Məhkəmə qərarları › İş №2-1(102)-1937/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1937/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1937/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; iddianın mümkün sayılması barədə qərardaddan şikayətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 avqust tarixli 2-1(103)-1384/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçı və övladları X1, X2 mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi, xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya 375 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2739/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 avqust tarixli 21(103)-1384/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı iddia ərizəsində cavabdehin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş edir. “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması xx xxxxxx 2001-ci il tarixindən bələdiyyələrin səlahiyyətlərinə verilmişdir. İddiaçıya bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o məhkəmə qarşısında cavabdehin səlahiyyət çərçivəsində olmayan öhdəliyin üzərinə qoyulması barədə iddia qaldırır. İddiaçı məhkəmə qarşısında qaldırdığı tələbini səhvən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) şamil etmişdir. Halbuki, iddiaçının iddia tələbi ilə bağlı qanunvericilikdə inzibati aktın qəbul olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Bu səbəbdən də iddiaçının qaldırdığı iddianı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid etmək qanunaziddir. Məhkəmə tərəfindən qərardad qəbul edilərkən qeyd edilən hallar nəzərə alınmamış və bununla da, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili məhkəmə iclasında çıxış edərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə icl asında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozul duğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Normanın məzmunundan göründüyü kimi iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi baxılması üçün həmin məhkəməyə göndərməklə, əslində iddianın mümkünlüyünü qəbul etmişdir. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İ PM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 avqust tarixli 21(103)-1384/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar