcrübəsinə uyğun olaraq yeni yaradılmış idarələrdə işlə təmin edilmişlər. Bu əsasla, iddiaçı ilə yanaşı digər əməkdaşlar adıçəkilən Qaydaların 4-cü hissəsinə əsasən, 1 may 2020-ci il tarixdən Nazirliyin ehtiya t kadr siyahısına daxil edilmiş və bu barədə X5 məlumat verilmişdir.
13. İddiaçı kasasiya şikayətləri verərək apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərardad və qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
14. İddiaçı 01.05.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız olmasını mübahisələndirir və hesab edir ki, qanunsuz işdən çıxarılması ilə bağlı ona mənəvi və maddi ziyan dəymişdir.
15. İddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl kompensasiyanın ödənilməsi tələbi ilə inzibati orqana müraciət etməsi məntiqsizdir.
16. İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsaslı s ayan inzibati orqanın işçinin kompensasiyanın ödənilməsi barədə tələbini yerinə yetirməsi ehtimalı ağlabatan deyil. İşəgötürən maddi və mənəvi zərərin ödənilməsini yalnız əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu etiraf etdiyi təqdirdə həyata keçirə bilərdi. Belə bir etirafın olduğu halda isə maddi və mənəvi zərərin ödənilməsinə dair tələb ümumiyyətlə yaranmazdı.
17. Nəticə olaraq, məhkəmə mübahisəsinə qədər işçinin belə bir tələblə inzibati orqana müraciət etməsinin əsası yoxdur. İnzibati orqan işçinin bu tələbini icra edirsə, deməli, məhkəmə mübahisəsi yoxdur.
18. Bundan başqa, mübahisələndirmə və məcburetmə haqqında iddia qaldırılarkən, əsas tələb üzrə cavabdehə rəsmi müraciət edilibsə, maddi və mənəvi zərərin ödənilməsi tələbi əsas tələbdən doğan sonrakı tələb olduğundan r əsmi müraciətə ehtiyac yoxdur və inzibati prosessual qanunvericilikdə də belə bir rəsmi müraciətin zəruriliyi ilə bağlı norma yoxdur.
19. Dövlət qulluğuna dövlət orqanı ləğv edilməklə xitamı onu nəzərdə tutur ki, artıq belə bir fəaliyyət istiqamətli orqanın mövcudluğuna ehtiyac yoxdur. Ləğv anlayışı hüquqi termindir. Hüquqi şəxs və ya idarə, təşkilat statusunda asılı olmayaraq, qanunvericiliyin verdiyi anlayış eynidir. Dövlət orqanının ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
20. Cavabdehin 26 fevral 2020-ci il tarixli əmrindən aydın görünür ki, 2 saylı Bakı Ərazi Şöbəsi Xəzər və Pirallahı rayon şöbələrinin bazasında yaradılmışdır və 2 saylı Bakı Ərazi Şöbəsi Xəzər və Pirallahı rayon şöbələrin in hüquqi varisidir.
21. Hazırki halda bu Nazirliyin əmri ilə həyata keçirilən struktur dəyişikliyidir.
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə əsasən, Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
23. Azərbaycan Respublikasının Prezidentinin də DSMF-nin və ya onun hər hansı bir yerli orqanının ləğvi barədə fərmanı yoxdur.
24. Qanunvericilik inzibati orqana əmək müqaviləsinə xitam verilmə əsasını istədiyi kimi müəyyən etmək səlahiyyəti verməyib. Deməli iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası dövlət orqanının ləğv edilməsi deyil, dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsidir.
25. Dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. İddiaçının hansı meyarlarla peşəkarlığının və təcrübəsinin yetərincə olmamasının müəyyən edilməsi və Nazirliyin ehtiyat kadr siyahısına daxil edilməsi aydın deyil. İddiaçı 20 ildən çoxdur ki, DSMF-nin müxtəlif rayon şöbələrində pensiya təyini və digər sektorlarda fəaliyyət göstərib və bu sahədə kifayət qədər peşəkar kadr kimi tanınıb.
26. Məhkəmə kollegiyası qərarında Xəzər və Pirallahı rayon şöbələrinin 68 ştatdan ibarət olduğunu, yeni yaranmış 2 saylı Bakı ərazi şöbəsinin isə 35 ştat təşkil etdiyini göstərərək iddiaçının işdən çıxarılmasına haqq qazandırmaq məqsədi güdsə də nəzərə almamışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzləri və Sosial Ödənişlərin Mərkəzi Təy inatı İdarələri yaradılmış və qeyd olunan işçilərin 26 nəfəri DOST Mərkəzinə, 6 nəfəri digər Mərkəzlərə yerləşdirilmişdir.
27. İddiaçının çoxillik təcrübəsinin nəzərə alınmaması bir yana, sağlamlıq imkanları da nəzərə alınmamışdır. Belə ki, iddiaçı 2007-ci ildə belində yaranmış xəstəliklə əlaqədar İİİ qrup əlillik dərəcəsi almışdır.
28. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsi işəgötürənin üzərinə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş işçinin işdə saxlanmasına üstünlük verməsi tələbi qoyduğundan cavabdeh orqan iddiaçı ilə əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-cı maddəsi (dövlət orqanı ləğv edildikdə) ilə xitam verilməsini “məqsədəmüvafıq” hesab etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 30. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
21. Dövlət qulluqçuları üçün təminatlar 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: (-); 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; (-). Maddə
33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; (-).
31. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”:
1. Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.
2. Dö vlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X5 (bundan sonra – Mərkəz) məlumat verməlidir.
3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslə r analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qulluğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara.
4. Analoji vakant vəzifələrə təyin edilməmiş şəxslər ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzi fəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. (-).
32. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara y erində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətlərinin mümkünlüyü, kasasiya baxışının hədləri
33. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
34. Apelyasiya məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
36. Cavabdehin 26 fevral 2020-ci il tarixli əmri ilə DSMF Xəzər və Pirallahı rayon şöbələrinin bazasında 2 saylı Bakı ərazi şöbəsi yaradılmışdır.
37. Cavabdehin 1 may 2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar DSMF Xəzər rayon şöbəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir əmrin 5-ci bəndi).
38. Cavabdeh adı çəkilən əmrin 5.1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən adları bu əmrin 5-ci hissəsində qeyd edilən dövlət qulluqçuları nazirlikdə 2 il müddətində ehtiyat kadr kimi saxlanılsınlar.
39. Apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işin araşdırılan hallarından məlum olur ki, ləğv edilmiş Xəzər və Pirallahı rayon şöbələri 68 ştatdan (Xəzər 48, Pirallahı 20) ibarət olmuş, yeni yaranmış 2 saylı Bakı ərazi şöbəsi isə 35 ştat təşkil etmişdir. Şöbələrin əməkdaşlarının bir qismi peşəkarlığı və idar əçilik təcrübəsinə uyğun olaraq yeni yaradılmış idarələrdə işlə təmin edilmişlər. Bu əsasla, iddiaçı ilə yanaşı digər əməkdaşlar adıçəkilən Qaydaların 4-cü hissəsinə əsasən, 1 may 2020-ci il tarixdən Nazirliliyin ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə X5 məlumat verilmişdir.
40. Apelyasiya instansiyası məhkəməsi işin hallarına əsaslanaraq Xəzər və Pirallahı rayon şöbələrinin əməkdaşlarının bir qisminin peşəkarlığı və idarəçilik təcrübəsinə uyğun olaraq yeni yaradılmış idarələrdə işlə təmin edildiyini, bu əsasla iddiaçının nazirliyin ehtiyat kadr siyahısına daxil edildiyini bildirmişdir.
41. Apelyasiya instansiyası məhkəməsi ”Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edi lmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinin tələblərinə uyğun araşdırma apararaq iddiaçının apelyasiya şikayətini təmin etməmişdir.
42. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi barədə iddiaçının kasasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
43. Məhkəmə kollegiyası iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsində iddianın mümkün sayılmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir.
44. Hazırkı iddia üzrə tələb işə bərpa olunma və işdən qanunsuz çıxarılmaya görə maddi və mənəvi ziyan tələbidir.
45. İPM-in 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
46. İddiaçının tələbi yalnız maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmamışdır. Yalnız belə tələb olduğu halda iddiaçı iddianın mümkünlük şərtlərinə əməl edib ilk növbədə cavabdeh inzibati orqana müraciət etməli, müraciəti təmin edilmədiyi, yaxud müraciətə cavab verilmədiyi təqdirdə, iddiaçı məhkəmədə iddia qaldıra bilər.
47. Hazırkı vəziyyətdə maddi və mənəvi ziyan tələbi iddiaçının əvvəlki işə bərp a olunması iddiası ilə bağlı olmuşdur. Belə olan halda iddiaçının məhkəməyə qədər inzibati orqana mütləq qaydada müraciət etməsinə ehtiyac olmur.
48. Odur ki, iddia tələbinin maddi və mənəvi ziyan ödənilməsi hissəsində cavabdeh inzibati orqana müraciət olunmaması əsası ilə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmamışdır.
49. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas tələbi olan əvvəlki işinə bərpa olunması barədə iddiası təmin olunmadığından maddi və mənəvi ziyanla bağlı hissədə iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə olunması sübuta yetmədiyindən və iddiaçı bu tələb üzrə subyektiv hüquqa malik olmadığından iddia mumun iddia sayıla bilməz.
50. İPM-in 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq norma larının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan qərardadın ləğv edilməsi hissəsində şikayət təmin edilə bilməz.
51. Odur ki, kasasiya şikayətlərinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati 2-1(103)-613/2021 saylı 23 iyul 2021-ci il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.