Məhkəmə qərarları › İş №2-1(102)-1934/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1934/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1934/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə (Açar sözlər: gömrük bəyannaməsində düzəlişlər edilməsi; apellyasiya şikayətin dəlillərinə qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannaməsinin müvafiq bölümlərinə düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-342/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 69 1490 0000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 98.799,15 AZN olduğu bəyan edilmişdir. Lakin həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilməmiş, mallar sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmamışdır. 2. 141/16/05-25/004512 nö mrəli 05.07.2018-ci il tarixli müraciət məktubu əsasında yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X4 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyektləri qablaşdırılmamış keramik məmulatlar olmaqla aparılmış ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının ünvanına UE/18/0701 nömrəli invoys üzrə su udma əmsalları 3.8%, 5.4%, 3.3%, 4.4% olan minalanmış üz qatına malik döşəmə və üzlük keramikadan plitələr XİF MN görə 690722 9000 alt yarımmövqeyinə sinifləşdirilmişdir.

3. İddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 690722 9 000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 415.312,91 manat olduğu bəyan edilərək, bəyannamə təsdiq edilmiş, həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edildiyindən, mallar 23.07.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun idxal etdiyi **********6178 nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** nömrəli alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən inv oys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən 04.07.2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində yerləşən “BEHRAD SOHRAB NEZHAD TRADİNG Co. LTD” şirkətindən 02.04.2018-ci il tarixli 2018/04/02/01 saylı müqavilə və 01.07.2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan 91047,95 kv.metr döşəmə, divar və s. üçün digər lövhəciklərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş sənədlər şifahi olaraq həmin idarə tərəfindən qanunauyğun olmadığı bildirilərək, rəsmi məlimat ver ilmədən geri qaytarmış və iddiaçıya məxsus mallar 04.07.2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hövsan limanında qanunsuz saxlamaqla süni maneə yaradılmışdır. “Gömrük tarifi haqqında” Qanunun 11.2-ci maddəsində göstərilən vəzifələr cavabdehlər tərəfindən icra olunmamışdır. Gömrük Məcəlləsinin 160-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə heç bir qərar təqdim edilməmişdir. İddiaçıya məxsus malları gəmidə saxlanılmaqla zərər vurulmuşdur. İddiaçı məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyi barədə cavabdeh tərəfi məlumatlandırmış, lakin məsələnin məhkəmədənkənar həlli mümkün olmamış, iddiaçı tərəf bu səbəbdən məhkəməyə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsini n nümayəndəsinin iddiaya dair yazılı etirazında bildirilmişdir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İddiaçı MMC-nin malların gömrük dəyərinin hesablanması barədə iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə zidd olaraq tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində malların dəyərləndirilməsinin aparılması kimi bir iddia növünə, ümumiyyətlə, rast gəlinmir. Əlavə olaraq bildirilir ki, iddiaçı 23.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük ödənişlərini ödəmiş, təsdiqləyərək təqdim etdiyi gömrük bəyannaməsi gömrük orqanında təsdiqlənmiş və rəsmiləşdirilmiş, idxal etdiyi mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla da, iddiaçı ilə gömrük orqanı arasında heç bir mübahisə qalmamışdır. Sonda iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli 2-1(112)-52/2020 saylı qərarı ilə (hakim Mehriban Qarayeva) iddianın təmin edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən sərhəd gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “6914 90 0000” kimi göstərilməsi qanunvericilik normalarının tələblərinə tamamilə uyğun olmuşdur. Gömrük orqanı ona təqdim edilən ilkin bəyannamə ilə razılaşmamaqda haqlı olmamış, özünü qane edən ikinci bəyannamənin qəbul edilməsi isə bəyannaməçidən əs assız səbəblərdən qanunvericiliklə müəyyən edilən məbləğdən xeyli artıq gömrük rüsumunun alınması ilə nəticələnmiş, bütün bunlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçını böyük maddi itkilərlə üzləşdirdiyindən onu əlverişsiz vəziyyətə salmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(103)-342/2021 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli 2-1(112)-52/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh 18.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-342/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, minalanmış lövhəciklərin 690722 təsnifat kodu altında qruplaşdırıldığını müəyyənləşdirə bilməmiş, iş materiallarında olan, bir-birini təkzib edən və Gömrük Məcəlləsinin 158.4-cü maddəsinin tələbləri pozulmaqla mallar sərbəst dövriyyə üçün buraxılış gömrük prose duru altında yerləşdirildikdən sonra verilmiş ekspert rəylərinə münasibət bildirməklə kifayətlənmişdir. Həmin ekspert rəylərinə bildirilən münasibət birtərəfli və subyektiv olmuş, ekspert rəylərində malların bir hissəsinin 690722 təsnifat kodu altında qruplaşdırıldığı qeyd edilsə də, məhkəmə bu fakta da münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq 2018-ci ildə ödənilmiş 415312,91 manat gömrük ödənişinin, malların təsnifat kodunun səhv göstərilməsi ilə 98799,15 manata düşəcəyini belə dəqiqləşdirə bilməmiş, həmin məbləğlərin malların gömrük dəyəri olduğunu güman etmişdir. Bunun davamı olaraq isə mübahisənin təsnifat kodu ilə bağlı olduğunu müəyyənləşdirə bilməyərək, qərarında “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulan gömrük dəyərinə istinad etmişdir.

14. Eyni zamanda, məhkəmə 02.07.2018-ci il tarixində ixracatçı ölkə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş Mənşə Sertifikatında malların təsnifat kodunun 690722 göstərildiyini gözardı edərək tamamilə qanunsuz bir qərar qəbul etmişdir. Məhkəmə iddiaçının özü tərəfindən tərtib edilən və məlumatlarının düzgünlüyünə cavabdeh olmaqla təsdiq etdiyi gömrük bəyannaməsinin müvafiq qrafalarının təkrarən yazılması öhdəliyini cavabdehin üzərinə qoymaqla qanuna və digər normativ hüquqi aktlara zidd hərəkət etmişdir.

15. Bundan başqa, iş materialları ilə sübut olunur ki, iddiaçı idxal etdiyi mallar üçün müvafiq gömrük ödənişlərini ödəmiş və mallar sərbəst dövriyyəyə buraxılaraq 23.07.2018ci ildə gömrük nəzarəti zonasını tərk etmişdir. Eyni zamanda, iddiaçı iddia qaldı rmamışdan əvvəl gömrük orqanına müraciət etməmiş və gömrük orqanının bu məsələ ilə bağlı rəyini öyrənməmişdir. Beləliklə sübut olunur ki, məhkəmə inzibati orqanın üzərinə qanuna əsasən icra etməli olmadığı vəzifəni icra etmək öhdəliyi qoymaqla qanunsuz bir qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və iddiaçının nümayəndəsi izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və cavabdehin nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Gömrü k Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

20. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: 153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; 153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; 153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

21. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

22. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.

23. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstəri lməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 14.1-ci bəndinə əsasən bu Qaydaların 14.2-ci bəndində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlər aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

25. Həmin Qaydaların 14.2-ci bəndinə əsasən təqdim olunmuş gömrük bəyannaməsində aşağıdakı hallarda düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: 14.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlama q niyyətində olduğunu bildirdikdən sonra; 14.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; 14.2.3. bu Qaydaların 14.3-cü bəndində göstərilən hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

26. Həmin Qaydaların 14.3-cü bəndinə əsasən aşağıdakı hallarda gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilir: 14.3.1. gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadə olunduqda; 14.3.2. malların buraxılışının həyata keçirilməsinə baxmayaraq, onlar gömrük nəzarəti zonasını tərk etmədikdə.

27. İnzibati Prosessual Məcəllənin 12.1-ci m addəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

29. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bi lər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

36. Belə ki, hazırkı qərarın 19-26-cı bəndlərində göstərilən normalardan aydın olur ki, qanunvericilikdə gömrük bəyannaməsi təsdiq edildikdən sonra həmin bəyannamədə düzəlişlər edilməsinə icazə verildiyi hallar dəqiq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də ilk növbədə qeyd edilən normalara istinad edərək müvafiq düzəlişin aparılmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını qiymətləndirməli idi.

37. Həmin normalardan görünür ki, gömrük orqanları gömrük bəyannaməsin dəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir. Hazırkı işin mübahisəsiz hallarından isə məlumdur ki, 141/16/05-25/004512 nömrəli 05.07.2018-ci il tarixli müraciət məktubu əsasında yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X4 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyektləri qablaşdırılmamış keramik məmulatlar olmaqla aparılmış ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının ünvanına UE/18/0701 nömrəli invoys üzrə su udma əmsalları 3.8%, 5.4%, 3.3%, 4.4% olan minalanmış üz qatına malik döşəmə və üzlük keramikadan plitələr XİF MN görə 690722 9000 alt yarımmövqeyinə sinifləşdirilmişdir.

38. Görü ndüyü kimi, cavabdeh orqan tərəfindən gömrük bəyannaməsindəki məlumatların, yəni yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun düzgün müəyyən edilmədiyi aşkarlanmışdır. Artıq qeyd edildiyi kimi, qanunvericiliklə bu halda gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir.

39. Məhkəmələr isə göstərilən istiqamətdə heç bir araşdırma aparmamış, iddiaçının gömrük bəyannaməsində düzəlişlər etmək imkanının olub-olmadığını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Beləliklə, məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayaraq hazırkı qərarın 27-28-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

40. Yuxarıda qeyd edilən halları cavabdeh özünün apellyasiya şikayətində qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlillərinə heç bir qiymət verməmiş, bununla da hazırkı qərarın 29-cu bəndində göstərilən prosessual normanın da tələbini pozmuşdur. Həmin normanın məzmununa əsasən apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-342/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

42. İşə təkrar baxan məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, hazırkı qərarın 19-26-cı bəndlərində göstərilən normaları işin hallarına tətbiq etməklə iddiaçının gömrük bəyannaməsində düzəlişlər etməsinin mümkün olubolmadığını müəyyən etməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(103)-342/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar