Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1932/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yenidən hesablanmış pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğindən tutulmuş vəsaitin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “sərəncamın ləğv edilməsi, y enidən hesablanmış pensiya məbləğinin bərpa edilməsi və iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-786/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən 1641,06 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı ona əmək pensiyası təyin olduqdan sonra da əmək fəaliyyətin ə davam etmiş və onun fərdi hesabında 203713,61 manat məbləğində sığorta kapitalı toplanmışdır.
3. İddiaçının ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə müvafiq olaraq, onun qeyd edilən pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmış və xx.xx.2017-ci il tarixdən onun pensiyası 4470,41 manat məbləğində müəyyən olunmuşdur.
4. Sonradan, iddiaçının həmin sənrəncamla hesablanmış pensiyasının miqdarı düzgün hesablanmadığı əsas gətirilərək Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə dəyişdirilərək azaldılmış və xx.xx.2019-cu il tarixdən onun pensiyasından hər ay 263,35 manat tutulmağa başlanılmışdır.
5. İddiaçı cavabdehə müraciət edərək aldığı pensiyanın əsassız və qanunsuz azaldıldığını bildirmiş və onun yenidən əvvəlki qaydada hesablanmasını, yəni pensiyasının əvvəl təyin olunmuş 4470,41 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 203713,61 manat sığorta kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. Lakin xx.xx.2019-cu il tarixdə adıçəkilən şöbə tərəfindən onun əmək pensiyası nın düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, 203713,61 manat sığorta kapitalı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 221 aya (63 yaş 6 ay – 51 yaş 1 ay = 149 ay + 144 ay – 72 ay) bölünməklə (203713,61/221 = 921,78 manat) onun əmək pensiyasının (1641,06 manat) üzərinə əlavə edilərək 2562,84 (921,78+1.641,06) manat iddiaçıya ödənilməli olduğu halda, səhvən 203713,61 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (203713,61/72=2829,36 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə 4470,42 (2829,36+1641,06) manat iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində ümumilikdə 48719,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48719,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hər ay 263,35 manat məbləğində çıxılmaqla tutulur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunun əsassız hesab edilməsi və fərdi hesabında toplanmış 203713,61 manat məbləğində pensiya kapitalının 72 əmsalına bölünməklə xx.xx.2006-cı ildən aldığı pensiyanın üzərinə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.1986-cı il tarixdən mülki aviasiya uçuş və sınaq heyətində işləməsi ilə əlaqədar xx.xx.2006-cı il t arixdə güzəştli şərtlərlə yaşa görə 1641,06 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra həmin sahə üzrə fəaliyyətini davam etdirdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərlə əlaqədar olaraq xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən onun əmək pensiyası işləyən əmək pensiyaçısı kimi yenidən hesablanaraq ayda 4470,42 manat məbləğində müəyyən olunmuşdur. Lakin sonradan xx.xx.2019-cu il tarixdə həmin şöbə tərəfindən pensiyası azaldılaraq 2562,84 manat müəyyən olunmuşdur. Bununla razılaşmadığı üçün əvvəlcə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə, daha sonra yeni yaradılmış Fondun Xüsusi şərt lərlə təyinat üzrə mərkəz filialına müraciət edərək aldığı pensiya məbləğinin əsassız və qanunsuz azaldıldığını bildirib yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina olunmuşdur. Nəticədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci bəndinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.15-ci, 37.3.1-ci və 45-ci maddələrinin tələbləri iddiaçıya münasibətdə pozulmuş, pensiyanın məbləği qanunsuz olaraq azaldılmaqla ona maddi ziyan vurulmuş, hüquqları pozulmuşdur.
9. Cavabdeh iddiaya qarşı məhkəməyə imtina məktubu ilə eyniməzmunlu etir az təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5110/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinə edilmiş müvafiq dəyişikliklər xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan “gözlənilən pensiya ödənişi müddəti aylarının sayı” Qanunun 45-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 45-ci maddəsi isə, Qanunun 9-cu maddəsinə əsasən pensiya təyin olunan şəxslərə (hazırkı iddiaçı da həmin kateqoriyada olan şəxslərə aiddir) münasibətdə gözlənilən pensiya ödənişi müddətinin gü zəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasını nəzərdə tutur. Belə olan halda, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararkən toplanmış 203713,61 manat sığorta kapitalını “72 ay”a yox, “221 ay”a bölməklə (63 yaş 6 ay – 51 yaş 1 ay = 149 ay + 144 ay – 72 ay) onun əmək pensiyasının üzərinə əlavə etməkdə haqlı olmuşdur, cavabdehin bu hərəkəti (imtinası) qanunsuz qiymətləndirilə bilməz. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-сu maddəsində göstərilən şəxslərin dairəsinə aid olduğundan, onun pensiyasının gözlənilən pensiya ödənişi müddəti həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tələblərinə müvafiq müəyyən edilməlidir. Odur ki, iddiaçının tələbi əsaslı sayılmamalıdır.
12. İdd iaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilərək iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir.
14. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci ildə yenidən hesablanaraq 4470,42 manat məbləğində müəyyən olunmuş, lakin həmin “yenidən hesablanma” cavabdeh tərəfindən xx.xx.2019-cu ildə ləğv olunaraq əmək pensiyası qanunsuz olaraq azaldılmış, bununla iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı bundan sonra “yenidən hesablanma” ilə bağlı cavabdehə müraciət edərkən məhz pensiyasının qanunsuz azaldılması barədə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv olunmasını, pensiyasının əvvəlki, yəni xx.xx.2017-ci il tarixli sərəncama uyğun olaraq yenidən hesablanmış qaydada verilməsinin bərpa olunmasını nəzərdə tutmuş, istəmişdir. İddiaçının iddia tələbini də həmin sərəncamın tələblərinə uyğun olaraq “iddiaçının fərdi hesabında toplanmış 203713,61 manat məbləğində pensiya kapitalının 72 əmsalına bölünməklə onun xx.xx.2006-cı ildən aldığı pensiyasının üzərinə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi formalaşdırması da məhz bununla əlaqədardır. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ləğv edilərək iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyul ması barədə yeni qərar qəbul edilməsi xahiş olunur.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 08 aprel 2022ci il tarixli, 2-1(103)-844/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5110/2021 nömrəli qərarı ləğv edilərək iddiaçının cavabdehə qarşı “Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ləğv edilərək iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqlarını pozduğunu iddia etdiyi cavabdehin hərəkətinin ehtiva olunduğu inzibati icraatın qanunauyğunluğu hərtərəfli qiymətləndirilməmişdir. Hazırkı iş üzrə yanlış iddia növü yeni iddia tələbi ilə əvəz olunduğundan və yeni tələb birinci instansiya məhkəməsinin baxış predmeti olduğundan həmin tələbə apellyasiya instansiyası məhkəməsində baxıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə yeni iddia tələbi həcmində, yuxarıda qeyd edilən hallar üzrə obyektiv və ətraflı araşdırma aparılması üçün in zibati iş yenidən baxlması üçün həmin məhkəməyə göndərilməlidir. c) birinci instansiya məhkəməsində ikinci icraat
17. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 06 sentyabr 2022-ci il tarixli, 2-1(112)-7938/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ləğv edilmiş, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iş materiallarında n və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh orqan 2019-cu ildə iddiaçının pensiya məbləğinin yenidən hesablanmasına dair inzibati icraat apararkən bu barədə maraqlı şəxs olan iddiaçıya hər hansı məlumat verməmiş, onu inzibati icraatın gedişi barədə xəbərdar etmədən, maraqlı şəxs qismində dinləmədən öz daxili araşdırması nəticəsində pensiya məbləğinin azaldılması nəticəsinə gəlmişdir. Həmçinin, iddiaçı yekun inzibati akt olan xx.xx.2019-cu il tarixli sərəncam barədə də məlumatlandırılmamışdır. Hazırkı işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzib ati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusun a yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi – iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən qərar qəbul etmişdir. Bununla da, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh bu məsələni həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qay dada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyanın dəyişdirilməsini və tutulmanı apara bilməz.
19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin e timadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanının mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanuns uz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəx sin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 20 aprel 2023-cü il tarixli, 2-1(103)-786/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(112)7938/2022 nömrəli qərarı - nəticə hissəsində “Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat mə bləğində əmək pensiyasının bərpa olunması” sözlərində “xx.xx.2017-ci il” tarixi “xx.xx.2017-ci il” tarixi, “4470,42 manat” məbləği isə “4470,41 manat” məbləği ilə əvəz olunmaqla, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbində və məhkəmənin qərarında yanlışlıqla, səhvən, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əvvəlki sərəncamının xx.xx.2017-ci il tarixi – “xx.xx.2017-ci il” tarixi kimi, yenidən hesablanmış pensiyanın miqdarı 4470,41 manat məbləği isə “4470,42 manat” kimi göstərilmişdir (Qeyd olunan yanlışlıqlar cavabdeh tərəfindən mübahisələndirilmir). Həmin yanlışlıqlar aradan qaldırılmaqla apellyasiya şikayəti təmin edilmədən birinc i instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunu r: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə u çuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiy a ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).... Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işləd iyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə
13. Etimad hüq uqunun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həm in işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.... Maddə
36. İnzibati icraatda iştirakçılar... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü ( maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.... Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inziba ti akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul ed ilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə ko llegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən 1641,06 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddi açı ona əmək pensiyası təyin olduqdan sonra da əmək fəaliyyətinə davam etmiş və onun fərdi hesabında 203713,61 manat məbləğində sığorta kapitalı toplanmışdır. İddiaçının ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə müvafiq olaraq, onun qeyd edilən pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmış və xx.xx.2017-ci il tarixdən onun pensiyası 4470,41 manat məbləğində müəyyən olunmuşdur. Lakin sonradan, iddiaçının etimad göstərdiyi həmin sənrəncamla hesablanmış pensiyasının miqdarı Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə dəyişdirilərək azaldılmış, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində ümumilikdə 48719,75 manat artıq pul vəsaitinin ödənildiyi əsas gətirilərək onun pensiyasından xx.xx.2019-cu il tarixdən hər ay 263,35 manat tutulmağa başlanılmışdır.
36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilərək ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,41 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar ondan tutulan pul vəsaitlərinin ona ödənilməsinə yönəlmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayo n şöbəsinin iddiaçının pensiyasının miqdarının azaldılması barədə xx.xx.2019-cu il tarixli sərəncamı qanunsuz və əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun mübahisələndirilən xx.xx.2019-cu il tarixli sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, iddiaçıya əmək pensiyasını təyin edən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi iddiaçının razılığı olduqda yalnız, onun pensiyasından artıq ödənilmiş əmək pensiya məbləğinin ondan tutulması barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin hüquq sələfi olan Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi özbaşınalıq nümayiş etdirərək, sözügedən xx.xx.2019-cu il tarixli sərəncamı ilə, bundan əvvəl qəbul etdiyi sərəncamı ilə iddiaçının topladığı 203713,61 manat məbləğində sığorta kapitalından yenidən hesablanmış 4470,41 manat məbləğində pensiyasını 2633,54 manata qədər azaltmış, bununla da əmək pensiyaları haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunmalıdır ki, həmin xx.xx.2019-cu il tarixli sərəncamla iddiaçının əmək pensiyasının miqdarı azaldılarkən, ona müvafiq inzibati icraatın başlanılacağı barədə mə lumat da verilməmiş, onun iştirakı olmadan, sözügedən sərəncam qəbul olunmaqla əvvəlki pensiyasının miqdarı azaldılmışdır. Cavabdehin mübahisələndirilən sərəncamının birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddiaçının bundan əvvəlki əmək pensiyasının bərpa edilməsinin cavabdehə həvalə edilməsi əsaslıdır. Lakin iddia tələbində və məhkəmənin qərarında yanlışlıqla, səhvən, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əvvəlki sərəncamının xx.xx.2017-ci il tarixi – “xx.xx.2017-ci il” tarixi kimi, yenidən hesablanmış pensiyanın miqdarı 4470,41 manat məbləği isə “4470,42 manat” kimi göstərilmişdir (Qeyd olunan yanlışlıqlar cavabdeh tərəfindən mübahisələndirilmir).
38. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi inzibati akt (sərəncam) əsasında hər ay ona ödənilmiş və xərclənmiş pensiyasından, onun aşkar ahıl dövrünü yaşadığı bir zaman çərçivəsində tutulması qanunsuzdur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinə iddiaçı tərəfindən yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdeh tərəfindən də bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır.
39. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyy ət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-786/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.